Məhkəmə qərarları › İş №e-2(005)-299/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-299/2023

06.03.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-299/2023 06.03.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi Məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər "xxxx" MMC, Cavabdeh1, Cavabdeh2 qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-dən İddiaçı haqqında yayılan böhtan xarakterli məlumata, habelə qanunsuz və heç bir tutarlı səbəb göstərilmədən işdən azad edilməyi faktına görə ona vurulan mənəvi zərərin qarşılığı olaraq 1000 AZN, digər cavabdehlər Cavabdeh2 Subhan qızı və Cavabdeh1 Novruz qızının hər birindən vurduqları mənəvi zərərin qarşılığı olaraq ayrıayrılıqda 1000 AZN, ümumilikdə 3000 AZN kompensasiya məbləğinin cavabdehlərdən İddiaçı xeyirinə tutulması haqqında qanuni və əsaslı qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, İddiaçı 12 mart 2021-cu il tarixdə çalışdığı "xxxx" MMC-dən qanunsuz olaraq tutduğu vəzifədən azad edildikdən sonra şirkətin vaxtilə müvafiq bölməsində çalışmış sabiq işçisi X5 04 aprel 2021-ci il tarixdə istifadəsində olan şəxsi "İnstagram" hesabından İddiaçı hesabının mesaj qutusuna haqqında nalayiq və böhtan xarakterli ismarıclar yazaraq İddiaçı ittiham etmiş, bu əməli ilə İddiaçı öz nəzərində nüfuzdan salmağa, rüsvay etməyə çalışmışdır. Belə ki, sözügedən şəxs İddiaçı müdriyyətlə münasibətinin olduğunu iddia etmiş və "xxxx" MMC-in direktoru Cavabdeh3 nikahdankənar "oğlan uşağı dünyaya gətirmək" istədiyini iddia etmişdir Daha sonra İddiaçı bu kimi hallara görə işdən qovulduğunu, rəhbərliyə söz daşıdığını, yəni kollektiv daxilində xəbərçilik etdiyini bildirmişdir. Bütün bunları isə nəticədə ona cavabdeh qurumun rəhbəri Cavabdeh3 çatdırdığını aydın şəkildə İddiaçı bildirmişdir. Bununla bağlı xx.xx.2022-ci ildə məhkəməyə muraciət etmişdir. Ayişə Əhmədova heç bir məhkəmə prosesinə gəlməyib, İddiaçı "Facebook" sosial şəbəkəsi üzərindən göndərdiyi ismarıcda Cavabdeh3 bu işə mane olduğunu yazmış, yəni məhkəməyə gəlməməyi tapşırdığı qeyd etmiş və sübut olaraq aralarında olan yazışmanı da İddiaçı təqdim etmişdir. Xətai Rayon Məhkəməsinin 16 iyun 2022-ci il tarixli qətnaməsində məhkəmə tərəfindən Ayişə Əhmədovanın əməllərinin şərəf və ləyaqətin alçaldılması kimi qəbul edilib. Qeyd edilənlərə əlavə olaraq A.Əhmədova eyni xəbər portalında işləmiş yaxın tanışı Cavabdeh2 ilə birgə sözügedən mesajları İddiaçı yazdığını etiraf etmiş və bu barədə də təsdiqcedici görüntüləri könüllü olaraq İddiaçı təqdim etmişdir. Məhz yuxarıda qeyd etdiyi ismarıcın Cavabdeh2 yanında yazıldığı birinciyə istinadən məlumdur. Köhnə iş yerində qeyd etdiyi iddialarla işdən çıxarılmağı haqqında müzakirələr olduğuna görə sözügedən böhtan xarakterli ittihamın həm Cavabdeh2 tərəfindən A.Əhmədovaya çatdırılması, həmçinin şirkətdən başqa bir nəfərin bu iddianı barəsində qəsdən səsləndirilməsi, ünvanına böhtan atması şübhə doğurmur. A.Əhmədova qeyd olunan məsələdə həm Cavabdeh3, həm də Cavabdeh2 qeyd olunan böhtan xarakterli məlumatın mənbəyi olaraq göstərib. İddiaçı olan sübutlarda isə nəticə etibarı ilə hər iki adı çəkilən şəxsin məsələdən xəbərdar olduqları anlaşılır. Ən əsası da bu böhtanın kollektivdə danışılması, müzakirə edilməsi öz təsdiqini tapır. Digər Cavabdeh1, cavabdeh quruma məxsus olan "Big.az" saytının "admini" olaraq tanımışdır. Bu şəxs İddiaçı barəsində təxribat xarakterli kampaniyaya qoşularaq onu təhqir edib. Big.az saytının hazırkı baş redaktoru X13 Rayon Məhkəməsində baş tutan məhkəmə araşdırması zamanı Cavabdeh1 səsini gizli şəraitdə yazaraq məhkəməyə təqdim edib. F. Bayramova həmin səsyazısında işçilər arasında İddiaçı haqqında mənfi təəssürat oyatmağa çalışıb. Səs yazısında Cavabdeh1 İddiaçı barəsində - "Şəlalə davakar idi, hamı ilə dalaşırdı" ifadəsini işlədir və öz məkirli təşəbbüsünü bu qaydada başa vurur. Çalışdığı müddət ərzində heç bir anlaşılmazlıq və konfiliktin olmadığı Cavabdeh1 bu əməli İddiaçı aydın deyil. Qeyd edir ki, məhz işdən qanunsuz olaraq azad edilməyində Cavabdeh1 kollektiv daxilində İddiaçı haqqında mənfi təssürat yaratmasının ciddi rolu olub. Beləliklə, cavabdehlərin yuxarıda qeyd olunan qanunsuz hərəkətləri nəticəsində şərəf və ləyaqəti alçalıb, yeganə gəlir mənbəyi olan işini gözlənilməz sürətdə pandemiya dövründə itirmişdir və nəticədə İddiaçı maddi çətinliklərin, dözülməz stress yükünün fonundan mənəvi zərər dəyib. Odur ki, İddiaçı dəyən mənəvi zərər cavabdehlər tərəfindən maddi şəkildə fiksasiya edilməli, bu barədə məhkəmə tərəfindən qanuni, düzgün və ədalətli qətnamə qəbul olunmalıdır. Daha sonra İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-nin cavabdehlər sırasından çıxarılmasını və Cavabdeh3 cavab olaraq mülki işə cəlb olunmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə hazırlıq iclasında iştirak etmiş Cavabdeh2 izahat verərək, iddia tələbini əsassız hesab etdiyini bildirdi və rədd edilməsini xahiş etdi. Tərəflərə hazırki məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 184.2-ci maddəsinə əsasən mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-5799/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçının cavabdehlər X4, X2 və "xxxx" MMC-yə qarşı “mənəvi zərərin ödənilməsi” tələbi barədə iddia ərizəsi təmin edilməmişdir. Bakı şəhəri Xətai rayon məhkəməsinin 16 iyun 2022-ci il tarixli 2(011)-2033/2022 saylı qətnamənin surətindən görünür ki, X1 mənəvi zərərə görə 200 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. "xxxx" MMC-nin 20 dekabr 2022-ci il tarixli sorğuya cavab məktubunun surətindən görünür ki, “556620257” saylı mobil nömrə X6 adına qeydiyyata keçirilmişdir. Nərimanov Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin 10 yanvar 2023-cü il tarixli, N-084-3-13-51-212-191 saylı məktubuna qoşma kimi əlavə edilmiş arayışdan və hazırki mülki iş üzrə Cavabdeh2 və X3 izahatlarından görünür ki, cavabdehlər izahatlarında İddiaçı dediklərini təkzib etmiş və həqiqətə uyğun olmadıqlarını bildirmişlər. Ərizə əsasında toplanmı materialın cinayət xarakterli və inzibati xəta tərkibli olmadığı müəyyən edilmiş və mədələnin həlli ilə əlaqədar İddiaçı məhkəmə orqanlarına müraciət edilməsi tövsiyə olunmuşdur. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan çoxsaylı “skrinşot”larda və iddiaçı tərəfindən təqdim edilmiş disklərdə olan yazışmalardan görünür ki, baş vermiş danışıqların əksəriyyəti bir qrup şəxs arasında deyil, iki şəxsin arasında baş vermişdir. Yazışmaların bəziləri iddiaçı ilə “Fidan iş” adlı kontakt, “+**********61” mobil nömrə istifadəçisi,”Aysha” adlı instaqram istifadəçisi,”akhmedoffa_gul” adlı instaqram istifadəçisi arasında baş tutmuşdur. Həmin danışıqlarda “akmedoffa_gul” adlı instaqram istifadəçisi iddiaçıya “Emil dedi qovmuşam onu...Hə birdə demisən ki oğan doğum sənə zad” kimi ifadələr işlətmişdir. Göründüyü kimi, həmin məlumatın yayılma faktı öz təsdiqini tapmır. Halbuki, Mülki Məcəllənin 23-cü maddəsinə əsasən, fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Digər tərəfdən məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş materiallarda iddiaçı barəsində onun şərəf və ləyaqətini alçaldan, mənəvi iztirab yaşamasına səbəb olan məlumatların yayılması faktı müəyyən edilmir. Şəxsi yazışmalardan başqa “skrinşot”ların birində görünür ki, “instagram” sosial şəbəkəsi üzərində yaradılmış, “Gıybet makineleri” adlı qrupda “az səlalənin videosunu bura atmaq istədim alınmadı..ona görə açmışdım. ” bu qız temadı..səydi”” kimi yazılar yazılsa da, danışıqlar yenə də iki şəxsin arasında aparılmış, həmin yazıların məhz cavabdehlər tərəfindən yazıldığını müəyyən etmək mümkün olmamış, “şərti” olaraq yazıldığı qəbul etsə də, iddiaçının mənəvi iztirab yaşamasına səbəb ola bilən hər hansı hal aşkar edilməmişdir. İddiaçının özünün iddia ərizəsində qeyd etdiyi “Şəlalə davakar idi, hamı ilə dalaşırdı” ifadəsi özü-özlüyündə şəxsin şərəf və ləyaqətini alçaldan ifadə hesab edilməməklə yanaşı, məhkəmə iddiaçının təqdim etdiyi audio disklərə münasibətdə qeyd edir ki, həmin səs yazısı MPM-in tələbləri pozulmaqla əldə edildiyindən sübut kimi qəbul edilə bilməz. İddiaçının təqdim etdiyi disklər mötəbər sübut hesab olunsaydı belə, ona mənəvi zərər dəyməsini sübut etmir. İddiaçının təqdim etdiyi sübutlarda onun barəsində müdiriyyətlə münasibətinin olması, Cavabdeh3 “oğlan uşağı dünyaya gətirmək istəməsi” barədə məlumatların yayılması, bu səbəbdən onu işdən çıxarılması öz təsdiqini tapmır. Ümumiyyətlə iddiaçı tərəfindən təqdim olunmuş materiallarda yalnız şəxsi yazışmalar öz əksini tapıb və həmin danışıqlarda iddiaçının şərəf və ləyaqətinin alçaldılmasına, mənəvi iztirab yaşamasına səbəb olan məlumatların cavabdehlər tərəfindən yayılması faktı öz təsdiqini tapmır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Qərarııınnnda əks ooollluuunmuş hüquqi mövqeyə əsasən, mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Məhkəmə Konsitusiya Məhkəməsinin mövqeyini rəhbər tutaraq, hesab edir ki, məhkəmə iddiaçının təqdim etdiyi audio disklərə münasibətdə qeyd edir ki, həmin səs yazısı MPM-in tələbləri pozulmaqla əldə edildiyindən sübut kimi qəbul edilə bilməz. İddiaçının təqdim etdiyi disklər mötəbər sübut hesab olunsaydı belə, ona mənəvi zərər dəyməsini sübut etmir. Göründüyü kimi, İPM-in 14.3-cü maddəsinə əsasən sübutetmə yükü üzərinə düşən tərəf kimi iddiaçı ona mənəvi zərər dəyməsini mötəbər sübutlarla sübut edə bilməmişdir. İddiaçı iddia ərizəsinə əlavə etdiyi sənədlərdə, həmçinin məhkəmə baxışı iclasında cavabdehlərin iddiaçıya mənəvi zərər vurmasını sübuta yetirə biləcək hər hansı dəlillərini, sənədlərini və qanunvericiliklə dairəsi müəyyən edilmiş sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. İddiaçının məhkəmə iclasında iddianı müdafiə edərkən heç bir mötəbər sübuta istinad etmədən, yalnız qanuni və hüquqi əsasa söykənməyən izahatlar verməklə kifayətlənmişdir. Bütün bunlar isə iddianın əsaslı olmasına dəlalət edə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Göstərilən Məcəllənin 23.1-ci maddəsinə əsasən, fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli 7 saylı qərarının 6-cı bəndinə əsasən, iddiaçı mənəvi ziyanın ödənilməsini tələb etdikdə keçirdiyi fiziki və mənəvi sarsıntıları sübut etməlidir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarına əsasən “Mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Plenumun mövqeyinə görə mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuşdur ki, məhkəmə qərarları qanuna və sübutlara əsaslanmalıdır. Ali Məhkəmənin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli 4 nömrəli Qərarında qeyd edilmişdir ki, 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh X12 tərəfindən iddiaçıya məxsus “Toyota Camry” minik markalı, ** DY *** dövlət qeydiyyat nömrəli avtomaşına dəymiş maddi zərərin əvəzi olaraq 15670 manat dəymiş ziyan və 30 manat dövlət rüsumu cavabdeh X7 alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın 115-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində «Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar