Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2800/2023 27.07.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, X8 Mehdi qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment və xəstəliyə görə əlavə xərc” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahdan olan xx.xx.2021-ci il təvəllüdlü X4 və xx.xx.2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün cavabdehdən hər uşağa görə hər ay 400 manat olmaqla, hər ay 800 manat və uşaqlar 3 yaşına çatana kimi hər ay 200 manat sabit pul məbləğində alimentin, o cümlədən iddiaçı tərəfindən ödənilmiş 50 manat mediasiya xərcinin və hüquqi yardıma çəkilmiş 200 manat xərcin cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, tərəflər xx.xx.2011-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahdan xx.xx.2021-ci il təvəllüdlü X7 və xx.xx.2021-ci il təvəllüdlü X6 dünyaya gəlmişlər. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-635/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən tərəflər arasında bağlanmış xx.xx.2011-ci il tarixli nikah pozulmuş və birgə nikahdan olan yetkinlik yaşına çatmayan uşaqların analarının himayəsində saxlanılması qət edilmişdir. Məhkəmənin qətnaməsi ilə uşaqların saxlanılması üçün alimentin ödənilməsi məsələsi həll edilməmişdir. Tərəflərin birgə nikahından olan Əli və Mehin adlı uşaqları hazırda iddiaçının yanında olmaqla, onların bütün zəruri xərclərini çətinliklə də olsa, iddiaçı ödəyir. Uşaqların yetkinlik yaşına çatana kimi saxlanılmasına görə, habelə uşaqların 3 yaşına çatana kimi zəruri vəsait (aliment) cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Cavabdeh hazırda sahibkarlıq fəaliyyəti ilə məşğuldur və onun gəliri alimentin ödənilməsi üçün kifayət qədər yetərlidir. İddiaçı aliment tələbi ilə əlaqədar mübahisənin həlli məqsədilə ilkin mediasiya sessiyasında iştirak etmişdir. İddiaçı iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə müraciət edərək, birgə nikahdan olan xx.xx.2021-ci il təvəllüdlü X4 və xx.xx.2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün cavabdehdən hər uşağa görə hər ay 400 manat olmaqla, hər ay 800 manat və uşaqlar 3 yaşına çatana kimi hər ay 200 manat sabit pul məbləğində alimentin, X4 müayinə və müalicəsi üçün hər ay 300 manat əlavə xərclərin, o cümlədən iddiaçı tərəfindən ödənilmiş 50 manat mediasiya xərcinin və hüquqi yardıma çəkilmiş 200 manat xərcin cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin həcminin artırılmasına dair ərizə onunla əsaslandırmışdır ki, birgə nikahdan olan X7 hazırda “İnkişaf etaplarının ləngiməsi” diaqnozu ilə dispanser qeydiyyatındadır. Bu baxımdan uşağın mütəmadi olaraq müayinə və müalicəyə ehtiyacı vardır. İddiaçı bununla bağlı zəruri xərcləri çətinliklə ödəyir. Odur ki, cavabdeh uşağın müayinə və müalicəsi ilə əlaqədar hər ay əlavə xərclərin ödənilməsinə cəlb olunmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə iddia ərizəsi, həmçinin iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul etdi və iddiaya yazılı etiraz təqdim edib bildirdi ki, iddiaçı iddia ərizəsində cavabdehi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxs kimi təqdim etmiş və bu səbəbdən də cavabdehin maddi imkanının iddia ərizəsində yazdığı məbləği ödəmək iqtidarında olduğunu məhkəmənin nəzərinə çatdırmışdır. Bildirmək istəyir ki, cavabdeh sahibkarlıq fəaliyyəti ilə məşğul olmur və onun 2032-ci ilədək vergi ödəyicisi kimi fəaliyyəti dayandırılmışdır. Cavabdehin 70 yaşı vardır və hal-hazırda pensiyaçı olmaqla 538 manat əmək pensiyası alır. Eyni zamanda elmlər namizədi olduğundan və işləmədiyindən 300 manat da Azərbaycan Respublikası Prezidentinin təqaüdünü alır. Bu səbəbdən də iddia ərizəsində qeyd edilənləri əsassız hesab etməklə hər uşağına görə 150 manat olmaqla aliment pulu kəsilməsinə etiraz etmir. Təqaüdçü olmağını, yaşını və cavabdehin də yaşamaq təminatını nəzərə almaqla xahişini nəzərə alınmasını xahiş edir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verib, uşaqların mənafeyini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)-635/2023 nömrəli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2011-ci il tarixdə Nərimanov rayon qeydiyyat şöbəsi tərəfindən qeydə alınmış və 752 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuş, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2021-ci il təvəllüdlü X5 və X2 iş üzrə cavabdeh (anası) İddiaçı himayəsində saxlanılmışdır. İş materiallarında olan arayışdan görünür ki, X7, xx.xx.2021-ci ildə doğulmuşdur. Bu barədə 10 iyun 2021-ci il tarixdə 3 saylı Bakı “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsində 3435 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. Atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarında olan arayışdan görünür ki, X6, xx.xx.2021-ci ildə doğulmuşdur. Bu barədə 10 iyun 2021-ci il tarixdə 3 saylı Bakı “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsində 3436 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. Atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarında olan ilkin mediasiya sessiyasından (İMS) sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, mediasiya prosesini davam etdirməyə razılıq verməyən şəxs Cavabdehdur. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadi Nazirliyi yanında Dövlət Vergi xidmətinin elektron çıxarışından görünür ki, Cavabdeh vergi uçotu olduğu orqanın adı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik sahibkarlıqla İş üzrə Baş İdarəsidir və vergi uçotu orqanının ünvanı ünvan 2zərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs “Bakı şəhər Səhiyyə Mərkəzi” publik hüquqi şəxs 13 nömrəli uşaq poliklinikasının xx.xx.2023-cü il tarixində Bakı şəhəri 33 saylı Vəkil Bürosunun vəkili Nümayəndə ünvanladığı məktubdan görünür ki, xx.xx.2021-ci il təvəllüdlü X7 xx.xx.2021-cı ıl tarixindən 13 Saylı Uşaq poliklinikasının qeydiyyatındadır. Qeydiyyatda olduğu müddətdə bütün dar mütəxəssislərin müayinəsindən keçmişdir. xx.xx.2021-ci il tarixində Həkim-nevropatoloqda “Perinatal hipoksiya (P20.9)" diaqnozu ilə dispanser qeydiyyatına götürülmüşdür. Uşağa mülicə təyin edilsədə uşağın nevroloji vəziyyətində irəliləyiş olmamışdır. Bununla əlaqədar uşaq ETPl-yə müayinə və müalicə üçün göndərilmişdir. xx.xx.2022-ci il tarixdə ETPl-də uşaq Neyrosonoqrafiya müayinəsindən keçmişdir. Müayinə zamanı “bilateral yan mədəciklərin zəif dərəcəli dilatasiyası, beyin qan dövranının pozulması əlaməti” qeyd edilmişdir. xx.xx.2022-ci ildə X11 klinikasında beyin MRT müayinəsi zamanı “Alın təpə payları səviyəsində kortikaf hipoplaziya. “Döyənəkli cismin hıpoplaziyası" diaqnozu qoyulmuşdur. Müxtəlif özəl klinikalarda aparılan müayinə və müalicələrə baxmayaraq uşağın umumi vəziyyətində yaxşılaşma müşahidə olmamışdır. Beləki, uşaq psixi-fiziki inkişafından geri qalmışdır. xx.xx.2022-ci il tarixində təkrar hospitalizasiya edilmiş və uşağa "Qıcolma və spazm (R25.2), Mərkəzi sinir sisteminin zədəfənməsi (G96.8)" diaqnozu qoyulmuşdur. xx.xx.2022-ci il tarixində Türkiyə Cümhuriyyətində müayinə və müalicə edilmişdir. Hal-hazırda uşaq nevropatoloqda inkişaf etaplarının ləngiməsi" diaqnozu ilə dispanser qeydiyyatındadır. Rabilitasiyon və medicament müalicəsi alır. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 4 saylı Bakı Dost Mərkəzinin 25 iyul 2023-cü il tarixli arayışından görünür ki, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” və “Sosial ödənişlər” altsistemlərinə əsasən Nazirliyin tabeliyində Dövlət Sosial Müdaifə Fondu publik hüquqi şəxsindən 538,57 manat məbləğində yaşa görə əmək pensiyası və 300 manat məbləğində elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünü alır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadi Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Kiçik sahibkarlıqla İş üzrə Baş İdarəsinin Cavabdeh ünvanladığı xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, vergi əməliyyatları xx.xx.2022-ci il tarixdən xx.xx.2032-ci il tarixədək dayandırılmışdır. Hazırda onun fəaliyyəti dayandırılmış vəziyyətdədir. Beləliklə, məhkəmədə müəyyən olundu ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(005)-635/2023 saylı qətnaməsinə əsasən, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2011-ci il tarixdə Nərimanov rayon qeydiyyat şöbəsi tərəfindən qeydə alınmış və 752 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulsun. Tərəflərin birgə nikahından doğulmuş xx.xx.2021-ci il təvəllüdlü X5 və X3 iş üzrə cavabdeh (anası) İddiaçı himayəsində saxlanılması qət edilmişdir. İddiaçı uşaqlarının yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşaq üçün 400 manat olmaqla cəmi 800 manat və uşaqlar 3 yaşına çatanadək hər ay 200 manat sabit alimentin, habelə xx.xx.2021-ci il təvəllüdlü X4 müalicəsi üçün 300 manat əlavə xərcin tutulmasını xahiş edir. İddiaçı uşaqların maddi tələbatlarını tək başına ödəməkdə çətinlik çəkir, bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh iddianı qismən qəbul edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 22.2.2-ci maddəsinə əsasən məhkəmə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən edir. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa müvafiq olaraq 2023-cü il üçün minimum yaşayış həddi uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bu zaman uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarının 8.7-ci bəndinə əsasən alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Məhkəmə, cavabdehin rəsmi gəlirini və yuxarıda göstərilən əsaslara görə hesab edir ki, əsas diqqət yetkinlik yaşına çatmamış uşaqların mənafeyinə, onların maddi cəhətdən təmin olunmasına yönəlməli, Azərbaycan Respublikasında bir uşaq üçün yaşayış minimumunun 220 manat olmasını nəzərə alaraq, iddia tələbi qismən təmin edilməli, birgə nikahdan olan xx.xx.2021-ci il təvəllüdlü X4 və xx.xx.2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün cavabdehdən hər uşağa görə hər ay hər uşaq üçün 200 manat olmaqla, cəmi 400 manat sabit aliment cavabdehdən tutularaq iddiaçıya xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84.2 və 84.2.2-ci maddələrinə əsasən ərarvad bir-birlərinə kömək etmədikdə, köməyin göstərilməsindən imtina edildikdə və ərarvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda, hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Məhkəmə, iddiaçının xx.xx.2021-ci il təvəllüdlü X4 və xx.xx.2021-ci il təvəllüdlü X1 3 (üç) yaşına çatanadək cavabdehdən 200 manat alimentin tutulması tələbinə hüquqi qiymət verərək bildirir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 85.1-ci maddəsinə əsasən, hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaiti olan keçmiş ərdən aliment ödəməyi tələb etmək hüququna malikdir. Lakin cavabdehdən sabit pul miqdarında alimentin tutulacağını nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən uşaqların saxlanılması üçün hər ay cəmi 200 manat məbləğində alimentin tutulması cavabdehin maddi durumunun nəzərə alınması baxımından ədalətli deyildir və bu tələb qismən, hər ay cəmi 60 manat məbləğində təmin edilməlidir. Məhkəmə iddia tələbi üzrə xx.xx.2021-ci il təvəllüdlü X4 müayinə və müalicəsi üçün hər ay 300 manat əlavə xərcin cavabdehdən tutulması ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 81.1-ci maddəsinə görə alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. 81.2-ci maddəsinə görə valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. 81.3-cü maddəsinə görə məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Yetkinlik yaşına çatmamış uşaqlara görə əlavə xərclərin çəkilməsi valideynlər arasında bağlanan sazişlə, əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladlara görə əlavə xərclərin çəkilməsi isə övladlarla valideynlər arasında bağlanan sazişlə həll edilə bilər. Belə saziş olmadıqda, məhkəmə valideynləri əlavə xərclərin ödənilməsinə cəlb edə bilər. Valideynlər övladlarına görə əlavə xərclərin çəkilməsində könüllü iştirak etmədikdə, onları saxlayan şəxslər – digər valideyn, qəyyum, himayəçi, tərbiyəçi, yetkinlik yaşına çatmış övlad isə özü (o, fəaliyyət qabiliyyətlidirsə) məhkəmədə iddia qaldıra bilər. Bu halda Ailə Məcəlləsinin 81.2-ci maddəsinə uyğun olaraq valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmə valideynləri nəinki faktiki çəkilmiş xərclərdə iştiraka, habelə gələcəkdə çəkilməsi zəruri olan xərclərə də cəlb edə bilər (Ailə Məcəlləsinin 81.3-cü maddəsi). Bu barədə məhkəməyə müraciət edən şəxs gələcəkdə çəkilməsi zəruri olan xərcləri mötəbər sübutlarla əsaslandırmalıdır. Valideynlərin verməli olduğu əlavə xərclərin miqdarı hər bir işin konkret halından asılıdır, əlavə xərclər dəyişməz deyildir. Belə ki, sonralar daha yüksək xərclərin çəkilməsi tələb edilərsə, bu məqsədlə təkrarən məhkəməyə müraciət etmək imkanı istisna edilmir. Məhkəmə hesab edir ki, iddia tələbi uşağın xəstəliyi ilə bağlı aylıq ödəniş haqqı 300 manatın cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində qismən əsaslıdır. Məhkəmə öz mövqeyini onunla əsaslandırır ki, əlavə xərclərə cəlb edilməsi ilə bağlı öhdəliklər bərabər olaraq valideynlərin üzərinə qoyulduğundan, ödənilmiş və ödəniləcək məbləğ də onların arasında bərabər bölünməlidir. Məhkəmə Ailə Məcəlləsinin 56.1-ci maddəsinin tələblərini nəzərə alaraq, yəni valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malik olduqlarına görə hesablanmış xərcin yarısının Cavabdeh alınıb İddiaçı ödənilməsini ədalətli və əsaslı hesab edir. Belə ki, məhkəmə uşağın xəstəliyi ilə bağlı 150 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəmə qərarı ilə tutulduqda aliment məhkəməyə müraciət edildiyi tarixdən tutulur. Belə olan halda məhkəmə hesab edir ki, alimentin tutulması iddia ərizəsi məhkəməyə daxil olduğu tarixdən, başqa sözlə xx.xx.2023-cü il tarixdən başlayaraq hesablanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234-cü maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, Cavabdeh 50 manat mediasiya xərci və 100 manat vəkilin göstərdiyi hüquqi yardım haqqı İddiaçı xeyrinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixdən başlayaraq, 25 may 2021-ci il təvəllüdlü X4 və 25 may 2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 200 manat olmaqla, cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində aliment və 25 may 2021-ci il təvəllüdlü X4 müalicəsinə görə hər ay 150 manat sabit pul məbləğində əlavə xərc tutularaq İddiaçı xeyrinə ödənilsin. Cavabdeh xx.xx.2023-cü il tarixdən başlayaraq, 25 may 2021-ci il təvəllüdlü X4 və 25 may 2021-ci il təvəllüdlü X1 3 (üç) yaşına çatanadək, yəni 25 may 2024-cü ilədək hər ay hər uşaq üçün 30 manat olmaqla, cəmi 60 manat miqdarında aliment tutularaq, İddiaçı xeyrinə ödənilsin. Cavabdeh 50 manat mediasiya xərci və 100 manat vəkilin göstərdiyi hüquqi yardım haqqı İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissələrdə təmin edilməsin. Qətnamə alimentin tutulması hissəsində qətnamə dərhal icra olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamənin alimentin tutulması hissəsindən şikayət verilməsi onun icrasını dayandırmır. Sədrlik edən Solmaz Ədilova
Məhkəmə qərarları › İş №e-2(005)-2800/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2800/2023
27.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver