Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-3254/2025 08.12.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Hüseynli Umuxanım Cavid qızının katibliyi, İddiaçı Nümayəndəsi və vəkili Vəkil, Cavabdeh3 ASC-nin (Ləğv prosessindədir) nümayəndələri X5 və X4, Cavabdeh2 nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Nümayəndə cavabdehlər Cavabdeh2, Sumqayıt şəhəri üzrə İcra şöbəsinə, Cavabdeh3 ASC-yə (Ləğv prosessindədir), Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC-yə, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X21 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “hərrac nəticələrinin və onun əsasında verilmiş daşınmaz əmlakın dövlət reyestrdən çıxarışın etibarsız hesab edilməsi haqqında” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Nümayəndə cavabdehlər Cavabdeh2, Cavabdeh1nə, Cavabdeh3 ASC-yə (Ləğv prosessindədir), Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-yə, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X21 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “hərrac nəticələrinin və onun əsasında verilmiş daşınmaz əmlakın dövlət reyestrdən çıxarışın etibarsız hesab edilməsi haqqında” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" Külək MMC tərəfindənSumqayıt şəhəri, 9-cu mikrorayon (təzə) 7/23-1 nömrəli iki mərtəbəli, ümumi sahəsi 522,8 kv.metr olan qeyriyaşayış binası ilə bağlı keçirilmiş hərraclar və onların nəticələri etibarsız hesab edilməsi və Sumqayıt şəhəri, 9-cu mikrorayon (təzə) 7/23-1 nömrəli iki mərtəbəli, ümumi sahəsi 522,8 kv.metr olan qeyri-yaşayış binasına dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli Hüquqların Dövlət Qeydiyyatı Haqqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, alqı-satqı predmeti olmuş Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən 7/23 saylı qeyri-yaşayış sahəsi iddiaçı Nümayəndə mülkiyyətində olmuşdur. Mülkiyyətində olan həmin əmlakı cavabdeh Banka ipotekaya qoyaraq yüklü etmişdir. Sonradan həmin əmlak hərrac yolu ilə Bankın mülkiyyətinə keçmiş, iddiaçı hərracın nəticələrini mübahisələndirmiş, məhz buna görə də "xxxx" ASC ilə Nümayəndə arasında xx.xx.2013-cü il tarixli barışıq sazişi imzalanmış, xx.xx.2014-cü il tarixli beh müqaviləsinə əsasən beh verən İbrahimov Şahin Cəlil oğlu Sumqayıt şəhəri, 9-cu mikrorayonda olan 0,0288 ha torpaq sahəsində yerləşən 7/23-1 nömrəli 8 girişli, 522,8 kv.metr ümumi, 510,1 kv.metr əsas, 12,78 kv.metr köməkçi sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış (iaşə) binasını 267.100 manata alqı-satqı bağlamaq barədə öhdəlik götürmüş, beh verən beh alana 20.000 manat beh verməyi, qalan 247.100 manatı isə xx.xx.2014-cü il tarixədək satıcıya verməyi öhdəsinə götürmüşdür, lakin Saziş Bankın günahından icra olunmadığına görə beh verən İbrahimov Şahin Cəlil oğlu verdiyi behi ikiqat həcmdə Bankdan geri almışdır, mübahisəli qeyri-yaşayış sahəsi ilə bağlı çoxsaylı məhkəmə mübahisələri olmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-748/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Sumqayıt şəhəri, 9-cu mikrorayon (təzə) 7/23-1 nömrəli iki mərtəbəli, ümumi sahəsi 522,8 kv.metr olan qeyri-yaşayış binasına dair Cavabdeh3 ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli 4Ə/326 saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh2 adına Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X21 Hüquqların X13 daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli çıxarışın ləğv edilməsinə dair iddianın təmin edilməməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manatın Nümayəndə tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir. Qətnamədən narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 fevral 2025-ci il tarixli, 2(103)-897/2025 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-748/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 fevral 2025-ci il tarixli, 2(103)- 897/2025 nömrəli qətnaməsindan kassasiya şikayəti verilmiş, iş kassasiya icraatındadır. Sumqayıt şəhər İcra şöbəsinin sifariş məktubuna əsasən Hərrac Mərkəzi "xxxx" MMC tərəfindən Nümayəndə məxsus Sumqayıt şəhəri, 9-cu mikrorayon (təzə) 7/23-1 nömrəli iki mərtəbəli, ümumi sahəsi 522,8 kv.metr olan qeyri-yaşayış binasının satılması ilə bağlı qanunsuz olaraq hərraclar keçirilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3369/20215 saylı xx.xx.2025-ci il tarixli qətnaməsinə əsasən iddiaçı İbrahimov Şahin Cəlil oğlunun "xxxx" ASC-yə qarşı beh tələbinə dair iddia təmin edilərək cavabdeh "xxxx" ASC-dən ödənilmiş behin iki misli 40.000 manat (qırx min) manat tutularaq İbrahimov Şahin Cəlil oğluna ödənilməsi qət edilmişdir. Qətnamə onunla əsaslandırılmışdır ki, iddiaçı İbrahimov Şahin Cəlil oğlunun "xxxx" ASC xx.xx.2024-cü il tarixdə beh müqaviləsi imzalayarkən Sumqayıt şəhəri, 9-cu mikrorayonda olan 0,0288 ha torpaq sahəsində yerləşən 7/23-1 nömrəli 8 girişli, 522,8 kv.metr ümumi, 510,1 kv.metr əsas, 12,78 kv.metr köməkçi sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış (iaşə) binasına dair mövcud mübahisənin olmasından xəbərdar olmasına baxmayaraq İbrahimov Şahin Cəlil oğlu qarşısında qeyri-yaşayış binasının satılması ilə bağlı öhdəlik götürsə də öhdəliyini yerinə yetirməmişdir. Məhkəmə prosesi barədə məlumatlı olmasına baxmayaraq, cavabdeh olan İcra şöbəsi icra hərəkətlərini dayandırmaq əvəzinə, qanunsuzluqlarını davam edirmiş, nəticədə Hərrac Mərkəzi tərəfindən Sumqayıt şəhəri, 9-cu mikrorayon (təzə) 7/23-1 nömrəli iki mərtəbəli, ümumi sahəsi 522,8 kv.metr olan qeyri-yaşayış binası tələbkara təklif edilmişdir. “İcra haqqında” Azərbaycan Respublkası Qanunun 17.1.4-cü maddəsinə əsasən icra sənədinə dair borclu tərəfindən iddia qaydasında mübahisə qaldırdıqda, əgər bu cür mübahisəyə qanunla yol verilirsə icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır. Bununla yanaşı bildirir ki, hərracların keçirilməsi barədə ümumiyyətlə məlumatı olmamışdır. xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli Hüquqların dövlət Qeydiyyatı Haqqqında daşınmaz Əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Sumqayıt şəhəri, 9-cu mikrorayon (təzə) 7/23-1 nömrəli iki mərtəbəli, ümumi sahəsi 522,8 kv.metr olan qeyri-yaşayış binası cavabdeh "xxxx" ASC-nin xüsusi mülkiyyətinə keçmişdir. Tələbkar olan cavabdeh "xxxx" ASC obyekti real dəyərindən 3-4 dəfə ucuz qiymətə cavadbeh olan Cavabdeh2 satmışdır. Bununla yanaşı, Hərrac mərkəzi tərəfindən hərracın keçirilməsi barədə ümumiyyətlə ipoteka qoyan Nümayəndə heç bir bildiriş göndərilməmişdir, bununla da “İpoteka haqqında” Qanunun 42.1.-ci maddəsinin tələblərini kobud şəkildə pozmuşdur. Belə ki, həmin maddəyə əsasən hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Hərrac mərkəzi tərəfindən hərracın keçirilməsi barədə xx.xx.2012-ci il tarixli 01/836 saylı bildirişdən görünür ki, bildirişdə ümumiyyətlə İpoteka qoyan (mülkiyətçi) Nümayəndə adı qeyd edilməmişdir. Hərrac bildirişində İpoteka qoyanın (mülkiyyətçinin) adı qeyd edilməyibsə bildirişin göndərilməməsi və çatdırılmaması, habelə qanunvericliyin tələblərinə zidd olaraq 3 dəfə hərracın keçirilməsi işin mübahisəsiz hallarıdır. İddiaçı Nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək, izahatında göstərmişdir ki, iddiaçının hərracın keçirilməsindən məlumatı olmayıb, ona bu barədə bildiriş göndərilməmişdir. Məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh3 ASC-nin (Ləğv prosessindədir) nümayəndələri X15 və X7 məhkəmə iclasında iddiaya etiraz edərək, məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdirlər. Cavabdeh2 nümayəndəsi X3 məhkəmə iclasında iddiaya etiraz edərək, izahatında göstərmişdir ki, neçə ildir ki, o, aldığı əmlakdan istifadə edə bilmir, halbuki vicdanlı alıcıdır. İddiaçı əsassız iddialar qaldırır. Məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. İddiaçıya və digər cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Mülki-Prosessual Məcəllənin 185.4 və 185.5-ci maddəsinə əsasən onların iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxsin izahatını dinləyib, mülki işin materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdırıb hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: - Respublika Xammal və X23 Mərkəzi "xxxx" MMC-nin Cavabdeh3 ASC-yə və X16 ünvanlandığı 13 mart 2012-ci il tarixli, 02 nömrəli açıq hərracın keçirilməsinə dair bildirişin surətindən görünür ki, kreditin təminatı qismində ipoteka predmetinə tələbin yönəldilməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2829/2009 nömrəli, 20 oktyabr 2009-cu il tarixli İcra vərəqəsi üzrə ipoteka qoyulan Nümayəndə mülkiyyətində olan Sumqayıt şəhəri, 9-cu mkr yerləşən 7Ğ23 saylı qeyri-yaşayış binasına (iaşə obyekti) hərrac yönəldilməsi və hərracda satılması qeyd edilmişdir. - Sumqayıt şəhəri üzrə İcra şöbəsinin icra məmuru Elşən Qasımovun Nümayəndə ünvanlandığı xx.xx.2011-ci il tarixli, 8625 nömrəli məktubdan görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-1042 saylı 26 aprel 2010-cu il tarixli icra vərəqəsinə əsasən X6 Cavabdeh3 ASC-nin xeyrinə kredit borcu 300.000 ABŞ dolları, faiz borcu 20818,09 ABŞ dolları, cəmi 320818,09 ABŞ dolları və 20 manat dövlət rüsumu tutulmalıdır. Tutma ipoteka ilə yüklü edilmiş Nümayəndə mülkiyyətindəki ipoteka predmeti olan Sumqayıt şəhəri, 9-cu mikrorayonda icarəsində olan 0,0288 ha torpaq sahəsində yerləşən 7/23-1 nömrəli 8 girişli, 522,8 kv.metr ümumi, 510,1 kv.metr əsas, 12,78 kv.metr köməkçi sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış binasına dair hüquq itirilməli və həmin bina boşaldılmalı, açıq hərracdan satılaraq tələb borca yönəldilməli, satışdan əldə olunmuş vəsait qeyd olunan kredit müqaviləsi üzrə borcun ödənilməsinə yetərli olmazsa, cavabdehin digər əmlakına yönəldlilməlidir. Göstərilən icra vərəqəsinin məcburi icrası xx.xx.2011-ci il tarixə saat 11:00-а təyin olunmuşdur. Əlavə olaraq bildirilmişdir ki, icra yerində olmamağı icranın həyata keçirilməsinə maneçilik törətmir. - Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3369/2015 nömrəli, 31 iyul 2015-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı İbrahimov Şahin Cəlil oğlu Cavabdeh3 ASC-yə qarşı “beh” tələbinə dair iddiası təmin olunmuş, Cavabdeh3 ASCdən ödənilmiş behin iki misli, 40000 manat tutularaq İbrahimov Şahin Cəlil oğluna verilməsi qət edilmişdir. - AR Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X13 Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2008-ci il qeydiyyat tarixli Çıxarışından görünür ki, verilir Nümayəndə ondan ötrü ki, Sumqayıt şəhəri, 9-cu mikrorayonda (təzə) icarəsində olan 0.0288 ha torpaq sahəsində yerləşən 7/23-1 nömrəli 8 girişli, 522.8 kv.m ümumi, 510.1 kv.m əsas, 12.78 kv n köməkçi sahədən ibarət 2 mərtəbəli Qeyri yaşayış binası (iaşə obyekti) tam mülkiyyət hüququ üzrə Nümayəndə adına daşınmaz əmlakın dövlət reyestrində 2 nömrəli reyestr kitabının 71 nömrəli vərəqində qeydiyyata alınmışdır. - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X19 Şəxsinin Çıxarışından görünür ki, hüquq sahibi Cavabdeh2 payı tam olmaqla xx.xx.2023-cü il tarixdə, ********** nömrə ilə qeydiyyata alınmışdır. - Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-748/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı Nümayəndə cavabdehlər LPO "xxxx" ASC-yə və Cavabdeh2 qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Bakı şəhəri 9 saylı Notariat Ofisi cəlb edilməklə) “müqavilənin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-897/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-748/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-1838/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, iddiaçı Nümayəndə tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-897/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin rəisi Fəxri Səfərovun “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Vəkil ünvanladığı 01 oktyabr 2025-ci il tarixli, 3-21-3-31/2-3840/2025 nömrəli məktubundan görünür ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon (təzə), 7/23-1 ünvanında yerləşən qeyriyaşayış binası Nümayəndə Məmməd oğlunun adına qeydiyyata alınaraq, xx.xx.2008-ci il tarixli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Sonradan Cavabdeh3 ASC-nin adına qeydiyyata alınaraq xx.xx.2012-ci il tarixli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Sonradan sözügedən əmlak Cavabdeh2 adına qeydiyyata alınaraq xx.xx.2023-cü il tanxli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Sumqayıt şəhəri, 9-cu mikrorayon (təzə), 7/23-1 ünvanında yerləşən qeyri-yaşayış binası üzərində Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(060)-1840/2012 saylı qərardadı əsasında həbs qeydiyyata alınmış və xx.xx.2022-ci il tarixli 2(060)-1669/2014 saylı qərardadı əsasında həbs götürülmüşdür. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(060)-1683/2014 saylı qərardadı əsasında qadağa qeydiyyata alınmış və xx.xx.2022-ci il tarixində qadağa götürülmüşdür. Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 16(005)-82/2023 saylı icra vərəqəsi əsasında sözügedən daşınmaz əmlak üzərində xx.xx.2023-cü ildən xx.xx.2023-cü il müddətinədək qadağa qeydiyyata alınmış və götürülmüşdür. Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 16(005)-119/2023 saylı icra vərəqəsi əsasında sözügedən daşınmaz əmlak üzərində qadağa qeydiyyata alınmış və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 16(103)-255/2023 saylı qərardadı əsasında qadağa götürülmüşdür.Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 16(005)-, 355/2023 saylı icra vərəqəsi əsasında sözügedən daşınmaz əmlak üzərində qadağa qeydiyyata alınmışdır.Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e- 16(005)-331/2025 saylı icra vərəqəsi əsasında sözügedən daşınmaz əmlak üzərində qadağa qeydiyyata alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 16(103)-635/2025 saylı məhkəmə bildirişi məlumat üçün idarəyə daxil olmuşdur. - Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2204/2013 nömrəli, 07 iyun 2013-cü il tarixli qərardadından görünür ki, iddiaçı Nümayəndə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt Ərazi İdarəsinə, Cavabdeh3 ASC-yə, "xxxx" MMC Hərrac Mərkəzinə və Sumqayıt şəhəri üzrə İcra Şöbəsinə qarşı «Sumqayıt şəşəri, 9-cu mikrorayon ərazisində yerləşən 7/23 saylı qeyri yaşayış sahəsinə dair hərracın keçirilməsinin və bunun əsasında Cavabdeh3 ASC-nin adına xx.xx.2012-ci il tarixdə verilmiş çıxarışın etibarsız hesab olunması, Cavabdeh3 ASC-nin qeyri-yaşayış sahəsindən çıxarılması maddi və mənəvi ziyanın ödənilməsi tələbinə» dair iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-3254/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından görünür ki, iddiaçı X8 cavabdehlər Cavabdeh2, Cavabdeh1, "xxxx" Açıq Səhmdar Cəmiyyəti (Ləğv prosesindədir), Respublika Xammal və Əmtəə Birjasının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X21 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı hərracın nəticələrinin və onun əsasında verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi tələbi üzrə icraata xitam verilməsi barədə Cavabdeh3 ASC-nin (Ləğv prosesindədir) vəsatəti təmin edilməmişdir. - MAK Consultancy Baku LTD-nin baş direktoru Z.Hüseynovun “Respublika” X14 ünvanladığı 25 oktyabr 2006-cı il tarixli, 477/BRV/10-06 nömrəli Nümayəndə təqdim etdiyi Sumqayıt şəhəri, 9-cu mkr ərazisində yerləşən “Ülviyyə-89” firmasına dükan tikintisi məqsədilə ayrılmış 288.3 kv.m torpaq sahəsinin üzərində inşa edilmiş daşınmaz əmlakın qiymətləndirilməsinə dair RƏY (şərti) –dən görünür ki, 490 000 AZN və likvid dəyəri 390 000 AZN həcmində müəyyən edilmişdir. Qiymətləndirilən əmlak, mülkiyyət hüququnu təsdiq edən sənədlərə uyğun 288.3 kv.m sahədə inşa edilmiş 2 mərtəbəli qeyri-yaşayış sahəsindən ibarətdir. - AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 02 iyul 2024-cü il tarixli, 3-16-16/2-10/2205-9/2201 nömrəli ekspert rəyinin tədqiqatın nəticəsindən görünür ki, Sumqayıt şəhəri, 9-cu mkr –da yerləşən (təzə) 7/23-1 nömrəli iki mərtəbəli, ümumi sahəsi 522.8 kv.m olan qeyri-yaşayış binasının hazırkı orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 728000.0 manat (1392x522.8) məbləğində müəyyən olunur. - Sumqayıt şəhər Məhkəməsinin 2(060)-1042/2010 saylı xx.xx.2010-cu il tarixli icra sənədinin surətindən görünür ki, iddiaçı Cavabdeh3 ASC-nin cavabdehlər X16 və Nümayəndə qarşı kredit və ipoteka müqavilələrinin ləğv edilməsi, ipoteka predmetinin açıq hərracda satılması, borcun satılmış əmlak nəticəsində əldə edilmiş vəsait hesabına ödənilməsi, yüklü əmlaka olan hüquqların itirilməsi və əmlakın boşaldılması tələbinin təmin edilməsi, cavabdeh X9 Cavabdeh3 ASC-nin xeyrinə kredit borcu 300.000 ABŞ dolları, faiz borcu 20.818,09 ABŞ dolları, cəmi 320.818,09 ABŞ dolları və 20 manat dövlət rüsumunun tutulması, borcun əvəzinə yönəldilən ipoteka ilə yüklü edilmiş cavabdeh Nümayəndə mülkiyyətindəki ipoteka predmeti olan Sumqayıt şəhəri, 9-cu mikrorayonda icarəsində olan 0,0288 ha torpaq sahəsində yerləşən 7/23-1 nömrəli 8 girişli, 522,8 kv.metr ümumi, 510,1 kv.metr əsas, 12,78 kv.metr köməkçi sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış binasına dair hüququnun itirilməsi və 1 ay ərzində boşaldılması, borcun əvəzinin ipoteka predmetinə yönəldilməsi və həmin binanın açıq hərracdan satılmaqla əldə edilmiş vəsait qeyd olunan kredit müqaviləsi üzrə borcun ödənilməsinə yetərli olmazsa, cavabdehin digər əmlakına yönəldilməsi müəyyən edilmişdir. - “İcraata başlamaq haqqında” 02 iyul 2010-cu il tarixli qərardan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1042/2010 nömrəli, 26 aprel 2010-cu il tarixli icra sənədi üzrə icraata başlanılması qərara alınmışdır. - Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-948/2010 nömrəli, 19 noyabr 2010cu il tarixli qətnaməsindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 1042/2010 nömrəli, 26 aprel 2010-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-1583/11 nömrəli, xx.xx.2011-ci il tarixli qərarından görünür ki, AR Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-948/2010 nömrəli, 19 noyabr 2010-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1042/2010 nömrəli, 19 avqust 2011-ci il tarixli qərardadından görünür ki, X10 ərizəsi təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1042/2010 nömrəli, 26 aprel 2010-cu il tarixli qətnaməsinin icrasına 6 (altı) ay müddətinə möhlət verilməsi qərara alınmışdır. - AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt Ərazi İdarəsinin AR ƏN Sumqayıt şəhəri üzrə İcra Şöbəsinin rəisi Şəmsi Şahvələdova ünvanladığı **********47 nömrəli məktubdan görünür ki, Nümayəndə məxsus Sumqayıt şəhəri, 9-cu mkr-da yerləşən qeyri-yaşayış binasının üzərinə qadağanın qoyulması ilə bağlı dövlət reyestrində müvafiq qeydlər aparılmışdır. - "xxxx" MMC-nin Sumqayıt şəhər İcra Şöbəsinin rəisi Anar Əhmədova ünvanladığı 24 yanvar 2012-ci il tarixli “Əmlakın qiymətləndirilməsi barədə ekspert rəyi”ndən görünür ki, Nümayəndə məxsus Sumqayıt şəhəri, 9-cu mkr-da (təzə) yerləşən 7/23-1 nömrəli qeyri-yaşayış binası tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti 330.000 manat təşkil edir. - Sumqayıt şəhəri üzrə İcra Şöbəsinin icra məmuru Elşən Qasımovun "xxxx" MMC-yə , Sumqayıt Şəhər Məhkəməsinin hakimi xanım Şövkət Nəcəfovaya və "xxxx" ASC-yə ünvanladığı xx.xx.2012-ci il tarixli “Sifariş”-dən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1042/2010 saylı, xx.xx.2010-cu il tarixli icra vərəqəsinə əsasən, borclu Nümayəndə mülkiyyətində olan Sumqayıt şəhəri, 9-cu mikrorayonda icarəsində olan 0.0288 ha torpaq sahəsində yerləşən 7/23-1 nömrəli 8 girişli, 522.8 kv.m ümumi, 510.1 kv.m əsas, 12.78 kv.m köməkçi sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış binası açıq hərrac vasitəsilə satılmalı və əldə olunan vəsait tələbə yönəldilməlidir. - "xxxx" MMC-nin direktoru Günel Mustafayevanın Sumqayıt şəhər İcra Şöbəsinin rəisi Anar Əhmədova və "xxxx" ASC-nin rəhbərliyinə ünvanladığı 992 nömrəli, 04 aprel 2012-ci il tarixli məktubdan və protokoldan görünür ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415-ci maddəsinə, İpoteka Qanunun 43.7 maddisinin və «İcra Haqqında» qanunun 53.2, 61 və 62 maddələrinə müvafiq olaraq xx.xx.2012-ci il tarixdə Sizin təqdim etdiyiniz sifarişə əsasən auksion mərkəzi tərəfindən hərrac keçirilmişdir: Hərracda müəyyən olunmuşdur ki, № 17/63-21 saylı xx.xx.2012-ci il tarixli sifariş məktubuna əsasən Nümayəndə məxsus Sumqayıt şəhəri, 9-cu mikrorayonda yerləşən 7/23-1 saylı qeyri yaşayış binasına 210375,00 (iki yüz on min üç yüz yetmiş beş) manata hərraca çıxarılaraq 01 saylı qalib alıcı "xxxx" ASC-nin (M-ll/33 saylı 06 yanvar 2012-ci il tarixli etibarnamə əsasında nümayəndəsi X17 (AZE:№ 08097921 Qazax RPŞ xx.xx.2011) satılmışdır. - Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 04 aprel 2012-ci il tarixli müqavilədən görünür ki, Bu Müqavilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin, «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun və «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun tələbləri qaydasında, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-1042/2010-cu il «26» aprel 2010-cu il tarixli icra vərəqəsi, Sumqayıt şəhər İŞ-nin 17/63-21 saylı xx.xx.2012-ci il.tarixli sifariş məktubunun icrasına əsasən bağlanmışdır. Sifarişçi: Sumqayıt şəhəri üzrə İcra Şöbəsinin icra məmuru Elşən Qasımov və (Tələbkar) alıcı "xxxx" Açıq Səhmdar Cəmiyyəti (M/ll-33 saylı, 06 yanvar 2012-ci il tarixli etibarnamə əsasında nümayəndəsi X17 şəx/vəs: seriya AZE № 08097921 Qazax RPŞ xx.xx.2011-ci il) arasında aşağıda göstərilən (daşınmaz) əmlak barədə alqı-satqı Müqaviləsi bağlanmışdır: Nümayəndə məxsus Sumqayıt şəhəri 9-cu mikrorayonda yerləşən 7/23-1 saylı qeyri-yaşayış sahəsi - Satıcı aşağıda qeyd olunan qeyri yaşayış binasının (daşınmaz əmlakı) «Alıcı»nın tam mülkiyyətinə vermeyi, «Alıcı» isə həmin qeyri-yaşayış binasının (daşınmaz əmlakı) qəbul edib onun deyərini tam ödəməyi öz öhdəsinə götürür. Alıcı 7 (yeddi) təqvim günü ərzində verilən behi çıxmaqla qalan hissəni vaxtında ödəmədikdə imzalanmış müqavilə öz qüvvəsini itirmiş hesab edilir. - Sumqayıt şəhəri üzrə İcra Şöbəsinin icra məmuru Elşən Qasımovun Nümayəndə ünvanladığı 12 aprel 2012-ci il tarixli məktubundan görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-1042 saylı 26 aprel 2010-cu il tarixli icra vərəqəsinə əsasən X6 "xxxx" ASC-nin xeyrinə kredit borcu 300000 ABŞ dolları, faiz borcu 20818,09 ABŞ dolları, cəmi 320818,09 ABŞ dolları və 20 manat dövlət rüsumu tutulmalıdır. Tutma ipoteka ilə yüklü edilmiş Nümayəndə mülkiyyətindəki ipoteka predmeti olan Sumqayıt şəhəri, 9-cu mikrorayonda icarəsində olan 0,0288 ha torpaq sahəsində yerləşən 7/23-1 nömrəli 8 girişli, 522,8 kv.metr ümumi, 510,1 kv.metr əsas, 12,78 kv.metr köməkçi sahədən ibarət 2 mərtəbəli qeyri yaşayış binasma dair hüquq itirilməli və həmin bina boşaldılmalı, açıq hərracdan satılaraq tələb borca yönəldilməli, satışdan əldə olunmuş vəsait qeyd olunan kredit müqaviləsi üzrə borcun ödənilməsinə yetərli olmazsa, cavabdehin digər əmlakına yönəldilməlidir. - Sumqayıt şəhəri üzrə İcra Şöbəsinin icra məmuru Elşən Qasımovun Nümayəndə ünvanladığı 18 iyun 2012-ci il tarixli məktubundan görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-1042 saylı 26 aprel 2010-cu il tarixli icra vərəqəsinə əsasən X6 Cavabdeh3 ASC-nin xeyrinə kredit borcu 300000 ABŞ dolları, faiz borcu 20818,09 ABŞ dolları, cəmi 320818,09 ABŞ dolları və 20 manat dövlət rüsumu tutulmalıdır. Tutma ipoteka ilə yüklü edilmiş Nümayəndə mülkiyyətindəki ipoteka predmeti olan Sumqayıt şəhəri, 9-cu mikrorayonda icarəsində olan 0,0288 ha torpaq sahəsində yerləşən 7/23-1 nömrəli 8 girişli, 522,8 kv.metr ümumi, 510,1 kv.metr əsas, 12,78 kv.metr köməkçi sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış binasına dair hüquq itirilməli və həmin bina boşaldılmalı, açıq hərracdan satılaraq tələb borca yönəldilməli, satışdan əldə olunmuş vəsait qeyd olunan kredit müqaviləsi üzrə borcun ödənilməsinə yetərli olmazsa, cavabdehin digər əmlakına yönəldilməlidir. Bildirilmişdir ki, Bakı şəhəri üzrə İxtisaslaşdırılmış "xxxx" MMC-nin 31/01 saylı xx.xx.2012-ci il tarixli protokoluna əsasən həmin qeyri-yaşayış sahəsi 210375.00 manat hərraca çıxarılaraq 01 saylı qalib alıcı "xxxx" ASC-nin nümayəndəsi X1. - Sumqayıt şəhəri üzrə İcra Şöbəsinin icra məmuru Elşən Qasımovun Nümayəndə ünvanladığı 29 iyun 2012-ci il tarixli məktubundan görünür ki, dəfələrlə olunmuş xəbərdarlıqlara baxmayaraq göstərilən qeyri-yaşayış sahəsini boşaltmaqdan Nümayəndə imtina etmişdir. - Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-2322/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1840/2012 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İşin faktiki hallarından və həmçinin qanuni qüvvəsini almış Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-748/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə müəyyən olunmuşdur ki, Sumqayıt Şəhər Məhkəməsinin 2010-cu il tarixli qətnaməsinə əsasən, X6 Cavabdeh3 ASC-nin xeyrinə cəmi 320.818,09 ABŞ dolları pul vəsaitinin tutulması və borcun ipoteka ilə yüklü edilmiş Sumqayıt şəhəri, 9-cu mikrorayonda icarəsində olan 0,0288 ha torpaq sahəsində yerləşən 7/23-1 nömrəli 8 girişli, 522,8 kv.metr ümumi, 510,1 kv.metr əsas, 12,78 kv.metr köməkçi sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış binasına yönəldilməsi müəyyən edilmişdir. İpoteka ilə yüklü edilən sözügedən əmlak xx.xx.2012-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqaviləyə əsasən açıq hərracdan Cavabdeh3 ASC-nə satılmış, nəticədə mülkiyyətçi ASC olmuşdur. Daha sonra tərəflər arasında sözügedən əmlakla bağlı məhkəmə çəkişmələri olmuş, çəkişmələr tərəflər arasında xx.xx.2013-cü il tarixdə barışıq sazişinin imzalanması ilə nəticələnmişdir. Barışıq sazişinə əsasən, 8 ay müddətinə iddiaçı Nümayəndə mübahisəli əmlakı əldə etməli idi. İddiaçı həmin müddətdə əmlakı ala bilmədikdə Cavabdeh3 ASC-nin əmlakı digər şəxsə satmaq hüququ müəyyən edilmişdir. İddiaçı əmlakı özü ala bilmədiyi üçün əmlakı dostu Şahin İbrahimov tərəfindən alınmasını təklif etmiş, bununla bağlı ASC ilə Şahin İbrahimov arasında xx.xx.2014-cü ildə beh müqaviləsi bağlanaraq sonuncu tərəfindən ASC-nə 20.000 manat beh verilmiş və əmlakın qalıq məbləğinin xx.xx.2014-cü il tarixədək ödənilməsi razılaşdırılmışdır. Həmçinin Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərardadı ilə Nümayəndə ərizəsi əsasında əmlakın özgəninkiləşdirilməsi qadağan edilmişdir. Sonradan əmlakın alınması mümkün olmadığından Şahin İbrahimov behin iki mislinin qaytarılması barədə iddia ilə məhkəməyə müraciət etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3369/2015 saylı xx.xx.2015-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh3 ASC-dən ödənilmiş behin iki misli, 40.000 manat tutularaq İbrahimov Şahin Cəlil oğluna verilməsi qət edilmişdir. Həmçinin Bakı Apellyasiya Məhkəməsinin 2(103)-544/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən əsasən, Nümayəndə şikayəti qismən təmin edilərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2147/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi, iddiaçı Nümayəndə cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən Sumqayıt şəhəri, 9-cu mikrorayon (təzə) 7/23-1 nömrəli iki mərtəbəli, ümumi sahəsi 522,8 kv.metr olan qeyri-yaşayış binasına "xxxx" ASC-nin hüquqlarının qeydə alınmasına dair seriya MA ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə iddia tələbinin təmin edilməməsi qət edilmişdir. xx.xx.2023-cü il tarixli 4Ə/326 saylı alqı-satqı müqaviləsinə əsasən, Cavabdeh3 ASC tərəfindən Sumqayıt şəhəri, 9-cu mikrorayon (təzə) 7/23-1 nömrəli iki mərtəbəli, ümumi sahəsi 522,8 kv.metr olan qeyri-yaşayış binası Cavabdeh2 satılmışdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-748/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddiaçı Nümayəndə cavabdehlər LPO "xxxx" ASC-yə və Cavabdeh2 qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Bakı şəhəri 9 saylı Notariat Ofisi cəlb edilməklə) “müqavilənin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. Hazırda iddiaçı məhkəmədən Sumqayıt şəhər İcra şöbəsi ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2012-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin və həmin müqavilənin bağlanmasına əsas olmuş keçirilən hərracın etibarsız hesab edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Buna görə də məhkəmə hesab edir ki, hərracla bağlı proseslər 2012-ci il tarixində olduğundan Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən mübahisəli hüquq münasibətlərinin yarandığı zaman Azərbaycan Respublikası “İpoteka haqqında” Qanununun dəyişiklikdən sonrakı müvafiq müddəaları tətbiq olunmalıdır. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 2012-ci ildə qüvvədə olan: 41.2-ci maddəsinə əsasən, icra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. 41.3-cü maddəsinə əsasən, hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. 42.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi miqdarında beh ödəməlidir. 42.3-cü maddəsinə əsasən, Hərracın təşkilatçısı və onun əməkdaşları istisna olmaqla, hərracda istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan alıcı qismində iştirak edə bilər. 42.4-cü maddəsinə əsasən, hərracda iştirak edən ipoteka saxlayan beh ödəmir. Hərracı udduğu halda, ipoteka saxlayan tələbinin məbləği həcmində alış qiymətini ödəməkdən azad olunur. 42.6-cı maddəsinə əsasən, hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. Protokolun imzalanmasından imtina edilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. 42.8-ci maddəsinə əsasən, hərracın nəticələri haqqında protokol ipotekanın dövlət qeydiyyatı orqanına ipotekaya xitam verilməsi və yeni mülkiyyətçi haqqında qeydlərin müvafiq reyestrə daxil edilməsi üçün əsas hesab olunur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 53.2-ci maddəsinə əsasən, borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. 61.1-ci maddəsinə əsasən, vergi borcuna görə siyahıya alınmış əmlak istisna olmaqla, borclunun əmlakının satılması üzrə hərraclar, bu Qanunun 53.2-ci maddəsində göstərilən ixtisaslaşdırılmış müəssisələr tərəfindən müvafiq müqavilə əsasında təşkil edilir və keçirilir. 61.2-ci maddəsinə əsasən, ixtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunun sifarişi əsasında keçirirlər. Həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiyməti göstərilir. 62.2-ci maddəsinə əsasən, hərracın keçirilməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. 89-cu maddəsinə əsasən, tələbin yönəldildiyi əmlakın borcluya və başqa şəxslərə məxsus olması (mənsubiyyəti) ilə bağlı mübahisə yarandıqda, maraqlı fiziki və hüquqi şəxslər əmlakın həbsdən azad olunması və ya onun siyahıdan çıxarılması barədə iddia ilə məhkəməyə müraciət etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 337.1-cimaddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. 416.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Məhkəmə tərəfindən isə hərracın keçirilməsi ilə bağlı qaydaların pozulması halı müəyyən olunmamış və bununla bağlı əsaslandırma aparılmamışdır. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Hazırda iddiaçı tərəfindən məhkəmədə mübahisələndirilən hal ondan ibarətdir ki, hərrac düzgün şəkildə keçirilməyib və hərracın keçirilməsi barədə bildiriş ona göndərilməyib, onun keçirilmiş hərracdan məlumatı olmayıb. Beləliklə hərrac təşkilatçısı tərəfindən kobud şəkildə iddiaçının hüquqları pozulub. Məhkəmə qeyd edir ki, işin hallarından müəyyən edilir ki, iddiaçıya mübahisələndirilən hərrac barədə həqiqətən bildiriş göndərilməmişdir. Lakin iddiaçı 2012-ci ildə keçirilən həmin hərracı əvvəllər digər əsaslardan çıxış edərək artıq bir dəfə məhkəmədə mübahisələndirmiş, nəticədə tərəflər arasındakı hərracla bağlı mübahisə xx.xx.2013-cü il tarixdə "xxxx" ASC ilə aralarında barışıq sazişinin imzalanması ilə yekunlaşmışdır. Barışıq sazişinə əsasən 8 ay müddətinə iddiaçı Nümayəndə mübahisəli əmlakı əldə etməli idi. Barışıq sazişi isə sonradan icra edilməmişdir. İddiaçı 12 ildən çox müddət keçdikdən sonra bu dəfə hərracın düzgün keçirilməməsi (ona bildiriş göndərilməməsi) əsası ilə məhkəmədə yenidən hərracı mübahisələndirmişdir. Məhkəmə hesab edir ki, iddiaçıya hərracın keçirilməsi barədə lazımı qaydada məlumat verilməsə də, o, sonradan keçirilən hərracdan məlumatlı olmuş və həmin dövrdə hərracın etibarsızlığı ilə bağlı tələbini əmlakın hərracda satış qiymətinin düzgün müəyyən edilməməsi ilə əsaslandırmış və bu barədə məhkəmədə iddia qaldırmış, daha sonra cavabdeh bankla barışmış, sonradan əldə olunmuş barışıq sazişinin şərtləri icra edilmədiyi üçün iddiaçı tərəfindən çoxsaylı iddialar qaldırılmış, son olaraq 2024-cü ildə iddiaçı cavabdeh bankla digər Cavabdeh2 arasında bağlanmış daşınmaz əmlakın alqısatqı müqaviləsini mübahisələndirmişdir. Göründüyü kimi, iddiaçı çoxsaylı məhkəmə çəkişmələrinə baxmayaraq, əldə etmək istədiyi nəticəyə nail olmadığından hazırda belə bir iddia ilə məhkəməyə müraciət etmək hüququndan istifadə etmişdir. Məhkəmə iddiaçının hazırkı iddiasını hüquqdan sui-istifadə olaraq qiymətləndirir və təmin edilməməsi qənaətinə gəlir. Məhkəmə öz qənaətini onunla əsaslandırır ki, iddiaçının keçən 10 ili aşan müddət ərzində bir çox iddialarla məhkəməyə müraciət etməsi və həmin iddiaların təmin edilməməsi onu göstərir ki, onun məqsədi ipoteka predmeti olan əmlakın özgəninkiləşdirilməsinin qarşısını almaqdır. Halbuki o, özünəməxsus əmlakı ipoteka ilə yüklü edərkən, belə nəticələrin baş verəcəyini özündə yəqin etməli idi, yaxud da hüquqauyğun davranmaqla belə nəticələrin baş verməsinin qarşısına keçməli idi. Hazırda isə iddiaçının bu illər ərzində bir çox iddialarla məhkəmədə iddialar qaldırması, hüquqauyğun davranış deyil, hüquqdan sui-istifadədir. Çünki istənilən subyektiv hüququn hüdudları vardır. İstənilən subyektiv hüququn ayrılmaz xassəsi subyektiv hüququn məzmununa və onun həyata keçirilmə üsuluna aid olan müəyyən sərhədlərin olmasıdır. Subyektiv mülki hüququn xarici və daxili həyata keçirilmə sərhədlərinin yoxluğu obyektiv hüququ özbaşınalığa çevirir. Buna görə də hüquqdan sui-istifadənin hüquqi mahiyyəti obyektiv olaraq subyektiv mülki hüququn özünün nəzəri konsepsiyasından birbaşa asılıdır. Çünki subyektiv mülki hüququn mövcud olduğu yerdə həmişə ondan sui-istifadə imkanı mövcud olacaq. Ona görə də subyektin öz subyektiv hüququnu həyata keçirərkən, həqiqi azadlığı hüdudsuz ola bilməz. İctimai münasibətlərin mülki-hüquqi tənzimlənməsinin əsas etibarilə dispozitiv təmayüllü olmasına baxmayaraq, belə azadlıq imperativ hüquq normalarının köməyi ilə əmlak dövriyyəsinin digər iştirakçılarının subyektiv maraqlarının sərhədini tanımalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 24-cü maddəsində də təsbit edilmişdir ki, hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir. Hüquqdan sui-istifadə (lat. aemulatio) vətəndaşların öz hüquqlarından hüququn təyinatına zidd şəkildə, yolverilməz üsullarla istifadə etməsi şəklində xüsusi hüquqi davranış növüdür ki, bunun da nəticəsində cəmiyyətə, dövlətə, konkret şəxsiyyətə zərər vurulur. Beləliklə, hüquqdan sui-istifadə olunması hüququn başqa şəxsə ziyan vuran yolverilməz konkret davranışda təzahür edən və yaxud özgəsinin hüququ üçün təhdid yaradan anormal (faydasız, qeyri-adi, zərərli,) həyata keçirilməsi deməkdir. Bir qayda olaraq, hüquqdan sui-istifadə subyektiv hüquqdan bu hüququn sərhədlərini pozmaqla istifadə etməkdir. Subyektiv hüququn qanunla müəyyən olunmuş təsir hüdudlarından kənara çıxma müəyyən hüquqi nəticələrə gətirib çıxarır, bir şərtlə ki, səlahiyyətli hüquqmühafizə orqanları bu faktı müəyyən etmiş olsun. Hüquqdan sui-istifadə kompleks hüquqi hadisə kimi qəbul olunmalıdır. Bir tərəfdən, bu hüquqi məhdudiyyət subyektiv mülki hüquqdan sui-istifadənin qadağan olunması şəklində yaradılmış hüquqi tənzimləmə elementidir. Bu qadağanın məzmunu heç nəyə baxmayaraq baş verməsi mümkün olan müəyyən davranış variantının hüquqi cəhətdən yolverilməzliyini göstərir. Mülki hüquqda bu hüquqi məhdudiyyət hüquqdan sui-istifadənin yolverilməzliyi prinsipi şəklində öz ifadəsini tapır. Digər tərəfdən, bu fenomenin hüquqi təbiəti hüquqdan suiistifadənin subyektiv mülki hüquq məhdudiyyətlərinə aid olunmasına dəlalət edir. Son kontekstdə hüquqdan suiistifadə mülki hüquq subyektinin sosial və hüquqi məhdudiyyəti (buraya əxlaqi və hüquqi prinsipləri də aid etmək olar) subyektiv dərk etməsinə uyğun olaraq öz xüsusi hüquqi marağının təmin olunması üçün mülki hüququnu həyata keçirmə variantını seçərkən, yol verilən hərəkət sərbəstliyinin həddi rolu oynayır. Hüquqdan sui-istifadə zamanı davranışın hüquqa zidd olması qanun pozuntusunun hüquqi əlaməti kimi açıq ifadə olunmur. Ona görə də hüquqdan suiistifadə qanun pozuntusu kimi qiymətləndirilmir. Bununla yanaşı, hüquqdan sui-istifadə hüquqi davranış kimi də qiymətləndirilə bilməz, çünki sonuncu sosial baxımdan faydalıdır. Son nəticədə hüquqdan sui-istifadə ya hüquqi davranış fenomenidir (burada qiymətləndirici meyar qanunun hərfidir), ya da qeyri-qanuni davranış fenomenidir (burada qiymətləndirici meyar qanunun ruhudur). Hüquqdan sui-istifadə zamanı davranışın hüquqa zidd olması təkcə qanuna zidd olmasında deyil, qanunu pozan şəxsin hüquq və maraqlarına zidd olmasındadır. Hüquqdan sui-istifadə qeyri-qanuni xarakter kəsb edən, qanun pozuntusuna çevrilə bilən, amma qanun pozuntusu sayılmayan hüquqi davranış tipinə aid edilməlidir. Hüquqdan suiistifadə faktının aşkar olunması halında o, müdafiə olunmur və qorunmur. Hüquqdan suiistifadənin hüquqi nəticələri ənənəvi deyil, burada hüquq pozuntusu üçün səciyyəvi olan hüquqi məsuliyyət yaranmır. Konkret işin hallarından asılı olaraq hüquqdan sui-istifadənin aşağıdakı nəticələri meydana gəlir: bu hərəkət həqiqətə uyğun olmayan hesab olunur; bu hərəkət qadağan olunur; subyektiv hüquqdan məhrum etmədən ondan istifadəyə xitam verilir və s. Mülki hüquqdan sui-istifadənin qadağan edilməsi pozuntuya görə sanksiya müəyyən edir, amma bu sanksiyanın tətbiq edilməsi məhkəmənin mülahizəsinə buraxılır. Beləliklə, məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddiaçı Nümayəndə cavabdehlər Cavabdeh2, Cavabdeh1nə, Cavabdeh3 ASC-yə (Ləğv prosessindədir), Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-yə, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X21 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “hərrac nəticələrinin və onun əsasında verilmiş daşınmaz əmlakın dövlət reyestrdən çıxarışın etibarsız hesab edilməsi haqqında” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Adı çəkilən Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Nümayəndə cavabdehlər Cavabdeh2, Sumqayıt şəhəri üzrə İcra şöbəsinə, Cavabdeh3 ASC-yə (Ləğv prosessindədir), Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC-yə, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X21 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “hərrac nəticələrinin və onun əsasında verilmiş daşınmaz əmlakın dövlət reyestrdən çıxarışın etibarsız hesab edilməsi haqqında” tələbinə dair iddiası təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №e-2(005)-3254/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-3254/2025
08.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver