Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-291/2024 30.05.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi Nəsibova Təhminə Nizami qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə, cavabdeh 1 nömrəli Füzuli Peşə Məktəbinin nümayəndəsi və vəkili nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili X2 və 1 nömrəli Füzuli Peşə Məktəbinə qarşı “əmək haqqı və son haqq-hesabın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təsviri hissə İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh 1 X3 Məktəbindən iddiaçıya hələ də ödəmədiyi 16 848 manat son haqq-hesabın cavabdehlər 1 X3 Məktəbindən və Peşə Təhsili X2ndən müştərək qaydada tutularaq İddiaçı ödənilməsi, cavabdehlər 1 X3 Məktəbindən və Peşə Təhsili X2ndən, iddiaçının əmək haqqının (son haqq-hesabının) ödənilməsini gecikdirdiyi 365 günün hər günü üçün 61 320 manat ödəncin müştərək qaydada tutularaq İddiaçı ödənilməsi; 300 manat hüquqi xidmət xərci və 50 manat mediasiya xərci cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, o xx.xx.1988-ci il tarixindən xx.xx.2022-ci ilə qədər əmək müqaviləsi ilə cavabdeh 1 X3 Məktəbində mühasib vəzifəsində çalışıb. Cavabdeh 1 X3 Məktəbinin xx.xx.2022-ci il tarixində 40 saylı əmr ilə iddiaçı öz xahişi işdən azad olunub. Həmin Əmrdə deyilir ki, iddiaçının son haqq-hesab qanunvericiliyə uyğun olaraq hesablanıb ödənilməlidir. Lakin cavabdeh hələ də iddiaçıya tam olaraq son haqq hesab pulunu ödəməyib. Belə ki, iddiaçı 1998-ci ildən bəri məzuniyyət çıxmadığı kimi, onun 25 illik məzuniyyət pulu və 2022-ci ilin iyun ayının əmək haqqısı olan 714 manatı, yəni son haqq hesabı ödənmədi. Bu səbəblə iddiaçı xx.xx.2023-cü il tarixində hər iki cavabdehə mediasiya təklifini göndərib, lakin cavabdeh xx.xx.2023-cü il tarixində keçirilən mediasiya iclasında iştirak etmədi. Bu səbəblə Fizuli rayonunu da əhatə edən Cəbrayıl 1 saylı Mediasiya Təşkilatı iddiaçıya xx.xx.2023-cü il tarixli mediasiya arayışını verdi. Mediasiya prosesi davam edərkən cavabdeh son haqq hesabın bir qismini ödədi. Hal hazırda cavabdehin iddiaçıya ödəmədiyi son haqq hesab məbləği cəmi 16 848 manat təşkil edir. İddia tələbinin birinci hissəsi həmin son haqq hesab pulunun cavabdehdən tutulması ilə bağlıdır. İddiaçı daha sonra iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh 1 X3 Məktəbininin iddiaçıya xx.xx.2022-ci il tarixində ödəməli olduğu, lakin 357 gün gecikdirib xx.xx.2023-cü ildə ödədiyi 3791,05 manat məbləğindəki əmək haqqının (son haqhesabın) ödənilməsini gecikdirdiyi hər gün üçün 2 faiz (75,80 manat) olmaqla, cəmi 27 060,60 manat ödəncin cavabdeh 1 X3 Məktəbindən Peşə Təhsili X2 müştərək qaydada tutularaq İddiaçı ödənilməsi; cavabdeh 1 X3 Məktəbindən iddiaçıya hələ də ödəmədiyi 16 848 manat əmək haqqı (son haqq hesab), həmin əmək haqqını (son haq hesabı) 365 gün gecikdirdiyi üçün günlük 1 faiz məbləğində ödənc (168,48 manat) olmaqla, cəmi 61 495,20 manat ödənc cavabdehlər 1 X3 Məktəbindən və Peşə Təhsili X2 müştərək qaydada tutularaq İddiaçı ödənilməsi; 300 manat hüquqi xidmət xərci və 50 manat mediasiya xərci cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı ödənilməsi haqqında məhkəmə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin mahiyyətinə uyğun izahat verərək cavabdeh tərəflə razılığa gəlinməsinə çalışsa da, cavabdeh son haqq-hesabı daha az məbləğdə ödəyəcəyini bildirdiyindən tərəflər arasında barışıq əldə olunmadığını bildirdi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh 1 nömrəli Füzuli Peşə Məktəbinin nümayəndəsi və vəkili Vəkil iddiaçıya son haqq-hesab olaraq 10000 manat ödənilməsinə peşə məktəbin razı olmasına baxmayaraq iddiaçı tərəfindən daha yüksək məbləğdə pul ödənilməsində təkid etməsi səbəbindən tərəflər arasında razılıq əldə olunmadığını bildirdi və iddianın rədd edilməsini xahiş etdi. Digər cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və işin baxılmasının başqa vaxta keçirilməsi barədə vəsatət verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddələrinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: a)Mülki işin materialları Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili X2 1 nömrəli Füzuli Peşə Məktəbi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd olunur ki, 1999, 2000, 2001, 2002, 2005 və 2006-cı illərin məzuniyyəti barədə məktəbin əmr kitabında İddiaçı əmək məzuniyyəti haqqında heç bir əmr yoxdur. Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.1994-cü il tarixli 71 nömrəli əmrinə əsasən Füzuli rayonunun işğalı ilə əlaqədar olaraq 01.1994-cü il tarixdən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır. xx.xx.1998-ci il tarixli 12 nömrəli əmrə əsasən Füzuli rayon 116 nömrəli texniki peşə məktəbi öz fəaliyyətini yenidən bərpa etmişdir. 01.1994-cü il tarixdən xx.xx.1998-ci il tarixədək İddiaçı dondurulmuş əmək haqqı almışdır. İddiaçı 2002, 2003, 2004, 2007, 2008, 2009, 2010, 2011, 2012, 2013, 2014, 2015, 2016, 2017, 2018, 2019 və 2020-ci ilin əmək məzuniyyətlərindən istifadə etmişdir. 1999, 2000, 2001, 2005, 2006, 2021 və 2022-ci illərin əmək məzuniyyətləri hesablanaraq İddiaçı ödənilmişdir. İddiaçı yazılı əmək müqaviləsi və portalda elektron bildirişi yoxdur. Füzuli rayon İcra Hakimiyyəti Başısını Aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş məktubda qeyd olunur ki, İddiaçı xx.xx.2009-cu il tarixdən xx.xx.2012-ci il tarixədək Füzuli rayon İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və Tikinti Şöbəsində məsləhətçi, xx.xx.2012-ci il tarixdən xx.xx.2013-cü il tarixədək həmin şöbədə aparıcı məsləhətçi, xx.xx.2013-cü il tarixdən xx.xx.2014-cü il tarixədək hüquq şöbəsində məsləhətçi, xx.xx.2014-cü il tarixdən xx.xx.2022-ci il tarixədək isə Memarlıq və Tikinti Çöbəsində aparıcı məsləhətçi vəzifələrində işləmişdir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili X2 1 nömrəli Füzuli Peşə Məktəbi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd olunur ki, məktəbdə baş mühasib işləmiş İddiaçı gecikdirilmiş 1999, 2000, 2001, 2005, 2006, 2021 və 2022ci illərin istifadə olunmamış 30 təqvim günü müddətinə əmək məzuniyyəti və 2022-ci ilin iyun ayının əmək haqqı cəmi 5139,01 manat hesablanmaqla xx.xx.2023-cü il tarixdə karta 3791,05 manat köçürülmüşdür. Füzuli rayon İcra Hakimiyyəti Başısını Aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş məktubda qeyd olunur ki, RİHB Aparatında Memarlıq və Tikinti Şöbəsinin aparıcı məsləhətçisi vəzifəsində işləmiş İddiaçı 01 oktyabr 2018-ci il tarixdən 05 noyabr 2018-ci il tarixədək 36 təqvim günü, 01 iyul 2019-cu il tarixdən 05 avqust 2019cu il tarixədək 36 təqvim günü, 01 oktyabr 2020-ci il tarixdən 05 noyabr 2020-ci il tarixədək 36 təqvim günü, 01 sentyabr 2021-ci il tarixdən 06 oktyabr 2021-ci il tarixədək 36 təqvim günü, 01 avqust 2022-ci il tarixdən 05 sentyabr 2022-ci il tarixədək 36 təqdim günü əmək məzuniyyətindən istifadə etmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş əmrlərdən aydın olur ki, İddiaçı xx.xx.2002-ci il tarixdən 85 nömrəi əmrlə 48 gün, xx.xx.2003-cü il tarixdən 105 nömrəli əmrlə 48 gün, xx.xx.2004-cü il tarixdən 10 nömrəli əmrlə 48 gün, xx.xx.2007-ci il tarixdən 63 nömrəli əmrlə 56 gün, xx.xx.2008-ci il tarixdən 77 nömrəli əmrlə 56 gün, xx.xx.2009-cu il tarixdən 87 nömrəli əmrlə 56 gün, xx.xx.2010-cu il tarixdən 56 gün, xx.xx.2011-ci il tarixdən 131 nömrəli əmrlə 56 gün, xx.xx.2012-ci il tarixdən 56 gün, xx.xx.2013-cü il tarixdən 167 nömrəli əmrlə 56 gün, xx.xx.2014-cü il tarixdən 180 nömrəli 56 gün, xx.xx.2015-ci il tarixdən 194 nömrəli əmrlə 56 gün, xx.xx.2016-cı il tarixdən 214 nömrəli əmrlə 56 gün, xx.xx.2017-ci il tarixdən 224 nömrəli əmrlə 56 gün, xx.xx.2018ci il tarixdən 245 nömrəli əmrlə 56 gün, xx.xx.2019-cu il tarixdən 269 nömrəli əmrlə 56 gün, xx.xx.2020-ci il tarixdən 4 nömrəli əmrlə 56 gün müddətinə əmək məuniyyətindən istifadə etmişdir. 1 nömrəli Füzuli Peşə Məktəbi tərəfindən 23 iyun 2023-cü il tarixdə verilmiş 115 nömrəli əmrlə Füzuli 1 nömrəli peşə məktəbinin baş mühasibi işləmiş İddiaçı gecikdirilmiş 1999, 2000, 2001, 2005, 2006, 2021 və 2022-ci il illərin istifadə olunmamış, 30 təqvim günü müddətinə əmək məzuniyyəti və 2022-ci ilin iyun ayının əmək haqqı verilməsi barədə göstəriş verilmişdir. Məhkəmə Ekspetiza Mərkəzi tərəfindən 21 fevral 2024-cü il tarixdə verilmiş 9/435 nömrəli ekspert rəyində qeyd olunur ki, 3791,05 manat məbləğin gecikdirilməsinə görə ödənildiyi xx.xx.2023-cü il tarixədək hər gün üçün hesablanmış 1 faiz ödənc olan pul vəsaitinin ümumilikdə 13530,30 manat olması müəyyən olunmuşdur. b)Məhkəmə tərəfindən müəyyən edilən hallar: İddiaçı xx.xx.2009-cu il tarixdən xx.xx.2012-ci il tarixədək Füzuli rayon İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və Tikinti Şöbəsində məsləhətçi, xx.xx.2012-ci il tarixdən xx.xx.2013cü il tarixədək həmin şöbədə aparıcı məsləhətçi, xx.xx.2013-cü il tarixdən xx.xx.2014-cü il tarixədək hüquq şöbəsində məsləhətçi, xx.xx.2014-cü il tarixdən xx.xx.2022-ci il tarixədək isə Memarlıq və Tikinti Şöbəsində aparıcı məsləhətçi vəzifələrində işləmişdir. 1 X3 Məktəbinin xx.xx.2022-ci il tarixində 40 saylı əmr ilə İddiaçı öz ərizəsi ilə işdən azad olunub. Həmin əmrlə İddiaçı gecikdirilmiş 1999, 2000, 2001, 2005, 2006, 2021 və 2022-ci il illərin istifadə olunmamış, 30 təqvim günü müddətinə əmək məzuniyyəti və 2022-ci ilin iyun ayının əmək haqqı verilməsi barədə göstəriş verilmişdir. Hesablanmış məbləğ İddiaçı xx.xx.2023-cü il tarixdə ödənilmişdir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə əsasən hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Hər hansı ayrı-seçkilik olmadan əmək hüquqlarının həyata keçirilməsi beynəlxalq hüquqi aktlarda da aparıcı yer tutur. İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 23-cü maddəsinin ikinci bəndində, İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Paktın 7-ci maddəsində hər kəsin hər hansı ayrı-seçkilik olmadan bərabər əməyə görə bərabər haqq almaq hüququ təsbit olunmuşdur. Qeyd edilməlidir ki, əmək hüququ insanların digər konstitusiya hüquqlarının həyata keçirilməsinə təsir göstərə biləcək amillərdən biri olmaqla, insanın ləyaqəti və özünü cəmiyyətdə fərd kimi dərk etməsi üçün önəmlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 154.1 və 154.2-ci maddələrinə əsasən, əmək haqqı-müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Bu Məcəllənin 16-cı maddəsində nəzərdə tutulmuş ayrı-seçkiliyə yol verilməməsi prinsiplərini pozaraq işçilərin əmək haqqı məbləğinin hər hansı şəkildə azaldılması və onlara dövlətin müəyyən etdiyi minimum əmək haqqı miqdarından az əmək haqqı verilməsi qadağan edilir. Həmin Məcəllənin 172-ci maddəsinin 1-ci bəndinə görə, aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. Eyni Məcəllənin 83.2 və 172.4-cü maddələrinə uyğun olaraq, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. İşçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gündə verilir. Əmək Məcəlləsinin 178-ci maddəsinin 1-ci hissəsinə müvafiq olaraq, işəgötürən maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqını bu Məcəllənin 172-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borcludur. İşçiyə aylıq əmək haqqının ödənilməməsində təqsirkar olan işəgötürən qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Qeyd olunmalıdır ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur. Sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hallar təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Məhkəmə hansı halların sübuta yetirilməli olduğunu təsbit etdikdən sonra həmin halların sübut edilməsi yükünün kimin üzərinə düşdüyünü müəyyən etməlidir. Sübutetmə yükü qanunda xüsusi bir qayda nəzərdə tutulmadığı halda iddia edilən halın mövcud olduğuna və ya olmadığına bağlanan hüquqi nəticədən fayda görən tərəfə aiddir. Bir qayda olaraq sübutetmə yükü əvvəlcə iddiaçının üzərinə düşür. Bununla yanaşı, qanunverici sübutun sübutetmə yükü üzərinə düşən tərəfdə deyil, qarşı tərəfdə olduğu aşkar hallarda istisna qayda müəyyən edir. Mülki Prosessual Məcəllənin 106.2-ci maddəsində ifadə edilmiş həmin qaydaya əsasən digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. Bu baxımdan məhkəmə qeyd edir ki, İddiaçı işlədiyi müddətdə əmək məzuniyyətlərindən istifadə etmədiyini bildirmişdir. Cavabdeh 1 nömrəli Füzuli Peşə Məktəbi isə İddiaçı 2002-2004, 2007-2020-ci illərin əmək məzuniyyətindən istifadə etməsinə dair əmrləri iş materiallarına əlavə etsə də, məzuniyyət haqlarının ödənilməsinə dair iş materiallarında müvafiq sübutlar olmamışdır. 1 nömrəli Füzuli Peşə Məktəbi bu sübutların olmasını məktəbdə mühasibatlıq sənədlərinin omaması ilə əsaslandırmışdır. Lakin cavabdeh iddiaya mahiyyəti üzrə baxılması üçün bir çox sübutları öz təşəbbüsü ilə məhkəməyə təqdim etdiyindən cavabdehin hərəkətləri sübutları özündə saxlayaraq məhkəmənin tələbi ilə təqdim etməməsi kimi dəyərləndirilə bilməz. İş materialları ilə İddiaçı 1999, 2000, 2001, 2005, 2006, 2021 və 2022-ci illərin 30 təqvim günü müddətinə əmək məzuniyyəti istifadə etməməsi və 2022-ci ilin iyun ayı ərzində əmək haqqı ödənilmədiyi öz təsdiqini tapmışdır. Məhkəmə istifadə olunmaması təsdiq edilmiş əmək məzuniyyəti dövrü üçün ödənilməli olan pulun və 2022-ci ilin iyun ayı ərzində ödənilməli olan əmək haqqının gecikdirilməsinə görə hesablanmış məbləğin müəyyən edilməsi üçün ekspertiza təyin etmiş, verilmiş ekspert rəyindən bu məbləğin 13530,30 manat olduğu müəyyən edilmişdir. Məhkəmə onu da qeyd edir ki, əmək qanunvericiliyinin tələblərinə riayət edilməsinə görə məhz işəgötürən məsuliyyət daşıdığından hazırki iddia tələbi Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili X2nə münasibətdə təmin edilə bilməz. Belə ki, hazırda baxılan əmək mübahisəsi üzrə işçi İddiaçı, işəgötürən isə 1 nömrəli Füzuli Peşə Məktəbidir. Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili X2 işəgötürən olmadığından işəgötürənin vəzifələrini daşımır və hazırki iddia tələblərinə cavab verməli olan şəxs deyil. Buna görə də iddia tələbi Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili X2nə münasibətdə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh 1 nömrəli Füzuli Peşə Məktəbindən ödənilməmiş əmək haqqı və son haqqhesaba görə (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi olaraq) 13530,30 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir Məhkəmə 300 manat vəkil xərcinin və 50 manat mediasiya rüsumunun cavabdehdən tutulması hissəsində iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir : Azərbaycan Respublikası Mülkii Prosessual Məcəlləsinin : 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115-ci maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddiaçının vəkilin xidmətindən istifadə etməsi iş materiallarında olan vəkil orderindən aydın olduğu üçün məhkəmə vəkil xərcinin cavabdehdən tutulmasını qanuni hesab edir, tələb olunan vəkil xərcinin 300 manat məbləğində tutulmasını ağlabatan və ədalətli hesab edir. Eyni zamanda, məhkəmədə işə baxılması ilə əlaqədar dövlət rüsumu olaraq ödənilməli olan 274,48 manat pul mediasiya xərci ondan çıxılmaqla (274,48-50=224,48) cavabdeh 1 nömrəli Füzuli Peşə Məktəbindən tutularaq Dövlət büdcəsinə ödənilməlidir. Aparılmış mühasibatlıq ekspertizası tədqiqatının dəyəri olan 150 manat məbləğində pul cavabdeh 1 nömrəli Füzuli Peşə Məktəbindən tutularaq (Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiası qismən təmin edilsin. Cavabdeh 1 nömrəli Füzuli Peşə Məktəbi tərəfindən son haqq-hesabın gecikdirilməsinə görə hesablanmış 13530,30 manat manat, məcburi ilkin mediasiya üçün verilmiş 50 manat, hüquqi xidmətə görə 300 manat pul vəsaiti tutularaq İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. İş üzrə ödənilməli olan 224,48 manat dövlət rüsumu cavabdeh 1 nömrəli Füzuli Peşə Məktəbindən tutularaq Dövlət büdcəsinə ödənilsin. Aparılmış mühasibatlıq ekspertizası tədqiqatının dəyəri olan 150 manat məbləğində pul cavabdeh 1 nömrəli Füzuli Peşə Məktəbindən tutularaq (Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aytən Novruzova
Məhkəmə qərarları › İş №e-2(005)-291/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-291/2024
30.05.2024 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver