Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(005)-3415/2025 11.09.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Hüseynli Umuxanım Cavid qızının katibliyi, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bank "xxxx" ASCnin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri 3 saylı Notariat Ofisinə (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bank "xxxx" ASC, Bakı şəhəri Xəzər rayon İcra şöbəsi və X1 cəlb edilməklə) qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri 3 saylı Notariat Ofisinə (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bank "xxxx" ASC, Bakı şəhəri Xəzər rayon İcra şöbəsi və X1 cəlb edilməklə) qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bank "xxxx" ASC-nin nümayəndəsi X4 məhkəmə iclasında iddiaya etiraz edərək, izahatında göstərmişdir ki, iddiaçının hazırkı tələblərinə artıq digər məhkəmənin icraatında baxılaraq qərar qəbul edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar olunmuş tərəflər və digər üçüncü şəxslər məhkəmə iclasına gəlməmiş, iddiaçı tərəf məhkəməyə ərizə ilə müraciət edərək, iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.4-cü və 185.5-ci maddəsinə əsasən iddiaçı və cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə hesab edir ki, hazırkı mülki iş üzrə başlanmış icraata xitam verilməlidir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)- 2639/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı cavabdeh Bakı şəhəri 3 saylı Notariat Ofisinə, Bank "xxxx" ASC-nə və Bakı şəhəri Xəzər rayon İcra şöbəsinə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddiası əsassız olduğundan rədd edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 170.1-ci maddəsinə əsasən, Bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6— 261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. 261.0.3-cü maddəsində göstərilir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair xarici dövlətin məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsi varsa və həmin qətnamə Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən tanınmış və icraya qəbul edilmişsə, hakim iş üzrə icraata xitam verir. 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə hesab edir ki, iddiaçının hazırkı tələbinə eyni tərəflər arasında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-2639/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi ilə artıq baxılmaqla, qiymət verildiyindən, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.2-ci maddəsinə görə, məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.4-cü maddəsinə görə, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, dövlət rüsumu qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən, bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən işə baxılması ilə əlaqədar 100 manat dövlət rüsumu ona geri qaytarılmalıdır. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.4, 263-264, 267-268-ci maddələrinə əsaslanaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Bakı şəhəri 3 saylı Notariat Ofisinə (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bank "xxxx" ASC, Bakı şəhəri Xəzər rayon İcra şöbəsi və X1 cəlb edilməklə) qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə MPM-nin 261.0.3-cü maddəsinə əsasən icraata xitam verilsin. Mülki iş üzrə Hökumət ödəniş portalı vasitəsilə ödənilmiş 100 manat dövlət rüsumu (qəbz: **********59) İddiaçı geri qaytarılsın. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Solmaz Ədilova
Məhkəmə qərarları › İş №e-2(005)-3415/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №e-2(005)-3415/2025
11.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver