Məhkəmə qərarları › İş №e-2(005)-2455/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №e-2(005)-2455/2023

26.07.2023 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(005)-2455/2023 26.07.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi, İddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “əmək haqqı” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı əmək haqqı tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 51876 manat məbləğində əmək haqqı və əmək haqqının gecikdirilməsinə görə 113869 manat məbləğində əlavə faiz ödənci olmaqla, ümumilikdə 165746 manat məbləğində pul vəsaitinin cavabdeh “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC-dən alınaraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçıya aid əmək kitabçasının çıxarışından görünür ki, o 13 may 2014-05 may 2019-cu illərdə və 30 aprel 2021-23 yanvar 2023-cü illərdə cavabdeh "xxxx" ASC-də çalışmışdır. 2023-cü ilin 23 yanvar tarixində işəgötürənin 1 №-li Əmri ilə Azərbacan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Lakin işəgötürən cavabdeh onunla bugünədək qanunla nəzərdə tutulan qaydada son haqq-hesab aparmamışdır. Bununla da onun əmək hüquqlarını pozmuşdur. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil tərəflər arasında barışıq əldə olunması səbəbindən iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə hazırlıq iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 tərəflər arasında barışıq əldə olunması səbəbindən iş üzrə icraata xitam verilməsini xahiş etmişdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məumatlandırılmış cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə barışıq sazişini və iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 5.4-cü maddəsinə əsasən qanunda başqa hal nəzərdə tutulmayıbsa, tərəflər məhkəmə araşdırmalarını barışıq sazişi ilə tamamlaya bilər, irəli sürülən tələbi etiraf, yaxud rədd edə bilərlər. Azərbaycan Respublikası MPM-nin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Məhkəmə hesab edir ki, tərəflərin barışıq sazişi qanunauyğun olduğundan və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından təsdiq edilməlidir. Azərbaycan Respublikası MPM-in 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Azərbaycan Repsublikası MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 52, 191, 261.0.5, 262- 264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı əmək haqqı tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilsin. İddiaçı və "xxxx" ASC arasında 17 iyul 2023-cü il tarixdə bağlanmış barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin: Bundan sonra birlikdə “Tərəflər” adlandırılacaq, İddiaçı (bundan sonra “Birinci tərəf’ adlandırılacaq) və cavabdeh "xxxx" ASC (bundan sonra “İkinci tərəf’ adlandırılacaq) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə və qüvvədə olan digər normativ hüquqi aktlara uyğun olaraq aşağıdakılar haqqında barışıq sazişi bağlayırlar: 1.Preambula İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “əmək haqqı tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.Sazişin predmeti 2.1. Tərəflər sözü gecən mülki işlə əlaqədar mübahisəni barışıqla həll etmək məqsədi ilə barışıq sazişi bağlayırlar. 2.2 Bu sazişə uyğun olaraq Birinci tərəf İddiaçı İkinci tərəf "xxxx" ASC-yə qarşı iddia tələbindən imtina edir. 2.3 "xxxx" ASC İddiaçı 40376.40 (qırx min üç yüz yetmiş altı manat qırx qəpik) manat əmək haqqı borcunu 8 ay müddətində hər ay 5000 manat olmaqla (sonuncu ayın ödənişi qalıq borca müvafiq olaraq) hissə-hissə ödəməyi öhdəsinə götürür. Ödənişlər hər ayın 20-nə qədər aparılacaqdır. 2.4 Hər iki tərəf mülki işin icraatına xitam verilməsi və barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəni imzalayaraq müvafiq məhkəməyə təqdim etməyi öhdəsinə götürür. 3.öhdəliklərin icrası 3.1 Bu sazişin müddəalarının pozulmasına görə mübahisə yaranarsa, barışıq sazişinin icrasını təmin etmək üçün bu sazişi təsdiq edən məhkəmə, Birinci tərəf İddiaçı yazılı müraciəti əsasında bu Sazişin 3.2. bəndini nəzərə almaqla icra vərəqəsi verir və qanunla nəzərdə tutulmuş icra tədbirlərinin görülməsi üçün aidiyyəti üzrə icra şöbəsinə göndərir. 3.2. Bu sazisin 2.3. bəndində qeyd olunan öhdəliyi yerinə yetirməzsə və ya lazımi qaydada yerinə yetirməzsə, ikinci tərəf "xxxx" ASC, Birinci tərəf İddiaçı qalıq borcla yanaşı qalıq borcun 50% hissəsində cərimə ödənilməsini öhdəsinə götürür. 4.Digər müddəalar 4.1. Bu saziş, tərəflər onu imzaladığı gündən qüvvəyə minir. 4.2. Bu saziş 3 (üç) nüsxədən ibarət tərtib edilir. Onlardan hər biri müvafiq olaraq tərəflərdə və məhkəmədə saxlanılır. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar