Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(005)-2939/2021 14.09.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Quliyeva Nigar Ülfət qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı ”cehiz əşyalarının mənzildən çıxarılması” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı ”cehiz əşyalarının mənzildən çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək aşağıda göstərilən daşınar əşyaların Bakı şəhəri Nərimanov rayonu Ə.Əlizadə küçəsi 42/9 saylı evdə yerləşən 72 saylı mənzildən çıxarılması öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.1.Divan – 1 ədəd, kreslo – 2 ədəd 2. TV stend 3.Komod (güzgülü) 4.Şkaf-qorka 5.Jurnal üçün stol 6. Masa – 1 ədəd, stullar-6 ədəd 7. Çilçıraq (qonaq otağı üçün) 8. çarpayı,döşək 9.Tumba,-2 ədəd yataq otağı üçün 10.Şkaf, Komod yataq otağı üçün 11.Trumo yataq otaqı üçün 12.Yataq otaqı üçün çilçıraq 13.Pərdə,tül,karniz tyataq otağı üçün 14.Yataq uçun örtük dəsti 15.Qapını jalüzi 16.Mücrü 17.Xalça -7 ədəd 18.Mətbəx mebeli 19.Soyuducu LG markalı 20.Qabyuyan LG markalı 21.Paltaryuyan LG markalı 22.quraşdırılmış soba (Rainford) 23.mikrodalğalı soba (Silverline markalı) 24. Qaz peçi (Rainford markalı) və aspirator 25. Böyük qazan – 2 ədəd, balaca qazan – 4 ədəd və balaca tava – 1 ədəd 26.Ət çəkən 27.Ütü masası 28.şirə çəkən 29.qaşıq, bıçaq dəsti-2 ədəd, bıçaq dəsti – 1 ədəd 30 sac elekrik 31.çilçıraq (mətbəx üçün) 32.toster 33.elektik çaynik 34.kreslo əl formasında – 1 ədəd 35. Eyvan üçün şkaf – 1 ədəd 36. böyük konfet qabı - 2 ədəd 37. güldan - 1 ədəd 38. Pərdə, tük, karniz, jalyuzi (qonaq otağı üçün) 39. Pufik oturacaq 40. Yemək, çay, qəhvə üçün servis 41. qara rəngli badə - 6 ədəd 42. rəngli badə - 6 ədəd 43. Qrafin – 1 əd, bakal dəsti – 6 ədəd 44. Armudu stəkan – 6 ədəd 45. Su stəkanı – 6 ədəd 46. Qrafin – 1 ədəd 47. Mürəbbə qabı (kiçik)-6 ədəd 48. Süfrə - 5 ədəd
49. Qara güllü servis – 1 dəst 50. Bıçaq, qaşıq dəsti (Karaca) 51. Kasa – 7 ədəd 52.Televizor-2 ədəd- LG markalı 53.kondisioner -3 ədəd LG markalı 54.uşaq üçün şkaf-1 ədəd 55.Dəhliz üçün şkaf -1 ədəd. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Bakı şəhəri, Ə,Əlizadə küç. Ev 42/9 m.72 mülkliyyətçisiyəm. X1 Cavabdeh ilə 25.08.2014-cü il tarixdə nikaha daxil olaraq ailə qurmuşdur. Rəsmi razılığı olmasa da Günel onun mülkiyyətində olan yuxarıda göstərdiyi mənzilə gəlmiş və cehiz əşyalarını gətirmişdir. Bildirmək istəyir ki, 07 fevral 2021-ci il tarixində cavabdeh özünə məxsus əşyaları götürərək mənzildən çıxıb getmişdir. Bir müddət sonra ikinci dəfə o, evdə heç kəs olmayan ərəfədə mənzilə gələrək mənzildə qalan bəzi əşyalarını, həmçinin uşaq əşyalarını götürüb aparmışdır. Bundan sonra 01.04.21-ci il tarixdə oğlum cavabdehin istəyi ilə cehiz əşyalarının bir hissəsini onun yaşadığı ünvana göndərmişdir. Hazırda onun mülkiyyətində olan mənzildə cavabdehə məxsus mebel və bəzi cehiz əşyaları qalmışdır. Cavabdeh onları götürməkdən imtina edir. Bu səbəbdən hazırki tələblə məhkəməyə müraciət etməli olur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2296/2021 saylı 05.05.2021-ci il tarixli qətnaməsi ilə X1 ilə Cavabdeh Şahiz qızı arasında bağlanmış nikah pozulmuşdur, azyaşlı 15.08.2016-ci il təvəllüdlü Ardanın anasının yanında qalması müəyyən edilmişdir. Cavabdehə məxsus cehiz əşyalarının onun mənzilində qalması onun mülkiyyət hüquqlarını, mənzildən istədiyi kimi istifadə azadlığını, o cümlədən rahatlığını pozur, buna görə də həmin əşyaların mənzildən çıxarılması zərurəti yaranmışdır. Cavabdeh onun tələbinə məhəl qoymur. Buna görə də hüquqlarının müdafiəsi məqsədilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Onun evində olan, Cavabdeh məxsus əşyalar aşağıdakılardır: 1.Divan – 1 ədəd, kreslo – 2 ədəd 2. TV stend 3.Komod (güzgülü) 4.Şkaf-qorka 5.Jurnal üçün stol 6. Masa – 1 ədəd, stullar-6 ədəd 7. Çilçıraq (qonaq otağı üçün) 8. çarpayı,döşək 9.Tumba,-2 ədəd yataq otağı üçün 10.Şkaf, Komod yataq otağı üçün 11.Trumo yataq otaqı üçün 12.Yataq otaqı üçün çilçıraq 13.Pərdə,tül,karniz tyataq otağı üçün 14.Yataq uçun örtük dəsti 15.Qapını jalüzi 16.Mücrü 17.Xalça -7 ədəd 18.Mətbəx mebeli 19.Soyuducu LG markalı 20.Qabyuyan LG markalı 21.Paltaryuyan LG markalı 22.quraşdırılmış soba (Rainford) 23.mikrodalğalı soba (Silverline markalı) 24. Qaz peçi (Rainford markalı) və aspirator 25. Böyük qazan – 2 ədəd, balaca qazan – 4 ədəd və balaca tava – 1 ədəd 26.Ət çəkən 27.Ütü masası 28.şirə çəkən 29.qaşıq, bıçaq dəsti-2 ədəd, bıçaq dəsti – 1 ədəd 30 sac elekrik 31.çilçıraq (mətbəx üçün) 32.toster 33.elektik çaynik 34.kreslo əl formasında – 1 ədəd 35. Eyvan üçün şkaf – 1 ədəd 36. böyük konfet qabı - 2 ədəd 37. güldan - 1 ədəd
38. Pərdə, tük, karniz, jalyuzi (qonaq otağı üçün) 39. Pufik oturacaq 40. Yemək, çay, qəhvə üçün servis 41. qara rəngli badə - 6 ədəd 42. rəngli badə - 6 ədəd 43. Qrafin – 1 əd, bakal dəsti – 6 ədəd 44. Armudu stəkan – 6 ədəd 45. Su stəkanı – 6 ədəd 46. Qrafin – 1 ədəd 47. Mürəbbə qabı (kiçik)-6 ədəd 48. Süfrə - 5 ədəd 49. Qara güllü servis – 1 dəst
50. Bıçaq, qaşıq dəsti (Karaca) 51. Kasa – 7 ədəd Bundan əlavə cavabdeh oğlumla evlilik dövründə aşağıda göstərilən əşyaları əldə etmişlər. Həmin əşyaların da mənzilimdən cıxarılmasını xahiş edirəm. 1.Televizor-2 ədəd- LG markalı 2.kondisioner -3 ədəd LG markalı 3.uşaq üçün şkaf-1 ədəd 4.Dəhliz üçün şkaf -1 ədəd. Daha sonra İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi və iddia tələbindən imtina barədə ərizə təqdim edərək “cehiz əşyalarının mənzildən çıxarılması” barədə tələbi üzrə göstərilən əşyaların siyahısından 2 ədəd televizor (LG markalı) və 3 ədəd kondisionerləri ( bir ədəd LG, 2 ədəd Gorenje markalı) çıxarır, iddia tələbinin həcmini azaldır və iddia tələbindən imtina edir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar olunmuş cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının ərizəsini nəzərdən keçirib, bununla bağlı iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan və iddiaçının iradəsini ifadə etdiyindən təmin olunmalı, iddiaçının iddia ərizəsindən imtinası qəbul edilərək, hazırkı mülki iş üzrə başlanmış icraata xitam verilməlidir. İddiaçı tərəfin məhkəməyə təqdim etdiyi iddiadan imtina barədə ərizədən görünür ki, iş üzrə mübahisə məhkəmədən kənar qaydada həll edilmişdir, bu səbəbdən iddiaçı iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 191.1-191.2-ci maddələrinə əsasən iddiaçının iddiadan imtina etməsi bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizədə ifadə olunmalıdır. İddiaçı iddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə bu barədə məhkəmə qərardad çıxarır. 52.4-cü maddəsinə görə iddiaçının iddiadan imtinası qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. 261.0.4-cü maddəsində göstərilir ki, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul edilmişsə, hakim iş üzrə icraata xitam verir. 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə hesab edir ki, iddiaçının iddiadan imtinası qanuna zidd deyildir və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmağa yönəlməmişdir. Bu səbəbdən də İddiaçı Cavabdeh qarşı ”cehiz əşyalarının mənzildən çıxarılması” tələbinə dair mülki iş üzrə İddiaçı Bank Melli İran Bakı Filialının iddia ərizəsindən imtina etməsi qəbul edilməli, iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.4, 263-264, 267-268-ci maddələrinə əsaslanaraq, məhkəmə
QƏRARA ALDİ:
İddiaçı iddia ərizəsindən imtinası qəbul edilsin. İddiaçı Cavabdeh qarşı ”cehiz əşyalarının mənzildən çıxarılması” tələbinə mülki iş üzrə icraata xitam verilsin. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan o, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər.
Sədrlik edən Solmaz Ədilova