Məhkəmə qərarları › İş №e-2(005)-2869/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №e-2(005)-2869/2025

02.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(005)-2869/2025 02.07.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi ilə, İddiaçı cavabdeh BOKT "xxxx" MMC-yə qarşı “ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin əsassız hesab edilməsi, mənzilə tutma yönəldilməməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə məhkəmənin binasında (Bakı şəhəri, Əhməd bəy Ağaoğlu 34A) açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh BOKT "xxxx" MMC-yə qarşı “ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin əsassız hesab edilməsi, mənzilə tutma yönəldilməməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2025-ci il tarixli ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin əsassız hesab edilməsi, "xxxx" BOKT-a olan borcun məbləğinin düzgün hesablanması və ipoteka predmeti olan İddiaçı məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 787-ci məhəllə, ev 38, mənzil 203, Yeni qaydalarla: AZ 1008, Bakışəhəri ,Nəsimi rayonu, Xətai prospekti, giriş 166, M9, 2 saylımənzilə tutma yönəldilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili xx.xx.2025-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, xx.xx.2025-ci il tarixli xəbərdarlıq və xx.xx.2025-ci il tarixli ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin əsassız hesab edilməsi, "xxxx" BOKT-a olan borcun məbləğinin düzgün hesablanması və ipoteka predmeti olan İddiaçı məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 787-ci məhəllə, ev 38, mənzil 203, Yeni qaydalarla: AZ 1008, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, giriş 166, M9, 2 saylı mənzilə tutma yönəldilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh BOKT "xxxx" MMC xx.xx.2025-ci il tarixdə elektron kabinet vasitəsilə vəsatət təqdim edərək, Nəsimi rayon Məhkəməsinin icraatında əsas mahiyyət üzrə iddia ərizəsi olduğunu nəzərə alaraq, icraatda olan mülki işin bir icraatda birləşdirilərək baxılması üçün Nəsimi rayon Məhəməsinə göndərilməsi barədə müvafiq qərardad qəbul edilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, İddiaçı BOKT "xxxx" MMC-yə qarşı “ipoteka müqaviləsi üzrə mübahisələr” tələbinə dair iddia ərizəsi vardır. Həmin iddia ərizəsi üzrə təkrar hazırlıq iclası xx.xx.2025-ci il tarixə təyin olunmuşdur. Bildirmək istəyir ki, BOKT "xxxx" MMC-nin cavabdeh İddiaçı qarşı “kreditin, kredit faizlərinin, cərimələrin ödənilməsi və ipoteka predmetinə tutmanın yönəldilməsinə dair” iddia ərizəsi Nəsimi rayon Məhkəməsinin (hakim Vüsalə xanım Musayeva) icraatına qəbul olunmuş və işin hazırlıq iclası 09 iyul 2025-ci il tarixə təyin olunmuşdur. Yuxarıda qeyd olunduğu kimi iddiaçının “işin təxirə salınması” barədə ərizəsinə əsasən mülki iş təkrar hazırlıq iclasına təyin olunmuşdur. Göründüyü kimi iddiaçı süni maneələr yaratmaqla əsas mahiyyət üzrə işin baxılmasını yubadır. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmişdirlər. İddiaçının nümayəndəsi və vəkili xx.xx.2025-ci il tarixdə elektron kabinet vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək, iclasın iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə hazırki hazırlıq iclasının tərəflərin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə cavabdehin vəsatətini, iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, vəsatət təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icratında olan e-2(005)-2869/2025 saylı mülki iş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olan e-2(006)-3841/2025 saylı mülki işə birləşdirilməlidir. Azərbaycan Respublikası Mülki Prossesual Məcələsinin: - 43-cü maddəsinə əsasən əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. - 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. -169.4-cü maddəsinə əsasən bu Məcəllənin 169.1-169.3-cü maddələrində göstərilən hərəkətləri hakim çəkişmə prinsipinə əməl etməklə həmin məsələ üzrə işdə iştirak edən şəxsləri dinlədikdən sonra edə bilər. İş materiallarından görünür ki, hazırki iş üzrə iddia tələbi ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin əsassız hesab edilməsi, "xxxx" BOKT-a olan borc məbləğinin düzgün hesablanması və ipoteka predmeti olan İddiaçı məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 787-ci məhəllə, ev 38, mənzil 203, Yeni qaydalarla: AZ 1008, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, giriş 166, M9, 2 saylı mənzilə tutma yönəldilməməsi barədədir. Digər tərəfdən məhkəmə tərəfindən iş materiallarına əlavə olunmuş sənədlərlə müəyyən olunmuşdur ki: - iddiaçı "xxxx" BOKT MMC cavabdeh İddiaçı qarşı kreditin, kredit faizlərinin, cərimənin ödənilməsi və ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər İddiaçı və zamini X1 arasında bağlanmış xx.xx.2024-cü il tarixli kredit üzrə əsas, faiz, cərimə borcunun və s. ödənilməsi, tələbin ipoteka predmeti olan cavabdeh İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 787-ci məhəllə, ev 38, mənzil 203, Yeni qaydalarla: AZ 1008. Bakı şəhəri, Nəsimi rayonu. Xətai prospekti, giriş 166. M9, ünvanında yerləşən 2 saylı mənzilə yönəldilərək hərraca çıxarılması, əmlakların açıq hərrac yolu ilə satılaraq, onun satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdehlərin iddiaçı BOKT "xxxx" MMC-yə yaranmış borcunun ödənilməsinə yönəldilməsi, borc məbləği tam ödənilmədiyi təqdirdə qalıq məbləğin cavabdehlərdən tutulması və İpoteka predmeti olan Bakı şəhəri. Nəsimi rayonu. Xətai prospekti, 787-ci məhəllə, ev 38. mənzil 203,Yeni qaydalarla: AZ 1008. Bakı şəhəri, Nəsimi rayonu. Xətai prospekti, giriş 166. M9, ünvanında yerləşən 2 saylı mənzilin hərracda satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılaraq ailə üzvləri və digər şəxslər ilə birlikdə mənzildən çıxarılması barədə qətnamə qət edilməsini xahiş etmişdir, iddia ərizəsi icraata qəbul edilmişdir. (mülki iş № e-2(006)- 3841/2025). Konstitusiya Məhkəməsi Plenumunun M.Xocalıyevin şikayəti üzrə 2014-cü il 9 iyul tarixli Qərarına əsasən, prosessual qənaət prinsipi məhkəmə proseslərinin uzadılmasının aradan qaldırılmasına, bir sıra prosessual institutların münasib hala gətirilməsinə, onların qanunvericiliklə daha dəqiq tənzimlənməsinə yönəlmişdir. Hazırki iş üzrə İddiaçı iddia tələbinin əsasını onunla "xxxx" Bank Olmayan Kredit Təşkilatı arasında bağlanmış xx.xx.2024-cu il tarixli 06/427-2024 saylı kredit xətti müqaviləsi, xx.xx.2024-cü il tarixdə 06/427-2024 saylı bərpa olunan kredit xətti müqaviləsinə 2 saylı əlavə və /427-2024-İP saylı ipoteka müqaviləsi üzrə mübahisə təşkil edir. İddiaçı həmin müqavilə üzrə "xxxx" BOKT MMC tərəfindən ona göndərilmiş xəbərdarlıq və ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin əsassız hesab edilməsi, "xxxx" BOKT-a olan borcunun məbləğinin düzgün hesablanması və ipoteka predmeti olan mənzilə tutma yönəldilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Digər tərəfdən isə hazırkı iş üzrə cavabdeh, "xxxx" BOKT MMC, iddiaçının iddianın əsası kimi göstərdiyi xx.xx.2024-cü il tarixli müqavilə üzrə borcun ödənilməsi və borcun ödənilməsinin ipoteka predmetinə yönəldilməsi barədə tələblə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə mülki işlər üzrə iddiaların əsası və predmeti, irəli sürülmüş iddia tələbləri arasında əlaqə və bağlılığın olduğunu, habelə tərəflərin eyni olmasını nəzərə alaraq hesab edir ki, mülki işlər bir-biri ilə əlaqəlidir. İşlərin birləşdirilməsi ədalət mühakiməsinin düzgün həyata keçirilməsini, həmçinin prossesual qənaət prinsipi baxımından işlərə bir icraatda baxılması mövcud olan mübahisəyə daha tez və obyektiv hüquqi qiymət verilməsini təmin edə bilər. Bu baxımdan, mülki işlərin birləşdirilməsi məqsədəmüvafiqdir və onlar birlikdə baxılmaq üçün bir icraatda birləşdirməli, baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icratında olan İddiaçı cavabdeh BOKT "xxxx" MMC-yə qarşı “ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin əsassız hesab edilməsi, mənzilə tutma yönəldilməməsi” tələbinə dair e-2(005)-2869/2025 saylı mülki iş Bakı şəhəri Nəsimi Rayon məhkəməsinin icraatında olan iddiaçı BOKT "xxxx" MMC-nin cavabdeh İddiaçı qarşı “kreditin, kredit faizlərinin, cərimənin ödənilməsi və ipoteka predmetinə tutmanın yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə e-2(006)-3841/2025 saylı mülki işə birləşdirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 267.1-ci maddəsinə əsasən, məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. Həmin Məcəllənin 395.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər qətnamədən ayrılıqda birinci instansiya məhkəmələrinin qərardadlarından bu məcəllədə göstərilən hallarda və məhkəmənin qərardadı işin sonrakı hərəkətinə mane olduqda şikayət verə bilərlər. Həmin Məcəllənin 395.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəmələrinin digər qərardadlarından şikayət verilmir. İşdə iştirak edən şəxslər bu qərardadlardan narazı qaldıqda qərardada olan etirazlarını apellyasiya şikayətlərinə daxil edə bilərlər. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169, 263-264, 267-268 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icratında olan İddiaçı cavabdeh BOKT "xxxx" MMC-yə qarşı “ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin əsassız hesab edilməsi, mənzilə tutma yönəldilməməsi” tələbinə dair e-2(005)-2869/2025 saylı mülki iş Bakı şəhəri Nəsimi Rayon məhkəməsinin icraatında olan iddiaçı BOKT "xxxx" MMC-nin cavabdeh İddiaçı qarşı “kreditin, kredit faizlərinin, cərimənin ödənilməsi və ipoteka predmetinə tutmanın yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə e-2(006)- 3841/2025 saylı mülki işə birləşdirilsin. Mülki iş baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar