Məhkəmə qərarları › İş №e-2(005)-2805/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2805/2025

16.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2805/2025 16.07.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh3 ASC (Ləğv prosesindədir) nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdehlər “Daşınar və Daşınmaz Əmlakların Satışı X7” Məhdud Məsuliyyətli Cəmiyyətinə, ”Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X5 1 saylı Bakı Ərazi İdarəsinə və Cavabdeh3 ASC (Ləğv prosesindədir) qarşı hərracın nəticələri barədə protokolun etibarsız hesab edilməsi və s. tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər “Daşınar və Daşınmaz Əmlakların Satışı X7” Məhdud Məsuliyyətli Cəmiyyətinə, ”Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri”X5 1 saylı Bakı Ərazi İdarəsinə və Cavabdeh3 ASC (Ləğv prosesindədir) qarşı hərracın nəticələri barədə protokolun etibarsız hesab edilməsi və s. tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddianın təmin edilməsi; Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsi, 4 saylı evin, 8 saylı mənzilin açıq hərracdan satışına dair cavabdeh "xxxx"i MMC-nin “Hərrac təşkilatının ipoteka saxlayana ipoteka predmetinin əldə edilməsi üçün Hərracın Yekunları barədə No 63/03 saylı 16 sentyabr 2019-cu il tarixli Satış Protokolu”nun, eləcə də onun doğurduğu bütün hüquqi nəticələrin etibarsız hesab edilməsi ;Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsi, 4 saylı evin, 8 saylı mənzilə dair cavabdeh Ləğv prosesində olan Cavabdeh3ASC-nin adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri tərəfindən Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəsi olan çıxarışın ləğv edilməsi; Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsi, 4 saylı evin, 8 saylı mənzilin İddiaçı mülkiyyətin qaytarılması, bu barədə Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydlərin aparılmasının və iddiaçının həmin mənzil üzərində mülkiyyət hüquqlarını təsdiq edən çıxarışın verilməsinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X5in 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2737/2014 saylı xx.xx.2014-cü il tarixli məhkəmə qətnaməsi əsasında verilmiş icra sənədinə (bundan sonra - icra sənədi) əsasən 24 may 2013-cü il tarixli 28/82 nörməli kredit müqaviləsi üzrə 349018.06 manat məbləğində əsas və 10466.17 manat məbləğində faiz borc olmaqla cəmi 359484,23 manat məbləğində borc və həmçinin ödənilmiş 30 manat dövlət rüsumu "xxxx" MMC-dən tutularaq "xxxx" ASC-nin xeyrinə tutulmalı, tutma ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsi, ev 4, mənzil 8-ə yönəldilməli, həmin mənzil açıq hərracdan satılaraq əldə olunan vəsaitin 359483,23 manatı "xxxx" ASC-nin hesabına ödənilməli və qalan məbləğ İddiaçı qaytarılmalıdır. İcra sənədi icra olunmasından ötrü Nəsimi rayon icra və Probasiya şöbəsinə göndərilmiş, həmin icra şöbəsinin xx.xx.2019-cu il tarixli, No11299-60506/2015- 5-6 saylı sifariş məktubuna əsasən mənzilin açıq hərracdan satılması üçün “Daşınar və Daşınmaz Əmlakların Satışı X7” MMC-yə (bundan sonra - hərrrac təşkilatçısı) hərrac sifarişi verilmişdir. Hərrac təşkilatçısı tərəfindən mənzilin açıq hərracdan satılması üçün xx.xx.2019-cu il tarixə ilkin hərrac təyin edilmişdir. Lakin buna baxmayaraq İddiaçı və Konfilocka MMC keçiriləcək ilkin hərrac barədə qanunvericilikdə müəyyən edilmiş lazımi qaydada məlumatlandırılmamış, buna baxmayaraq hərracın təşkilatçısı bununla bağlı hər hansı əlavə tədbir həyata keçirməmiş və icra şöbəsinə müraciət etməmişdir. Belə ki, FM Express Kuryer xidmətləri üçün mədaxil qəbzinin ƏİV seriyalı 084481 nömrəli talonundak “Alıcı” qrafasından göründüyü kimi hərracın keçirilməsi barədə bildiriş heç kimə təqdim edilməmiş, həmin qrafa boş qalmış və qeyd olunmuşdur ki, “Qeyd edilən ünvanda yoxdur”. Həmin kuryer xidmətinin ƏİV seriyalı 088565 nömrəli müvafiq talonunun “Alıcı” qrafasından da göründüyü kimi hərracın keçirilməsi barədə bildiriş heç kimə təqdim edilməmiş, həmin qrafa boş qalmış və qeyd olunmuşdur ki, “ünvan düzgün deyil”. Lakin bütün bunlara baxmayaraq, hərracın təşkilatçısı ilkin hərracın baş tutmaması barədə elan vermiş və xx.xx.2019-cu il tarixə mənzilin növbəti, təkrar açıq hərracını təyin etmişdir.Təkrar hərracın keçirilməsi prosesində də İddiaçı və Konfilocka MMC keçiriləcək təkrar hərrac barədə qanunvericilikdə müəyyən edilmiş lazımi qaydada məlumatlandırılmamış, buna baxmayaraq hərracın təşkilatçısı bununla bağlı hər hansı əlavə tədbir həyata keçirməmiş və icra şöbəsinə müraciət etməmişdir. Təkrar hərrac baş tutmadıqdan sonra hərracın təşkilatçısı mənzili təkrar hərracdakı satış qiymətindən 25% aşağı qiymətə ipoteka saxlayan banka təklif etmiş və “Hərrac təşkilatının ipoteka saxlayana ipoteka predmetinin əldə edilməsi üçün Hərracın Yekunları barədə No63/03 saylı 16 sentyabr 2019-cu il tarixli Protokoluna (bundan sonra - Hərrac Protokolu) əsasən mənzil cəmi 318750 manat qiymətə cavabdeh ləğv prosesində olan Cavabdeh3 ASC-yə satılmışdır. Daha sonra “Daşınar və Daşınmaz Əmlakların Satışı X7” MMC-nin No 63/03 saylı 16 sentyabr 2019-cu il tarixli Protokolu əsasında mənzil Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəsi ilə Çıxarış üzrə bankın adına rəsmiləşdirilmiş və mülkiyyət hüququ qeydə alınmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil idia tələbinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 ASC (Ləğv prosesindədir) nümayəndəsi X3 iddia tələbinin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbədarlıq edilməsinə baxmayaraq,Daşınar və Daşınmaz Əmlakların Satışı X7 MMC-nin nümayəndəsinin iştirakını təmin etməmişdir. Eyni zamanda əvvəlki məhkəmə iclasında iştirak edən Daşınar və Daşınmaz Əmlakların Satışı X7 MMC-nin nümayəndəsi X2 iddia tələbinin təmin edilməsinə etiraz etmədiyini bildirmişdi. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını tədqiq edib, tərəflərin izahatlarını dinləyib, onların təqdim etdiyi sübutları araşdırıb, hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2737/2014 saylı xx.xx.2014cü il tarixli məhkəmə qətnaməsi əsasında verilmiş icra sənədinə əsasən iddia təmin edilməsi, 24 may 2013-cü il tarixli 28/82 nörməli kredit müqaviləsi üzrə 349018.06 manat məbləğində əsas və 10466.17 manat məbləğində faiz borc olmaqla cəmi 359484,23 manat məbləğində borc və həmçinin ödənilmiş 30 manat dövlət rüsumu "xxxx" MMC-dən tutularaq "xxxx" ASC-nin xeyrinə tutulmalı, tutma ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsi, ev 4, mənzil 8-ə yönəldilməli, həmin mənzil açıq hərracdan satılaraq əldə olunan vəsaitin 359483,23 manatı "xxxx" ASC-nin hesabına ödənilməli və qalan məbləğ İddiaçı qaytarılmalıdır. - Nəsimi Rayon İcra və Probasiya Şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə “ipoteka predmetinin əldə olunmasına dair” “Daşınar və Daşınmaz Əmlakların Satışı X7” MMC-yə göndərilən təklifdən görünür ki,Nəsimi rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş, həmin icra şöbəsinin xx.xx.2019-cu il tarixli, No11299-60506/2015-5-6 saylı sifariş məktubuna əsasən borclu "xxxx"MMC-yə məxsus ipoteka yüklü Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsində yerləşən 4 saylı evin 8 saylı mənzilinin təkrar hərracın baş tutmaması barədə “Birja yenilikləri” qəzetinin xx.xx.2019-cu il tarixli nömrəsində elan dərc edilmişdir.”İpoteka Haqqında” Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq ipoteka predmeti təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə yəni 318750(üç yüz on səkkiz min yeddi yüz əlli) manat olmaqla ipoteka saxlayana təklif olunur. - Respublika Xammal və Əmtəə Birjasının “Daşınar və Daşınmaz Əmlakların Satışı X7” MMC-nin hərracın keçirilməsinə dair xx.xx.2019-cu il tarixli,01 nömrəli Bildirişindən görünür ki, Bakı şəhəri,Nəsimi rayonu,28 may küçəsində yerləşən 4 saylı evin 8 saylı mənzilin isə ilkin satış qiyməti 500000 manat müəyyən edilmişdir. -Respublika Xammal və Əmtəə Birjasının “Daşınar və Daşınmaz Əmlakların Satışı X7” MMC-nin hərracın keçirilməsinə dair xx.xx.2019-cu il tarixli 01/2 nömrəli Bildirişindən görünür ki, Bakı şəhəri,Nəsimi rayonu, 28 may küçəsində yerləşən 4 saylı evin 8 saylı mənzilin isə ilkin satış qiyməti 500000 manat müəyyən edilmişdir. -Respublika Xammal və Əmtəə Birjasının “Daşınar və Daşınmaz Əmlakların Satışı X7” MMC-nin hərracın keçirilməsinə dair 02.08..2019-cu il tarixli 02 nömrəli Bildirişindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsində yerləşən 4 saylı evin 8 saylı mənzilin isə ilkin satış qiyməti 425000 manat müəyyən edilmişdir. -088565 nömrəli mədaxil qəbzinin talonundan görünür ki, xx.xx.2019-cu il tarixində "xxxx"MMC-yə bildiriş göndərilmiş, həmin bildiriş “ünvan düzgün deyil” qeydi ilə geri qaytarılmışdır. -088504 nömrəli mədaxil qəbzinin talonundan görünür ki, xx.xx.2019-cu il tarixində İddiaçı bildiriş göndərilmiş, həmin bildiriş “qeyd olunan ünvanda belə bir şəxs yoxdur”qeydi ilə geri qaytarılmışdır. - “Birja yenilikləri” qəzetinin 16 avqust 2019-cu il, 22 avqust 2019-cu il tarixli nömrələrində Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsində yerləşən 4 saylı evin 8 saylı mənzilin dair keçirilən hərracların yeri, vaxtı və nəticələri barədə məlumatlar əks olunmuşdur. - 16 sentyabr 2019-cu il tarixli 63/03 nömrəli Hərracın Yekunları barədə protokoldan görünür ki, "xxxx" MMC-yə məxsus ipoteka yüklü Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsində yerləşən 4 saylı evin 8 saylı mənzil “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 43.7-ci maddəsinə əsasən 25% aşağı olan qiymətlə, 318.750,00 manata tələbkar "xxxx" ASC tərəfindən əldə edilmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən təqdim edilən Çıxarışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu,28 may küçəsində yerləşən 4 saylı evin 8 saylı mənzilin "xxxx" ASC-nin (Ləğv prosesindədir) xüsusi mülkiyyətindədir.Bu xx.xx.2020-cü il tarixində qeydiyyata alınmışdır. - ******* qeydiyyat nömrəli Çıxarışdan görünür ki, Bakı şəhəri,Nəsimi rayonu,28 may küçəsində yerləşən 4 saylı evin 8 saylı mənzil İddiaçı xüsusi mülkiyyətindədir. Bu xx.xx.2013-cü il tarixində qeydiyyata alınmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2737/2014 saylı xx.xx.2014-cü il tarixli məhkəmə qətnaməsi əsasında verilmiş icra sənədinə əsasən iddia təmin edilməsi, 24 may 2013-cü il tarixli 28/82 nörməli kredit müqaviləsi üzrə 349018.06 manat məbləğində əsas və 10466.17 manat məbləğində faiz borc olmaqla cəmi 359484,23 manat məbləğində borc və həmçinin ödənilmiş 30 manat dövlət rüsumu "xxxx" MMC-dən tutularaq "xxxx" ASC-nin xeyrinə tutulmalı, tutma ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsi, ev 4, mənzil 8-ə yönəldilməli, həmin mənzil açıq hərracdan satılaraq əldə olunan vəsaitin 359483,23 manatı "xxxx" ASC-nin hesabına ödənilməli və qalan məbləğ İddiaçı qaytarılması qət edilmişdir. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamə icra edilməsi üçün icra şöbəsinə göndərilmiş, Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icraata başlamaq haqqında qərarı ilə icraata başlanılmışdır. 16 sentyabr 2019cu il tarixli 63/03 nömrəli Hərracın Yekunları barədə protokoldan görünür ki, "xxxx"MMC-yə məxsus ipoteka yüklü Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsində yerləşən 4 saylı evin 8 saylı mənzil “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 43.7-ci maddəsinə əsasən 25% aşağı olan qiymətlə, 318.750,00 manata tələbkar "xxxx" ASC tərəfindən əldə edilmişdir. Respublika Xammal və Əmtəə Birjasının “Daşınar və Daşınmaz Əmlakların Satışı X7” MMC-nin hərracın keçirilməsinə dair xx.xx.2019-cu il tarixli, 01 nömrəli və xx.xx.2019-cu il tarixli 01/2 nömrəli bildirişə əsasən, Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsində yerləşən 4 saylı evin 8 saylı mənzilin isə ilkin satış qiyməti 500000 manat müəyyən edilmişdir. Respublika Xammal və Əmtəə Birjasının “Daşınar və Daşınmaz Əmlakların Satışı X7” MMC-nin hərracın keçirilməsinə dair xx.xx.2019-cu il tarixli 02 nömrəli Bildirişindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsində yerləşən 4 saylı evin 8 saylı mənzilin isə ilkin satış qiyməti 425000 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən təqdim edilən Çıxarışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsində yerləşən 4 saylı evin 8 saylı mənzilin "xxxx" ASC-nin (Ləğv prosesindədir) xüsusi mülkiyyətindədir. Bu xx.xx.2020-cü il tarixində qeydiyyata alınmışdır. ******* qeydiyyat nömrəli Çıxarışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsində yerləşən 4 saylı evin 8 saylı mənzil İddiaçı xüsusi mülkiyyətindədir. Bu barədə xx.xx.2013-cü il tarixdə qeydiyyat aparılmışdır. Mövcud hüquq münasibətləri ipoteka predmetinə tutmanın yönəldilməsi ilə bağlı yaranan mülki münasibətlər olduğundan məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin və “İpoteka haqqında” Qanunun normalarını əlaqəli şəkildə təhlil edərək mülki iş üzrə hüquqi nəticəyə gəlir. “İpoteka haqqında” Qanunun: 34.1-ci maddəsinə görə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. 39.2-ci maddəsinə görə ipoteka saxlayan tutmanın yönəldilməsinə dair bildirişin bu Qanunun 36.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə verilməsi barədə məhkəməyə sübut təqdim etməlidir. 41.1-ci maddəsinə əsasən ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. 41.2, 41.3, 41.4 və 41.5-ci maddələrinə əsasən məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üsulu və satışı həyata keçirməli olan şəxs tərəflərin razılığı ilə müəyyən olunur. Razılığa əsasən ipoteka predmeti hərracda satıldıqda ipoteka saxlayan və ya ipoteka qoyan hərracın təşkilatçısına sifarişi verə bilərlər. Hərrac açıq auksion formasında keçirilir. Həmin Qanunun 42.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. Həmin Qanunun 44-cü maddəsinə əsasən “İpoteka haqqında” Qanunun müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 8.3-cü maddəsinə əsasən icraata başlamaq haqqında qərarın surəti onun qəbul edildiyi vaxtdan bir gün müddətində tələbkara, borcluya, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 44.1.3-cü maddəsinə əsasən könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi, məcburi icra tədbirlərinin tətbiqinin əsaslarıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 44.2-ci maddəsinə əsasən bu Qanunun 44.1-ci maddəsində müəyyən edilmiş əsaslardan hər hansı biri olmadıqda məcburi icra tədbirlərinin tətbiqinə yol verilmir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.1-ci maddəsinin tələbinə görə üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.2-ci maddəsinin tələbinə görə borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.3-cü maddəsinin tələbinə görə əmlak satılmadıqda həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana qaytarılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 317.1-ci maddəsinə görə borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə görə əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 19.1.3-cü maddəsinə əsasən icra hərəkətləri, habelə icra sənədi və yaxud icra sənədinin verilməsi üçün əsas olmuş tələb, məhkəmə və ya digər orqanın qərarı barəsində mübahisə qaldırıldığı halda mübahisəyə mahiyyəti üzrə baxılanadək bu Qanunun 17-ci və 18-ci maddələrində nəzərdə tutulmuş hallarda icraat aşağıdakı vaxtlara qədər dayandırılır. Həmin Qanunun 17.1.4-cü maddəsinə əsasən icra sənədinə və ya onun verilməsinə əsas olan tələbə (“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən aparılan notariusun icra qeydi və ya onun verilməsinə əsas olan tələb istisna olmaqla) dair borclu tərəfindən iddia qaydasında mübahisə qaldırdıqda, əgər bu cür mübahisəyə qanunla yol verilirsə icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 220.4-cü maddəsinə əsasən, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. F.Cavadov və V. Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 30 dekabr 2008-ci il tarixli qərarında qeyd edir ki, Azərbaycan Respublikasınn Mülki Məcəlləsinin 415.2-ci maddəsində göstərilmişdir ki, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyriməhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 oktyabr 2014-cü il tarixli qərarında göstərilir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna zidd hesab edilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır. İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə 04/2022 nömrəli 14 dekabr 2022-ci il tarixli qərardadının nəticə hissəsində qeyd olunmuşdur: 1. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilməsi üçün “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8- ci maddəsində nəzərdə tutulmuş müddətin axımı hərrac təşkilatçısı tərəfindən hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində (media subyektlərində) və özünün rəsmi internet saytında təkrar hərracın baş tutmaması barədə elanların dərc edilməsindən sonrakı gün başlayır və 30-cu günun sonunda başa çatır. Bu müddətin başlanması üçün ipoteka saxlayana təkrar hərracın baş tutmaması barədə ayrıca məlumatın verilməsi və ya ipoteka predmetinin ona təklif olunmasına dair bildirişin göndərilməsi tələb olunmur. 2. İpoteka predmeti təkrar hərracın baş tutmamış elan edilməsindən sonra 30 təqvim günü ərzində ipoteka saxlayanla hərrac təşkilatçısı arasında “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-1-ci maddəsində nəzərdə tutulmuş müqavilə qüvvəsinə malik olan protokolun imzalanması ilə əldə edilir.

3. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsində nəzərdə tutulmuş 30 günlük müddət kəsici müddətdir və həmin müddət ərzində ipoteka saxlayan tərəfindən ipoteka predmetinin əldə edilməməsi ipotekaya xitamın verilməsi üçün əsasdır. Tərəflər arasında bununla bağlı mübahisə olduqda ipotekaya xitam verilməsi haqqında məhkəmədə iddia qaldırıla bilər. 4. Hərrac təşkilatının protokolu imzalamaqdan imtina etməsi və yaxud yayınması zamanı ipoteka saxlayan ipoteka predmetinin hərracdan əldə edilməsinə dair protokolun qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində imzalanmış hesab edilməsi və (və ya) zərərin əvəzinin ödənilməsi haqqında iddia qaldıra bilər.5. Protokolun qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində imzalanmış hesab edilməsi barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə minməsi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.4-cü maddəsinə əsasən ipoteka predmetinin ipoteka saxlayanın adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün əsasdır. “Poçt haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.10-cu maddəsinə görə sifarisli poçt göndərisi – göndərilmək üçün qəbul olunduguna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişindən ibarətdir. Məhkəməyə təqdim edilmiş poçt qəbzlərinə əsasən cavabdeh Respublika Xammal və Əmtəə Birjasının “Daşınar və Daşınmaz Əmlakların Satışı X7” MMC tərəfindən İddiaçı qeydiyyatda olduğu ünvana hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, habelə özündə qanunvericiliklə müəyyən edilmiş digər məlumatları əks etdirən bildirişlər göndərilmiş, lakin bu bildirişlərin çatdırılması barədə qəbzlərin üzərində “qeyd olunan ünvanda belə bir şəxs yoxdur” qeydi edilmişdir, yəni nəticə etibarı ilə bildirişləri iddiaçıya təqdim etmək mümkün olmamışdır. xx.xx.2019-cu il tarixdə təkrar həracın keçirilməsi barədə bildiriş xx.xx.2019-cu il tarixdə göndərilmişdir. Halbuki yuxarıda istinad eilən qanunvericilik normalarına əsasən, bildiriş bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir. Məhkəmə hər iki cavabdeh təşkilatın nümayəndəsinin iddianı etiraf etməsini vurğulayaraq, qeyd edir ki, qüvvədə olan mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir (maddə 106). Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir (maddə 52.2). Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır (maddə 191.3). Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər (maddə 220.4). Məhkəmə araşdırması zamanı həm cavabdeh LPO Cavabdeh3 ASC, həm də “Daşınar və Daşınmaz Əmlakların satışı X7” MMC-nin nümayəndələri iddianın təmin edilməsinə etiraz etmədiklərini, tərflərin arasında razılıq olduğunu etiraf etmişdirlər. Belə olan təqdirdə, məhkəmə hesab edir ki, iddianın təmin edilməsinə cavabdehlərin razı olması, digər üçüncü şəxslərin hüquqlarına toxunması halı müəyyən edilmədiyindən, iddia təmin edilməlidir. Məhkəmə eyni zamanda iddia tələbinin DƏDKR PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı yönəlmiş “çıxarışın ləğvi və iddiaçının mülkiyyət hüquqlarını təsdiq edən çıxarışın verilməsi” hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi “hərracın nəticələrinin etibarsızlığı” hissəsində təmin edildiyindən, bu hissədə təmin edilməlidir və cavabdehin iddia tələbinə münasibət bildirməməsi tələbin rəddi üçün əss ola bilməz. Belə ki, mahiyyət etibarilə hərracın nəticələri etibarsız hesab edildiyindən, əmlak iddiaçının mülkiyyətinə qaytarılmalı və iddiaçının hüquqlarını təsdiq edən çıxarış verilməlidir. Məhkəmə F.Cavadov və V. Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mulki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarına istinadən qeyd edir ki, Azərbaycan Respublikasınn Mülki Məcəlləsinin 415.2-ci maddəsində göstərilmişdir ki, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 nömrəli “Məhkəmə qətnaməsi haqqında” Qərarının 6.10-cü bəndinə əsasən əqd məhkəmə tərəfindən ləğv edildikdə və ya etibarsız hesab edildikdə qətnamənin nəticə hissəsində əqdin iştirakçılarının əqd üzrə aldıqlarını eyni vaxtda geri qaytarmalı olmaları və yaxud qətnamənin hər iki tərəf üçün eyni vaxtda icra edilməli olması göstərilməlidir. Tərəflərin əvvəlki vəziyyətə qaytarılması üçüncü şəxslərin hərəkətləri ilə əlaqədar olduqda qətnamədə bu məsələ də həll edilməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsi, 4 saylı evin, 8 saylı mənzilin açıq hərracdan satışına dair cavabdeh "xxxx"i MMC-nin“Hərrac təşkilatının ipoteka saxlayana ipoteka predmetinin əldə edilməsi üçün Hərracın Yekunları barədə No 63/03 saylı 16 sentyabr 2019-cu il tarixli Satış Protokolu, eləcə də onun doğurduğu bütün hüquqi nəticələri etibarsız hesab edilməli, Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsi, 4 saylı evin, 8 saylı mənzilə dair cavabdeh Ləğv prosesində olan Cavabdeh3 ASC-nin adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri tərəfindən Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəsi olan çıxarışın ləğv edilməsi və Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsi, 4 saylı evin, 8 saylı mənzili İddiaçı mülkiyyətinə qaytarılmalı və bu barədə Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydlərin aparılmasının və iddiaçının həmin mənzil üzərində mülkiyyət hüquqlarını təsdiq edən çıxarışın verilməsinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X5in 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsi, 4 saylı evin, 8 saylı mənzilin açıq hərracdan satışına dair cavabdeh "xxxx"i MMC-nin“ Hərrac təşkilatının ipoteka saxlayana ipoteka predmetinin əldə edilməsi üçün Hərracın Yekunları barədə No 63/03 saylı 16 sentyabr 2019-cu il tarixli Satış Protokolu, eləcə də onun doğurduğu bütün hüquqi nəticələr etibarsız hesab edilsin. Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsi, 4 saylı evin, 8 saylı mənzilədair cavabdeh Ləğv prosesində olan Cavabdeh3ASC-nin adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri tərəfindən Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəsi olan çıxarış ləğv edilsin. Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsi, 4 saylı evin, 8 saylı mənzili İddiaçı mülkiyyətinə qaytarılsın və bu barədə Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydlərin aparılması və iddiaçının həmin mənzil üzərində mülkiyyət hüquqlarını təsdiq edən çıxarışın verilməsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X5in 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar