Məhkəmə qərarları › İş №e-2(005)-3274/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-3274/2023

30.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-3274/2023 30.11.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ X9 Nizaməddin oğlunun sədrliyi, Cəfərov Davud Rauf oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh2 QSC-nin nümayəndəsi X2 iştiraklarıı ilə, İddiaçı X3 cavabdehlər Cavabdeh2 QSC, "xxxx" MMC, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Sabirabad rayon İcra və Probasiya şöbəsi göstərilməklə müqavilənin etibarsız hesab edilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X4 cavabdehlər Cavabdeh2 QSC, "xxxx" MMC, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Sabirabad rayon İcra və Probasiya şöbəsi göstərilməklə müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" QSC və "xxxx" MMC arasında imzalanmış Sabirabad şəhəri, İslam Gözəlov küçəsində 0,06 ha torpaq sahəsində yerləşən 4 saylı fərdi yaşayış evinə dair xx.xx.2023-ci il tarixli, 12/01 saylı İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilməsi üçün Hərracın yekunları barədə Protokolun etibarsız hesab edilməsi, Sabirabad şəhəri, İslam Gözəlov küçəsində 0,06 ha torpaq sahəsində yerləşən 4 saylı fərdi yaşayış evinin üzərində Cavabdeh2 QSC mülkiyyət hüququna dair ********** qeydiyyat və **********54-10301 reyestr nömrəli dövlət reyestrindən çıxarış Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən ləğv edilərək əmlak üzrərində onun mülkiyyət hüququnun bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(056)-916/2019 saylı icra sənədinə əsasən ondan və X1 bərabər qaydada cəmi 24991,39 ABŞ dolları pulun tutulması, tutmanın onun mülkiyyətində olan 0,04 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 4 nömrəli fərdi yaşayış evinə yönəldilməlidir. Sabirabad rayon İcra və Probasiya şöbəsinə və "xxxx" MMC-yə verilmiş sorğulara əsasən təqdim edilmiş sənədlər nəticəsində iş üzrə tələb yönəldilən fərdi yaşayış evinin satışı barədə hərrac təşkilatçısına sifariş verilməsindən məlumatlı olmuşlar. xx.xx.2022-ci tarixli Hərrac bildirişindən müəyyən edilir ki, ona məxsus fərdi yaşayış evinin ilkin satış qiyməti 60000 manat olmaqla açıq hərracdan satılması məqsədi ilə "xxxx" MMC tərəfindən xx.xx.2022-ci il tarixində 11:00-da ilkin hərrac təyin edilmiş və bu barədə “Birja yenilikləri” qəzetinin 20-xx.xx.2022-ci il tarixli 329 saylı buraxılışında elan dərc edilmişdir. xx.xx.2023-ci tarixli Hərrac bildirişindən müəyyən edilir ki, ona məxsus fərdi yaşayış evinin satış qiyməti 51000 manat olmaqla açıq hərracdan satılması məqsədi ilə "xxxx" MMC tərəfindən xx.xx.2023-cü il tarixində 11:00-da təkrar hərrac təyin edilmiş və bu barədə “Birja yenilikləri” qəzetinin 20xx.xx.2022-ci il tarixli 329 saylı buraxılışında elan dərc edilmişdir. xx.xx.2022-ci il tarixli İpoteka predmetinin əldə olunması barədə Təklifdən müəyyən edilir ki, ona məxsus fərdi yaşayış evinə dair keçirilmiş hərraclar baş tutmadığından “İpoteka Haqqında” Qanunun 43.7-ci maddəsinə əsasən ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25% az olmayan qiymətə, yəni 38250 manata ala biləcəyi barədə "xxxx" QSC-yə təklif (məlumat) vermişdir. "xxxx" QSC və "xxxx" MMC tərəfindən imzalanmış xx.xx.2023-ci il tarixli, 12/01 saylı İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilməsi üçün Hərracın yekunları barədə Protokoldan müəyyən edilirki, fərdi yaşayış evi qiyməti 38250 manat olmaqla "xxxx" QSC-yə satılmışdır. Fərdi yaşayış evinin üzərində "xxxx" QSC mülkiyyət hüququna dair Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən********** qeydiyyat və **********54-10301 reyestr nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 QSC-nin nümayəndəsi X5 iddia ərizəsinə etiraz edərək, iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Digər cavabdehlərə və müstəqil tələb irəli sürməyən üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndələri heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək və iş materiallarını tədqiq edərək aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Sabirabad Rayon Məhkəməsinin 2056)-916/2019 saylı, xx.xx.2022-ci il tarixli icra sənədindən görünür ki, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)- 211/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi üzrə cavabdehlər İddiaçı və X1 bərabər qaydada ödənilən zaman Azərbaycan Respubli manatının məzənnəsinə uyğun olaraq 37R000002929 saylı kredit razılaşması üzrə 16549 ABŞ Dolları kredit borcu, 4328,33 ABŞ Dolları faiz borcu olmaqla, 037R********** saylı kredit razılaşması üzrə 3611,72 ABŞ Dolları kredit borcu, 497,21 ABŞ Dolları faiz borcu olmaqla, cəmi 24991,39 ABŞ Dolları tutularaq iddiaçı "xxxx" QSC-yə verilməsi, ipoteka predmetinin ilkin satış qiyməti 60000 manat müəyyən edilməsi, Sabirabad Rayon Məhkəməsinin 2(056)-916/2019 saylı, xx.xx.2019-ci il tarixli qətnaməsi üzrə ipoteka bildirişinin Azərbaycan Respublikası ƏMDK yanından Daşınmaz Əmlakın Reyestri Xidmətinin 13 saylı Ərazi idarəsində qeydiyyata alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı cavabdehlərdən alınıb iddiaçı "xxxx" QSC-nin xeyrinə ödənilməsi, tutulma Sabirabad şəhəri, İslam Gözəlov küçəsində İddiaçı mülkiyyətində olan 0,04 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən, 6 otaqlı, 152.7 m2 yaşayış, 160.7 m2 köməkçi sahədən ibarət 4 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, mənzilin açıq hərracdan satılması, satışdan əldə olunan vəsait hesabına cavabdehlərin banka olan borcunun ödənilməsi, mənzil satıldıqdan 1 ay sonra torpaq sahəsi və məzildən istifadə hüququna xitam verilməklə həmin mənzildə qeydiyyatda olan İddiaçı mənzildən çıxarılmaqla mənzilin boşaldılması qət edilmişdir; Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC-nin hərracın keçirilməsinə dair xx.xx.2022-ci il tarixli, 01 nömrəli bildirişinin surətindən görünür ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evə dair açıq hərracın keçirilməsi xx.xx.2023-cü il tarixə saat 11:00a təyin edilmişdir. Əmlakların satış qiyməti 60000 manat müəyyən edilmişdir; Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC-nin hərracın keçirilməsinə dair xx.xx.2023-cü il tarixli, 02 nömrəli bildirişinin surətindən görünür ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evə dair açıq hərracın keçirilməsi xx.xx.2023-cü il tarixə saat 11:00a təyin edilmişdir. Əmlakların satış qiyməti 15% aşağı qiymətlə 51000 manat müəyyən edilmişdir; "xxxx" MMC tərəfindən İddiaçı, İsmayılova Güldərən və Cavabdeh2 QSC-yə ünvanlanmış ipoteka predmetinin əldə olunmasına dair xx.xx.2023-cü il tarixli təklifdən görünür ki, ipoteka predmeti təkrar hərracdakı satış qiymətindən 25 faizdən az olmayan qiymətlə, yəni 38250 manat olmaqla ipoteka saxlayana təklif olunmuşdur; “Birja yenilikləri” qəzetin 20-xx.xx.2022-ci il tarixli, 329 (329) nömrəli, xx.xx.2023-cü il tarixli, 333 (333) nömrəli və xx.xx.2023-cü il tarixli, 336 (336) nömrəli tirajlarının surətindən görünür ki, Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC tərəfindən ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə dair açıq hərracın keçirilməsi elan edilmişdir; Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC-nin İddiaçı ünvanladığı bildirişlərin surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə və xx.xx.2023-cü il tarixdə şəxsən bildirişi imza edərək qəbul etmişdir; Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC-nin Hərracın yekunları barədə xx.xx.2023-cü il tarixli, 12/01 nömrəli protokolun surətlərindən görünür ki, Sabirabad Rayon Məhkəməsinin 2056)-916/2019 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsi və Sabirabad rayon İcra və Probasiya şöbəsinin sifariş məktubu əsasında Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC-nin təşkilatçılığı ilə keçirilmiş hərrac başa çatdırılmış, alıcı (ipoteka saxlayan) "xxxx" QSC ipoteka predmeti olan İddiaçı məxsus ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi 38250 manata əldə etmişdir; Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi "xxxx" QSC-nin adına xx.xx.2023-cü il tarixdə qeydə alınmışdır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə tutmanın ipoteka predmetinə yönəldilərək onun açıq hərracdan satılması və satışdan əldə olunan pul hesabına borcun ödənilməsi qət edilmişdir. Sabirabad rayon İcra və Probasiya şöbəsinin sifarişi əsasında Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC-nin təşkilatçılığı ilə xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixlərində iki hərrac keçirilmişdir. Hərracların keçirilməsi ilə bağlı “Birja Yenilikləri” qəzetində elanlar verilmiş, eyni zamanda iştirakçılara hərracın keçiriləcəyi yer, tarix və sair aidiyyəti məlumatları özündə əks etdirən bildirişlər göndərilmişdir. xx.xx.2023-cü il tarixli “İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına” dair protokola əsasən İddiaçı məxsus ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evini ipoteka saxlayan "xxxx" ASC əldə etmişdir. Hazırda iddiaçı hərrac təşkil edilərkən qanunvericilikdə nəzərdə tutulmuş qaydalara riayət edilmədiyinə istinad edərək hərracın nəticələrinin ləğv edilməsini tələb edir. Tutma yönəldilən ipoteka predmetinin satış üsullarından biri olan hərracların keçirilmə qaydaları və nəticələri Mülki Məcəllə və “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Mülki Məcəllənin 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İpoteka haqqında” Qanunun 41.2, 41.3 və 41.5-ci maddələrinə uyğun olaraq məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Hərrac açıq auksion formasında keçirilir. Həmin Qanunun 42.1-ci maddəsinə görə hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Eyni Qanunun 43.5 və 43.7-ci maddələrinə əsasən, təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiyməti ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Qanunvericilik normalarının məzmunundan göründüyü kimi, ipoteka predmeti olan əmlakın likvid qiymətlə satışa çıxarılması, ümumilikdə 2 hərracın keçirilməsi imkanı, birinci və təkrar hərrac baş tutmadığı halda ilkin satış qiymətinin ardıcıl olaraq 15 və 25 faiz azaldılması və ən nəhayət təkrar hərracın baş tutmadığı halda ipoteka saxlayanın əmlakı 30 gün müddətində əldə etməsi imkanı nəzərdə tutulmuşdur. Hərracın keçirilməsi ilə bağlı məhkəmə qeyd edir ki, iş materiallarından göründüyü kimi, Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC tərəfindən ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi xx.xx.2022-ci il tarixdə birinci dəfə açıq hərracda satışa çıxarılmışdır. Həmin hərracın keçirilməsi vaxtı və yeri barədə bildiriş tərtib olunmuş, tərəflərin ünvanına göndərilmiş, iddiaçının ünvanına göndərilmiş məktub iddiaçı tərəfindən imza edilərək qəbul edilmişdir. Həmçinin hərracın keçirilməsi ilə bağlı elan “Birja yenilikləri” qəzetin 20-xx.xx.2022-ci il tarixli, 329 (329) nömrəli buraxılışında dərc olunmuşdur. Keçirilən ilkin hərracda alıcı olmadığına görə bu hərrac baş tutmamışdır. xx.xx.2023-cü il tarixə təkrar hərrac təyin edilmiş və əmlaklar 15% aşağı qiymətə təklif olunmuşdur. Həmin hərracın keçirilməsi vaxtı və yeri barədə də bildiriş tərtib olunmuş, tərəflərin ünvanına göndərilmiş və məktub iddiaçı tərəfindən imza edilərək qəbul edilmişdir. Həmçinin hərracın keçirilməsi ilə bağlı elan “Birja yenilikləri” qəzetinin xx.xx.2023-cü il tarixli 333 (333) saylı buraxılışında dərc olunmuşdur. Lakin alıcı olmadığına görə bu hərrac da baş tutmamışdır. Bundan sonra Hərrac Mərkəzi hər iki hərracda əmlak satılmadığına görə ipoteka saxlayan "xxxx" ASC-yə təklif məktubları göndərərək, “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə əsasən ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25% az olmayan qiymətlə almağı təklif etmişdir. Göründüyü kimi, əmlakın açıq hərracdan satılması ilə bağlı keçirilmiş hərraclarda qanunvericiliyin tələbləri pozulmamış, iddiaçının iddia ərizəsində göstərdiyi dəlillər məhkəmə baxışı zamanı öz təsdiqini tapmamışdır. Belə ki, hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, habelə özündə qanunvericiliklə müəyyən edilmiş digər məlumatları əks etdirən bildirişlər hərrac iştirakçılarına göndərilmiş, bununla bağlı qəzetlərdə elanlar verilmişdir. “Poçt haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.10-cu maddəsinə əsasən sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. “F.Cavadov və V.Aslanovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2-ci maddəsinin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. Mövcud qanunvericilik normalarına uyğun olaraq hərracın keçirilməsinə məsul olan təşkilat hərrac iştirakçısının yaşadığı ünvanı axtarıb tapmaq və bildirişləri borclunun bu ünvanına göndərmək, habelə onun özünü şəxsən taparaq bildirişi ona təqdim etmək və ya hərrac barədə özündə məlumatları əks etdirən qəzetləri göndərmək öhdəliyi daşımır. Qanunverici hərrac təşkilatının üzərinə hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirmək, ipoteka saxlayana və ipoteka qoyana bildiriş göndərmək vəzifəsi qoymuşdur. Hərrac təşkilatı qeyd edilən şəxslərə bildiriş göndərməklə və qəzetlərdə elan dərc etdirməklə üzərinə qoyulmuş öhdəliyi yerinə yetirmiş sayılır. Məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək və qanunvericiliyin tələblərini əsas tutaraq hesab edir ki, məhkəmə iddia ərizəsindəki dəlillər əsassızdır. Həmin dəlillər məhkəmə tərəfindən yoxlanmış, lakin öz təsdiqini tapmamışdır. Məhkəmə iddia tələbinin qalan hissəsinə münasibətdə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə mübahisələndirilən iddia tələbi üzrə digər hissələrdə əlavə araşdırmaya lüzum görməyərək özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn “prosessual qənaət” prinsipinə uyğun hesab edir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddianın rədd edildiyini nəzərə alaraq hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçı X3 cavabdehlər Cavabdeh2 QSC, "xxxx" MMC, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Sabirabad rayon İcra və Probasiya şöbəsi göstərilməklə müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı X3 cavabdehlər Cavabdeh2 QSC, "xxxx" MMC, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Sabirabad rayon İcra və Probasiya şöbəsi göstərilməklə müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. X10

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar