Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-3423/2025 23.09.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “aliment və əlavə xərc” tələbi) Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Hüseynli Leyla Cavid qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “birgə nikahdan olan uşağa alimentin və digər əlavə xərclərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Təsviri hissə: a. Tələb: İddiaçı Cavabdeh qarşı “birgə nikahdan olan uşağa alimentin və digər əlavə xərclərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2006-ci il təvəllüdlü X4 saxlanılması üçün cavabdehdən sabit pul məbləğində hər ay 400 manat aliment, eləcə də əlil uşağın əlavə xərclərini (müalicə, dayə, tibb avadanlığı və s.) nəzərə alaraq, 800 manat məbləğində əlavə vəsaitin, hər ay cəmi 1.200 manat tutularaq ona ödənilməsi, xx.xx.2024-cü il tarixindən bugünkü günədək qızının tibbi avadanlığına xərclənmiş 5.124,12 manatın 50%, yəni 2.562,06 manatın cavabdehdən tutularaq ona ödənilməsi, eyni zamanda əlavə çəkdiyi 300 manat vəkillə bağladığı müqavilə üzrə ödənişinin və mediatora ödədiyi 61 manat dövlət rüsumunun, cəmi 361 manat məbləğinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsaslandırıldığı hallar: Qeyd etmək istəyir ki, İddiaçı X11 rəsmi nikaha girərək ailə həyatı qurmuş, birgə nikahlarından xx.xx.2006-ci il təvəllüdlü X13 dünyaya gəlmişdir. Lakin cavabdehlə olan münasibətləri alınmadığı üçün nikahları xx.xx.2014-cü ildə pozulmuşdur. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 216 № ilə qeyd edilmişdir. Bildirir ki, qızı Valeriya anadan gəlmə serebral iflic diaqnozu ilə sağlamlıq imkanları məhdud olan uşağdır. Valeriyanın hal-hazırda 19 yaşı var, lakin o, hətta tək başına oturmur və danışmır. 19 il ərzində uşağı bira sıra ağır və bahalı əməliyyat keçirtmişdir. Valeriyanı daimi olaraq onurğa sütununun nəzarət müayinələri, masaj, reabilitaisya, testlər və digər müayinələrdən keçirtmək lazımdır. Qızının gündəlik həyatında da xüsusi oturacaqlar, arabalar, şprislər, sarğılar və digər tibbi avadanlıq istifadə olunur. 2019-cu ildə onurğa əməliyyatından sonra Moskvada qızının qarnına birbaşa mədəsinə qidalandırmaq üçün xüsusi qapaq (qastrostomiya) qoyulmuşdur. Buna görə də, qızının hətta qidalanması xüsusi prosedur olaraq əlavə tibbi avadanlıq tələb edir (qiyməti 2.000 manatdan çox olan xüsusi oturacaq, qastrostomiya üçün xüsusi ehtiyyat hissələri, şpris və sarğılar). Göstərilən avadanlıqların Azərbaycanda olmadığı və ya çətin tapıldığı üçün o, bütün bunları Avropadan əlavə ödəniş edərək sifariş edir. Nəsimi RM-ninxx.xx.2022-ci il tarixli qətnaməsi ilə xx.xx.2022-ci il tarixdən başlayaraq qızının yetkinlik yaşına çatana kimi hər ay 200 manat aliment, əlavə xərclərə görə hər ay 300 manat, cəmi 500 manatın atadan ananın xeyrinə tutulması, bundan başqa, 2013-cü ildən başlayaraq iddia ərizəsinin verildiyi tarixə qədər uşağın müalicəsinə ananın xərclədiyi 73.921,30 manatın yarısı – 36.960,65 manatın atadan ananın xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamə cavabdeh tərəfindən icra edilmişdir. Lakin xx.xx.2024-cü il tarixində TSEK tərəfindən Valeriyaya uşaq serebral iflici diaqnozu ilə müddətsiz olaraq 1-ci dərəcəli əlillik təyin edilmişdir. Eyni zamanda Suraxanı RM-nin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə xx.xx.2006-ci il təvəllüdlü X13 psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını başa düşmədiyi və öz hərəkətlərinə rəhbərlik edə bilmədiyi üçün o, fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş və Suraxanı RİH-nin xx.xx.2025-ci il tarixli Sərəncamı ilə iddiaçı onun üzərində qəyyum təyin edilmişdir. Qızının yetkinlik yaşına çatandan, yəni xx.xx.2024-cü il tarixindən bugünkü günədək iddiaçı onun tibbi müayinələrə, xüsusi oturacağa və xüsusi qiqiyenik vasitələrinə 5.124,12 manat xərcləmişdir. Uşaq üçün xüsusi oturacağın alınması ilə bağlı cavabdehə müraciət etsə də, hətta 2 dəfə rəsmi məktub göndərsə də, cavabdeh tərəfindən ona hər-hansı bir maddi köməklik göstərilməmişdir. Ümumiyyətlə, uşağın atası nikahın pozulmasından sonra Valeriyanın həyatında iştirak etmir və hazırda onu saxlanmasında da ona nə fiziki, nə də maddi cəhətdən köməklik göstərmir. Cavabdeh Moskvada yaşasa da, hər il yayda dincəlməyə Bakıya gəlir, amma hətta Bakıda olduğu zaman Denis öz qızı ilə görüşmür və heç bir əlaqə saxlamır. Bundan əlavə, qızları tam fəaliyyət qabiliyyətsiz olduğu üçün iddiaçı daim ona baxmağa məcburdur və bu səbəbdən heç yerdə işləyə bilmir. Bu isə öz növbəsində ona əlavə maddi çətinlik yaradır. Həmçinin artıq 19 ildir ki, Valeriyaya tək başına baxdığı üçün səhhətində problemlər yaranıb (artroz, yırtığ, diz problemləri və s). Artıq iddiaçının 44 yaşı var və Valeriyanı qucağında gəzdirmək, yedizdirmək və ona qulluq etmək ona çox çətindir. Belə vəziyyətdə artıq Valeriya üçün təcili olaraq, dayə tapmaq lazımdır. Bütün bunlar, əlavə olaraq, ayda təxmini 1.000 manat tələb edir. Hazırki mübahisəni mediasiya qaydasında həll edilməsi üçün tərəfindən 18 saylı Mediasiya təşkilatına müraciət edilmiş və 61 manat dövlət rüsumu ödənilmişdir. Eyni zamanda 24 saylı Vəkil Bürosu ilə bağladığı müqavilə üzrə 300 manat xidmət haqqı ödənilmişdir. İddia ərizəsinə qarşı etirazın dəlilləri: Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 tərəfindən iddia tələbinə dair yazılı etiraz təqdim olunmuşdur. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən təqdim edilmiş iddia ərizəsində qeyd olunan dəlilləri aşağıdakılara əsasən qəbul etmir və onlar təmin edilə bilməz. İddiaçı bildirir ki, xx.xx.2022-ci il tarixdə cavabdehə rəsmi məktubla müraciət edərək, övladları X13 üçün yeni xüsusi oturacağın alınmasına ehtiyac olduğunu və həmin avadanlığın alınması üçün tələb olunan xərclərin 50%-nin cavabdeh tərəfindən ödənilməsini xahiş etmişdir. Lakin iddiaçının cavabdehə göndərdiyi məktubla bağlı cavabdeh tərəfindən hər hansı bir cavab təqdim edilməmişdir. Lakin qeyd olunmalıdır ki, bu məktub cavabdehə təqdim edilməmişdir və təqdim olunması da mümkün deyildi. Çünki cavabdeh hal-hazırda daimi Moskva şəhərində yaşayır və iddiaçı özü də iddia ərizəsində bu faktı qeyd edib. Bu halda məktubun cavabdehə çatması mümkün deyildi. İddiaçı ərizəsində qeyd edir ki, qızı tam fəaliyyət qabiliyyətsiz olduğu üçün daim ona baxmağa məcburdur və bu səbəbdən heç yerdə işləyə bilmir. Bu isə öz növbəsində ona əlavə maddi çətinlik yaradır. Eyni zamanda, iddia ərizəsində göstərilir ki, xx.xx.2024-cü il tarixindən bu günə qədər qızının tibbi müayinələri, xüsusi oturacaq və gigiyenik vasitələrin alınmasına ümumilikdə 5.124,12 manat məbləğində xərclər edilmişdir. Əgər iddiaçı işləmirsə, bu qədər pulu hardan tapıb? Həmçinin iddiaçı tərəfindən təqdim edilmiş kartdan çıxarışdan görünür ki, iddiaçıya mütəmadi olaraq iri məbləğlər karta mədaxil olunur. Belə ki, 05 aprel və 20 aprel aralarında iddiaçının kartına 5.043 manat vəsait daxil olmuşdur. Beləliklə, iddiaçının maddi vəziyyəti ilə bağlı təqdim etdiyi məlumatlar arasında ciddi ziddiyyət mövcuddur və bu, iddia ərizəsindəki məlumatların dəqiqliyinə və obyektivliyinə şübhə yaradır. Ərizədə qeyd olunur ki, xx.xx.2024-cü ildən uşaq üçün ümumilikdə 5,200 manat məbləğində xərclər edilmişdir. Bu məbləğə “Tumble Forms 2 X17 Option: X-Large, Teal” adlı, yalnız bir dəfə alınan və uzunmüddətli istifadə üçün nəzərdə tutulmuş oturacaq da daxildir. Uşağa alınan oturacağın Azərbaycanda da analoqu var və bunu iddiaçı Azərbaycanda da əldə edə bilərdi. İddiaçı ərizəsində xx.xx.2006-cı il təvəllüdlü X5 saxlanılması üçün cavabdehdən sabit pul məbləğində, hər ay 400 manat aliment, eləcə də əlil uşağın əlavə xərcləri (müalicə, dayə, tibbi avadanlıq və s.) nəzərə alınaraq, 800 manat məbləğində əlavə vəsaitin, hər ay cəmi 1.200 manat tutularaq ödənilməsi nəzərdə tutulur. İddiaçı isə tələb etdiyi aylıq aliment məbləğini illik hesabladıqda xx.xx.2024-cü ildən xərclənmiş ümumi məbləğdən xeyli artıq olur. Bu isə göstərir ki, tələb olunan aliment məbləği real xərclərlə uyğun deyil və əsaslandırılmamışdır. Bu səbəbdən hesab edir ki, iddiaçının təqdim etdiyi aliment tələbi həddindən artıqdır. Əlavə olaraq bildirir ki, cavabdeh anasının saxlanılması üçün sonuncuya maddi dəstək göstərməyi öhdəsinə götürmüşdür və mediasiya nəticəsində əldə olunan razılığa əsasən, birinci tərəf kimi çıxış edən Cavabdeh xx.xx.2024-cü il tarixdən etibarən ikinci tərəf kimi çıxış edən, anası X1 saxlanması üçün hər ay 350 manat aliment haqqını ikinci tərəf kimi çıxış edən, anası X2 adına olan bank hesabına ödəməyi öhdəsinə götürmüşdür və bunu hər ay həyata keçirir. Zəruri bank köçürmələri təqdim olunur. Cavabdeh hazırda maddi baxımdan çətin vəziyyətdədir. O, eyni zamanda həm fəaliyyət qabiliyyəti olmayan əlil övladının, həm də yaşlı anasının saxlanılması ilə bağlı daimi maddi öhdəliklər daşıyır. Cavabdehin aylıq əmək haqqısı hazırda 30.000 rubl, yəni təxminən 600 manat təşkil edil. Bu isə yuxarıda göstərilən bütün öhdəlikləri eyni vaxtda yerinə yetirmək üçün yetərli deyil. Bu şəraitdə cavabdehin üzərinə həm xərclənən vəsaitlərinin yarısı, həm də əlavə, əsassız yüksək aliment məbləğinin qoyulması onun real maliyyə imkanlarını aşır. Qeyd etmək istəyir ki, əvvəlki məhkəmə qətnaməsinin icrası ilə bağlı cavabdeh ciddi maliyyə çətinlikləri ilə üzləşmişdir. Belə ki, 36 min manat məbləğin ödənilməsi məqsədilə cavabdeh paylı əmlakın ona məxsus 1/3 payını məcburi şəkildə satmağa məcbur olmuşdur. Həmin alqısatqı müqaviləsi məhkəmənin diqqətinə çatdırılır. Hazırda cavabdehin hər hansı digər əmlakı mövcud deyil. Tərəflərin iştirakı və izahatlar: Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında iddiaya etiraz edərək, etiraz ərizəsini məzmununa uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Bakı 6 saylı Mediasiya Təşkilatının xx.xx.2025-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, tərəflər ilkin mediasiyada iştirak etmiş və İddiaçı 50 manat mediasiya xərcini və 10 manat kargüzarlıq xərci ödəmişdir. Cavabdeh isə ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-4116/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsinin surətindən görünür ki, xx.xx.2006-ci il təvəllüdlü X13 psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını başa düşmədiyi və öz hərəkətlərinə rəhbərlik edə bilmədiyi üçün fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. Həmin qətnamədən həmçinin görünür ki, Bakı şəhəri, Nəsimi rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş, xx.xx.2018-ci il tarixli, AZ-İV seriyalı, 054451 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X13 (atası X15, anası İddiaçı) 19 aprel 2006-cı ildə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2006-cı il tarixdə 1037 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəm ə X3” X18 tərəfindən (ekspert həkim-psixiatr X10) verilmiş xx.xx.2024-cü il tarixli, 3277 saylı ambulator məhkəmə psixiatrik ekspertizasının rəyinin nəticə hissəsindən görünür ki, X8 uşaq serebral iflicinin qalıq əlamətləri, ağır dərəcəli əqli gerilik müəyyən edilir və o, öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3724/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı cavabdeh X7rşı “birgə nikahdan olan uşağa alimentin və digər əlavə xərclərin ödənilməsi tələbi”nə dair iddiasının qismən təmin edilməsi, cavabdeh X9 xx.xx.2022-ci il tarixdən başlayaraq, xx.xx.2006-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 200 manat sabit pul məbləğində aliment, eləcə də əlavə xərc qismində hər ay 300 manat, cəmi 500 manat tutularaq İddiaçı verilməsi, 2013-cü ildən iddia ərizəsi verilənə qədər iddiaçının uşağın müalicəsinə xərclədiyi 73.921,30 manat məbləğinin yarısı, yəni 36.960,65 manat məbləğində pul vəsaitinin cavabdeh X9 tutaraq İddiaçı ödənilməsi, iddiaçının 150 manat vəkil ilə bağladığı müqavilə üzrə ödənişinin və mediatora ödədiyi 50 manat dövlət rüsumunun əvəzi, cəmi 200 manat pul vəsaitinin cavabdeh X9 tutaraq İddiaçı ödənilməsi qət edilmişdir. Həmin qərardan həmçinin görünür ki, işdə olan Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş AZ-l № 194321 saylı Nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X15 ilə X12 arasındakı nikah qeydi xx.xx.2014cü il tarixdə ləğv edilmişdir. Azərbaycan Respublikası Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti başçısının 44 nömrəli xx.xx.2025-ci il tarixli sərəncamının surətindən görünür ki, vətəndaş İddiaçı fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş xx.xx.2006-cı il təvəllüdlü X6 üzərində qəyyum təyin edilmişdir. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli satış çekinin surətindən görünür ki, “podquzniki” adlı malın dəyəri 22,90 manatdır. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli satış çekinin surətindən görünür ki, “Sleepy sensitive” və “Teas natural” adlı malların dəyəri 60,20 manatdır. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli satış çekinin surətindən görünür ki, “podquzniki” adlı malların dəyəri 22,90 manatdır. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli satış çekinin surətindən görünür ki, “Podquzniki Sleepy ecologic” adlı malın dəyəri 21,75 manatdır. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli satış çekinin surətindən görünür ki, “Seni-1 N30 Small” adlı malın dəyəri 16,30 manatdır. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli satış çekinin surətindən görünür ki, “Seni klassik” (2 ədəd) adlı malın dəyəri 60 manatdır. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli satış çekinin surətindən görünür ki, “yetkinlər üçün Seni klassik small” adlı malın dəyəri 101,60 manatdır. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli satış çekinin surətindən görünür ki, “Sleepy sensitive”, “Kaptopril” və “Rileys plus” adlı malların dəyəri 29,74 manatdır. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli satış çekinin surətindən görünür ki, “podquzniki Sleepy ecologic XXL” adlı malın dəyəri 15,10 manatdır. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli satış çekinin surətindən görünür ki, “podquzniki Sleepy ecologic XXL” adlı malın dəyəri 15,10 manatdır. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli satış çekinin surətindən görünür ki, “podquzniki” adlı malların dəyəri 24,06 manatdır. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli satış çekinin surətindən görünür ki, “Seni 1 N30” (5 ədəd) və “Alfam göz damcısı” adlı malın dəyəri 202,77 manatdır. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli satış çekinin surətindən görünür ki, “Seni-1 N30” (4 ədəd) adlı malın dəyəri 154 manatdır. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli satış çekinin surətindən görünür ki, “Seni klassik” (4 ədəd) adlı malın dəyəri 128 manatdır. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli satış çekinin surətindən görünür ki, “Seni-1 N30” (5 ədəd) adlı malın dəyəri 160 manatdır. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli satış çekinin surətindən görünür ki, “Seni-1 N30” (5 ədəd) adlı malın dəyəri 165 manatdır. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli satış çekinin surətindən görünür ki, “Seni-1 N30” (4 ədəd) adlı malın dəyəri 136 manatdır. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli satış çekinin surətindən görünür ki, “Seni-1 N30” (1 ədəd) adlı malın dəyəri 34 manatdır. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli satış çekinin surətindən görünür ki, “Seni-1 N30” (4 ədəd) adlı malın dəyəri 138 manatdır. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli satış çekinin surətindən görünür ki, “Seni-1 N30” (2 ədəd) adlı malın dəyəri 65 manatdır. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli satış çekinin surətindən görünür ki, “Seni-1 N30” (3 ədəd) adlı malın dəyəri 97,50 manatdır. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli satış çekinin surətindən görünür ki, “Seni-1 N30” (7 ədəd) və “Gliserolla” adlı malın dəyəri 235,50 manatdır. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli satış çekinin surətindən görünür ki, “Seni-1 N30” (3 ədəd) adlı malın dəyəri 97,50 manatdır. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli satış çekinin surətindən görünür ki, “podquzniki trusik” adlı malın dəyəri 11,65 manatdır. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli satış çekinin surətindən görünür ki, “podquzniki d” adlı malın dəyəri 27 manatdır. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli satış çekinin surətindən görünür ki, “yetkinlər üçün bez Seni kiçik havalı” (2 ədəd) adlı malın dəyəri 31,40 manatdır. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli satış çekinin surətindən görünür ki, “yetkinlər üçün bez Seni kiçik havalı” (2 ədəd) və “yetkinlər üçün bez Seni klassik small” adlı malın dəyəri 79,82 manatdır. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli satış çekinin surətindən görünür ki, “seni klassik” və “Suprastin” dərman adlı malların dəyəri 52,99 manatdır. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli satış çekinin surətindən görünür ki, “Seni-1 N30” və “Seni klassik” adlı malların dəyəri 62 manatdır. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli satış çekinin surətindən görünür ki, “yetkinlər üçün bez Seni klassik small” və “Mikroqızma” adlı malın dəyəri 30,80 manatdır. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli satış çekinin surətindən görünür ki, “yetkinlər üçün bez Seni klassik small” (2 ədəd) adlı malın dəyəri 50,8 manatdır. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli satış çekinin surətindən görünür ki, “yetkinlər üçün bez Seni klassik small” (2 ədəd) adlı malın dəyəri 50,8 manatdır. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli satış çekinin surətindən görünür ki, “yetkinlər üçün bez Seni klassik small” adlı malın dəyəri 25,40 manatdır. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli satış çekinin surətindən görünür ki, “yetkinlər üçün bez Seni klassik small” (3 ədəd) adlı malın dəyəri 76,20 manatdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2024cü il tarixli arayışından görünür ki, xx.xx.2006-cı il təvəllüdlü X13 orqanizminin funksiyalarının 100 faiz pozulması ilə birinci dərəcə əlildir və ona uşaq serebral iflici diaqnozu qoyulmuşdur. “Gmail” ilə “Health product for you” saytı tərəfindən İddiaçı göndərilmiş İnvoice mesajından görünür ki, sifariş etdiyi Tumble Forms 2 X17 qiyməti 1037,89 USD-dır, sifarişin manatla qiyməti 1.773,24 manatdır. xx.xx.2025-ci il tarixli “Health product for you” internet səhifəsi üzərindən verilmiş sifarişin elektron çıxarışının surətindən görünür ki, qastrostomiya qidalandırma borusu dəsti (gastrostomy feeding tube kit) sifariş verilmiş, sifarişin dəyəri cəmi 185,47 USD təşkil edir. xx.xx.2025-ci il tarixli “Health product for you” internet səhifəsi üzərindən verilmiş sifarişin elektron çıxarışının surətindən görünür ki, qastrostomiya qidalandırma borusu dəsti (gastrostomy feeding tube kit) sifariş verilmiş, sifarişin dəyəri cəmi 213,07 USD təşkil edir. xx.xx.2024-cü il tarixli “Health product for you” internet səhifəsi üzərindən verilmiş sifarişin elektron çıxarışının surətindən görünür ki, qidalandırma borusu uzadılma dəsti (bolus extension set) sifariş verilmiş, sifarişin dəyəri cəmi 88,62 USD təşkil edir. xx.xx.2024-cü il tarixli Leobank ödənişə dair çıxarışdan görünür ki, qəbul edən “Health product for you” internet səhifəsinə 152,43 manat ödəniş göndərən şəxs İddiaçı tərəfindən ödəniş edilmişdir. xx.xx.2025-ci il tarixli Leobank ödənişə dair çıxarışdan görünür ki, qəbul edən “Health product for you” internet səhifəsinə 393,98 manat ödəniş göndərən şəxs İddiaçı tərəfindən ödəniş edilmişdir. Əsaslandırıcı hissə: b) İşin faktiki halları: Məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh arasında olan nikah münasibətlərindən xx.xx.2006-cı il təvəllüdlü X13 anadan olmuşdur. Tərəflər arasında olan nikah xx.xx.2014-cü il tarixdə ləğv edilmişdir. xx.xx.2006cı il təvəllüdlü X13 məhkəmə qətnaməsinə əsasən faəliyyət qabiliyyəti olmayan şəxs qismində tanınmış, İddiaçı müvafiq icra hakimiyyətinin sərəncamına əsasən onun üzərində qəyyum təyin edilmişdir. xx.xx.2006-cı il təvəllüdlü X13 orqanizminin funksiyalarının 100 faiz pozulması ilə birinci dərəcə əlildir və ona uşaq serebral iflici diaqnozu qoyulmuşdur. Həmin xəstəliklə əlaqədar iddiaçı daima ona qulluq edir və ona çəkilən əlavə xərcləri ödəyir. Məhkəmə qətnaməsi ilə habelə xx.xx.2006-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün 200 manat və əlavə xərclərə görə 300 manat hər ay Cavabdeh tutularaq iddiaçıya ödənilməsi müəyyən edilmişdir. xx.xx.2006-cı il təvəllüdlü X13 artıq yetkinlik yaşına çatmış və ona ödənilməli olan alimentin tutulması artıq dayandırılmışdır. Cavabdeh tərəfindən verilmiş yazılı etirazda bildirmişdir ki, onun aylıq gəliri 33.000 rubl, Azərbaycan manatı ilə 670 manatdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 80.1-ci maddəsinə əsasən valideynlər əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlarını saxlamağa borcludurlar. 80.2-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladların saxlanması üçün alimentin miqdarı, tərəflərin ailə və maddi vəziyyəti, diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir. 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. 81.2-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. 81.3-cü maddəsinə əsasən məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. 110-cu maddəsinə əsasən, məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. 110.2-ci maddəsinə əsasən, alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarı: Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bu zaman uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarı: 8.2. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. “Uşaq Hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: Maddə 3. Uşaqlar barəsində dövlət siyəsəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 284-6.1. İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 234. Şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verib, xx.xx.2006-cı il təvəllüdlü X6 mənafeyini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Cavabdehin aylıq gəlirləri barədə cavabdeh tərəfindən təqdim edilmiş bank çıxarışından görünür ki, onun aylıq gəliri təqribən 3.300 rubldur. Belə ki, hazırda iddiaçı cavabdehdən 400 manat sabit pul məbləğində alimentin tutulmasını xahiş edir. Məhkəmə iddiaçının həmin tələbinə hüquqi qiymət verərək qeyd edir ki, tərəflərin birgə nikahından anadan olmuş xx.xx.2006-cı il təvəllüdlü X13 yetkinlik yaşına çatsa da, o 1-ci qrup əlildir və əmək qabiliyyətsizdir. İşin materiallarında olan sübutlar qeyd edilən halı təsdiq etmişdir. Məhkəmə iddiaçının qəyyumluğunda olan xx.xx.2006-cı il təvəllüdlü X6 xəstəliyini, əmək qabiliyyətinin olmamasını, iddiaçının daima qulluğuna ehtiyacının olmasını, həmçinin ona təyin edilmiş xəstəliyin daimi müalicəyə ehtiyacı olmasını, Ailə Məcəlləsinin 80-ci maddəsinin tələblərini, o cümlədən cavabdehin maddi imkanlarını nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulan alimentin məbləği hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,75 misli həddində müəyyən edilməlidir. İddiaçı eyni zamanda cavabdehdən xx.xx.2006-cı il təvəllüdlü X6 xəstəliyi ilə əlaqədar çəkilən əlavə xərclərə cəlb edilməsini və 800 manat cavabdehdən əlavə xərclərə pul tutulmasını xahiş edir. Belə ki, Ailə Məcəlləsinin 81-ci maddəsinin tələbinə əsasən valideynlər əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar xərclərə məhkəmə tərəfindən cəlb oluna bilər. Məhkəmə yuxarıda qeyd edilən halların hər birini nəzərə alaraq, hesab edir ki, cavabdeh əvvəlki məhkəmə qətnaməsi ilə əlavə xərclərin cəlb edildiyi kimi yenə də eyni qaydada əlavə xərclərdə iştiraka cəlb edilərək, ondan 300 manat əlavə xərclərə görə pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. İddiaçı eyni zamanda cavabdehdən xx.xx.2006-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatdığı vaxtdan iddia verilən tarixədək (xx.xx.2024-cü ildən xx.xx.2025-ci il tarixədək) çəkdiyi xərclərin yarısının cavabdehdən tutulmasını xahiş edir. Məhkəmə hesab edir ki, iddiaçı bir valideyn kimi həm maddi, həm də mənəvi cəhətdən övladının qayğısına qalaraq, ona çəkilən xərclərdə iştirak etdiyi kimi, cavabdehin xx.xx.2006-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatdıqdan sonra həmin xərclərdə cavabdehin artıq iştirak etmədiyini nəzərə alınaraq, həmçinin həmin dövrdə edilən xərclərin miqdarı nəzərə alınaraq cavabdehdən xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək çəkilmiş 5.124,12 manat pul vəsaitinin yarısı, 2.562,06 manat tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəmə qərarı ilə tutulduqda aliment məhkəməyə müraciət edildiyi tarixdən tutulur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, aliment xx.xx.2025-ci il tarixindən başlayaraq hesablanmalıdır. Məhkəmə həmçinin iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədəki 1476,49 manat məbləğindəki vəsaitin (6600,61-5124,12) cavabdehdən tutulması hissəsində iddianı əsaslı hesab etmir. Belə ki, hazırda məhkəmə əlavə xərclərə görə cavabdehdən iddiaçının xeyrinə 300 manat əlavə xərcin tutulması qənaətinə gələrək, alimentin və əlavə xərclərin xx.xx.2025-ci il tarixindən hesablanmasını qət etmişdir. Bu səbəbdən də iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə iddiaçının vəkilinin qeyd etdiyi iyul ayından sonra 1476,49 manat xərcin əvəzinin də cavabdehdən tutulmalı olması barədə mövqeyi qanuni hesab oluna bilməz, o səbəbdən ki, məhkəmə 2025-ci ilin iyulundan sonrakı müddət üçün artıq cavabdehi əlavə xərclərə cəlb etmiş, bu baxımdan da eyni xərclərə görə cavabdehdən iki dəfə vəsaitin tutulması qanunamüvafiq olmazdı. Məhkəmə xərcləri: Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Azərbaycan Respublikasının “Dövlət rüsumu” haqqında Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə tutulacaq aliment tələbi üzrə ödənilməli olan dövlət rüsumu 117,62 manat məbləğində müəyyən edilməli və iddiaçı dövlət rüsumunu ödəməkdən azad olunduğundan həmin məbləğ cavabdehdən tutularaq dövlət gəlirlərinə alınmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 61 manat mediasiya xərci və hüquqi yardıma görə ödədiyi 300 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 124-cü və 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2025-ci il tarixdən başlayaraq xx.xx.2006-cı il təvəllüdlü X6 saxlanılması üçün hər ay sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən minimum əmək haqqının 0,75 misli həddində aliment tutularaq İddiaçı xeyrinə ödənilsin. Cavabdeh xx.xx.2025-ci il tarixdən başlayaraq xx.xx.2006-cı il təvəllüdlü X6 saxlanılması üçün tələb edilən əlavə xərclərdə iştiraka görə hər ay 300 manat tutularaq İddiaçı xeyrinə ödənilsin. Cavabdeh xx.xx.2006-cı il təvəllüdlü X6 saxlanılması üçün xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək çəkilmiş 5.124,12 manat məbləğində xərcin yarısı 2.562,06 manat tutularaq İddiaçı xeyrinə ödənilsin. Cavabdeh 61 manat mediasiya xərci və 300 manat hüquqi yardım üçün ödənilmiş pul vəsaiti İddiaçı xeyrinə ödənilsin. Cavabdeh 117,62 manat dövlət rüsumu Dövlət büdcəsinin xeyrinə tutulsun. İddia tələbləri qalan hissədə təmin edilməsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra olunsun Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməsi onun icrasını dayandırmır. Hakim : Solmaz Ədilova
Məhkəmə qərarları › İş №e-2(005)-3423/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-3423/2025
23.09.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver