Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2441/2023 26.09.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri 3 saylı notariat ofisinə qarşı ("xxxx" ASC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri 3 saylı notariat ofisinə qarşı ("xxxx" ASC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən mənzilə tutmanın yönəldilməsi barədə xx.xx.2023-cü il tarixli, 8İ-1024 və 8İ-1025 nömrəli icra qeydlərinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri 3 saylı notariat ofisinin notariusu X6 tərəfindən xx.xx.2023-cü il tarixdə 417micADJ/21 saylı (borc məbləği 12473,45 AZN əsas borc, 376,53 AZN faiz borcu və 44,90 AZN dəbbə pulu) və 05ADJ/20 saylı (7872,28 AZN əsas borc, 161,04 AZN faiz borcu və 154,49 AZN dəbbə pulu) müqavilələr üzrə Reyestrdə 8İ-1024 və 8İ-1025 nömrələri ilə qeyd edilməklə əmlaka tutmanın yönəldilməsi ilə bağlı icra qeydi aparılmışdır. Hesab edir ki, icra qeydi qanunvericiliyin tələbləri pozulmaqla aparılmışdır. Belə ki, onunla bağlı icra qeydinin aparılması barədə məlumatı xx.xx.2023-cü il tarixdə "xxxx" MMC-dən hərracın keçirilməsi barədə bildirişin daxil olması nəticəsində bilmişdir. Bununla əlaqədar olaraq xx.xx.2023-cü il tarixdə 3 saylı notariat ofisinə yaxınlaşaraq icra qeydinin və həmin qeydin aparılmasına əsas olmuş sənədlərin surətini almışdır. Həmin sənədlərlə tanış olduqda bir daha aydın oldu ki, həm tələbkar, həm də notariat ofisi qanunvericiliyin tələblərinə riayət etməmişdir. Bank tərəfindən xx.xx.2023-cü il tarixdə ünvanlanmış bildiriş iddiaçıya çatmamışdır və bununla bağlı poçt qəbzində də qeyd aparılmaqla geri qaytarılmışdır. Lakin tələbkar həmin bildirişi işə əlavə etmiş, lakin notariat ofisi həmin qəbzin üzərindəki qeydə diqqət yetirməmişdir (poçt qəbzi ərizəyə əlavə edilir). Beləliklə də, heç bir mövcud problemdən xəbərdar olmadan, qəfildən ona məxsus mənzilə dair hərracın keçiriləcəyi ortaya çıxmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi izahatında bildirmişdir ki, bildiriş xx.xx.2023-cü il tarixdə poçta təqdim edilmişdir. İpoteka haqqında qanuna və notariat hərəkətlərinin aparılması barədə təlimata əsasən, poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. 21 gün keçdikdən sonra isə tələbkarın icra qeydi ilə müraciət etmək hüququ yaranır. Bank tərəfindən hər iki müddət də gözlənilmişdir. Hazırda kredit müqavilələri üzrə borc bugünədək ödənilməmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etməmişlər və bunun üzürlü səbələri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasda iştirak edən şəxsin izahatını dinləyib, təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan; - "xxxx" ASC və Babazadə Nərmin Mirzali qızı arasında bağlanmış xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən, borcverən borcalana 10000 manat məbləğində illik maksimum 32%, maksimum 120 ay müddətinə kredit verilməsi razılaşdırılmışdır. - İpoteka saxlayan "xxxx" ASC, ipoteka qoyan İddiaçı və borc alan Babazadə Nərmin Mirzali qızı arasında 21 saylı notariat ofisində notariat qaydada bağlanmış xx.xx.2020-ci il tarixli 410micİBKX/20 saylı ipoteka müqaviləsindən görünür ki, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 87.34 kv.m olan 522 nömrəli mənzil ipoteka saxlayana ipoteka qoyulmuşdur. - "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Babazadə Nərmin Mirzali qızının kredit müqaviləsi üzrə borcu cəmi 8187,81 manatdır. - "xxxx" ASC və Babazadə Nərmin Mirzali qızı arasında bağlanmış xx.xx.2020-ci il tarixli əlavə kredit müqaviləsinə əsasən, borcalana 24 ay müddətinə xx.xx.2022-ci il tarixinədək illik 17% ödəmək şərtilə 60000 manat kredit verilmişdir. - "xxxx" ASC tərəfindən İddiaçı ünvanlanmış ipoteka predmetinə notariusun icra qeydi əsasında tutma yönəldilməsi barədə xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, borc 21 gün müddətində ödəilmədiyi halda ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 87.34 kv.m olan 522 nömrəli mənzilə icra qeydi əsasında tutmanın yönəldilməsi proseduru başlanılacağı bildirilmişdir. - “Garant post” sürətli poçt daşıma xidməti 107980 №-li poçt qəbzindən görünür ki, “Unibank” tərəfindən xx.xx.2023-cü il tarixdə İddiaçı (Neftçala, Kürkənd kəndi) ünvanlanmış məktub xx.xx.2023-cü il tarixdə ünvanda yaşamır qeydi ilə geri qaytarılmışdır. - AR DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Abbasova X2 rayonu, Kürkənd kəndi ünvanında qeydiyyatdadır. - "xxxx" ASC tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən 522 saylı mənzilə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması xahiş edilmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin təsdiqetmə bildirişindən görünür ki, "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli ərizəsi xx.xx.2023-cü il tarixdə icra edilmişdir. - Bakı şəhəri 3 saylı notariat ofisinin xüsusi notariusu X3 xx.xx.2023-cü il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında icra qeydindən görünür ki, "Notariat haqqında” Azerbaycan Respublikası Qanununun 76-cı maddəsinə və "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 38-ci maddəsinə əsasən ipoteka müqaviləsi üzrə tərəf ipoteka saxlayan "X5" Açıq Səhmdar Cəmiyyəti / VÖEN:********** tələbi ilə ipoteka qoyan - Babazadə Nərmin Mirzalı qızından İddiaçı məxsus ipoteka predmeti olan İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 87.34 kv.m olan 522 nömrəli mənzil ünvanında yerləşən əmlaka tutma yönəldilməsi təklif edilmişdir. (Öhdəliyi müəyyən edən 05ADJ/20 saylı saylı əlavə kredit müqaviləsi müqaviləyə əsasən müddət üçun vaxtında ödənilməmiş 7872 28 AZN əsas borc, 161.04 AZN faiz borcu, 154.49 AZN dəbbə pulu olmaqla cəmi tutulmalı məbləğ 8187,81 AZN təşkil edir). Həmin icra qeydi xx.xx.2023-cü il tarixdə aparılmışdır. Reyestrdə 8İ-1024 № ilə qeyd edilib. - Bakı şəhəri 3 saylı notariat ofisinin xüsusi notariusu X3 xx.xx.2023-cü il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında icra qeydindən görünür ki, "Notariat haqqında" Azerbaycan Respublikası Qanununun 76-cı maddəsinə və "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 38-ci maddəsinə əsasən ipoteka müqaviləsi üzrə tərəf ipoteka saxlayan "X5" Açıq Səhmdar Cəmiyyəti / VÖEN:********** tələbi ilə ipoteka qoyan - Babazadə Nərmin Mirzalı qızından, İddiaçı ipoteka predmeti olan İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 87.34 kv.m olan 522 nömrəli mənzil ünvanında yerləşən əmlaka tutma yönəldilməsi təklif edilmişdir. (öhdəliyi müəyyən edən 417micADJ/21 saylı saylı əlavə kredit müqaviləsi müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 12473.45 AZN əsas borc, 376.53 AZN faiz borcu, 44.90 AZN dəbbə pulu olmaqla cəmi tutulmalı məbləğ 12894.88 AZN təşkil edir.) Həmin icra qeydi xx.xx.2023 tarixdə aparılmışdır. Reyestrdə 8İ-1025 № ilə qeyd edilmişdir. - Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, Cavabdehnin 8İ-1025 nömrəli, 01,03.2023-cü il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. - "xxxx" MMC tərəfindən ünvanlanmış 106/23 saylı xx.xx.2023-cü il tarixli hərrac bildirişindən görünür ki, Binəqədi rayon icra şöbəsinin xx/xx-5146-7-4 saylı, xx.xx.2023-cü il tarixli sifariş məktubuna əsasən, borclu İddiaçı məxsus olan ünvan 2 ünvanında yerləşən ü/s 87,34 kv.m olan 522 nömrəli mənzil "xxxx" MMC tərəfindən açıq hərraca çıxarılmışdır. Hərraca çıxarılan ilkin satış qiyməti 80000 manat, hərracın tarixi və vaxtı: 18 may 2023 il, saat 11:00; Hərrac keçirilən ünvan:- Bakı şəh., Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şössesi 27-dir. - İddiaçı Bakı şəhəri 3 saylı notariat ofisinə ərizə ilə müraciət edərək, ünvan 6 ünvanında yerləşən mənzilə tutmanın yönəldilməsi barədə xx.xx.2023-cü il tarixli 8İ-1024 və 8İ-1025 nömrəli icra qedlərinin ləğv edilməsini xahiş etmişdir. - Bakı şəhəri 3 saylı notariat ofisi tərəfindən İddiaçı ünvanlanmış 46 №-li 10 may 2023-cü il tarixli məktubdan görünür ki, icra qeydi ilə aparılmış tələbin borcu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə biləcəyi bildirilmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən elektron çıxarışdan görünür ki, İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən 522 saylı mənzil tam payla xx.xx.2020-ci il tarixdə İddiaçı mülkiyyətindədir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən elektron çıxarışdan görünür ki, İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən 522 saylı mənzil 120 ay müddətinə "xxxx" ASC-nin Bakıxanov Filialının xeyrinə hüququ ipoteka ilə yüklü edilmişdir. Qeydiyyat tarixi xx.xx.2020-ci ildir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, notariat qaydada bağlanmış xx.xx.2020-ci il tarixli 410micİBKX/20 saylı ipoteka müqaviləsinə əsasən "xxxx" ASC və Babazadə Nərmin Mirzali qızı arasında bağlanmış kredit müqaviləsinin təminatı kimi İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 87.34 kv.m olan 522 nömrəli mənzil 120 ay müddətinə "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsi üzrə borc ödənilmədiyindən "xxxx" ASC tərəfindən İddiaçı qeydiyyat ünvanına ipoteka predmetinə notariusun icra qeydi əsasında tutma yönəldilməsi barədə xx.xx.2023cü il tarixdə bildiriş ünvanlanmaqla, borcun 21 gün müddətində ödənilmədiyi halda mənzilə icra qeydi əsasında tutmanın yönəldilməsi prosedurunun başlanılacağı bildirilmişdir. 25.01.20-23-cü il tarixdə tələbkar Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Ərazi İdarəsinə ərizə ilə müraciət edərək, mənzilə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması xahiş etmişdir. Bakı şəhəri 3 saylı notariat ofisinin xx.xx.2023-cü il tarixli icra qeydlərinə əsasən, ipoteka saxlayan "X5" ASC-nin tələbi ilə İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 87.34 kv.m olan 522 nömrəli mənzil ünvanında yerləşən əmlaka tutma yönəldilmişdir. Binəqədi rayon icra şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixində icra sənədi üzrə icraata başlanılmışdır. İpoteka predmeti "xxxx" MMC tərəfindən açıq hərraca çıxarılmışdır. Hazırda iddiaçı ünvan 1 ünvanında yerləşən mənzilə tutmanın yönəldilməsi barədə xx.xx.2023-cü il tarixli, 8İ-1024 və 8İ-1025 nömrəli icra qeydlərinin ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesində ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallara onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşıb-uzlaşmamasına hüquqi qiymət verilməlidir. Belə ki, «İpoteka haqqında» Qanunun: 26.1. İpoteka saxlayanın aşağıdakı hüquqları vardır: 26.1.7. bu Qanunun 37.1-ci maddəsinə uyğun olaraq ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edilmədikdə, ipoteka predmetinə tutmanı notariusun icra qeydi əsasında yönəltmək. 36.1. İpoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, o cümlədən birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. 36.2. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişdə əks etdirilməlidir: müvafiq reyestrdəki ipotekanın qeydiyyat anı və nömrəsinə istinad edərək tutma yönəldilən ipoteka predmeti; icra olunmalı öhdəlik barədə məlumat; ipoteka predmetinə notariusun icra qeydi əsasında tutmanın yönəldilməsi barədə xəbərdarlıq; bildirişin tarixi, bildirişi verən şəxsin adı və imzası. 36.3. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında 1 iş günü müddətində qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana göndərildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır. 38.1. Bu Qanunun 37.1-ci maddəsinə uyğun olaraq ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edilmədikdə, tutma ipoteka saxlayanın ipoteka müqaviləsinə, yaxud ipoteka kağızına əsaslanan tələbi üzrə notariusun icra qeydi əsasında həyata keçirilir “Notariat haqqında” Qanunun: - 76-cı maddəsinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərinə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. - 79-cu maddəsinə əsasən icra qeydinin aparılması barədə ərizə müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sisteminə və ya fiziki şəxsin yazılı ərizəsi notariat ofisinə daxil olduqdan sonra notarius bir iş günü müddətində icra qeydini aparır və icra qeydini müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sistemi vasitəsilə “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icra olunması üçün müvafiq icra hakimiyyəti orqanının Elektron icra informasiya sisteminə göndərir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli 167 saylı qərarı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın: - 161-ci bəndinə əsasən notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir. Tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edən sənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 (üç) gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır. - 169-1-ci maddəsinə əsasən, ipoteka predmetinə tutma yönəldilməsi barədə icra qeydi “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq aşağıdakı hallarda aparılır: a) ipoteka saxlayanın tələbinin ipoteka predmeti hesabına yönəldilməsi barədə şərtlər ipoteka müqaviləsində nəzərdə tutulduqda; b) ipoteka saxlayanın hüquqları ipoteka kağızı ilə təsdiq edildikdə; c) ipoteka müqaviləsi dövlət qeydiyyatına və Qanunda nəzərdə tutulmuş hallarda əlavə dövlət qeydiyyatına alındıqda; ç) ipoteka kağızı qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına, ipoteka kağızı üzrə hüquqlar başqa şəxsə verildikdə isə verilmə qeydi ipoteka kağızının dövlət qeydiyyatına alındığı müvafiq reyestrdə əlavə dövlət qeydiyyatına alındıqda; d) ipoteka saxlayan tərəfindən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildiriş ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surəti isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərildikdə və bildiriş müvafiq reyestrdə qeydə alındıqda; e) ipoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanları və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət etmədikdə; ə) ipoteka qoyan bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində əsas öhdəliyi icra etmədikdə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydi əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısı”nın: - 1-1-ci maddəsinə əsasən, İpoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar sənədlər. İcra qeydi almaq üçün aşağıdakılar təqdim olunur: a) ipoteka kağızının əsli və ipoteka saxlayanın hüquqlarının müvafiq reyestrdə dövlət qeydiyyatını təsdiq edən sənədin əsli və ya daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızının elektron sistemindən müvafiq çıxarış və ya ipoteka müqaviləsinin əsli və onun müvafiq reyestrdə dövlət qeydiyyatına alınması barədə müvafiq sənədin əsli; b) ipoteka saxlayanın “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatları əks etdirən və ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına göndərilmiş, habelə, müvafiq reyestrdə qeydə alınmış bildirişinin əsli; bildirişin surətinin isə ipoteka saxlayana məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilməsi barədə sənədin əsli. Belə ki, iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, bank tərəfindən icra qeydinin aparılması barədə xx.xx.2023-cü il tarixdə ünvanlanmış bildiriş iddiaçıya çatmamışdır və bununla bağlı poçt qəbzində də qeyd aparılmaqla geri qaytarılmışdır. Lakin tələbkar həmin bildirişi işə əlavə etmiş, notariat ofisi həmin qəbzin üzərindəki qeydə diqqət yetirməmişdir. Beləliklə də, həm tələbkar, həm də notariat ofisi qanunvericiliyin tələblərinə riayət etməmişdir. Qanunvericiliyin tələblərinə əsasən ipoteka predmetinə tutma yönəldilməsi barədə icra qeydi digər halların mövcudluğu ilə birlikdə, ipoteka saxlayan tərəfindən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişin ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına sifarişli poçt göndərişi (məktubu) və ya elektron üsulla göndərilməsi müəyyən edildiyi zaman aparıla bilər. Məhkəmə tərəfindən iş materialları ilə müəyyən olunmuşdur ki, tələbkar "xxxx" ASC tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş xx.xx.2023-cü il tarixdə tələbkara məlum olan ünvana, yəni iddiaçının qeydiyyat ünvanına sifarişli poçt göndərişi (məktubu) vasitəsilə göndərilmişdir. AR DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Abbasova X2 rayonu, Kürkənd kəndi ünvanında qeydiyyatdadır. Göründüyü kimi iddiaçının ünvanında dəyişiklik olmamışdır və tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə bildirişin borcluya ünvanlanmış məktubların onun qeydiyyat ünvanına - ünvan 11irişlə öz təsdiqini tapmışdır. «İpoteka haqqında» Qanunun 36.1-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli 167 saylı qərarı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 161-ci maddəsinə əsasən, poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. Digər tərəfdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydi əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısı”na əsasən, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar ipoteka saxlayanın ipoteka qoyanın ünvanına göndərilmiş bildirişin əsli, habelə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilməsi barədə sənədin əslinin təqdim edilməli olması göstərilsə də, bildirişin çatdırılmasını təsdiq edən sənəd bu siyahıya daxil edilməmişdir. Odur ki, tələbkar tərəfindən ipoteka qoyana xx.xx.2023-cü il tarixdə bildiriş göndərildiyi halda, sonuncunun həmin ünvanda olmaması və bildirişin onun tərəfindən alınmaması halı, tələbkar və icra qeydlərini aparmış notariat ofisi tərəfindən edilmiş hər hansı pozuntu kimi qiymətləndirilməməlidir. Beləliklə, Bakı şəhəri 3 saylı notariat ofisinin notariusu tərəfindən “Notariat haqqında Azərbaycan Respublikası Qanunu”nun, Təlimatın tələblərinə riayət edilməklə icra qeydi açılmış və aidiyyəti üzrə göndərilmişdir. Qanunvericilikdə icra qeydi institutu tələbkarla yanaşı, eyni zamanda borclunun da hüquqlarının kifayət qədər qorunmasına xidmət edir. Belə ki, icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edərsə, aparılır. Bakı şəhəri 3 saylı notariat ofisinin notariusu təqdim edilməsi zəruri olan sənədlər əsasında icra qeydini aparmışdır. Digər tərəfdən məhkəmə qeyd edir ki, icra qeydlərinin aparılmasına əsas "xxxx" ASC və Babazadə Nərmin Mirzali qızı arasında bağlanmış kredit müqaviləsi üzrə borcun ödənilməməsi olmuş, həmin borc hazırki tarixədək ödənilməmişdir. İddiaçının nümayəndəsi və vəkili kredit müqaviləsi üzrə borca dair mübahisənin davam etdiyini bildirsə də, buna dair sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Yuxarıda qeyd olunan maddi hüquq normalarının imperativ şərtlərini iddia tələbinin verilməsinə əsas olmuş hallara, habelə tələbdə göstərilən iddiaçının əldə etmək istədiyi nəticəyə tətbiqi zamanı həmin halların əsassız olduğu müəyyən edilir. İddiaçı tərəfindən məhkəmə araşdırması zamanı müəyyən olunmuş halları təkzib edəcək sübutlar məhkəməyə təqdim edilməmiş, həmçinin məhkəmə araşdırması zamanı iddia tələbinin əsaslı olmasına dair sübutlar aşkar edilməmişdir. Mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə hesab edir ki, ünvan 1 ünvanında yerləşən mənzilə tutmanın yönəldilməsi barədə xx.xx.2023-cü il tarixli, 8İ-1024 və 8İ-1025 nömrəli icra qeydlərinin ləğv edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmçinin məhkəmə iddia tələbi rədd edildiyindən mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Beləliklə məhkəmə işin hallarını və yuxarıda qeyd olunan maddi hüquq normalarını nəzərə alaraq hesab edir ki, İddiaçı cavabdeh Bakı şəhəri 3 saylı notariat ofisinə qarşı “ünvan 1 ünvanında yerləşən mənzilə tutmanın yönəldilməsi barədə xx.xx.2023-cü il tarixli, 8İ-1024 və 8İ-1025 nömrəli icra qeydlərinin ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdeh Bakı şəhəri 3 saylı notariat ofisinə qarşı “ünvan 1 ünvanında yerləşən mənzilə tutmanın yönəldilməsi barədə xx.xx.2023-cü il tarixli, 8İ-1024 və 8İ-1025 nömrəli icra qeydlərinin ləğv edilməsi” tələbinə dair iddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə apellyasiya şikayəti verilə bilər. Hakim Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №e-2(005)-2441/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2441/2023
26.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver