Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-3124/2025 04.12.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Hüseynli Umuxanım Cavid qızının katibliyi, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 MMC-yə qarşı “hərracların qanunsuz hesab edilərək ləğv olunması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 MMC-yə qarşı “hərracların qanunsuz hesab edilərək ləğv olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 Siyəzən şəhəri, Xətai küçəsi, 149 ünvanda 0,34975 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 3668.5 kv.m olan əmlak kompleksi kimi müəssisəyə dair təşkil etdiyi və keçirdiyi hərracları qanunsuz hesab edib, ləğv olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, bildirir ki, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən verilmiş 254 saylı xx.xx.2010-cu il tarixli lisenziya və Nizamnamə əsasında fəaliyyət göstərən Bank "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə onun arasında xx.xx.2019-cu il traixli, AKİAD-00002-15/19A saylı kredit müqaviləsinə əsasən bank tərəfindən ona şəxsi istifadə məqsədi ilə 60 ay müddətinə illik 8 faiz ödəmək şərti ilə 250.000 manat məbləgində aylıq əsasla qaytarmaq şərti ilə kredit verilmişdir. Kreditin təminatı qismində "xxxx" ASC-nin müdiri X1 xx.xx.2019-cu il tarixdə Bankla AKİADG- 00002-15/19A saylı ipoteka müqaviləsi bağlayaraq “ünvan 1 ünvanda yerləşən əmlak kompleksi kimi müəssisəni ipotakaya qoymuşdur. X3 xx.xx.2019-cu il tarixdə Bankla AKİADZ-00002-15/19A saylı zaminlik müqaviləsi bağlayaraq ona verilən kredit məbləğinə zamin durmuşdur. Öhdəliyin icrası tərəfindən mütəmadi icra olunmuş ölkədə baş vermiş pandemiya nəticəsində müqavilə öhdəliyi üzrə icra olunacaq işlərdə problemlər yarandığından öhdəliyin icrasında müəyyən səbəblərdən dolayı yubanmalar baş vermişdir. Bank tərəfindən 2021-ci il tarixdə tərəflərə qarşı Bakı şəhəri Nizami Rayon Məhkəməsində kredit və ipoteka müqaviləsindən irəli gələn mübahisələr üzrə iddia qaldırılmış məhkəmə gedişi zamanı tərəflər arasında şifahi razılaşma mövcud oldugundan iddia tələbi irəli sürən tərəfindən verilmiş iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin məhkəmədən geri götürülməsi barədə məhkəməyə ərizə ilə müraciət edilmişdir. Məhkəmə müraciəti təmin etmişdir. Siyəzən rayon Dövlət Notariat Ofisi tərəfindən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında Siyəzən rayon İcra Şöbəsinə xx.xx.2022-ci il tarixli İcra Qeydi verilərək “ünvan 1 ünvanda yerləşən əmlaka tutmanın yönəldilməsi və bununla bağlı öhdəliyi müəyyən edən AKİADG-00002-15/19A saylı müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 238196,40 manat əsas borc, 3674,80 manat faiz borcu, 11.909,82 manat dəbbə pulu olmaqla, cəmi tutulmalı məbləğ 253.781,02 manat müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixdə Siyəzən rayon Dövlət Notariat Ofisi tərəfindən verilmiş icra qeydi mübahisələndirilmiş Siyəzən rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilmiş, Siyəzən Rayon Məhkəməsinin 20 fevral 2023-cü il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi təmin edilmiş, Siyəzən rayon Dövlət Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında icra qeydi etibarsız hesab edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli Qərarı ilə Bank "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1165/2023 saylı iş üzrə 30 avqust 2023-cü il tarixli ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Apellyasiya şikayəti təmin edilməmiş, Siyəzən Rayon Məhkəməsinin 2(059)-73/2023 nömrəli, xx.xx.2023-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh2 Siyəzən rayon İcra və Porobasiya şöbəsinin xx.xx.2025-ci il tarixli sifariş məktubu əsasında xx.xx.2025-ci il tarixdə xx.xx.2025-ci il tarixə ilkin hərraca başlamış, bu barədə ona heç bir bildiriş verilməmiş və ünvanına rəsmi qaydada daxil olmamışdır. Keçirilən hərrac barəsində icra Şöbəsindən məlumat aldığından xx.xx.2025-ci il tarxidə Hərrac Mərkəzi ilə əlaqə saxlamış və onun iştirakı təmin olunmadan və heç bir qanuna müvafiq qaydada xəbərdarlıq edilmədən hərracın keçirilməsi bir daha müəyyən olunmuşdur. Heç bir xəbərdarlıq və bildiriş verilmədən əmlak barəsində keçirilən gizlin hərrac gələcəkdə Bank tərəfindən qanunsuz şəkildə əmlakın ələ keçirilməsidir. Odur ki, Siyəzən şəhəri, Xətai küçəsi, 149 ünvanda 0.34975 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 3668.5 kv.m olan əmlak kompleksi kimi müəssisəyə dair keçirilmiş hərraclar etibarsızdır, qanunsuzdur heç bir hüquqi nəticə yarada bilməz. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X7 iddia tələbinin əsassız olduğunu bildirərək, iddianın təmin olunmamasını xahiş etdi. Həmçinin bildirdi ki, hərrac həyata keçirilərkən heç bir qanun pozuntusuna yol verilməmişdir. Mübahisəli əmlak hazırda hələ də ipoteka qoyanın balansındadır. İddiaçının iddianı verməkdə məqsədi proseduru ləngitməkdir. Keçirilən hərrac barədə iddiaçının məlumatı olmuş, ona müvafiq bildiriş göndərilmişdir. İddiaçıya və digər cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Mülki-Prosessual Məcəllənin 185.4 və 185.5-ci maddəsinə əsasən onların iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxsin izahatını dinləyib, mülki işin materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdırıb hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Siyəzən Rayon Məhkəməsinin 2(059)-73/2023 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsinə əsasən İddiaçı cavabdehlər Siyəzən rayon dövlət notariat ofisinə və Bank "xxxx" ASC-yə qarşı “icra qeydinin etibarsız hesab edilməsi” tələbinə dair iddiasının əsassız olduğundan təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən görünür ki, 13 may 2019-cu il tarixli, AKİADG-00002-15/19A nömrəli ipoteka müqaviləsinə əsasən, bu müqaviləyə əsasən ipoteka qoyan ("xxxx" ASC) müqavilənin 1.2-ci bəndində qeyd olunmuş kredit müqaviləsi üzrə borcalanın öhdəliklərinin (bundan sonra Əsas öhdəlik adlanacaq) icrasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 14 mart 2019 tarixdə 1 nömrəli reyestr kitabında, 33 nömrəli vərəqində **********40-12301 reyestr, ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış, RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən xüsusi mülkiyyət hüququ ilə ASCyə məxsus Siyəzən şəhərinin Xətai küçəsində 149 saylı ünvanda yerləşən əmlak kompleksi kimi müəssisəni ipoteka saxlayana (Bank "xxxx" ASC-yə) ipotekaya qoymuşdur. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-768/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən Siyəzən Rayon Məhkəməsinin 2(059)-73/2023 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-2843/2024 saylı xx.xx.2024-cü il tarixli qərarına əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-768/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Həmin qərardan həmçinin görünür ki: -Borcverən Bank "xxxx" ASC 13 may 2019-cu il tarixli kredit müqaviləsinə əsasən borcalan İddiaçı 60 ay müddətində illik 8 faizlə 250000 manat məbləğində kredit vermişdir. Borcalan həmin kreditdən biznes məqsədilə istifadə etməyi və onu 12 ay güzəşt müddəti daxil olmaqla, 13 may 2024-cü il tarixinədək faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Eyni zamanda, kredit öhdəliyinin təminatı kimi Bank "xxxx" ASC ilə zamin X3 arasında 13 may 2019-cu il tarixdə zaminlik müqaviləsi bağlanmış və bu müqaviləyə görə zamin eyni tarixli kredit müqaviləsi üzrə borcun tam və keyfiyyətli icrası üçün məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. -AKİADG-00002-15/19A nömrəli, 13 may 2019-cu il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka qoyan "xxxx" ASC müqavilənin 1.2-ci bəndində qeyd olunmuş kredit müqaviləsi üzrə borcalanın öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 14 mart 2019 tarixdə 1 nömrəli reyestr kitabında, 33 nömrəli vərəqində **********40-12301 reyestr, ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış, RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən xüsusi mülkiyyət hüququ ilə ASC-yə məxsus Siyəzən şəhərinin Xətai küçəsində 149 saylı ünvanda yerləşən əmlak kompleksi kimi müəssisəni ipoteka saxlayan Bank "xxxx" ASC-yə ipotekaya qoymuşdur. -Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 14 may 2019-cu il tarixli çıxarışa əsasən 13 may 2019-cu il tarixli kredit müqaviləsində nəzərdə tutulan öhdəliyin təminatı kimi “ünvan 2 ünvanda yerləşən əmlak kompleksi kimi müəssisə Bank "xxxx" ASC qarşısında yüklü edilmiş və bu yüklülük daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 33 nömrəli vərəqində ********** nömrə ilə qeydiyyata alınmışdır. -Borc haqqında 20 sentyabr 2022-ci il tarixli arayışa əsasən İddiaçı Bank "xxxx" ASCyə 20 sentyabr 2022-ci il tarixli kredit müqaviləsi üzrə cəmi 253781,02 manat borcu vardır. Eyni zamanda, borcalan kredit borcundan sonuncu dəfə 10 may 2022-ci il tarixdə 5000 manat ödəniş etdikdən sonra bu ödənişləri dayandırmışdır. -Bank "xxxx" ASC tərəfindən ipotekaqoyan "xxxx" ASC-yə, zamin X2 və borcalan İddiaçı 22 sentyabr 2022-ci il tarixli bildirişlə məlumat verilərək, banka ödənilməli olan kredit və faiz borclarının ödənilmə müddətləri pozulduğu üçün icranı təmin etmək məqsədilə borc məbləği və verilməli əmlak barəsində notarius tərəfindən icra qeydinin aparılacağı bildirilmişdir. -Bank "xxxx" ASC tərəfindən İddiaçı məlum ünvanlarına “Atlas Ekspress” poçt xidməti vasitəsilə 22 sentyabr 2022-ci il tarixli, 229161 və 229162 nömrəli xəbərnamələrlə icra qeydi barədə bidirişlər göndərilmişdir. 229161 nömrəli poçt xəbərnaməsi İddiaçı ünvan 3 ünvanında yaşamaması səbəbindən çatdırılmasa da, 229162 nömrəli poçt xəbərnaməsi ilə göndərilmiş digər bildirişin İddiaçı yaşadığı Bakı şəhərinin Nizami rayonundakı İ.Məmmədov küçəsində yerləşən 7 saylı evin 63-cü mənzilində 23 sentyabr 2022-ci il tarixdə təqdim edilməsi təmin edilmişdir. -Siyəzən rayon dövlət notariat ofisinin notariusu vəzifəsini icra edən X5 tərəfindən 26 oktyabr 2022-ci il tarixdə reyestrdə 8İ-2175 nömrə ilə qeyd edilmiş icra qeydi verilmişdir. “İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında” həmin icra qeydinin surətinə əsasən ipoteka saxlayan Bank "xxxx" ASC-nin tələbi ilə ipoteka qoyan "xxxx" ASC-yə məxsus ipoteka predmeti olan Siyəzən şəhərinin Xətai küçəsində 149 saylı ünvanda yerləşən əmlaka İddiaçı 238196,40 manat əsas, 3674,80 manat faiz, 11909,82 manat dəbbə pulu olmaqla, cəmi 253781,02 manat borcuna görə tutma yönəldilmişdir. İş materiallarında olan Cavabdeh2 MMC-nin açıq hərracın keçirilməsinə dair 34/25 nömrəli xx.xx.2025-ci il tarixli bildirişin surətindən görünür ki, Siyəzən rayon icra və probasiya şöbəsinin №260087/2022-64-5-004 saylı, xx.xx.2025-ci il tarixli sifariş məktubuna və Siyəzən rayon dövlət notariat ofisinin 81-2175 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqinə əsasən Siyəzən şəhəri, Xətai küçəsi, 149 ünvanında 0.34975 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 3668.5 kv.m olan əmlak kompleksi kimi müəssisə Cavabdeh2 MMC tərəfindən açıq hərraca çıxarılmışdır. Hərrac açıq auksion formasında “Elektron hərrac portalı” olan www.herrac.gov.az saytında keçiriləcəkdir. İş materiallarında olan Cavabdeh2 MMC-nin açıq hərracın keçirilməsinə dair 34/25 nömrəli xx.xx.2025-ci il tarixli bildirişin surətindən görünür ki, Siyəzən rayon icra və probasiya şöbəsinin №260087/2022-64-5-004 saylı, xx.xx.2025-ci il tarixli sifariş məktubuna və Siyəzən rayon dövlət notariat ofisinin 81-2175 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqinə əsasən Siyəzən şəhəri, Xətai küçəsi, 149 ünvanında 0.34975 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 3668.5 kv.m olan əmlak kompleksi kimi müəssisə Cavabdeh2 MMC tərəfindən açıq hərraca çıxarılmışdır. Hərrac açıq auksion formasında “Elektron hərrac portalı” olan www.herrac.gov.az saytında keçiriləcəkdir. İş materiallarında olan qaimələrin surətlərindən görünür ki, Cavabdeh2 MMC tərəfindən İddiaçı göndərilmiş hərrac bildirişləri xx.xx.2025-ci il tarixdə imtina edilmiş, xx.xx.2025-ci il tarixdə isə İmanov S tərəfindən qəbul edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli The Express MMC tərəfindən tərtib edilmiş aktın surətindən görünür ki, Capital Auction tərəfindən xx.xx.2025 tarixində (qaimə №010425) İddiaçı məktub göndərilmişdir.Kuryer ünvana getmiş lakin şəxs imtina etdiyi üçün məktub geri qaytarılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Buna görə də məhkəmə hesab edir ki, hərracla bağlı proseslər 2025-ci il tarixində olduğundan Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən mübahisəli hüquq münasibətlərinin yarandığı zaman Azərbaycan Respublikası “İpoteka haqqında” Qanununun dəyişiklikdən sonrakı müvafiq müddəaları tətbiq olunmalıdır. Məhkəmə, ilk növbədə bildirir ki, hazırda iddiaçının tələbi hərracın nəticələrinin ləğv edilməsi olsa da, məhkəmə ümumilikdə keçirilmiş hərracın keçirilməsinin qanuniliyini yoxlayıb, həmin hərracın etibarsızlığı ilə bağlı hala qiymət verməyi zəruri hesab edir. Hər bir halda tələbin hansı formada irəli sürülməsindən asılı olmayaraq, hərracın etibarsızlığı ilə bağlı məsələyə qiymət verilməlidir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun: 41.2-ci maddəsinə əsasən, məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. 41.3-cü maddəsinə əsasən, hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. 42.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. 42.3-cü maddəsinə əsasən, istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan hərracda alıcı qismində iştirak edə bilər. Hərracı sifariş edən icra qurumunun və hərrac təşkilatının əməkdaşlarının, habelə əmlakın qiymətləndirilməsini həyata keçirən şəxslərin birbaşa və ya dolayı yolla hərracda alıcı qismində iştirak etməsinə yol verilmir. 42.4-cü maddəsinə əsasən, hərracda iştirak edən ipoteka saxlayan beh ödəmir. Hərracı udduğu halda, ipoteka saxlayan tələbinin məbləği həcmində alış qiymətini ödəməkdən azad olunur. 42.6-cü maddəsinə əsasən, hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. Protokolun imzalanmasından imtina edilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. 42.8-ci maddəsinə əsasən, hərracın nəticələri haqqında protokol ipotekanın dövlət qeydiyyatı orqanına ipotekaya xitam verilməsi və yeni mülkiyyətçi haqqında qeydlərin müvafiq reyestrə daxil edilməsi üçün əsas hesab olunur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 53.2-ci maddəsinə əsasən, borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. 61.1-ci maddəsinə əsasən, vergi borcuna görə siyahıya alınmış əmlak istisna olmaqla, borclunun əmlakının satılması üzrə hərraclar, bu Qanunun 53.2-ci maddəsində göstərilən ixtisaslaşdırılmış müəssisələr tərəfindən müvafiq müqavilə əsasında təşkil edilir və keçirilir. 61.2-ci maddəsinə əsasən, ixtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunun sifarişi əsasında keçirirlər. Həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiyməti göstərilir. 62.2-ci maddəsinə əsasən, hərracın keçirilməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. 89-cu maddəsinə əsasən, tələbin yönəldildiyi əmlakın borcluya və başqa şəxslərə məxsus olması (mənsubiyyəti) ilə bağlı mübahisə yarandıqda, maraqlı fiziki və hüquqi şəxslər əmlakın həbsdən azad olunması və ya onun siyahıdan çıxarılması barədə iddia ilə məhkəməyə müraciət etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 337.1-cimaddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. 416.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Məhkəmə tərəfindən isə hərracın keçirilməsi ilə bağlı qaydaların pozulması halı müəyyən olunmamış və bununla bağlı əsaslandırma aparılmamışdır. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Beləliklə, məhkəmədə müəyyən edilir ki, cavabdeh Bank "xxxx" ASC 13 may 2019-cu il tarixli kredit müqaviləsinə əsasən İddiaçı 60 ay müddətində illik 8 faizlə 250000 manat məbləğində kredit vermişdir. İddiaçı həmin kreditdən biznes məqsədilə istifadə etməyi və onu 12 ay güzəşt müddəti daxil olmaqla, 13 may 2024-cü il tarixinədək faizi ilə birlikdə cavabdehə qaytarmağı öhdəsinə götürmüşdür. AKİADG-00002-15/19A nömrəli, 13 may 2019-cu il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka qoyan "xxxx" ASC müqavilənin 1.2ci bəndində qeyd olunmuş kredit müqaviləsi üzrə borcalanın öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 14 mart 2019 tarixdə 1 nömrəli reyestr kitabında, 33 nömrəli vərəqində **********40-12301 reyestr, ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış, RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən xüsusi mülkiyyət hüququ ilə ASC-yə məxsus Siyəzən şəhərinin Xətai küçəsində 149 saylı ünvanda yerləşən əmlak kompleksi kimi müəssisəni ipoteka saxlayan Bank "xxxx" ASC-yə ipotekaya qoymuşdur. Siyəzən rayon dövlət notariat ofisinin notariusu vəzifəsini icra edən X5 tərəfindən 26 oktyabr 2022-ci il tarixdə reyestrdə 8İ-2175 nömrə ilə qeyd edilmiş icra qeydi verilmişdir. “İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında” həmin icra qeydinin surətinə əsasən ipoteka saxlayan Bank "xxxx" ASC-nin tələbi ilə ipoteka qoyan "xxxx" ASC-yə məxsus ipoteka predmeti olan Siyəzən şəhərinin Xətai küçəsində 149 saylı ünvanda yerləşən əmlaka İddiaçı 238196,40 manat əsas, 3674,80 manat faiz, 11909,82 manat dəbbə pulu olmaqla, cəmi 253781,02 manat borcuna görə tutma yönəldilmişdir. Borcun yönəldilməsi barədə açıq hərrac Cavabdeh2 MMC tərəfindən keçirilmiş və bu barədə iddiaçıya xx.xx.2025 və xx.xx.2025-ci il tarixlərdə açıq hərracın keçirilməsi barədə bildirişlər göndərilmiş, xx.xx.2025-ci il tarixli bildirişin qəbul edilməsindən imtina edilmiş, xx.xx.2025ci il tarixli bildiriş isə iddiaçı tərəfindən qəbul edilmişdir. Hazırda iddiaçı tərəfindən məhkəmədə mübahisələndirilən hal ondan ibarətdir ki, hərrac düzgün şəkildə keçirilməyib və hərracın keçirilməsi barədə bildiriş ona göndərilməyib, onun keçirilmiş hərracdan məlumatı olmayıb. Beləliklə hərrac təşkilatçısı tərəfindən kobud şəkildə iddiaçının hüquqları pozulub. Məhkəmə qeyd edir ki, iddiaçının “hərracın nəticələrinə dair yekun protokolun ləğv (etibarsız) hesab edilməsi” tələbi ilə bağlı müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırılmalıdır. Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququn yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, İddiaçı kredit müqaviləsi üzrə əsas borcludur və "xxxx" ASC isə ipoteka qoyan olmaqla iddiaçı tərəfindən mübahisələndirilən əmlak kompleksi kimi müəssisə cəmiyyətə məxsus olduğu üçün İddiaçı belə bir tələb ilə məhkəməyə müraciət etməsinə subyektiv hüququ olmamışdır. Bundan əlavə hərracın qanunsuz olaraq keçirilməsi ilə bağlı iddiaçının qeyd etdiyi hallarla bağlı məhkəmə qeyd edir ki, Cavabdeh2 MMC-nin vəzifəsi hərracın keçirilməsi fəaliyyəti ilə bağlıdır. Mülki iş materiallarından da görünür ki, hərrac təşkilatı öz üzərinə düşən vəzifəsini qanunamüvafiq qaydada yerinə yetirmiş, hərrac keçirilməsi ilə bağlı iddiaçınının ünvan üzrə iddiaçıya müvafiq qaydada bildirişlər göndərilmiş və həmin bildiriş iddiaçı tərəfindən qəbul edilmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, “F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarındakı hüquqi mövqeyi də nəzərə alaraq qeyd edir ki, həmin qərarında Konstitusiya Məhkəməsi MM-in 415.2-ci maddəsində nəzərdə tutulmuş bildirişin ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyriməhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edildiyini və bu maddənin hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoymadığını, yalnız “İpoteka haqqında” Qanununun hərracın keçirilməsi qaydasını tənzimləyən 42-ci maddəsində elan və bildiriş anlayışlarının fərqləndirildiyini, elanın kütləvi informasiya vasitələrində dərc etdirilməsi, bildirişin isə ipoteka saxlayana və ipoteka qoyana verilməsi, o cümlədən hərracda ipoteka saxlayanın və ipoteka qoyanın alıcı qismində iştirak etmək hüququna malik olmaları, elan və bildirişdə göstərilməsi zəruri olan məlumatların dairəsinin nəzərdə tutulduğunu vurğulamışdır. Məhkəmə iddia tələbinin dəlilləri ilə bağlı qeyd edir ki, Cavabdeh2 MMC tərəfindən bildirişlər göndərilmişdir. Hərracın keçirilməsi barədə bildirişlərin göndərilməsinə dair qəbzlər iş materiallarına əlavə olunmuşdur. Mülki Məcəllənin 416.1-ci maddəsinin dispozisiyasına əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Nəticə etibarilə məhkəmə tərəfindən hərracın keçirilməsi ilə bağlı qaydaların pozulması halı müəyyən olunmur və bununla bağlı iddiaçı tərəfindən də hər hansı əsaslandırma aparılmamış və sübutlar təqdim etməmişdir. Beləliklə, məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh2 MMC, Bank "xxxx" ASC və Siyəzən rayon Dövlət Notariat ofisinə qarşı “hərracların qanunsuz hesab edilərək ləğv olunması” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Adı çəkilən Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 MMC-yə, Bank "xxxx" ASC-yə və Siyəzən rayon Dövlət Notariat ofisinə qarşı “hərracların qanunsuz hesab edilərək ləğv olunması” tələbinə dair iddiası təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №e-2(005)-3124/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-3124/2025
04.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver