Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-301/2024 24.01.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ X11 Nizaməddin oğlunun sədrliyi, Cəfərov Davud Rauf oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh BOKT "xxxx" MMC-nin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" MMC, BOKT "xxxx" MMC, Cavabdeh1 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 Saylı Ərazi İdarəsinə qarşı “ipotekaya xitam verilməsi” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər "xxxx" MMC, BOKT "xxxx" MMC, Cavabdeh1 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 Saylı Ərazi İdarəsinə qarşı “ipotekaya xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, BOKT "xxxx" MMC ilə ipoteka qoyan İddiaçı arasında bağlanmış ipoteka müqaviləsi üzrə ipotekaya xitam verilməsi, həmin ipoteka müqaviləsi üzrə onun mülkiyyətində olan Bakı şəhəri, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Sülh küçəsində yerləşən 0,10 ha torpaq səhəsinə və üzərində tikilmiş 1 mərtəbəli, ümumi sahəsi 178,4 kv.m, yaşayış sahəsi 94,5 kv.m və yardımçı sahəsi 83,9 kv.m olan 6 otaqlı “A” literi və 2 mərtəbəli ümumi sahəsi 131,9 kv.m olan yaşayış sahəsi, 83,5 kv.m və yardımçı sahəsi 48,4 kv.m olan 4 otaqlı “B” literi, tikintialtı sahəsi 230 kv.m olan 1 nömrəli fərdi yaşayış evinin ipoteka ilə yüklülükdən azad edilməsi və Azərbaycan Respublikası Daşınmaz Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 Saylı Bakı Ərazi İdarəsi tərəfindən bu barədə daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydlərin aparılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(005)-53/2018 qətnaməsi ilə cavabdehlər birgə qaydada əsas borca görə 57719,17 ABŞ dolları, faiz borcuna görə 10466,41 ABŞ dolları, əldən çıxmış faydaya görə 841,21 ABŞ dolları, cərimə borcuna görə 2000 ABŞ dolları, cəmi 71026,79 ABŞ dolları məbləğində borc ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla və bildirişin DƏDRX-də qeydə alınması üçün ödənilmiş 30 manat, məhkəmədə baxılması üçün ödənilmiş 30 manat dövlət rüsumu iddiaçı BOKT "xxxx" MMC-nin xeyrinə tutulması və tutmanın ona məxsus olan Bakı şəhəri, Lökbatan qəsəbəsi, “Sədərək” Ticarət Mərkəzi, Şirniyyat sıra 5, korpus 1, yer 55 ünvanda olan və dəyəri 172590 manat müəyyən edilmiş, tərkibi müxtəlif çeşidli mətbəx əşyalarından ibarət mal qalığına və dəyəri 250000 manat müəyyən edilməklə Daşınmaz əmlakın dövlət reyestrində 116 nömrəli reyestr kitabının 10 nömrəli vərəqində qeydiyyata alınan, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Sülh küçəsində yerləşən 0.10 ha torpaq sahəsinə və onun üzərində tikilmiş 1 mərtəbəli ümumi sahəsi 178.4 kv.m, yaşayış sahəsi 94.5 kv.m və yardımçı sahəsi 83.9 kv.m olan 6 otaqlı “A” literi və 2 mərtəbəli ümumi sahəsi 131.9 kv.m, yaşayış sahəsi 83.5 kv.m və yardımçı sahəsi 48.4 kv.m oian 4 otaqlı “B” literi, tikintialtı sahəsi 230 kv.m olan 1 nömrəli fərdi yaşayış evinə yönəldilərək açıq hərracdan satılmaqla əldə olunmuş vəsait hesabına borcun ödənilməsi qət edilmişdir. Qətnamədən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(103)-2338/2019 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Nərimanov Rayon Məhkəməsinin 2(005)-53/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsi dəbbə puluna aid hissədə dəyişdirilərək dəbbə pulunun məbləği 200 dolları müəyyən edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2338/2019 saylı, xx.xx.2019-ci il tarixli icra sənədinə və Cavabdeh1 xx.xx.2019-cu il tarixli, 17/75-1/8-7H saylı sifarişinə əsasən BOKT "xxxx" MMC-nin kredit tələbi üzrə tutmanın yönəldildiyi və X2 məxsus olan Bakı şəhəri, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Sülh küçəsində yerləşən 0,10 ha torpaq səhəsinə və üzərində tikilmiş 1 mərtəbəli, ümumi sahəsi 178,4 kv.m, yaşayış sahəsi 94,5 və yardımçı sahəsi 83,9 kv.m olan 6 otaqlı “A” literi və 2 mərtəbəli ümumi sahəsi 131,9 kv.m olan 131,9 kv.m, yaşayış sahəsi, 83,5 kv.m və yardımçı sahəsi 48,4 kv.m olan 4 otaqlı “B” literi, tikintialtı sahəsi 230 kv.m olan 1 nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti 250000 manat məbləğində olmaqla "xxxx" MMC tərəfindən açıq hərracda satışa çıxarılmışdır. xx.xx.2019-cu və xx.xx.2019-cu il tarixli bildirişlərdən müəyyən edilir ki, fərdi evin açıq hərracdan satılması məqsədi ilə ilkin satış qiyməti 250000 manat olmaqla xx.xx.2020-ci il tarixdə 15:15-də ilkin hərrac keçirilmişdir. xx.xx.2020-ci il tarixli bildirişdən müəyyən edilir ki, fərdi evin təkrar hərracdan satılması məqsədi ilə satış qiyməti 250000 manat olmaqla xx.xx.2019-cu il tarixdə 11:00-də təkrar hərrac keçirilmişdir. Hərrac təşkilatçısı tərəfindən keçirilmiş hərraclarla bağlı “Birja Yenilikləri” qəzetində müvafiq elanlar yerləşdirilmişdir. Təkrar hərrac da baş tutmadığından hərrac təşkilatçısının xx.xx.2020-ci il tarixli bildiriş məktubuna əsasən “İpoteka Haqqında” Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq ipoteka predmetləri təkrar hərracdakı ilkin satış qiymətindən 25% az olmayan qiymətə BOKT "xxxx" MMCyə təklif olunmuşdur. Bundan sonra onun BOKT "xxxx" MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə cavabdeh Respublika Xammal və Əmtəə Birjasının "Külək” MMC-yə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair idda ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edilmişdir. Məhkəmənin 2(005)-1851/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Qətnaməsinin əsaslandırıcı hissəsində qeyd edilmişdir ki, məhkəmə araşdırması zamanı müəyyən edilir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2338/2019 saylı, xx.xx.2019-ci il tarixli icra sənədinə ve Abşeron rayon İcra ve Probasiya şöbəsinin xx.xx.2019-cu il tarixli, 17/75-1/8-7H saylı sifarişinə əsasən “Külək" MMC tərəfindən ona məxsus olan Bakı şəhəri, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Sülh küçəsində yerləşən 0,10 ha torpaq səhəsinə və üzərində tikilmiş 1 mərtəbəli, ümumi sahəsi 178,4 kv.m, yaşayış sahəsi 94,5 və yardımçı sahəsi 83,9 kv.m olan 6 otaqlı “A” literi və 2 mərtəbəli ümumi sahəsi 131,9 kv.m, yaşayış sahəsi, 83,5 kv.m və yardımçı sahəsi 48,4 kv.m olan 4 otaqlı “B” literi, tikintialtı sahəsi 230 kv.m olan 1 nömrəli fərdi yaşayış evinin satışı üçün Abşeron rayon İcra ve Probasiya şöbəsi tərəfindən hərracın keçirilməsi haqqında Sifariş verilmiş və həmin əmlakın hərracda satılmasını təşkil edən "xxxx" MMC tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq hərracın keçirilməsi təşkil edilmişdir. Keçirilən hərracın nəticəsində alıcı olmadığından “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq ipoteka predmeti ipoteka saxlayana təklif olunmuş, lakin yekun protokol hələ də tərtib olunmamışdır. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2-2(113)-2186/2020 saylı qətnaməsi ilə keçirilmiş hərracın yekunlarına dair protokolun və alqı-satqı müqavilələrinin "xxxx" MMC-dən ödəmə mənbəyindən sadələşdirilmiş vergi tutulmadan və həmin verginin ödənilməsi ondan tələb edilmədən bağlanması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Respublika Xammal və X7 Mərkəzi "xxxx" MMC-nin üzərinə qoyulmuşdur. Məhkəmə araşdırması zamanı Hərrac təşkilatçısı tərəfindən qeyd edilən fərdi yaşayış evinə dair keçirilmiş hərraclara dair bütün sənədlər təqdim edilmiş, lakin yekun protokol olmadığından məhkəməyə təqdim edilməmişdir. İşin hallarından da göründüyü kimi keçirilmiş hərracın yekunlarına dair protokol bağlanmamışdır. Lakin cari ilin əvvəlindən BOKT "xxxx" MMC tərəfindən ona şifahi formada xəbərdarlıqlar verilmiş və ipoteka predmeti olan fərdi yaşayış evinə dair hərracda protokol bağlanması və evin hazırda BOKT "xxxx" MMC-nin mülkiyyətində olması barədə məlumat verilmişdir. Bundan sonra "xxxx" MMC-yə vəkil sorğusu verilmiş və əldə edilən sənədlərə baxış keçirilərkən "xxxx" MMC ilə "xxxx" MMC arasında xx.xx.2020-ci il tarixli, 13/03 saylı Hərracın yekunları barədə Protokol tərtib edilmişdir. Nərimanov Rayon Məhkəməsinin icraatında olan 2(005)- 1851/2021 saylı mülki işin araşdırılması zamanı keçirilmiş hərracların nəticəsi olmamışdır. Eyni zamanda xx.xx.2020-ci il tarixdə Hərracın yekunları barədə Protokolun olması Bakı Kommersiya Məhkəməsinə müvafiq iddianın verilməsini və xx.xx.2020-ci il tarixli e-2- 2(113)-2186/2020 saylı qətnaməsi ilə keçirilmiş hərracın yekunlarına dair protokolun və alqı-satqı müqavilələrinin "xxxx" MMC-dən ödəmə mənbəyindən sadələşdirilmiş vergi tutulmadan və həmin verginin ödənilməsi ondan tələb edilmədən bağlanması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Respublika Xammal və X7 Mərkəzi "xxxx" MMC-nin üzərinə qoyulması zərurətini aradan qaldırır. Lakin belə bir zərurət vari idi. Çünki Bakı Kommersiya Məhkəməsinin icraatında olmuş e-2-2(113)-2186/2020 saylı iş və Nərimanov Rayon Məhkəməsinin icraatında olan 2(005)-1851/2021 saylı mülki işə baxılarkən belə bir Protokol mövcud olmamışdır. Qeyd edilən xx.xx.2020-ci il tarixli, 13/03 saylı Hərracın yekunları barədə protokol 2021-ci ilin iyun ayından sonra bağlana bilərdi. Təkzibedilməz sübutlar onu deməyə əsas verir ki, protokolun tarixi Hərrac tərəfindən qəsdən, məqsədli şəkildə təhrif edilmiş, bağlandığı tarix deyil, 2020-ci il tarixi göstərilmişdir. Əvvəlki tarix qeyd etməkdə məqsəd isə xx.xx.2020-ci il tarixli bildiriş məktubuna əsasən “İpoteka Haqqında” Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq ipoteka predmetləri təkrar hərracdakı ilkin satış qiymətindən 25% az olmayan qiymətə "xxxx" MMC-yə təklif olunması və xx.xx.2020-ci il tarixdən 30 gün keçmədən Protokolun tərtib olunması olmuşdur. Hərrac təşkilatçısı geri tarixlə protokol bağlamada məqsədi də ipotekaya xitam verilməsinin qarşısının alınması olmuşdur. Lakin Hərrac təkşilatı keçirilmiş hərracın yekunlarına dair protokolun və alqı-satqı müqavilələrinin iddiaçı "xxxx" MMC-dən ödəmə mənbəyindən sadələşdirilmiş vergi tutulmadan və həmin verginin ödənilməsi ondan tələb edilmədən bağlanması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Respublika Xammal və X7 Mərkəzi "xxxx" MMC-nin üzərinə qoyulması barədə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2-2(113)-2186/2020 saylı qətnaməsinin mövcud olmasını və protokolu ən yaxşı halda qətnamənin tarixdən sonrakı tarixə tərtib etməli olduğunu unutmuşdur. Dövlət Reyestri xidmətindən verilmiş xx.xx.2021-ci il tarixli, ********* saylı çıxarışdan müəyyən edilir ki, BOKT "xxxx" MMC-nin mənzil üzərində mülkiyyət hüquqları tanınmışdır. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra xx.xx.2020-ci il tarixdən başlayaraq 30 təqvim günü ərzində yəni, xx.xx.2020-ci il tarixədək ipoteka predmetini əldə etməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh BOKT "xxxx" MMC-nin nümayəndəsi X8 iddia ərizəsinə etiraz edərək, mülki iş üzrə yekun məhkəmə aktı olan qətnamə qəbul edərək, iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Digər cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında gəlməmiş və nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyərək və iş materiallarını tədqiq edərək aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətinə əsasən Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Sülh küçəsi, ev 1 saylı fərdi yaşayış evi və 0,10 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ kimi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2014-cü il tarixdə qeydiyyata alınmışdır; Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2338\2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsinin surətinə əsasən cavabdehlər X5, X6, X3 birgə qaydada 57719,17 ABŞ dolları əsas, 10466,41 ABŞ dolları faiz, 200 ABŞ dolları cərimə, əldən çıxmış faydaya görə 841,21 ABŞ dolları, cəmi 69226,79 ABŞ dolları məbləğində borc ödəniş günü AR Mərkəzi Bank müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla və bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi olaraq isə 30 manat pul vəsaiti "xxxx" BOKT MMC-nin xeyrinə tutulması, X2 məxsus Bakı şəhəri, Lökbatan qəsəbəsi, “Sədərək” Ticarət Mərkəzi Şirniyyat sıra 5, korpus 1, yer 55 ünvanında yerləşən, dəyəri 172590 manat müəyyən edilmiş tərkibi müxtəlif çeşidli mətbəx əşyalarından ibarət mal qalığına və dəyəri 172590 manat müəyyən edilməklə Daşınmaz Əmlakın dövləl reyestrində 116 nömrəli reyestr kitabının 10 nömrəli vərəqində qeydiyyata alınan Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Sülh küçəsində yerləşən 0.10 ha torpq sahəsinə və üzərində tikilmiş 1 mərtəbəli, ümumi sahəsi 178,4 kv.m, yaşayış sahəsi 94,5 kv.m yardımçı sahəsi 83,9 kv.m olan “A ” literi və 2 mərtəbəli ümumi sahəsi 131,9 kv.m, yaşayış sahəsi 83,5 kv.m və yardımçı sahəsi 48,4 kv.m olan 4 otaqlı “B” literi, tikintialtı sahəsi 230 kv.m olan 1 nömrəli fərdi yaşayış evinə yönəldilərək açıq hərracdan satılmaqla əldə olunmuş vəsait hesabına borc ödənilməsi qət edilmişdir; Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC-nin hərracın keçirilməsinə dair xx.xx.2019-cu il tarixli, 01 nömrəli və xx.xx.2019-cu il tarixli, 01/2 nömrəli bildirişlərinin surətindən görünür ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Sülh küçəsində yerləşən 0.10 ha torpaq sahəsi və üzərində yerləşən 1 nömrəli fərdi yaşayış evinə dair açıq hərracın keçirilməsi xx.xx.2020-ci il tarixə saat 15:15-15:25-dək təyin edilmişdir; Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC-nin hərracın keçirilməsinə dair xx.xx.2020-ci il tarixli, 02 nömrəli bildirişinin surətindən görünür ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Sülh küçəsində yerləşən 0.10 ha torpaq sahəsi və üzərində yerləşən 1 nömrəli fərdi yaşayış evinə dair açıq hərracın keçirilməsi xx.xx.2020-ci il tarixə saat 11:00-17:00-dək təyin edilmişdir; “Birja yenilikləri” qəzetin 20-xx.xx.2019-cu il tarixli, 198(198) nömrəli və 31.01xx.xx.2020-ci il tarixli, 203(203) nömrəli tirajlarının surətindən görünür ki, Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC tərəfindən Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Sülh küçəsində yerləşən 0.10 ha torpaq sahəsi və üzərində yerləşən 1 nömrəli fərdi yaşayış evinə dair açıq hərracın keçirilməsi elan edilmişdir; “FM Express” daşıma xidmətinin kuryer xidmətləri üçün mədaxil qəbzinin 124818 saylı ƏİV seriyalı talonunun surətindən görünür ki, İddiaçı hərracın keçirilməsi barədə bildirişi xx.xx.2020-ci il tarixdə qəbul etmişdir; Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC-nin Hərracın yekunları barədə xx.xx.2020-ci il tarixli, 13/03 nömrəli protokolun və xx.xx.2020-ci il tarixli müqavilənin surətlərindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 2338\2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsi və Cavabdeh1 sifariş məktubu əsasında Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC-nin təşkilatçılığı ilə keçirilmiş hərrac başa çatdırılmış, alıcı (ipoteka saxlayan) BOKT "xxxx" MMC ipoteka predmeti olan İddiaçı məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Sülh küçəsində yerləşən 0.10 ha torpaq sahəsi və üzərində yerləşən 1 nömrəli fərdi yaşayış evini 187500 manata əldə etmişdir; Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2(102)-273/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından sonra xx.xx.2020-ci il tarixdə tərtib edilmiş hərracın yekunları barədə protokol xx.xx.2021-ci il tarixdə tələbkara təqdim edilmişdir; "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli ödəniş tapşırığının surətindən görünür ki, BOKT "xxxx" MMC tərəfindən X1 hesabına “ipoteka predmetinin balansa götürülməsi ilə bağlı yaranan fərq məbləğ” ödəniş təyinatı ilə 65884,46 manat məbləğində pul köçürmüşdür; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətinə əsasən ümumi sahəsi 310.3 kv.m olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Sülh küçəsi, ev 1 saylı fərdi yaşayış evi və 0,10 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ kimi "xxxx" BOKT MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021- ci il tarixdə qeydiyyata alınmışdır; BOKT "xxxx" MMC-nin Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC-yə xx.xx.2020-ci il tarixdə ünvanladığı məktubun surətindən görünür ki, xx.xx.2020-ci il tarixli, 01/250 nömrəli məktuba cavab olaraq bildirilmişdir ki, X2 məxsus daşınmaz əmlakın dövlət reyestrində 116 nömrəli reyestr kitabının 10 nömrəli vərəqində qeyd edilən Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Sülh küçəsində mülkiyyətində olan 0.10 ha torpaq sahəsi və onun üzərində tikilmiş 1 mərtəbəli, ümumi sahəsi 178.4 kv.m, yaşayış sahəsi 94.5 kv.m və yardımçı sahəsi 83.9 kv.m olan 6 otaqlı “A” literi və 2 mərtəbəli, ümumi sahəsi 131.9 kv.m, yaşayış sahəsi 83.5 kv.m və yardımçı sahəsi 48.4 kv.m olan 4 otaqlı “B” literi, tikintialtı sahəsi 230 kv.m olan 1 nömrəli fərdi yaşayış evini hərracda satılmadığına görə həmin əmlakı almaq təklifi qəbul edilmişdir; Nərimanov Rayon Məhkəməsinin 2(005)-2772/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər BOKT "xxxx" MMC-yə və Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-yə qarşı hərracın yekunları barədə protokolunun etibarsız sayılması və çıxarışın ləğvi tələbinə dair iddiası rədd edilmişdir. Həmçinin qətnamənin qeyd edilmişdir ki, “Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, ... Məhkəmə araşdırması zamanı Hərrac təşkilatçısı tərəfindən qeyd edilən fərdi yaşayış evinə dair keçirilmiş hərraclara dair bütün sənədlər təqdim edilmiş, lakin yekun protokol olmadığından məhkəməyə təqdim edilməmişdir. İşin hallarından da göründüyü kimi keçirilmiş hərracın yekunlarına dair protokol bağlanmamışdır. Cavabdeh tərəf hərracın təşkili və keçirilməsi zamanı qanunvericiliyin tələblərinin pozulmadığını göstərmişdir.” İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə tutmanın ipoteka predmetinə yönəldilərək onun açıq hərracdan satılması və satışdan əldə olunan pul hesabına borcun ödənilməsi qət edilmişdir. Cavabdeh1 sifarişi əsasında Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMCnin təşkilatçılığı ilə iki hərrac keçirilmişdir. Hərracların keçirilməsi ilə bağlı “Birja Yenilikləri” qəzetində elanlar verilmiş, eyni zamanda iştirakçılara hərracın keçiriləcəyi yer, tarix və sair aidiyyəti məlumatları özündə əks etdirən bildirişlər göndərilmişdir. xx.xx.2020-ci il tarixli “İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına” dair protokola əsasən İddiaçı məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Sülh küçəsində yerləşən 0.10 ha torpaq sahəsi və üzərində yerləşən 1 nömrəli fərdi yaşayış evi ipoteka saxlayan BOKT "xxxx" MMC əldə etmişdir. Hazırda iddiaçı hərrac təşkil edilərkən qanunvericilikdə nəzərdə tutulmuş qaydalara riayət edilmədiyinə istinad edərək, ipoteka müqaviləsi üzrə ipotekaya xitam verilməsini, həmin ipoteka müqaviləsi üzrə onun mülkiyyətində olan əmlakın ipoteka ilə yüklülükdən azad edilməsini və dövlət reyestrində müvafiq qeydlərin aparılmasını tələb edir. Tutma yönəldilən ipoteka predmetinin satış üsullarından biri olan hərracların keçirilmə qaydaları və nəticələri Mülki Məcəllə və “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Mülki Məcəllənin 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İpoteka haqqında” Qanunun 41.2, 41.3 və 41.5-ci maddələrinə uyğun olaraq məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Hərrac açıq auksion formasında keçirilir. Həmin Qanunun 42.1-ci maddəsinə görə hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Eyni Qanunun 43.5 və 43.7-ci maddələrinə əsasən təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiyməti ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Eyni Qanunun 43.8-ci maddəsinə əsasən ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Qanunvericilik normalarının məzmunundan göründüyü kimi, ipoteka predmeti olan əmlakın likvid qiymətlə satışa çıxarılması, ümumilikdə 2 hərracın keçirilməsi imkanı, birinci və təkrar hərrac baş tutmadığı halda ilkin satış qiymətinin ardıcıl olaraq 15 və 25 faiz azaldılması və ən nəhayət təkrar hərracın baş tutmadığı halda ipoteka saxlayanın əmlakı 30 gün müddətində əldə etməsi imkanı nəzərdə tutulmuşdur. Hərracın keçirilməsi ilə bağlı məhkəmə qeyd edir ki, iş materiallarından göründüyü kimi, Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC tərəfindən Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Sülh küçəsində yerləşən 0.10 ha torpaq sahəsi və üzərində yerləşən 1 nömrəli fərdi yaşayış evi xx.xx.2020-ci il tarixdə birinci dəfə açıq hərracda satışa çıxarılmışdır. Həmin hərracın keçirilməsi vaxtı və yeri barədə bildiriş tərtib olunmuş, tərəflərin ünvanına göndərilmişdir. Həmçinin hərracın keçirilməsi ilə bağlı elan “Birja yenilikləri” qəzetin 20-xx.xx.2019-cu il tarixli, 198(198) nömrəli buraxılışında dərc olunmuşdur. Keçirilən ilkin hərracda alıcı olmadığına görə bu hərrac baş tutmamışdır. xx.xx.2020-ci il tarixə təkrar hərrac təyin edilmişdir. Həmin hərracın keçirilməsi vaxtı və yeri barədə də bildiriş tərtib olunmuş, tərəflərin ünvanına göndərilmişdir. Həmçinin hərracın keçirilməsi ilə bağlı elan “Birja yenilikləri” qəzetinin 31.01-xx.xx.2020-ci il tarixli, 203(203) saylı buraxılışında dərc olunmuşdur. Lakin alıcı olmadığına görə bu hərrac da baş tutmamışdır. Bundan sonra Hərrac Mərkəzi hər iki hərracda əmlak satılmadığına görə ipoteka saxlayan BOKT "xxxx" MMC-yə təklif məktubları göndərərək, “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə əsasən ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25% az olmayan qiymətlə almağı təklif etmişdir. Göründüyü kimi, əmlakın açıq hərracdan satılması ilə bağlı keçirilmiş hərraclarda qanunvericiliyin tələbləri pozulmamışdır. Belə ki, hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, habelə özündə qanunvericiliklə müəyyən edilmiş digər məlumatları əks etdirən bildirişlər hərrac iştirakçılarına göndərilmiş, bununla bağlı qəzetlərdə elanlar verilmişdir. Məhkəmə iddia tələbinə hüquqi qiymət verməkdə davam edərək bildirir ki, iddiaçı ərizəsində tələbkar tərəfindən ipoteka predmetinin qanunvericilikdə müəyyən edilmiş 30 gün müddətində qəbul etmədiyini və Hərracın yekunları barədə protokolun və müqavilənin daha sonra tərtib edilsə də, geri tarix qeyd edildiyini əsas gətirir. Məhkəmə qeyd edir ki, Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC tərəfindən BOKT "xxxx" MMC-yə ipoteka predmetini əldə edilməsinə dair təklif məktubu xx.xx.2020-ci il tarixdə ünvanlanmışdır. Lakin iddia ərizəsinin məzmunundandan və iş materiallarından aydın olur ki, hərracın keçirilməsi ilə əlaqədar xərclərin ödənişinə dair tələbkar ilə hərrac mərkəzi arasında mübahisə yaranmışdır. Bu səbəbdən tələbkar BOKT "xxxx" MMC məhkəməyə müraciət etmiş və Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2-2(113)- 2186/2020 saylı qətnaməsi ilə keçirilmiş hərracın yekunlarına dair protokolun və alqı-satqı müqavilələrinin "xxxx" MMC-dən ödəmə mənbəyindən sadələşdirilmiş vergi tutulmadan və həmin verginin ödənilməsi ondan tələb edilmədən bağlanması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Respublika Xammal və X7 Mərkəzi "xxxx" MMC-nin üzərinə qoyulmuşdur. Göründüyü kimi "xxxx" MMC iradə ifadəsini, yəni ipoteka predmetinin əldə edilməsi niyyətini bildirərək, xx.xx.2020-ci il tarixli ipoteka predmetinin əldə edilməsinə dair təklifə xx.xx.2020-ci il tarixdə cavab verərək, fərdi yaşayış evi hərracda satılmadığına görə həmin əmlakı almaq təklifini qəbul etmişdir. Hərracın yekunları barədə protokol və alqısatqı müqaviləsi xx.xx.2020-ci il tarixdə tərtib edilmiş və bağlanmışdır. Lakin hərracın keçirilməsi ilə əlaqədar xərclərin ödənişinə dair tələbkar ilə hərrac mərkəzi arasında mübahisə yarandığından, hərrac mərkəzi hərracın yekunları barədə protokolu və alqı-satqı müqaviləsini verməkdən imtina etmiş və ipoteka saxlayana təqdim etməmişdir. Həmin mübahisə məhkəmə qaydasında həll edildiyindən, hərracın yekunlarına dair protokol və alqı-satqı müqaviləsi xx.xx.2021-ci il tarixdə ipoteka saxlayana verilmişdir. Göründüyü kimi hərracın yekunları barədə protokol qanunvericilikdə müəyyən edilmiş 30 gün müddətində bağlanmış, lakin həmin tarixdə ipoteka saxlayana təqdim edilməmişdir. Məhkəmə iş üzrə sübutları tədqiq edərək belə nəticəyə gəlir ki, hərracın keçirilməsi ilə bağlı mövcud qanunvericilik normalarının və iddiaçının subyektiv hüququnun pozulması müəyyən edilməmiş, iddiaçının iddia ərizəsində göstərdiyi dəlillər məhkəmə baxışı zamanı öz təsdiqini tapmamış və Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Sülh küçəsində yerləşən 0.10 ha torpaq sahəsi və üzərində yerləşən 1 nömrəli fərdi yaşayış evinin açıq hərracdan satılması ilə bağlı keçirilmiş hərraclarda qanunvericiliyin tələbləri pozulmamışdır. Bu səbəbdən fərdi yaşayış evini ipoteka ilə yüklülükdən azad edilməsi üçün hər hansı əsas mövcud deyildir. Bununlada iddiaçı Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi fərdi yaşayış evinin ipoteka ilə yüklülüydən azad edilməsi hissəsində təmin edilmədiyindən, iddia qalan hissədə də, yəni Azərbaycan Respublikası Daşınmaz Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 Saylı Bakı Ərazi İdarəsi tərəfindən bu barədə daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydlərin aparılması hissəsində də təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2 və 217.4-cü maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı iş üzrə” 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər "xxxx" MMC, BOKT "xxxx" MMC, Cavabdeh1 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 Saylı Ərazi İdarəsinə qarşı “ipotekaya xitam verilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər "xxxx" MMC, BOKT "xxxx" MMC, Cavabdeh1 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 Saylı Ərazi İdarəsinə qarşı “ipotekaya xitam verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. X12
Məhkəmə qərarları › İş №e-2(005)-301/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-301/2024
24.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver