Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(005)-3491/2023 04.10.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, Cəfərov Davud Rauf oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı qızıl-zinət əşyalarının, şəxsi geyim və cehiz əşyalarının qaytarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı qızıl-zinət əşyalarının, şəxsi geyim və cehiz əşyalarının qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qeyd etdiyi siyahı üzrə qızıl-zinət əşyalarının, şəxsi geyim və cehiz əşyalarının Cavabdeh tərəfindən ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə rəsmiləşdirilmiş nikahın pozulması üçün məhkəməyə müraciət etmişdir. Cavabdeh tərəfindən ona hədiyyə olunmuş qızıl-zinət əşyaları evdən çıxan zaman cavabdehlə birgə yaşadığı evdə qalmışdır. Heç bir qızıl-zinət əşyasını götürə bilməmişdir. Daha sonra münasibətləri bərpa olunmadığından, ata evində qalmağa məcbur olmuşdur. Qızıl-zinət və cehiz əşaylarını götürməyi xahiş etsə də, cavabdeh tərəfindən buna imkan verilməmişdir. Günlük geyim paltarlarına da ehtiyacı vardır ki, cavabdeh hətta siyahı üzrə qeyd edilən ona məxsus şəxsi geyim əşyalarının verilməsindən də boyun qaçırır. Məhkəmə hazırlıq iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil vəsatət verərək, mülki işi Azərbaycan Respublikasını MPM-nin 44.2.5-ci maddəsinə əsasən Sabunçu Rayon Məhkəməsinə göndərilməsini xahiş etdi. Məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh vəsatət verərək, mülki işi Azərbaycan Respublikasını MPM-nin 44.2.5-ci maddəsinə əsasən Sabunçu Rayon Məhkəməsinə göndərilməsini xahiş etdi. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, iş baxılması üçün üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iddiaçı iddia ərizəsində göstərmişdir ki, tələb etdiyi qızıl-zinət, şəxsi geyim və cehiz əşyaları gəlin köçdüyü və cavabdehlə birgə yaşadıqları evə cehiz kimi aparılmış və hazırda da həmin evdə yerləşir. Bu əsasla tərəflər vəsatət verərək sübutların əksər hissəsin olduğu yerin məhkəməsinə, yəni Sabunçu Rayon Məhkəməsinə göndərilməsini xahiş edirlər. Məhkəmə vəsatətlərin əsaslı olduğunu hesab edir. Azərbaycan Respublikasını Mülki Prosessual Məcəlləsinin 40.1, 32.3 və 32.4-cü maddələrinə görə ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Həmin Məcəllənin 44.2.2-ci maddəsinə əsasən isə iş məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi aidiyyəti üzrə başqa məhkəmədə baxılmağa verir. Həmin 44.2.5-ci maddəsinə əsasən hər iki tərəf işə sübutların əksər hissəsinin olduğu yerin məhkəməsində baxılması barədə vəsatət vermişdirsə, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Həmin Məcəllənin 32.5 və 32.6-cı maddələrinə uyğun olaraq aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. İş bir məhkəmədən başqa məhkəməyə aidiyyət haqqında qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra göndərilir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı qızıl-zinət əşyalarının, şəxsi geyim və cehiz əşyalarının qaytarılması tələbinə dair mülki iş baxılması üçün Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 32, 40, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı qızıl-zinət əşyalarının, şəxsi geyim və cehiz əşyalarının qaytarılması tələbinə dair mülki iş baxılması üçün Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ramin Quliyev
Məhkəmə qərarları › İş №e-2(005)-3491/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №e-2(005)-3491/2023
04.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver