Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-233/2025 02.04.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, Cəfərov Davud Rauf oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" MMC və Cavabdeh MMC-yə qarşı, müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində Nizami rayon İcra və Probasiya Şöbəsini cəlb edilməklə, qiymətləndirmə rəyinin və hərracın yekunları barədə protokolun etibarsız sayılması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı qiymətləndirmə rəyinin etibarsız sayılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin xx.xx.2017-ci il tarixli mənzilin dəyəri barədə olan rəyinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə araşdırması zamanı Nizami rayon İcra və Probasiya Şöbəsi iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. Bundan sonra İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbinə dəqiqləşmə ilə bağlı ərizə verərək, "xxxx" MMC-nin xx.xx.2017-ci il tarixli, ƏEM/D 145-847/16 saylı “Qiymətləndirmə haqqında ekspert rəyi”nin, habelə "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli, 14/02 saylı “Hərracın yekunları barədə protokolu”nun etibarsız hesab edilməsi və R.Ş.Cahangirlinin mülkiyyət hüququnun bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin məhkəməyə ərizə verərək, "xxxx" MMC-nin iş üzrə cavabdeh qismində cəlb edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən "xxxx" MMC cavabdeh qismində cəlb edilmişdir İddia tələbi onunla əsaslandırılmışdır ki, Xəzər Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(003)-275/2017 saylı qətnaməsi ilə cavabdeh İddiaçı xx.xx.2015-ci il tarixli, H05013 saylı, xx.xx.2013-cü il tarixli kredit limitinin ayrılması haqqında müqavilə daxilində kredit sazişi üzrə 61949,32 ABŞ dolları əsas borc, 9349,22 ABŞ dolları faiz borcu, 10 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 71308,54 ABŞ dolları məbləğində pul, o cümlədən xx.xx.2015ci il tarixli, H05013 saylı, xx.xx.2013-cü il tarixli “kredit limitinin ayrılması haqqında müqavilə daxilində kredit sazişi” üzrə 52991,16 ABŞ dolları əsas borc, 9290,18 ABŞ dolları faiz borcu, 20 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 62301,34 ABŞ dolları məbləğində pulun manatın ödəniş gününə məzənnə nisbəti ilə və 30 manat məbləğində dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulması, habelə tələbin ipoteka predmeti olan X1 mülkiyyətindəki ünvan 3 ünvanında yerləşən 125 saylı mənzilə yönəldilməsi, həmçinin həmin mənzilin açıq hərracda satılıb və satışdan əldə olunmuş vəsait hesabına borcun ödənilməsi qət edilmişdir. X1 mülkiyyətindəki mənzil cavabdeh "xxxx" MMC tərəfindən 110000 manat dəyərində qiymətləndirilmişdir. Mənzilin qiymətləndirilməsi ilə bağlı hazırki iddia üzrə cavabdeh "xxxx" MMC-nin tərtib etdiyi qiymətləndirmə rəyi əsasında, müəyyən olunmuş 110000 manat məbləğin reallığı əks etdirmədiyini bildirmişdir. Eyni əmlak digər qiymətləndirici şirkət olan "xxxx" MMC tərəfindən yenidən qiymətləndirildiyi zaman daşınmaz əmlakın real bazar dəyərinin 160000 manat olduğu müəyyən olunmuşdur. Əgər həm qiymətləndirmənin sifarişi, həm də qiymətləndirmə zamanı real bazar qiymətləri nəzərə alınmayıbsa və əmlak mövcud bazar qiymətindən dəfələrlə aşağı qiymətə dəyərləndirilməklə hərraca çıxarılıbsa, bu, tamamilə ədalətsizlikdir. Nəticədə əmlak, qiymətləndirilmiş 110000 manatdan daha aşağı, 70125 manat dəyərində qat-qat ucuz alınmışdır ki, bu da əsassız varlanmaya gətirib çıxarır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsində qeyd olunanları bir daha təsdiq edərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehlərə və müstəqil tələblər irəli sürməyən üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, nümayəndələri heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər və işin baxılmasının başqa vaxta keçirilməsi barədə vəsatət verməmişlər. Məhkəmə işə cavabdehlərin və üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5 və 185.6-cı maddələrinə əsasən işə cavabdehlərin və mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: xx.xx.2017-ci il tarixli Cavabdeh MMC-nin rəyindən görünür ki, ünvan 3 ünvanında yerləşən 125 saylı mənzilin daxilinə baxış keçirmək üçün cavabdeh və iddiaçı tərəflə dəfələrlə əlaqə saxlanılsa da, şərait yaradılmamışdır. Qiymətləndirilən mənzilin daxilinə baxış keçirmək mümkün olmadığından, təmirlilik BQS-ə uyğun olaraq nisbi şəkildə orta təmirli kimi qiymətləndirilmişdir. Mənzil 2 otaqlıdır və təyinatı üzrə istifadədədir. Mənzilin mövcud vəziyyəti, yerləşdiyi ərazi, analoq obyektlərə müqayisəli satışı, sahəsi, tikilinin konstruksiyası, aşınması və s. xüsusiyyətlər nəzərə alınmaqla, aparılmış hesablamalara və təhlillərə əsasən ünvan 1 ünvanında yerləşən 125 saylı mənzilin orta bazar dəyəri xx.xx.2016-cı il tarixinə 110 000 manat təşkil edir; xx.xx.2023-cü il tarixli "xxxx" MMC-nin Əmlakın Qiymtələndirilməsi ilə bağlı hesabatından görünür ki, ünvan 2 ünvanında yerləşən, çıxarış üzrə ümumi 79,7 kv.m sahəli, 2 otaqlı mənzilin xx.xx.2023-cü il tarixinə olan bazar dəyəri 160 000 manat, likvid dəyəri isə 144 000 manat təşkil edir; xx.xx.2024-cü il tarixli, 9/81xx-xx/7853 saylı AR ƏN Məhkəmə Ekspertiz Mərkəzinin rəyindən görünür ki, ünvan 3 ünvanında yerləşən yaşayış evinə və ya həmin ərazidə yerləşən tədqiqat obyektinə dair 2017-ci il tarixə yerli internet saytlarında analoji məlumat olmadığı üçün müqayisə metodu ilə tədqiqat aparılması mümkün olmamışdır. Ekspert xərclərinə dair bildirişdən görünür ki, AR ƏN Məhkəmə Ekspertiz Mərkəzi tərəfindən aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir; xx.xx.2025-ci il tarixli, 18/0162 saylı "xxxx" MMC Qiymətləndirmə Şirkətinin qiymətləndirmə hesabatından görünür ki, ünvan 3 ünvanında yerləşən 125 saylı mənzilin xx.xx.2017-ci il tarixə bazar dəyəri 120 000 manat, likvid dəyəri isə 112 000 manat təşkil edir. "xxxx" MMC Qiymətləndirmə Şirkətinin məktubundan görünür ki, qiymətləndiricinin xidmət haqqı 300 manat təşkil edir; xx.xx.2025-ci il tarixli "xxxx" MMC-nin rəyindən görünür ki, ünvan 4 ünvanında olan 17 mərtəbəli yaşayış binasının 11-ci mərtəbəsində yerləşən 2 otaqdan ibarət olan 125 nömrəli mənzilin 2017-ci il üzrə real bazar dəyəri 165 000 manat, likvid dəyəri isə 149 000 manat təşkil edir; xx.xx.2021-ci il tarixli, 14/02 saylı Hərracın yekunları barədə protokoldan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, 2520/2522-ci məhəllədə yerləşən 32E saylı evin 125 saylı mənzilinin hərraca çıxarılmasını Nizami rayon İcra və Probasiya Şöbəsi sifariş etmişdir. Mənzilin ilkin hərrac qiyməti 110 000 manat, təkrar hərracdakı ilkin satış qiyməti 93 500 manat təşkil etmişdir. Yekunda mənzil 70 125 manata satılmışdır. İşin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından görünür ki, İddiaçı tərəfindən "xxxx" ilə aralarındakı kredit müqaviləsindən irəli gələn münasibətlər üzrə öhdəliklər yerinə yetirilmədiyindən Nizami rayon İcra və Probasiya Şöbəsinin sifarişi ilə ünvan 3 ünvanında yerləşən 125 saylı mənzil hərracda satışa çıxarılmışdır. Hərrac zamanı mənzilin ilkin satış qiyməti Cavabdeh MMC tərəfindən onun orta bazar qiymətinin təşkil etdiyi 110000 manat məbləğində müəyyən olunmuşdur. Təkrar hərracdakı ilkin satış qiyməti 93500 manat təyin edilməklə, hərrac baş tutmamış elan edildiyindən ipoteka predmeti təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz aşağı qiymətə, yəni 70125 manata satılmışdır. Hazırda iddiaçı mənzilin ucuz qiymətləndirilərək satıldığına istinad etməklə, "xxxx" MMC tərəfindən aparılmış qiymətləndirməyə etirazını bildirir və pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət edir. İddia tələbinin qanuni əsasını təşkil edən: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 414.2-ci maddəsinə əsasən hərracın təşkilatçısı kimi əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi və ya ixtisaslaşdırılmış təşkilat çıxış edə bilər. İxtisaslaşdırılmış təşkilat əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi ilə müqavilə əsasında hərəkət edir və onların adından və ya öz adından çıxış edir. “İpoteka haqqında” Qanunun 41.2, 41.3 və 41.5-ci maddələrinə əsasən məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Hərrac açıq auksion formasında keçirilir. Həmin Qanunun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Eyni Qanunun 43.5 və 43.7-ci maddələrinə əsasən təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiyməti ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. “İcra haqqında” Qanunun 61.2-ci maddəsinə əsasən ixtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunun sifarişi əsasında keçirirlər. Həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiyməti göstərilir. “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun 1.1.1-ci maddəsinə əsasən qiymətləndirmə fəaliyyəti – bu Qanunla müəyyən edilmiş hallarda, habelə sifarişçinin müəyyən etdiyi məqsədlər üçün qiymətləndirmə obyektinin dəyərinin qiymətləndirici tərəfindən müəyyən edilməsi üzrə fəaliyyətdir “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun 4.1-ci maddəsinə əsasən qiymətləndirmə fəaliyyəti daşınmaz əmlakın, o cümlədən torpaq sahələrinin qiymətləndirilməsi istiqamətində də həyata keçirilir: “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun 10.1-ci maddəsinə əsasən qiymətləndirici tərəfindən qiymətləndirmənin nəticələri haqqında iki nüsxədə hesabat tərtib edilir. Hesabatın bir nüsxəsi sifarişçiyə verilir, ikinci nüsxəsi isə qiymətləndiricidə saxlanılır. “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun 10.4-cü maddəsinə əsasən qiymətləndirmənin nəticələri haqqında hesabatda qiymətləndirilən obyektin dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır. Hesabatda qiymətləndirmə obyektinin dəyərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi hesab olunur. Məhkəmə iddia tələbinə münasibətdə qeyd edir ki, ilk növbədə iddiaçının qiymətləndirmənin nəticələrinin mübahisələndirilməsi üzrə hüququnun mövcudluğu aydınlaşdırılmalıdır. Belə ki, Cavabdeh MMC-nin rəyi ilə müəyyənləşdirilmiş 110000 manat qiymət keçirilmiş hərrac zamanı rəhbər tutulduğundan və bu satış əmlak üzərində hüquqlara təsir göstərdiyindən iddiaçının onun dəyərinin həqiqəti əks etdirib-etdirməməsi ilə əlaqədar məhkəməyə müraciət hüququ vardır. Məhkəmə Cavabdeh MMC tərəfindən ünvan 3 ünvanında yerləşən 125 saylı mənzilin müəyyən olunmuş dəyərinin həqiqiliyi məsələsinə nisbətdə qiymətləndirmə ilə bağlı rəylərin müqayisəli təhlilini aparmağı zəruri hesab edir. İş materiallarından görünür ki, xx.xx.2017-ci il tarixli Əmlak Ekspert Mərkəzi” MMC-nin rəyinə əsasən mənzilin orta bazar dəyəri xx.xx.2016-cı il tarixinə 110000 manat təşkil edir. İddiaçı tərəfindən sübut kimi iş materiallarına əlavə olunmuş "xxxx" MMC-nin rəyi ilə mənzilin 2017-ci il üzrə real bazar dəyəri 165000 manat, likvid dəyəri isə 149000 manat, "xxxx" MMC-nin rəyi ilə mənzilin xx.xx.2023-cü il tarixinə olan bazar dəyəri 160000 manat, likvid dəyəri isə 144000 manat, məhkəmənin təyin etdiyi "xxxx" MMC Qiymətləndirmə Şirkəti tərəfindən aparılmış ekspert rəyi ilə mənzilin xx.xx.2017-ci il tarixə bazar dəyəri 120000 manat, likvid dəyəri isə 112000 manat göstərilmişdir. Yuxarıda qeyd ediənlərə əsasən hərrac keçirilərkən əsas götürülmüş Cavabdeh MMCnin qiymətləndirmə rəyi ilə müəyyən edilmiş bazar qiyməti və likvid dəyər reallığı əks etdirmir və digər ixtisaslaşmış təşkilatların verdikləri rəylərə nisbətdə mənzilin müvafiq illər üzrə dəyərlərində kəskin fərqlər özünü göstərir. Bu səbəbdən iddiaçının qiymətləndirmə rəyinin etibarsız hesab edilməsi hissəsində iddia tələbi əsaslıdır və təmin edilməlidir. Məhkəmə iddia tələbinin əsası və iddiaçı tərəfin dəlilləri ilə aşağıdakı əsaslara görə razılaşır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə daha sonra iddia tələbinin "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli, 14/02 saylı “Hərracın yekunları barədə protokolu”nun etibarsız hesab edilməsi və R.Ş.Cahangirlinin mülkiyyət hüququnun bərpa edilməsi hissəsi ilə aşağıdakıları qeyd edir: “İpoteka haqqında” Qanunun 44-cü maddəsinə əsasən bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416-cı maddəsinə əsasən hərracın keçirilməsi qaydaları pozularsa maraqlı şəxslərin iddiası üzrə məhkəmə tərəfindən həmin hərrac etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə qeyd edir ki, "xxxx" MMC tərəfindən təşkil edilmiş hərrac zamanı ilkin satış qiyməti Cavabdeh MMC-nin rəyi əsasında təyin olunduğundan və məbləğin ağlabatan olmamasına görə məhkəmə tərəfindən rəyin etibarsız hesab olunması qənaətinə gəlindiyinə, sözügedən hərrac protokolu da etibarsız hesab edilməli və onun nəticəsində özgəninkiləşdirilmiş ünvan 3 ünvanında yerləşən 125 saylı mənzil üzərində X1 mülkiyyət hüquqları bərpa olunmalıdır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia təmin edilməli, "xxxx" MMC-nin xx.xx.2017-ci il tarixli, ƏEM/D 145-847/16 saylı “Qiymətləndirmə haqqında ekspert rəy”i və "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli, 14/02 saylı “Hərracın yekunları barədə protokolu” etibarsız hesab edilməli və X1 mülkiyyət hüququ bərpa edilməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırda ödənilmiş dövlət rüsumuna dair tələb olmadığından, dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. "xxxx" MMC-nin xx.xx.2017-ci il tarixli, ƏEM/D 145-847/16 saylı “Qiymətləndirmə haqqında ekspert rəy”i etibarsız hesab olunsun. "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli, 14/02 saylı “Hərracın yekunları barədə protokolu” etibarsız hesab edilsin və ünvan 3 ünvanında yerləşən 125 saylı mənzil üzərində X1 mülkiyyət hüquqları bərpa olunsun. Ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Quliyev
Məhkəmə qərarları › İş №e-2(005)-233/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-233/2025
02.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver