Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2610/2024 28.08.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Gülməmmədova Qumru Habil qızının katibliyi, Cavabdeh1 ASC-nin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ASC-yə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında 11 avqust 2*23-cü il tarixli icra qeydinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ASC və İddiaçı MMC arasında 1**-FM-*** nömrəli müqavilə bağlanmışdır. Müqavilənin təminatı olaraq Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, AB Yaşayış sahəsi, 4*41-ci məhəllə, ev 16A, mənzil 337 ünvanında yerləşən əmlaka tutma yönəldilməsi qeyd edilmişdir. Cavabdeh1 ASC tərəfindən müqavilənin icra edilməsi məqsədilə Cavabdeh2 vasitəsilə 11 avqust 2*23cü il tarixli icra qeydi təqdim edilmişdir. Həmin icra qeydinə əsasən X2 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, AB Yaşayış sahəsi, 4*41-ci məhəllə, ev 16A, mənzil 337 ünvanında yerləşən əmlaka tutma yönəldilmişdir. Eyni zamanda, öhdəliyi müəyyən edən 1**-FM-*** nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 59929.61 manat əsas borc, 6828.78 manat faiz borcu, 1**7.9* manat dəbbə pulu olmaqla, cəmi tutulan məbləğin 67766.29 manat təşkil etdiyi bildirilib. Bank tərəfindən borcun qaytarılması məqsədilə tərəfə heç bir bildiriş göndərilməmiş, eyni zamanda, icra qeydinin aparılacağı barədə bildiriş də iddiaçıya təqdim edilməmişdir. Əgər bu barədə məlumatları olsa idi, tərəflərindən icra qeydi ilə bağlı cavab məktubu təqdim ediləcəkdir. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 2* gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər və ya bununla bağlı məlumatlar (korporativ məlumat mübadiləsinin istifadəçiləri üçün) icra qeydinin aparılması ilə bağlı ərizəyə və ya məlumata əlavə olunur. Tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edən sənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır. İcra qeydinin aparılması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə elektron qaydada təqdim edilmiş sənədlərin və ya məlumatların qanunvericiliyin tələblərinə uyğunluğu və borcun mübahisəsizliyi notarius tərəfindən müəyyən edildikdən sonra informasiya sistemi vasitəsilə icra qeydi aparılaraq müvafiq sənəd “Elektron notariat” informasiya sistemi ilə “Elektron icra” informasiya sisteminə göndərilir. Tələbkar və ya borclunun müraciəti əsasında icra qeydinin informasiya sistemində saxlanılan nüsxəsi notariat qaydasında təsdiq edilməklə təqdim edilir. Qeyd edilən icra qeydi Nərimanov Rayon İcra Şöbəsindən *3.11.2*23-cü il tarixdə əldə edilmişdir İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə təqdim edərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 ASC-nin nümayəndəsi X6 iddia tələbinə etiraz edərək bildirmişdir ki, “Notariat haqqında” Qanunun 76-cı maddəsinə və icra qeydinin aparılması, tutmanın ipoteka predtmetinə yönəldilməsi barədə qanunvericiliyin tələblərinə uyğun olaraq Cavabdeh1 ASC bildirişi ipoteka qoyana və borcluya göndərmişdir. Qanunvericiliklə nəzərdə tutulmuş 2* günlük müddət gözlənildikdən sonra isə icra qeydinin aparılması məqsədilə elektron qaydada elektron notariat informasiya sisteminə müraciət edilmişdir. Qanunvericiliyin tələblərinə onlar tərəfindən tam şəkildə riayət edilmişdir, buna görə də icra qeydinin ləğvinə heç bir əsas yoxdur. İcra qeydi isə 2* gün ərzində mübahisələndirilməlidir. Onlar tərəfindən bildiriş çatdırılmışdır. Ümumiyyətlə, borclu kredit müqaviləsi bağlandıqdan sonra ünvanını dəyişərsə, bu barədə kreditora məlumat verməyə borcludur. Onlar bütün müştərilərin ünvanını dəyişməsini müəyyən edə bilməzlər. Müştəri kredit götürən zaman hansı ünvanı qeyd edirsə onlar həmin ünvana sifarişli poçtla bildiriş göndərirlər. İcra qeydi çıxarılıbsa, artıq bu məsələdə borc hissəsi mübahisəsiz haldır. İcra qeydinin mübahisələndirilməsi isə digər sənədlərlə müəyyən edilir. Yəni, kredit müqaviləsi, maliyyə arayışı və s. kimi sənədlərlə. Bununla bağlı Nazirlər Kabinetinin qərarı da var. Yəni borc mübahisəlidirsə icra qeydini mübahisələndirməyə vətəndaşın hüququ yoxdur. 6**** manat borc qarşılığında 1*** manat cərimə çox məbləğ deyildir. Borcla bağlı mübahisə olsa belə bildiriş göndərildikdən 2* gün müddətində mübahisələndirilməlidir. Onlar 12* gündən tez gecikmə olanda məhkəməyə müraciət etmirlər. 12* gündən çox gecikmə olduğu halda mübahisələndirirlər. Hazırki işdə isə 4 ay ardıcıl ödəniş edilməyib. Həmçinin İddiaçı MMC-nin ipoteka predmetinə tutmanın yönəldilməsi ilə bağlı icra qeydinin ləğv edilməsini tələb etmək üçün subyektiv hüququ yoxdur. Çünki ipoteka qoyan Brand Service deyil. İddia tələbinin rədd edilməsini xahiş etmişdir. Digər Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, heç bir üzrlü səbəb təqdim etmədən nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıda qeyd olunanlara əsasən təmin olunmamalıdır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - Cavabdeh1 ASC ilə İddiaçı MMC arasında bağlanmış 1**-MF-*** saylı, 28.12.2*21ci il tarixli kredit müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 ASC İddiaçı MMC-yə 36 ay müddətinə, 8**** manat məbləğində pulu illik 18% dərəcəsi ilə kredit verməyi, İddiaçı MMC isə istifadə etdiyi krediti və hesablanmış faizləri müəyyən edilmiş vaxt ərzində Cavabdeh1 ASC-yə qaytarmağı öhdəsinə götürmüşdür; - 113-MFİ-189 saylı, *6.*1.2*22-ci il tarixli ipoteka müqaviləsinin surətindən görünür ki, ipoteka qoyan X3 mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, AB yaşayış sahəsi, 4*41-ci məhəllə, ev 16A, m. 337 (Yeni qaydalarla: AZ 1133, ünvan 1 ünvanında yerləşən əmlakı 1**-MF-*** saylı, 28.12.2*21-ci il tarixli kredit müqaviləsinə əsasən yaranmış öhdəliyin icrasının təmin edilməsi məqsədilə ipoteka saxlayan Cavabdeh1 ASC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir; - Borclu İddiaçı MMC-nin Cavabdeh1 ASC-yə olan kredit borcu barədə arayışın surətindən görünür ki, İddiaçı MMC-nin 28.12.2*21-ci il tarixli, 1**-MF-*** saylı kredit müqaviləsi üzrə *8.*8.2*23-cü il tarixə vaxtı keçmiş əsas borcu 59929,61 manat, faiz borcu 6828,78 manat təşkil edir. Son ödəniş tarixi və məbləği 21.12.2*22-ci il - 3583,41 manat olmuşdur; - Cavabdeh1 ASC tərəfindən ipoteka qoyan X2 ünvanlanmış *7.*6.2*23-cü il tarixli bildirişin surətindən görünür ki, 28.12.2*21-ci il tarixli, 1**-MF-*** saylı kredit müqaviləsindən irəli gələn borcla əlaqədar X1 məxsus ipoteka predmeti olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, AB yaşayış sahəsi, 4*41-ci məhəllə, ev 16 A, m. 337 (Yeni qaydalarla: AZ 1133, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 148, M9, m1) ünvanında yerləşən əmlaka tutma yönəldiləcəyi bildirilmişdir; - Cavabdeh1 ASC-nin 1*.*7.2*23-cü il tarixli bildirişinin surətindən görünür ki, İddiaçı MMC 1**-MF-*** saylı, 28.12.2*21-ci il tarixli kredit müqaviləsinə əsasən borcunun olması və ödənilməsi barədə xəbərdar edilmişdir; - İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında 11.*8.2*23-cü il tarixli icra qeydinin surətindən görünür ki, ipoteka müqaviləsi üzrə tərəf ipoteka saxlayan - Cavabdeh1 ASC-nin tələbi ilə borc alan - İddiaçı MMC ipoteka qoyan-X1 məxsus ipoteka predmeti olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, AB yaşayış sahəsi, b. 16A, 4*41-ci məhəllə, m 337 (Yeni qaydalarla: AZ 1133, ünvan 1 ünvanında yerləşən əmlaka tutma yönəldilməsi barədə icra qeydi verilmişdir (öhdəliyi müəyyən edən 1**-MF- *** müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 59929.61 manat əsas borc, 6828.78 manat faiz borcu, 1**7.9* manat dəbbə pulu olmaqla, cəmi tutulmalı məbləğ 67766.29 manat təşkil edir); - Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-1237/2*24 saylı, *1.*5.2*24-cü il tarixli qərardadı ilə İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 ASC-yə və Cavabdeh2nə qarşı “İpoteka predmetinə tutmanın yönləndirilməsi haqqında” 11 avqust 2*23-cü il tarixli icra qeydinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə işin məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır; - Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(**5)-261*/2*24 saylı, 17.*7.2*24-cü il tarixli qərardadı ilə İddiaçı MMC-nin məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsi barədə vəsatəti, hazırki iş üzrə icra qeydi aparılmış tələb (kredit borcu, maliyyə arayışı və s.) deyil, məhz icra qeydinin notarius tərəfindən qanunvericiliyin tələbləri pozulmaqla aparılması yoxlanılmalı olduğundan təmin edilməmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, borclu İddiaçı MMC ilə borc verən Cavabdeh1 ASC arasında 28.12.2*21-ci il tarixli kredit müqaviləsi bağlanmış və həmin müqavilənin təminatı olaraq bağlanmış *6.*1.2*22-ci il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka qoyan X1 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, AB yaşayış sahəsi, 4*41-ci məhəllə, ev 16 A, m. 337 ünvanında yerləşən əmlak Bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Öhdəliyin icrası gecikdirildiyindən ipoteka saxlayan Cavabdeh1 ASC-nin müraciəti əsasında, ipoteka predmetinə tutma yönəldilməsi barədə icra qeydi verilmişdir. Hazırda iddiaçı bildirişin ona çatdırılmadığına, faiz və cərimə borcunun çox hesablandığına əsaslanaraq icra qeydinin ləğv edilməsini xahiş edir. İcra qeydlərinin aparılması əsasları və qaydaları “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsində müəyyən edilmişdir. Həmin maddəyə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofislərinə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 2* gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2***-ci il tarixli 167 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 161-ci bəndinə əsasən borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaq və ya əmlakı (ipoteka predmeti istisna olmaqla) tələb edib almaq və ya bunun əvəzinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.8-ci maddəsinə əsasən öhdəliyin icrası əvəzinə razılaşdırılmış peşman haqqını almaq üçün “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 (bir) iş günü müddətində icra qeydi aparır və icra olunması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə “Elektron icra” informasiya sisteminə göndərir. Təlimatın qeyd edilən bəndində həmçinin göstərilir ki, tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 2* gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər və ya bununla bağlı məlumatlar (korporativ məlumat mübadiləsinin istifadəçiləri üçün) icra qeydinin aparılması ilə bağlı ərizəyə və ya məlumata əlavə olunur. Tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edən sənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 (üç) gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır. Təlimatın 162-ci bəndinə əsasən, icra qeydləri aşağıdakı hallarda aparılır: 1) əgər təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edirsə; 2) tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçməmişdirsə. Müqavilənin hansı müddətə bağlanılmasından asılı olmayaraq, əgər müqavilədə öhdəliyin hissə-hissə icrası konkret müddətlər üzrə müəyyən edilmişdirsə, öhdəliyin icrasının gecikdirilməsi ödənilməmiş hissə üzrə icra qeydinin aparılması üçün əsasdır. İş materiallarından görünür ki, Cavabdeh1 ASC ilə İddiaçı MMC arasında bağlanmış 28.12.2*21-ci il tarixli kredit müqaviləsi üzrə bank, 36 ay müddətinə kredit vermiş, borclu tərəfindən sonuncu ödəniş 21.12.2*22-ci il tarixində edilmiş, *7.*6.2*23-cü il tarixində ipoteka qoyana, 1*.*7.2*23-cü il tarixində isə borcluya borcla bağlı bildirişlər göndərilmişdir. İddiaçı (borclu) notariusun icra qeydi verilərkən qanunvericiliyin iki tələbinin pozulduğunu, bildirişlərin ona çatdırılmadığını və borcun mübahisəsiz olmadığını, yəni faiz və cərimə borcunun yüksək olduğunu iddia edir. İlk növbədə qeyd olunmalıdır ki, “İpoteka haqqında” Qanunun 37.1 və 37.3-cü maddələrinə əsasən, ipoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanı və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edə bilər. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət verildikdə, ipoteka müqaviləsində nəzərdə tutulan faizlər, dəbbə pulu və sair haqlar müvafiq olaraq hesablanır. Maddənin məzmunundan göründüyü kimi, məhkəməyə şikayət etmək hüququna ipoteka qoyan və ipoteka predmeti üzərində hər hansı hüququ olan şəxs malikdir. Hazırki iş üzə ipoteka qoyan ipoteka predmetinə tutma yönəldilməsi ilə bağlı bildirişi aldıqdan sonra məhkəməyə şikayət verməmişdir. Borclunun isə müvafiq şikayəti vermək hüququ qanunvericilikdə təsbit edilməmişdir. İddiaçının borcluya bildirişin çatdırılmaması dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, hazırki iş üzrə kredit müqaviləsində borcalanın ünvanı kimi ünvan 4 ünvan 5. İpoteka saxlayan Bank tərəfindən “Mega Post Service” Sürətli Poçt Xidməti vasitəsilə hər iki ünvana bidirişlər göndərilmiş, ipoteka qoyan tərəfindən 23.*6.2*23-cü il tarixdə bildiriş imza edilərək qəbul edilmiş, borclu İddiaçı MMC-nin isə köçməsi səbəbindən bildirişin çatdırılması (12.*7.2*23-cü il tarixdə) mümkün olmamışdır. Yuxarıda qeyd olunduğu kimi, “Notariat haqqında” Qanunun 76-cı maddəsinin tələblərinə uyğun olaraq, icra qeydinin aparılması üçün müraciət etmiş şəxsin, borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün tələbkarın icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 2* gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməsi tələb olunur. Eyni zamanda həmin bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunmalıdır. Lakin nəzərə alınmalıdır ki, “Notariat haqqında” Qanunun 76-cı maddəsində ipoteka müqaviləsi əsasında tutmanın ipotekaya yönəldilməsi barədə icra qeydinin aparılması üçün, başqa əsaslar üzrə yaranmış borcların tutulması qaydalarından fərqli qayda nəzərdə tutulmuşdur. Belə ki, həmin normaya görə, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Yəni ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydaları, “Notariat haqqında” Qanunun 76-cı maddəsində nəzərdə tutulmuş tənzimləmədən istisna təşkil edir. Bu qaydalar “İpoteka haqqında” Qanunun 36-cı maddəsi ilə tənzimlənir. Həmin normaya görə ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. İpoteka saxlayan tutmanın yönəldilməsinə dair bildirişin bu Qanunun 36.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə verilməsi barədə məhkəməyə sübut təqdim etməlidir (39.3-cü maddə). Göründüyü kimi, “İpoteka haqqında” Qanunun 36-cı maddəsində ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin borcluya “çatdırılması”ndan bəhs olunmur və onun borcluya çatdırıldığını təsdiq edən sənədin icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunması barədə tələb nəzərdə tutulmamışdır. Qanunda ipoteka qoyana bildiriş göndərilməsi tələb olunur ki, həmin bildiriş də onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 sentyabr 2***-ci il tarixli 156 nömrəli qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda da ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydi almaq üçün təqdim olunmalı sənədlərin sırasında, “ipotekaya tutmanın yönəldilməsi barədə bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəd” nəzərdə tutulmamışdır. Həmin Siyahının 1-1-ci bəndinə görə, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydi almaq üçün aşağıdakılar təqdim olunur: a) ipoteka kağızının əsli və ipoteka saxlayanın hüquqlarının müvafiq reyestrdə dövlət qeydiyyatını təsdiq edən sənədin əsli və ya daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızının elektron sistemindən müvafiq çıxarış və ya ipoteka müqaviləsinin əsli və onun müvafiq reyestrdə dövlət qeydiyyatına alınması barədə müvafiq sənədin əsli; b) ipoteka saxlayanın “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatları əks etdirən və ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına göndərilmiş, habelə, müvafiq reyestrdə qeydə alınmış bildirişinin əsli; bildirişin surətinin isə ipoteka saxlayana məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilməsi barədə sənədin əsli. Beləliklə, ipoteka saxlayan tərəfindən icra qeydi almaq üçün ipotekaya tutmanın yönəldilməsi və ya borcun qaytarılması barədə bildirişin borcluya göndərilməsini və ya ona çatdırılmasını təsdiq edən sənədin təqdim edilməsi tələbi qanunvericilikdə mövcud deyildir. Bildiriş ipoteka qoyana göndərildiyi halda, çatdırılıb-çatdırılmamasından asılı olmayaraq, bankın icra qeydinin verilməsi üçün notariusa müraciət etmək hüququ yaranmış olur. İddiaçının borcun mübahisəli olması dəlili ilə bağlı qeyd olunmalıdır ki, icra qeydinin verilməsi üçün zəruri şərtlərdən biri - borcun mübahisəsiz olmasıdır. “Notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2***-ci il 2 sentyabr tarixli 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir. “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 169-1-ci maddəsinə əsasən, ipoteka predmetinə tutma yönəldilməsi barədə icra qeydi “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq aşağıdakı hallarda aparılır: a) ipoteka saxlayanın tələbinin ipoteka predmeti hesabına yönəldilməsi barədə şərtlər ipoteka müqaviləsində nəzərdə tutulduqda; b) ipoteka saxlayanın hüquqları ipoteka kağızı ilə təsdiq edildikdə; c) ipoteka müqaviləsi dövlət qeydiyyatına və Qanunda nəzərdə tutulmuş hallarda əlavə dövlət qeydiyyatına alındıqda; ç) ipoteka kağızı qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına, ipoteka kağızı üzrə hüquqlar başqa şəxsə verildikdə isə verilmə qeydi ipoteka kağızının dövlət qeydiyyatına alındığı müvafiq reyestrdə əlavə dövlət qeydiyyatına alındıqda; d) ipoteka saxlayan tərəfindən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildiriş ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surəti isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərildikdə və bildiriş müvafiq reyestrdə qeydə alındıqda; e) ipoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanları və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət etmədikdə; ə) ipoteka qoyan bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində əsas öhdəliyi icra etmədikdə. “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 2-ci hissəsində borclular və onlara tapşırıq verənlər tərəfindən kredit idarələrinin kredit əməliyyatları üzrə ödəniş müddətinin keçirilməsinə yol verilməsi ilə əlaqədar sənədlər sadalanmışdır. Həmin sənədlərə a) əsasında borcun alındığı sənədlərin, o cümlədən kredit xətti müqaviləsinin əsli; b) müddəti keçirilmiş borcun məbləği göstərilməklə, borclunun hesabından tələbkar tərəfindən təsdiq olunmuş çıxarış; c) alınmış borc üzrə faiz və cərimələrin hesablanma tarixi və məbləğləri göstərilməklə, tələbkar tərəfindən tərtib olunmuş təfsilatlı maliyyə arayışı aiddir. İpoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasını müəyyən edən “İpoteka haqqında” Qanunun 34-cü maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 9* təqvim günü və daha çox müddətə gecikdirilməsi, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi və bu Qanunda nəzərdə tutulmuş digər hallar ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallardır. Həmçinin tərəflər arasında bağlanmış *6.*1.2*22-ci il tarixli, 113-MFİ-189 saylı ipoteka müqaviləsinin 4.4.9-cu maddəsinə əsasən “İpoteka haqqında” Qanunun 37-ci maddəsinə uyğun olaraq ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edilmədikdə, ipoteka predmetinə tutmanı notariusun icra qeydi əsasında yönəltmək ipoteka saxlayanın hüquqlarından biri kimi göstərilmişdir. Həmin müqavilənin 5.5-ci maddəsində əsas öhdəliyin və yaxud onun bir hissəsinin icrasının 9* təqvim günü və daha çox müddətə gecikdirilməsi ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququnun yaranmasına əsas verən hal kimi müəyyən edilmişdir. Müqavilənin 5.7-ci maddəsinə əsasən isə ipoteka predmetinə tutma yönəldiyi təqdirdə ipoteka saxlayanın tələbi aşağıdakılar da daxil edilməklə, tam həcmdə təmin edilir: əsas borc; faizlər; dəbbə pulu; vurulmuş zərərin əvəzinin ödənilməsi; ipoteka predmetinin saxlanılması və salamatlığının təmin edilməsi xərclərinin ödənilməsi; ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydinin aparılması, məhkəmə və digər xərclərin ödənilməsi. Hazırki iş üzrə borcun 3 aydan çox müddətə gecikdirilməsi, borc 9* təqvim günü və daha çox müddətə gecikdirildiyi halda ipoteka predmetinə tutma yönəldiləcəyi barədə müqavilə şərtinin olması, bildirişin ipoteka qoyana göndərilməsi və onun ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət etməməsi işin mübahisələndirilməyən hallarıdır. Eləcə də Bank tərəfindən icra qeydi alınarkən yuxarıda qeyd edilən Siyahıda göstərilən sənədlər (müqavilənin əsli, maliyyə arayışı, bildirişin ipoteka qoyana göndərilməsini təsdiq edən sənəd və s.) təqdim edilmişdir. Göstərilənlər, mövcud qanunvericilik normaları baxımından borcun mübahisəsiz olduğunu təsdiq edən hallardır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hər bir halda tələbkar (ipoteka saxlayan) Bank tərəfindən iddiaçıya (borcluya) borcun ödənilməsi, eləcə də ipoteka qoyana ipoteka predmetinə tutma yönəldiləcəyi barədə bildirişlər göndərilmiş, həmin bildirişlərin onlara göndərildiyini təsdiq edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunmuş, həmçinin bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında qeydə alınmış, notarius qanunvericiliyin tələbinə uyğun olaraq tutmanın yönəldilməsi prosedurunu davam etdirərək icra qeydi vermişdir. İcra qeydi aparılarkən qanunvericiliyin tələblərinin pozulması öz təsdiqini tapmadığından iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2 və 77.1-ci maddələrinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ASC-yə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddiası təmin olunmamalı, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-22*, 233 və 36*-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddiası təmin olunmasın. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №e-2(005)-2610/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2610/2024
28.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver