Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(005)-3205/2025 17.09.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Gülməmmədova Qumru Habil qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh LPO Cavabdeh ASC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh LPO Cavabdeh ASC-yə qarşı ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin etibarsız hesab edilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh LPO Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh LPO Cavabdeh ASC-nin 21 fevral 2025-ci il tarixli, 12-5/2-H-21- 3090/2025 saylı ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa müvafiq izahat verərək hazırki mərhələdə mülki işlərin bir icraatda birləşdirilməsinə etiraz etdiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh LPO Cavabdeh ASC-nin nümayəndəsi və vəkili X2 mülki işin Sumqayıt Şəhər məhkəməsinin icraatında olan mülki işlə bir icraatda birləşdirilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, hazırki mülki iş eyni tərəflər arasında digər məhkəmənin icraatında olan mülki işə birləşdirilməlidir. Belə ki, hazırda iddiaçı LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh İddiaçı qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair Sumqayıt Şəhər Məhkəməsinin icraatında e-2(060)-3598/2025 saylı mülki iş vardır. Həmin iddia ərizəsi xx.xx.2025-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinə daxil olmuşdur. Hazırda mülki iş üzrə məhkəmə tərəfindən ekspertiza təyin olunduğundan icraat dayandırılmışdır. Həmin mülki iş üzrə iddia ərizəsinin surətindən görünür ki, iddiaçı LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cəmi 37585,98 manat borc olmaqla – bundan 35.789,08 manat əsas borc, 1.796,90 manat faiz borcunun və iş üzrə ödənilmiş 202,76 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 45 manat rüsumun cavabdeh İddiaçı tutularaq iddiaçı ləğv prosesində olan Cavabdeh ASC-yə ödənilməsi, tutmanın ipoteka ilə yüklü edilmiş Sumqayıt şəhəri, 5-ci məhəllə, ev 11/18, 26 saylı mənzilə yönəldilməsi, həmin mənzilin ilkin satış qiymətinin müəyyən edilməsi və mənzilin açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borclarına yönəldilməsi, ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin cavabdehdən tutulması, ipoteka predmeti olan mənzilə tutma yönəldikdə və mənzil satıldıqdan sonra həmin mənzilin boşaldılaraq, alıcıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3205/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh LPO Cavabdeh ASC-yə qarşı “ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bldirişin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi məhkəmənin icraatına götürülmüşdür. Göründüyü kimi, hazırki mülki iş üzrə cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin icraatında olan mülki iş üzrə iddiaçıdır və həmin məhkəmənin icraatında olan mülki iş üzrə iddiaçının iddia tələbini irəli sürərkən istinad etdiyi kredit borcunun ipoteka predmetinə yönəldilməsinin əsasını təşkil edən bildirişin etibarsızlığını mübahisələndirir. Beləliklə, qeyd edilən işlər üzrə tərəflər və mübahisənin predmeti eynilik təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43.2-ci maddəsinə görə, birbiri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Mülki Prosessual Məcəllənin 169.3-cü maddəsinə əsasən, hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi bir çox qərarlarında ədalət mühakiməsinin onun effektivliliyinə və etibarlılığına xələl gətirə bilən gecikmələrə yol vermədən həyata keçirilməsinin vacibliyini qeyd etmişdir [Scordino İtaliyaya qarşı (№ 1) [BP], § 224]. Hətta prossesual təşəbbüsün tərəflərə aid olması prinsipinin tətbiq edildiyi hüquq sistemlərində belə, tərəflərin münasibəti məhkəmələri 6 § 1 Maddənin tələb etdiyi operativ məhkəmə araşdırmasını təmin etmək öhdəliyindən azad etmir [Pafitis və digərləri Yunanıstana qarşı § 93; X3rşı, § 31; Sürmeli Almaniyaya qarşı [BP], § 129]. Konstitusiya Məhkəməsi Plenumunun M.Xocalıyevin şikayəti üzrə 2014-cü il 9 iyul tarixli Qərarına əsasən, prosessual qənaət prinsipi məhkəmə proseslərinin uzadılmasının aradan qaldırılmasına, bir sıra prosessual institutların münasib hala gətirilməsinə, onların qanunvericiliklə daha dəqiq tənzimlənməsinə yönəldilmişdir. Məhkəmə mülki işlər üzrə iddiaların əsası və predmeti, irəli sürülmüş iddia tələbləri arasında əlaqə və bağlılığın olduğunu nəzərə alaraq hesab edir ki, mülki işlər bir-biri ilə əlaqəlidir. İşlərin birləşdirilməsi ədalət mühakiməsinin düzgün həyata keçirilməsini, həmçinin prosessual qənaət prinsipi baxımından mübahisələrə daha tez və obyektiv hüquqi qiymət verilməsini təmin edə bilər. Bu baxımdan, mülki işlərə bir icraatda baxılması məqsədəmüvafiqdir və onlar birlikdə baxılmaq üçün bir icraatda birləşdirilməlidir. Mülki Prosessual Məcəllənin 43.1-ci maddəsinin tələblərinə uyğun olaraq, əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Hazırki mülki iş üzrə iddia ərizəsi Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə icraata götürülmüşdür. İddiaçı LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun iddia ərizəsi isə Sumqayıt Şəhər Məhkəməsinə xx.xx.2025-cü il tarixdə daxil olmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, hazırki mülki iş, əlaqəli işi ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Mülki Prosessual Məcəllənin 395-ci maddəsinə uyğun olaraq birinci instansiya məhkəməsinin qərardadlarından yalnız Məcəllədə birbaşa göstərilən hallarda, həmçinin qərardad işin sonrakı hərəkətinə mane olduqda şikayət verilə bilər. Birinci instansiya məhkəmələrinin digər qərardadlarından şikayət verilmir. İşdə iştirak edən şəxslər bu qərardadlardan narazı qaldıqda qərardada olan etirazlarını apellyasiya şikayətlərinə daxil edə bilərlər. Məhkəmə qeyd edir ki, hazırki qərardad məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilsə də, Mülki Prosessual Məcəllədə həmin qərardaddan şikayət verilməsi nəzərdə tutulmamışdır. Həmçinin, bu qərardad işin sonrakı hərəkətinə mane olmadığından hazırki qərardaddan şikayət verilə bilməz. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan İddiaçı cavabdeh LPO Cavabdeh ASC-yə qarşı ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin etibarsız hesab edilməsi tələbinə dair 2(005)-3205/2025 saylı mülki iş, Sumqayıt Şəhər Məhkəməsinin icraatında olan iddiaçı LPO Cavabdeh ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh İddiaçı qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair e-2(060)-3598/2025 saylı mülki işlə bir icraatda birləşdirilməli və hazırki mülki iş üzrə icraata xitam verilməli, iş baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169, 263-264 və 395-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan İddiaçı cavabdeh LPO Cavabdeh ASC-yə qarşı ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin etibarsız hesab edilməsi tələbinə dair 2(005)-3205/2025 saylı mülki iş, Sumqayıt Şəhər Məhkəməsinin icraatında olan iddiaçı LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh İddiaçı qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair e-2(060)-3598/2025 saylı mülki işlə bir icraatda birləşdirilsin və e-2(005)-3205/2025 saylı mülki iş Sumqayıt Şəhər Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №e-2(005)-3205/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №e-2(005)-3205/2025
17.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver