Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-253/2025 19.03.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti cəlb edilməklə “işəgötürən tərəfindən işçiyə əmək haqqı, son haqq-hesab və digər ödəmələrin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddia tələbi və onun dəlilləri İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı işəgötürən tərəfindən işçiyə əmək haqqı, son haqq-hesab və digər ödəmələrin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı "xxxx" ASC-də işlədiyi dövrdə 2023-cü ilin dekabr ayı, 2024-cü ilin yanvar, fevral, mart ayları üçün ödənilməmiş aylıq maaş və sonuncu haqq-hesab üzrə ümumilikdə 25629 (iyirmi beş min altı yüz iyirmi doqquz) manat, həmin ödənişlərin vaxtında aparılmaması nəticəsində gecikməyə görə aparılmalı ödənclər üzrə xx.xx.2024-cü il tarixə 42586,78 manat, xx.xx.2025-ci il tarixə 132758,22 manat, Azərbaycan Respublikasında rəsmi qeyri-iş günü sayılan günlərdə işlədiyinə görə 14154,7( on dörd min yüz əlli dörd) manat, nəqliyyat xərcləri 161,26 (yüz altmış bir) manat, hüquqlarının müdafiəsi ilə əlaqədar 777,25 (yeddi yüz yetmış yeddi) manat məsrəflər, cəmi 216067,21 manat və ödənişlərin ödənildiyi gün üçün xx.xx.2025-ci il tarixdən sonra hər gecikmə gününə 2 faiz olmaqla hesablanan ödənclərin İddiaçı, iddiaçının hesabına ödənilməmiş 8354,73 (səkkiz min üç yüz əlli dörd) manat məcburi sosial sığorta ödənişinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondundakı İddiaçı hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. (iddia tələbi dəqiqləşdirilmişdir). İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 04 oktyabr 2022-ci il tarixli əmək müqaviləsi əsasında xx.xx.2022-ci il tarixdən "xxxx" ASC-də Cəmiyyətin Özbəkistan Respublikasının Əndican şəhəri suvarma kanallarının yenidən qurulması layihəsinə layihə rəhbəri vəzifəsinə işə qəbul edilmiş və xx.xx.20224-cü il tarixə qədər həmin vəzifədə çalışmışdır. İşlədiyi dövrdə İddiaçı verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmiş, layihəyə rəhbərliyi dövrdə ASC rəhbərliyindən işi ilə bağlı ona irad bildirilməmişdir. 2023-cü ilin payızından başlayaraq əmək haqqının ödənilməsində gecikmələr başlamış, həmin ilin dekabr ayının və sonrakı ayların maaşı ümumiyyətlə verilmədiyindən o xx.xx.2024-cü il tarixdə əmək müqaviləsinə xitam vermək xahişi ilə rəhbərliyə müraciət etməli olmuş və tutduğu vəzifədən azad edilmişdir. Lakin işdən azad edilən zaman ona sonuncu haqq-hesab sənədi verilməmiş və şirkətin ona borcları ödənilməmişdir. Bundan başqa, işlədiyi müddətdə İddiaçı xarici ölkədə olduğu üçün və işin xüsusiyyətlərinə görə Azərbaycan Respublikasında qeyri-iş günləri sayılan günlərdə işləməsinə baxmayaraq həmin günlərin əmək haqqı iddiaçıya ödənilməmişdir. Bundan əlavə, Özbəkistan Respublikasının Əndican şəhərindən Bakıya qayıtmaq üçün öz puluna aldığı təyyarə bileti və yol xərcləri cavabdeh tərəfə təqdim olunsa da, cavabdeh tərəfindən ödəniş aparılmamışdır. Həmçinin, iddiaçının müraciəti əsasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin informasiya sistemindən alınmış sosial arayışdan müəyyən edilmişdir ki, işlədiyi dövr üçün "xxxx" ASC tərəfindən iddiaçının Dövlət Sosial Müdafiə Fondunda hesabına əhəmiyyətli miqdarda məcburi sosial sığorta ödənişi köçürülməmişdir. Cavabdehin iddiaçıya sonuncu haqq-hesab sənədini təqdim etməkdən imtina etməsi, işçiyə olan borclarını ödəməməsi və əmək haqqının verilməsini qəsdən gecikdirməsi kobud qanun pozuntusu olmaqla yanaşı, iddiaçıya maddi və mənəvi ziyan vurmuş, onun sosial-məişət durumunu əhəmiyyətli dərəcədə pisləşdirmişdir. Göstərilənlərə əsasən, cavabdeh iddiaçıya bütün ödənişləri dərhal və tam həcmdə ödəməlidir. Belə ki, İddiaçı cavabdeh "xxxx" ASC tərəfindən şirkətin İnsan resursları bölümünün rəhbərinin də etiraf etdiyi 2023-cü ilin dekabr ayından 2024-cü ilin may ayının 1-nə qədər ödənilməmiş əmək haqqı və sonuncu haqq-hesab üzrə borc 25629 (iyirmi beş min altı yüz iyirmi doqquz) manat həcmindədir. Həmin ödənişlərin vaxtında olunmaması nəticəsində gecikməyə görə qanunvericiliyin tələbinə əsasən aparılmalı ödənclər xx.xx.2024- cü il tarixə 42586,78 (qırx iki min beş yüz səksən altı) manat, xx.xx.2024-xx.xx.2025-ci il tarixə 132758,22 manat təşkil edir. Bundan əlavə, xx.xx.2025-ci il tarixdən ödəmənin həyata keçirildiyi günə olacaq ödənclər də nəzərə alınmalıdır. İddiaçı əmək müqaviləsinin qüvvədə olduğu 3 il ərzində Azərbaycan Respublikasında rəsmi qeyriiş günü sayılan günlərdə (ümumilikdə 32 gün) əlavə işləmişdir ki, buna görə də, ona 14154,7( on dörd min yüz əlli dörd) manat ödənilməlidir. İddiaçının Özbəkistan Respublikasının Əndican şəhərindən Bakıya gəlmə xərci 161,26 (yüz altmış bir) manat təşkil edir ki, bu xərc cavabdeh tərəfindən qarşılanmalıdır. Beləliklə, cavabdeh "xxxx" ASC tərəfindən İddiaçı ümumilikdə 216067,21 manat ödənilməlidir. İddiaçı işlədiyi dövrdə "xxxx" ASC tərəfindən 8354,73 (səkkiz min üç yüz əlli dörd) manat məcburi sosial sığorta ödənişi edilməmişdir. Həmin məbləğin 1002,57 (min iki) manatı bu məqsədlə iddiaçının maaşından tutulmasına baxmayaraq ünvanı üzrə köçürülməmiş və cavabdeh tərəfindən iddiaçıya məlum olmayan məqsədlərə xərclənmişdir. İddiaçının əmək mübahisəsinə məhkəmədə baxılması ilə əlaqədar hüququnun müdafiəsi üçün çəkdiyi xərclərin məbləği 717,25 manatdır. İddiaçı məhkəməddən əvvəl mediasiya prosesinin tətbiqi barədə təkliflə cavabdehə müraciət etmişdir. Lakin cavabdeh mübahisənin mediasiya yolu ilə həll edilməsindən yayınmış, göndərilmiş təklifi cavablandırmamışdır. Mediasiya ilə əlaqədar ödəniş 60 manat təşkil edir ki, bu da cavabdeh tərəfindən qarşılanmalıdır. Cavabdehin etirazı və onun dəlilləri Cavabdeh "xxxx" ASC tərəfindən məhkəməyə hər hansı yazılı etiraz ərizəsi daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının mövqeyi Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil ayrı-ayrılıqda iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələblərinin təmin edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında üçüncü şəxs X2 nümayəndəsi Nümayəndə iddia tələbinin təmin edilməsini məhkəmənin mülahizəsinə buraxdığını qeyd etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumatlandırılmış cavabdeh və digər üçüncü şəx AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nümayəndələrinin iştiraklarını təmin etməmişdirlər. Məhkəmə onların iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Mülki işin materialları Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış 04 oktyabr 2022-ci il tarixli əmək müqaviləsinin surətindən və məzmunundan görünür ki, müqavilə AR Əmək Məcəlləsinə müvafiq olaraq bağlanmış (1.1-ci bənd); müvafiq müqavilə ilə Müttəhirov X1 Respublikası Əndican şəhəri suvarma kanallarının yenidən qurulması layihəsinə layihə rəhbəri vəzifəsinə işə qəbul olunmuşdur (1.2-ci bənd). Müvafiq müqavilə üzrə əmək haqqı 5094 (beş min doxsan dörd) manat müəyyən edilmişdir (4.1-ci bənd). 01 iyun 2017-ci il tarixdə qeyd edilən əmək müqaviləsinə 4 nömrəli əlavə olunaraq əmək haqqı 1.788 (bir min yeddi yüz səksən səkkiz) manat müəyyən edilmişdir (4.1-ci bənd). Əmək müqaviləsi bağlanan gündən yaranmış əmək münasibətləri, tərəflərin hüquqları, vəzifələri və məsuliyyəti Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydalarla və prinsiplərlə tənzimlənir. İş materiallarında olan İddiaçı məxsus ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, o, 04 oktyabr 2022-ci il tarixdən xx.xx.2024-ci il tarixədək "xxxx" ASC-nin Özbəkistan Respublikası Əndican şəhəri suvarma kanallarının yenidən qurulması layihəsinə layihə rəhbəri vəzifəsində işləmişdir. xx.xx.2025-ci il tarixli, 10№-li əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (öz xahişi ilə) tutduğu vəzifədən azad edilmişdir. “Whatsapp” social ani ismarıc proqramı vasitəsilə aparılan yazışma mətnindən görünür ki, “Ak Orxan” adı ilə qeyd edilən istifadəçiyə iddiaçı tərəfindən “Salam necəsən? Mən bu gün raşot vərəqini götürə bilərəm?” mətnli ismarıc göndərmiş, qarşı tərəf cavab olaraq ödənilməmi əmək haqqının əka olunduğu fayl göndərmişdir. Həmin sənədə əsasən iddiaçıya 2023-cü ilin dekabr, 2024-cü ilin yanvar, fevral, mart aylarının hər biri üçün 4420 manat, aprel ayı üçün 7949 manat məbləğində ödənişin edilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan Daşkənd-Bakı reysi üzrə aviabiletin surətindən görünür ki, iddiaçı 8 aprel 2024-cü il tarixdə 02:50 saatında nəzərdə tutulmuş uçuş üçün bilet əldə etmişdir. İş materiallarında olan İddiaçı məxsus sosial arayışın çıxarışından görünür ki, 2024cü il ərzində "xxxx" ASC tərəfindən dövlət büdcəsinə 6163.27 manat məcburi ödənişlər hesablanmış, cəmi 0,03 manat; 2023-cü il ərzində 14008.5 manat məcburi ödənişlər hesablanmış, 3849,50 manat ödənilmiş; 2022-ci il ərzində 3759,85 manat hesablanmış, 885,22 manat ödənilmişdir. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən Bakı 8 saylı Mediasiya Təşkilatının hesabına 50 manat və 10 manat məbləğində ödənişlər edilmişdir. İddiaçı tərəfindən "xxxx" ASC-yə Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-yə ünvanlanmış ərizədən görünür ki, o, xx.xx.2024-xx.xx.2024-cü il tarixlərdə 23 gün müddətində məzuniyyətə buraxılmağına icazə verilməsini xahiş etmişdir. İddiaçı tərəfindən "xxxx" ASC-yə Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, o xx.xx.2025-ci il tarixdən vəzifədən azad edilməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixli qəbzin surətindən görünür ki, iddiaçı tərəfindən hüquqi xidmətlərə görə 700 manat məbləğində ödəniş aparılmışdır. Mülki işə tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir; 35-ci maddəsinə əsasən hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrıseçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 154.1-ci maddəsinə əsasən, əmək haqqı- müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. 157.1-ci maddəsinə əsasən, işçilərin əməyi vaxtamuzd, işəmuzd və əməyin ödənilməsinin digər sistemləri ilə ödənilir. Əməyin ödənilməsi işin fərdi və kollektiv nəticələrinə görə aparıla bilər. 157.3-cü maddəsinə əsasən, əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir. 172-ci maddəsinin 4-cü bəndinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. 172-ci maddəsinin 5-ci bəndinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. 178-ci maddəsinin 1-ci hissəsinə müvafiq olaraq, işəgötürən maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqını bu Məcəllənin 172-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borcludur. İşçiyə aylıq əmək haqqının ödənilməməsində təqsirkar olan işəgötürən qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyətə cəlb edilməlidir. 54-cü maddəsinə əsasən, işçilər tərəfindən əmək funksiyasının yerinə yetirilməsi üçün işəgötürən işçilərin qanunvericiliklə müəyyən olunmuş məcburi dövlət sosial sığorta edilməsini təmin etməlidir. 304-cü maddəsinə əsasən, sosial sığorta — müvafiq normativ hüquqi aktlarda nəzərdə tutan hallarda işçilərin əmək münasibətləri prosesində itirdikləri gəlirlərinin — əmək haqlarının, əmək haqqına əlavələrin, başqa ödənclərin, həmçinin digər xərclərin müəyyən olunmuş qaydada və məbləğdə əvəzinin ödənilməsi, habelə onların itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat formasıdır. İşəgötürən hər bir işçini onunla əmək müqaviləsi bağladığı zaman qanunvericiliklə müəyyən olunmuş qaydada məcburi sığortalanmasını təmin etməlidir. Əmək müqaviləsində işçinin sığortalanması, o cümlədən onun əlavə sığorta olunub-olunmaması barədə müvafiq məlumatlar hökmən göstərilməlidir. 307-ci maddəsinə əsasən, işçilərin sosial sığorta olunması prinsipləri, sosial sığorta hadisələri və onların müəyyən edilməsi, sosial sığorta üzrə ödəmələrin növləri, sosial sığortanın iştirakçılarının hüquq və vəzifələri, məcburi dövlət sosial sığorta haqqı, ödəmələrin təyin edilməsinin şərtləri və qaydası, vəsaitlərin mənbələri, könüllü və əlavə sığorta üzrə ödəmələrin növləri, habelə sosial sığorta sahəsində digər münasibətlər bu Məcəllə ilə, «Sosial sığorta haqqında» “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında" Azərbaycan Respublikasının qanunları və onların əsasında qəbul edilmiş başqa normativ hüquqi aktlarla tənzimlənir. “Sosial Sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin tələbinə əsasən sosial sığorta məcburi dövlət sığortası və könüllü (əlavə) sığorta formalarında olur. Məcburi dövlət sosial sığortası sığortaedənlər tərəfindən bütün əmək müqaviləsi (kontraktı) üzrə işləyənlər barəsində həyata keçirilir. Bu Qanunda nəzərdə tutulmuş hallarda digər şəxslər də məcburi dövlət sosial sığortasına cəlb olunurlar. Həmin Qanunun 6-cı maddəsinin tələbinə əsasən sosial sığorta hadisəsi elə bir haldır ki, onun baş verməsi ilə sığortaolunanın sığorta təşkilatından sığorta ödəməsi almaq hüququ yaranır. Sosial sığorta hadisəsinə pensiya yaşına çatmaq, əlil və ya 18 yaşınadək sağlamlıq imkanları məhdudluğunun olmağı, ailə başçısını itirmək, əmək qabiliyyətinin müvəqqəti itirilməsi, hamiləlik və doğum, uşağın anadan olması, uşağa qulluq, ölüm, sanatoriya-kurort müalicəsi zərurəti, işsiz olmaq daxildir. Məcburi dövlət sosial sığortası bu maddədə göstərilən bütün hadisələr üzrə, könüllü sosial sığorta haqqı isə tərəflərin seçdiyi sığorta hadisələri üzrə aparılır. Həmin Qanununun 8-ci maddəsinin tələbinə əsasən, Sosial sığortanın iştirakçıları sığortaçı, sığortaedənlər və sığortaolunanlardır. Sığortaçı — Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığortası və ya könüllü sığorta üzrə fəaliyyəti (məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət üzrə fəaliyyət istisna olmaqla) həyata keçirən və sığorta fondlarını idarə edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) və hüquqi şəxslərdir. Sığortaedənlər — Azərbaycan Respublikasında fəaliyyət göstərən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq. Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxs statusunda olan müəssisə, idarə və təşkilatlar, onların filial və nümayəndəlikləri, seçkili orqanlar, dövlət orqanları, habelə özünü və ya başqasını sosial sığorta edən digər şəxslərdir, sığortaolunanlar— xeyrinə sığorta fəaliyyəti həyala keçirilənlərdir, sığortaolunanın sığorta stajı — sığortaolunanın xeyrinə məcburi dövlət sosial sığorta haqqı ödənilən əmək fəaliyyəti dövrlərinin ümumi müddətidir. Həmin Qanunun 11-ci maddəsinin tələbinə əsasən, Sıgortaolunanların hüquqları aşağıdakılardır: onları məcburi dövlət sosial sığortası üzrə sığorta etməyi sığortaedəndən tələb etmək; könüllü (əlavə) sosial sığorta üçün sığortaçını müstəqil seçmək; sosial sığorta ödəmələrinin vaxtında verilməsini tələb etmək: sosial sığorta ödəmələri təyin edilərkən sığortaçıdan və ya sığortaedəndən özünün sığorta stajı barədə məlumat almaq. İşə baxan məhkəmənin mövqeyi Beləliklə, işçinin əmək müqaviləsi üzrə əsas hüququ qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaqdır. Odur ki, işçilərin vaxtında, tam məbləğdə və ədalətli əmək haqqı alması təmin edilməlidir. Beləliklə,qanunvericiliyin qeyd edilən normalarının müqayisəli təhlilindən göründüyü kimi, işçinin əmək müqaviləsi üzrə əsas hüququ qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaqdır. Odur ki, işçilərin vaxtında, tam məbləğdə və ədalətli əmək haqqı alması təmin edilməlidir. Əmək müqaviləsinin şərtlərindən biri vaxtında işçiyə əmək haqqının ödənilməsidir. Bu şərt əmək müqaviləsinin əvəzli xarakterindən irəli gəlir, əmək müqaviləsi bağlanarkən tərəflər işçinin müəyyən növdən və ixtisasdan asılı olan əməyi hansı miqdarda yerinə yetirməli olduğu və işgötürənin bu əməyə görə hansı miqdarda əmək haqqını ödəməli olduğu barədə razılığa gəlirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Qeyd olunmalıdır ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur. Sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hallar təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Məhkəmə hansı halların sübuta yetirilməli olduğunu təsbit etdikdən sonra həmin halların sübut edilməsi yükünün kimin üzərinə düşdüyünü müəyyən etməlidir. Sübutetmə yükü qanunda xüsusi bir qayda nəzərdə tutulmadığı halda iddia edilən halın mövcud olduğuna və ya olmadığına bağlanan hüquqi nəticədən fayda görən tərəfə aiddir. Bir qayda olaraq sübutetmə yükü əvvəlcə iddiaçının üzərinə düşür. Bununla yanaşı, qanunverici sübutun sübutetmə yükü üzərinə düşən tərəfdə deyil, qarşı tərəfdə olduğu aşkar hallarda istisna qayda müəyyən edir. Mülki Prosessual Məcəllənin 106.2-ci maddəsində ifadə edilmiş həmin qaydaya əsasən digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. Hazırki iş üzrə xx.xx.2024-cü il tarixdə məhkəmə tərəfindən mühasibatlıq ekspertizası təyin edilmiş və mülki işin Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə göndərilməsinə baxmayaraq ekspert tərəfindən tələb edilən sənədlərin cavabdeh tərəfindən təqdim edilməməsi nəticəsində ekspertizanın həyata keçirilməsi mümkün olmamışdır. Sübutlar cavabdehdə olduğundan onun, iş vaxtının tabel uçotu, ödəniş sənədləri, son haqq-hesab barədə məlumatı və digər sübutları məhkəməyə təqdim etmək vəzifəsi olmuşdur. Bu hüquqi mövqedən çıxış edən məhkəmə müvafiq sənədlərin təqdim edilməsi məqsədi ilə tərəfə dəfələrlə məhkəmə sorğusu göndərsə də, sübutlar tam şəkildə təqdim edilməmiş, bu səbəbdən ekspertiza keçirilməsi, əmək haqqı və ezamiyyə xərclərinin tam şəkildə ödənilib-ödənilməməsi, ödənilməmişdirsə, hansı məbləğdə borcun mövcudluğunu müəyyən etmək mümkün olmamışdır. Ekspert vəsatətində göstərilmiş müvafiq sənədlərin işəgötürəndə olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, həmin sübutlar cavabdeh tərəfindən təqdim edilmədiyindən, iddiaçı tərəfin bildirdiyi məlumatlar əsasında tələb edilən əmək haqqı və son haqq hesab məbləği müəyyən olunmuş hesab edilməlidir. Belə ki, əmək münasibətlərində işəgötürən işçiyə münasibətdə daha çox imkanlara, o cümlədən inzibati imkana malikdir və bu baxımdan, işəgötürənin inzibati idarəçiliyi ilə bağlı halları sübut etmək yükünün işçinin üzərinə qoyulması hüquq bərabərliyinin, mənafelərin haqq-ədalətlə təmin olunması prinsipləri ilə ziddiyyət təşkil edir. Məhkəmə eyni zamanda qeyd edir ki, iddiaçı tərəfindən təqdim edilən əmək müqaviləsi, sosial arayışdan əmək haqqının 4420 manat olduğu (tutulmalardan sonra) və 2023-cü ilin dekabr, 2024-cü ilin yanvar, fevral, mart ayları üçün 4420 manat məbləğində əmək haqqının və 7949 manat məbləğində son haqq-hesabın hesablandığı öz əksini tapır. Belə olan təqdirdə məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə əsaslıdır və təmin edilməli, cavabdehdən 17680 (4420x4+7949=25629) manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. İddia tələbinin əmək haqqının və son haqq hesabın ödənilməsinin gecikdirilməsinə görə iki faiz məbləğində ödənc verilməsi hissəsi ilə bağlı məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Əmək Məcəlləsinin 172.5-ci maddəsinin tələblərinə görə əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə görə, əmək münasibətlərinin subyektlərin hüquq və mənafelərinin bərabərliyi prinsipi əsasında nizamlanmasını nəzərə alaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş “hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir” müddəası fərdi əmək mübahisəsinin yarandığı hala da şamil edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə uyğun olaraq, işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən 1 il ərzində ödəncin verilməsi barədə məhkəməyə müraciət edə bilər (“Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair” 11 aprel 2023-cü il tarixli Qərar). Məhkəmə qeyd edir ki, iddiaçı məhkəməyə cavabdeh tərəfindən son ödənişin həyata keçirilməsi ilə bağlı hər hansı dəlil təqdim etmədiyindən iddi bu hissədə qismən təmin olunmalı və gecikdirilən əmək haqqına görə əmək müqaviləsinə xitam verildiyi xx.xx.2024cü il tarixdən başlayaraq 4420 manat məbləğində əmək haqqının bir faizi miqdarında ödənc hesablanmalıdır. Belə ki, Əmək Məcəlləsinin 83.2-ci maddəsinin tələbinə əsasən isə əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Hazırki işdə əmək haqqının dəqiq hansı tarixdən gecikdirilməsi müəyyən edilmədiyindən məhkəmə bir faiz ödəncin son haqq-hesabın ödənilməli olduğu gündən, yəni xx.xx.2024-cü il tarixindən başlayaraq hesablanmasını ağlabatan hesab edir. Məhkəmə eyni zamanda iddiaçı tərəfindən Azərbaycan Respublikasında qeyri iş günləri hesab olunan günlərin əmək haqqının hesablanması barədə tələbi ilə də razılaşmır və əsassız hesab edir. Belə ki, iddiaçı həmin günlərdə əmək fəaliyyəti ilə məşğul olduğunu təsdiq edən hər hansı bir dəlili məhkəməyə təqdim etməmişdir. Məhkəmə iddiaçının əmək müqaviləsində nəqliyyat xərclərinin işəgötürən tərəfindən ödənilməsi barədə hər hansı razılaşma olmadığını nəzərə alaraq iddia tələbinin bu hissədə də təmin edilməməsi qənaətinə gəlir. Cavabdeh Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası Əmək Məcəlləsinin və Sosial Sığorta haqqında Azərbaycan Respublikası Qanununun yuxarıda istinad edilən maddələrinin tələblərini pozmaqla, İddiaçı əmək haqqından hər ay hesablanmış, lakin dövlət büdcəsinə ödənilməli olan məcburi sosial sığorta ödənişlərini etməmişdir. Belə ki, iş materiallarından göründüyü kimi 2023-cü il üçün 14008.5 manat məbləğində sosial sığorta məbləği hesablanmış yalnız 3849.5 manat ödəniş aparılmışdır. İddiaçı isə iddia ərizəsində 8354,73 manat sığorta ödənişinin AR ƏƏSMN Dövlət Sosial Müdafiəsi Fondundakı İddiaçı hesabına ödənilməsini tələb edir. Belə olanda məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə də təmin edilməli və 8354,73 manat məbləğində məcburi dövlət sosial sığorta haqqı tutularaq, iddiaçının sosial sığortanın pensiya kapitalı yığımına ödənilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Məhkəmə hüquqi xidmətlərə görə ödənilmiş 700 manat məbləğində tutulması hissəsində iddianı qismən təmin edilməsi qənaətinə gəlir. Belə ki, məhkəmə hesab edir ki, hüquqi xidmətə görə cavabdehdən vəsaitin tutulması təmin olunan iddia tələblərinə mütənasib şəkildə qiymətləndirilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, hüquqi xidmətlərə xərclənmiş vəsaitə görə cavabdehdən 500 manat məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 60 manat mediasiya xərci cavabdehin xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə yuxarıda sadalanan sübutlara və mülki işin faktiki hallarına məcmu halda qiymət verərək, hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh "xxxx" ASC-dən İddiaçı xeyrinə ödənilməmiş 17680 manat məbləğində əmək haqqı, 7949 manat məbləğində son haqq-hesab, 03 may 2024-cü il tarixdən başlayaraq ödəmənin həyata keçiriləcəyi günədək hər gecikdirilmiş gün üçün 4420 manat məbləğində əmək haqqının 1 %-i məbləğində yəni, günlük 44,20 manat məbləğində pul, hüquqi yardıma görə ödənilmiş 500 manat məbləğində pul və 60 manat mediasiya xərci tutulmalı, cavabdeh "xxxx" ASC-nin üzərinə İddiaçı işlədiyi dövrlər üzrə 8354,73 manat məbləğində məcburi dövlət sosial sığorta haqları sosial sığortanın pensiya kapitalı yığımına ödənilməsi öhdəliyi həvalə edilməlidir. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC-dən 17680 manat məbləğində əmək haqqı, 7949 manat məbləğində son haqq-hesab, ümumilikdə 25629 (iyirmi beş min altı yüz iyirmi doqquz) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. 03 may 2024-cü il tarixdən başlayaraq ödəmənin həyata keçiriləcəyi günədək (faktiki hesablaşma günü daxil olmaqla) hər gecikdirilmiş gün üçün 4420 manat məbləğində əmək haqqının 1 %-i məbləğində yəni, günlük 44,20 manat məbləğində ödənc hesablanmaqla cavabdeh "xxxx" ASC-dən İddiaçı xeyrinə tutulsun. Hüquqi yardıma görə ödənilmiş 700 manat məbləğində pulun 500 manatı, 60 manat məbləğində mediasiya xərci cavabdeh "xxxx" ASC-dən İddiaçı xeyrinə tutulsun. Cavabdeh "xxxx" ASC-nin üzərinə 8354,73 manat məbləğində məcburi dövlət sosial sığorta haqqının İddiaçı Dövlət Sosial Müdafiəsi Fondundakı hesabına ödənilməsi öhdəliyi həvalə edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №e-2(005)-253/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-253/2025
19.03.2025 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver