Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-3253/2022 26.08.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızı, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı subroqasiya qaydasında pul tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 onun xeyrinə 1800 manat məbləğində borc və 38,80 manat məbləğində dövlət rüsumunun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixdə, saat 15:00 radələrində, Bakı şəhəri, Z.Bünyadov prospektində Cavabdeh2 mülkiyyətində olan “Shacman” markalı ** BV *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh1 tərəfindən idarə edilərkən yol-nəqliyyat hadisəsi törədilmiş, nəticədə “Mercedes Benz” markalı ** DR *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. Bakı şəhəri DYPİ-nin xx.xx.2022-ci il tarixli, TP №5036715 saylı qərarına əsasən, 0405.2022-ci il tarixli hadisə zamanı “Shacman” markalı ** BV *** dövlət qeydiyyat nişanlı yük avtomobili sürücüsü Cavabdeh1 tərəfindən etibarnaməsiz idarə etdiyi üçün sonuncu barəsində AR İXM-nin 332.1 və 327.1ci maddələri ilə inzibati tənbeh vermə haqqında qərar tərtib olunmuşdur. İddia ərizəsinə əlavə edilmiş qüsur aktından müəyyən olunur ki, sığorta hadisəsi nəticəsində “Mercedes Benz” markalı ** DR *** dövlət qeydiyyat nişanlı avtomobilə 1800 manat məbləğində zərər dəymişdir. Ödəniş tapşırığından müəyyən olunur ki, qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" ASC tərəfindən 1800 manat məbləğində sığorta ödənişi ödənilmişdir.İddia ərizəsinəəlavə edilmiş, “Shacman” markalı, ** BV *** dövlət qeydiyyat nişanlı avtomobilin PBA********** saylı sığorta şəhadətnaməsindən göründüyü kimi, həmin avtomobil “Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə "xxxx" ASC tərəfindən sığortalanmışdır. Müqavilənin qüvvədə olma müddəti xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinədəkdir. Bununla yanaşı, iddiaçı iddia ərizəsində tələbini onunla da əsaslandırmışdır ki, “İcbari sığortalar haqqında” Qanunun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhdətnaməsində göstərilən əmlakın icbari onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Qeyd olunanlara əsasən iddiaçı sözügedən zərərin aradan qaldırılması üçün ödədiyi 1800 manat məbləğində sığorta ödənişinin məbləğini cavabdehlərdən müştərək qaydada tələb etmək hüququna sahib olduğunu bildirərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 284- 5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: xx.xx.2021-ci il tarixli Avtonəqliyyat vasitələrinin sığorta şəhadətnaməsinin məzmunundan görünür ki, X1 məxsus ** BV *** dövlət qeydiyyat nişanlı “Shacman” markalı avtonəqliyyat vasitəsi xx.xx.2021-ci il, saat 00:00-dan xx.xx.2022-ci il saat 00:00dək "xxxx" ASC tərəfindən tam sığortalanmışdır. xx.xx.2022-ci il tarixli, inzibati tənbeh vermə haqqında elektron qərarın məzmunundan görünür ki, Cavabdeh1 xx.xx.2022-ci il tarixdə, saat 15:00-da idarə etdiyi ** BV *** dövlət qeydiyyat nişanlı “Shacman” markalı avtonəqliyyat vasitəsi ilə yol hərəkəti haqqında qaydaları pozaraq nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə , əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etməyə görə İnzibati Xətalar Məcəlləsinin 332.1-ci və 327.1-ci maddələri ilə 40 manat cərimə edilmişdir. "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, 932-22 saylı sığorta aktından görünür və xx.xx.2022-ci il tarixli ödəniş tapşırığının surətindən görünür ki, sığorta ödənişi olan 1800 manat pul vəsaiti X2 ödənilmişdir. xx.xx.2022-ci il tarixli, “BS-S-22/2796 saylı “Geriyə tələb” (Subroqasiya) məktubunun surətindən görünür ki, cavabdehlər tərəfindən 5 gün müddətində göstərilən məbləği, ödəmədikləri təqdirdə müvaqif məhkəmə orqanına müraciət ediləcəyi barədə xəbərdarlıq olunmuşdur. “İcbari Sığortalar haqqında” AR Qanunun 25.1.3.-cü maddəsində qeyd edilir ki, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan 3-cü şəxsə qarşı malik olduğu hüquqlarından və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi ( iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığortaçı ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Qeyd olunan Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuraıı tərəfindən tam həcmdə ödənilməlidir. MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən məhkəmə hesab edir ki, ödənilmiş 30,40 manat dövlət rüsumunu cavabdehlərə aid edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh1 xx.xx.2022-ci il tarixdə, saat 15:00-da idarə etdiyi ** BV *** dövlət qeydiyyat nişanlı “Shacman” markalı avtonəqliyyat vasitəsi ilə yol hərəkəti haqqında qaydaları pozaraq nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edərək, əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etməklə yol hərəkəti qaydasını pozmuş, nəticədə yol nəqliyyat hadisəsi törətmiş və “Mercedes Benz” markalı ** DR *** dövlət qeydiyyat nişanlı avtomobilə 1800 manat məbləğində zərər dəymişdir. Qeyd edilən zərər X2 "xxxx" ASC tərəfindən ödənilmişdir. Hazırda iddiaçı ödənilmiş sığorta pulunun subroqasiya qaydasında cavabdehlər Cavabdeh2 və Cavabdeh1n tutulmasını tələb edir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 1800 manat məbləğində əsas borc və ödənilmiş 38,80 manat dövlət rüsumu iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 1800 manat məbləğində verilmiş sığorta ödənişi və 38,80 manat məbləğində ödənilmiş dövlət rüsumu müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №e-2(005)-3253/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-3253/2022
26.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver