Məhkəmə qərarları › İş №e-2(005)-3131/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-3131/2023

27.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-3131/2023 27.09.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Calalov Nizami Firdovsi oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə onun birgə nikahlarından anadan olmuş 16 avqust 2012-ci il təvəllüdlü X6 və 17 aprel 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 300 manat olmaqla, ümumilikdə 600 manat məbləğində alimentin, həmçinin uşaqların illik 11500 manat məbləğində olan təhsil xərclərinin yarısının, yəni 5750 manatın Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla Cavabdeh 11 noyabr 2011-ci il tarixdə rəsmi qaydada nikaha daxil olmuş, birgə nikahlarından 16 avqust 2012-ci il təvəllüdlü X6 və 17 aprel 2014-cü il təvəllüdlü X7 anadan olmuşdur. Münasibətləri pozulduğu üçün Lənkəran Rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli, 2(049)- 1063/2021 saylı qətnaməsi ilə aralarında olan nikahın pozulması, birgə nikahdan anadan olmuş 6 avqust 2012-ci il təvəllüdlü X6 və 17 aprel 2014-cü il təvəllüdlü X3 atalarının himayəsində saxlanılması qət edilmişdir. Həmin qətnamə ilə uşaqların atasına verilmə səbəbi qarşı tərəfin onu aldadaraq buna razılıq verməsi barədə ərizə alması olmuşdur. Ona görə də qətnamədən tərəfindən apellyasiya şikayəti verilmiş və Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 mart 2022-ci il tarixli, 2(106)-129/2022 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi uşaqların atalarının himayəsinə verilməsi hissəsində ləğv edilmiş və uşaqların onun himayəsinə verilməsi qət edilmişdir. Qarşı tərəf həmin qətnamədən kassasiya şikayəti verməmiş və hazırda qətnamə qanuni qüvvəyə minmişdir. Qeyd edilən iş üzrə o, aliment tələb etmədiyi üçün aliment təyin edilməmişdir. Hazırda cavabdeh uşaqların saxlanılması və xərclərinin çəkilməsində iştirak etmir. Cavabdeh həm uşaqların saxlanılması üçün aliment ödəməlidir, həm də əlavə xərclərinin qarşılanmasında iştirak etməlidir. Belə ki, uşaqlar lap əvvəldən özəl Evrika liseyində təhsil alırlar və illik təhsil xərcləri yüksəkdir. X2 illik təhsil haqqı 5500 manat, X1 illik təhsil haqqı isə 6000 manat təşkil edir. Cavabdeh iddia ərizəsinə etiraz ünvanlayaraq bildirmişdir ki, uşaqlarının “Evrika” Liseyində təhsil almaları məqsədilə həmin Lisey ilə müqaviləni anası X8 bağlayaraq təhsil haqqını ödəyirdi. Daha sonra anasının səhhətində yaranmış problemlərlə əlaqədar artiq ona maddi dəstək ola bilmir, o da işsiz olduğundan uşaqların “Evrika” Liseyində təhsillərini davam etdirilməsi məqsədilə təhsil haqqının yarısını belə ödəmək iqtidarında deyil. Ölkədə hər rayon üzrə ödənişsiz dövlət tam orta məktəbləri olmaqdadır, həmin məktəblərdə şagirdlər yüksək bilik və bacarıqlara yiyələnərək istər ölkədə, istərsə də xarici dövlətlərin ən mötəbər universitetlərinə qəbul olunurlar. Ölkədə ödənişsiz tam orta təhsil olduğunu və onun ikinci nikahından daha iki uşağı, eyni zamanda işsiz olduğunu nəzərə alaraq iddiaçı tərəfindən üzərinə “Evrika” liseyində təhsil haqqının yarısının qoyulması və ondan hər ay hər uşaq üçün 300 manat olmaqla cəmi 600 manat məbləğində alimentin tutulması yolverilməzdir. Beləliklə o, 16 avqust 2012-ci il təvəllüdlü X2, 17 aprel 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 180 manat, cəmi 360 manat sabit pul məbləğində aliment tutulmasının müəyyən olunması, iddianın qalan hissədə rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 etiraz ərizəsinə uyğun izahat verərək, uşaqların ödənişli məktəbdən çıxmalarına baxmayaraq, təhsil haqqının onlardan tələb edilməsinin əsassız olduğunu bildirmiş və iddianın qismən təmin edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia aşağıda qeyd olunanlara əsasən qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - Lənkəran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh ilə cavabdeh X9 arasında xx.xx.2011-ci il tarixdə Abşeron Rayon Qeydiyyat Şöbəsində 825 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, tərəflərin birgə nikahlarından olan xx.xx.2012-ci il tarixdə anadan olmuş X6 və xx.xx.2014-cü il tarixdə anadan olmuş X1 atası Cavabdeh himayəsində və yanında saxlanması qət edilmişdir; - Şirvan Apellyasiya Məhkəməsinin MK-nın 2(106)-129/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Lənkəran Rayon Məhkəməsinin 16 mart 2021ci il tarixli, 2(049)-1063/2021 nömrəli qətnaməsi qismən, yəni tərəflərin birgə nikahından xx.xx.2012-ci il tarixdə anadan olmuş X6 və xx.xx.2014-cü il tarixdə anadan olmuş X1 ataları Cavabdeh himayəsində və yanında saxlanılmaları hissəsində ləğv edilməsi, xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü X11 qizinin iddiaçı Cavabdeh ilə qalmasının müəyyən edilməsi hissəsində iddiaçı Cavabdeh X5 qarşı iddia tələbinin təmin edilməməsi, xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü X1 cavabdeh X4 yanında qalması qət olunmuşdur; - AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2012-ci il təvəllüdlü X6 doğulmuşdur; - AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2014-cü il təvəllüdlü X7 doğulmuşdur; - ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə keçirilmiş ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, tərəflər xx.xx.2011-ci ildə rəsmi nikaha daxil olmuş, onların birgə nikahından 2 övladları doğulmuşdur. Tərəflərin münasibətləri sonradan pisləşmiş, nikahları Lənkəran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Hazırda tərəflərin birgə nikahlarından olan övladları ananın himayəsində olduğundan, iddiaçı onların saxlanılması üçün alimentin təyin edilməsi və təhsil xərclərinin tərəflər arasında bölüşdürülməsini xahiş edir. Məhkəmə iddia tələbinin alimentin tutulması hissəsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Ailə Məcəlləsinin 22.2.2-ci maddəsinə əsasən məhkəmə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Eyni Məcəllənin 78.1-ci maddəsinə uyğun olaraq, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Göründüyü kimi, valideynlər arasında yetkinlik yaşına çatmayan uşağa aliment ödənilməsi barədə saziş yoxdursa, alimentin valideynin gəlirinin bir hissəsi kimi deyil, sabit pul məbləğində tutulması yuxarıda qeyd edilən şərtlərdən birinin mövcud olduğu halda mümkündür. Bundan başqa, həmin maddənin məzmununa görə alimentin sabit pul məbləğində tutulması qanunla nəzərdə tutulmuş hallarda uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi olduqda mümkündür. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq 2023-cü il üçün minimum yaşayış həddi uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşaqların valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşaqların himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehdən hər ay hər uşağa görə 300 manat, cəmi 600 manat aliment tutulmasını xahiş etsə də, iddia tələbini həmin hissədə əsaslandırmamış və qanunvericilikdə nəzərdə tutulmuş minimum məbləğdən artıq pulun tutulmasını zəruri edən halları və cavabdehin həmin məbləğdə alimenti ödəmək üçün kifayət qədər gəlirə malik olduğunu təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Beləliklə, məhkəmə cavabdehin rəsmi gəlirlərinin olmadığını, iddiaçının birgə nikahdan olan uşaqların saxlanılması üçün sabit pul məbləğində aliment müəyyən edilməsi xahişini və 2023-cü il üzrə uşaqlar üçün qanunvericiliklə müəyyən edilmiş minimum yaşayış həddini nəzərə alaraq, alimentin xx.xx.2023-cü il tarixindən başlayaraq uşaqlar yetkinlik yaşına çatanadək hər uşağa görə 220 manat, cəmi 440 manat sabit pul məbləğində təyin edilməsini məqsədəmüvafiq hesab edir. Bu baxımdan iddia aliment hissəsində qismən təmin edilməlidir. Məhkəmə iddia tələbinin uşaqların təhsil xərclərinin yarısının cavabdehdən tutulması hissəsi ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Ailə Məcəlləsinin 81-ci maddəsində valideynlərin uşaqlara görə əlavə xərclərdə iştirakını nəzərdə tutan hallar müəyyən edilmişdir. Həmin maddədə təhsil xərcləri nəzərdə tutulmamışdır. Həmçinin “Təhsil haqqında” Azərbaycan Respublikasının 2009-cu il 19 iyun tarixli Qanununun 19.4, 19.14 və 19.18-ci maddələrinə əsasən, Azərbaycan Respublikasında ümumi təhsil ibtidai təhsil, ümumi orta təhsil və tam orta təhsildən ibarətdir, ümumi orta təhsil icbaridir. Tam orta təhsil ümumi təhsilin hər üç səviyyəsini əhatə edən təhsil proqramlarının tam mənimsənilməsini nəzərdə tutur. Dövlət təhsil müəssisələrində tam orta təhsil pulsuzdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu da “Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 27 yanvar 2015-ci il tarixli Qərarında vurğulamışdır ki, ümumi orta təhsildən fərqli olaraq əlavə və ya peşə təhsili, eləcə də ali təhsilin seçim xüsusiyyətinə malik olması, müsabiqə əsasında təşkil olunması və daha çox fərdin maddi vəziyyəti ilə bağlı olması baxımından, uşağın ümumi orta təhsili başa vurduqdan sonra əlavə və ya peşə təhsili, ali təhsil almasına, böyük xərc tələb edən müsabiqə və sair tədbirlərdə iştirakına görə valideynlərin əlavə xərclərdə iştirakı, onlardan bu məsələ ilə bağlı vəsait tələb olunması əsassızdır. Ailə Məcəlləsinin 58.4 və 58.5-ci maddələrinə əsasən valideynlər uşaqların əsas ümumi təhsil almasını təmin etməyə borcludurlar. Valideynlər uşaqların ümumi orta təhsil almasına qədər onların maraqlarını nəzərə almaqla təhsil müəssisəsini və təhsil formasını seçmək hüququna malikdirlər. Göründüyü kimi, valideyn uşağının orta təhsilinə qədərki dövrdə onun təhsil müəssisəsini və təhsilinin formasını seçə bilər. Dövlət təhsil müəssisələrində tam orta təhsil pulsuz olduğundan tərəflərin qarşılıqlı razılığı olmadan uşaqların ödənişli məktəblərdə təhsil alması və bu təhsil xərcinin qarşı tərəfdən tələb edilməsi əsassızdır. Beləliklə, məhkəmə hesab edir ki, təhsil xərclərinin yarısının cavabdehdən tutulması hissəsində iddia tələbi əsassız olduğundan həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2 və 217.4-cü maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, xx.xx.2012-ci il təvəllüdlü X6 və xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay hər uşağa görə 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233-234 və 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2012-ci il təvəllüdlü X6 və xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh xx.xx.2023-cü il tarixdən başlayaraq uşaqların yetkinlik yaşına çatanadək hər ay hər uşağa görə 220 manat olmaqla, cəmi 440 (dörd yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra olunsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən sonra bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar