Məhkəmə qərarları › İş №e-2(005)-3574/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-3574/2023

19.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-3574/2023 19.10.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, X8 Mehdi qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil2 Səfər qızının iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixdə anadan olmuş X2 üçün Cavabdeh iddia ərizəsinin verildiyi tarixdən hər ay 500 manat olmaqla aliment tutularaq İddiaçı ödənilməsinə, xx.xx.2023-cü il tarixdə anadan olmuş X5 üç yaşına çatanadək Cavabdeh hər ay 300 manat maddi məbləğində köməkliyin edilərək İddiaçı ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında xx.xx.2021-ci il tarixdə nikah bağlanılmış, birgə nigahdan xx.xx.2023-cü il tarixdə Məmmədov Müslim adlı uşaqları anadan olmuşdur. Təxminən may ayının üçüncü həftəsində tərəflər arasında mübahisə baş vermiş, mübahisə nəticəsində cavabdeh anasına məxsus mənzili ərizəçinin tərk etməsini tələb etmişdir, əks təqdirdə bunu polis vasitəsi ilə edəcəyi barədə xəbərdarlıq etmişdir. Ərizəçi bundan imtina etdikdə cavabdeh özünə zəruri əşyaları, o cümlədən, ailəyə məxsus sənədləri götürərək mənzili tərk etmişdir. Hazırda cavabdeh yeni doğulan uşağın saxlanmasında iştirakı məlum deyildir. Mənzili satdıqları üçün mənzildən çıxmağı tələb etmişlər, bununla əlaqədar polisdə araşdırma da var. Hazırda cavabdeh bütün sənədləri, o cümlədən, uşağa aid sənədləri də götürərək evdən çıxmışdır. Uşağın doğulmasını təsdiq edən yeganə sənəd hazırda xx.xx.2023-cü il tarixli doğum haqqında arayış, elektron sistemdən çıxarılan məlumatlardır. Cavabdeh rəsmi işləməsə də, qeyrirəsmi kifayət qədər gəlirləri vardır. Cavabdehin mülkiyyətində olan Range Rover markalı nəqliyyat vasitəsi 100 km məsafə üçün 250 manat yancaq sərf edir, ayda 400 km məsafəyə vurduqda isə təkcə benzin pulu 1000 manat edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil2 Səfər qızı iddia ərizəsi ilə eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə baxışı iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq iştirak etməmiş, bu barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verib, uşaqların mənafeyini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-16(005)-194/2023 saylı, xx.xx.2023cü il tarixli qərardadına əsasən, ərizəçi İddiaçı müvəqqəti təminat tədbirinin tətbiq edilməsi barədə ərizəsi qismən təmin edilmiş, ərizəçi İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edənədək (xx.xx.2023-cü il tarixinədək) Cavabdeh tərəflərin birgə nikahdan anadan olmuş xx.xx.2023-cü il təvəllüdlü X1 üçün hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin ərizəçi İddiaçı xeyrinə tutulması qərara alınmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-16(005)-194/2023 saylı, xx.xx.2023cü il tarixli qərardadına əsasən, ərizəçi İddiaçı nümayəndəsi (vəkili) Vəkil1 tərəfindən verilmiş müvəqqəti təminat tədbirinin uzadılması barədə ərizəsi təmin edilmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan 2(005)-3574/2023 saylı mülki iş üzrə yekun məhkəmə qərarı qəbul edilənədək, Cavabdeh tərəflərin birgə nikahdan anadan olmuş xx.xx.2023-cü il təvəllüdlü X1 üçün hər ay 220 manat sabit pul məbləğində alimentin ərizəçi İddiaçı xeyrinə tutulması qərara alınmışdır. İş materiallarında olan doğum haqqında akt qeydinin surətindən görünür ki, X5 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarında olan doğum haqqında arayışın surətindən görünür ki, X5 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində doğulmuşdur. Bu barədə xx.xx.2023-cü il tarixdə “1 saylı ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində 1878 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. Atası Cavabdeh, anası isə İddiaçıdır. Beləliklə, məhkəmədə müəyyən olundu ki, tərəflərin birgə nikahından xx.xx.2023-cü il tarixdə X5 adlı övladları dünyaya gəlmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-16(005)-194/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizəçi İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edənədək (xx.xx.2023-cü il tarixinədək) Cavabdeh tərəflərin birgə nikahdan anadan olmuş xx.xx.2023-cü il təvəllüdlü X1 üçün hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin ərizəçi İddiaçı xeyrinə tutulması qərara alınmışdır. Daha sonra İddiaçı nümayəndəsi (vəkili) Vəkil1 müvəqqəti təminat tədbirinin uzadılması barədə ərizə ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-16(005)-194/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadına əsasən, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan 2(005)-3574/2023 saylı mülki iş üzrə yekun məhkəmə qərarı qəbul edilənədək, Cavabdeh tərəflərin birgə nikahdan anadan olmuş xx.xx.2023-cü il təvəllüdlü X1 üçün hər ay 220 manat sabit pul məbləğində alimentin ərizəçi İddiaçı xeyrinə tutulması qərara alınmışdır. Hazırda İddiaçı, xx.xx.2023-cü il tarixdə anadan olmuş X2 üçün Cavabdeh iddia ərizəsinin verildiyi tarixdən hər ay 500 manat olmaqla aliment tutularaq İddiaçı ödənilməsinə, xx.xx.2023-cü il tarixdə anadan olmuş X5 üç yaşına çatanadək Cavabdeh hər ay 300 manat maddi məbləğində köməkliyin edilərək İddiaçı ödənilməsini xahiş edir. İddiaçı uşağın maddi tələbatlarını təkbaşına ödəməkdə çətinlik çəkir, bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 22.2.2-ci maddəsinə əsasən məhkəmə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən edir. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa müvafiq olaraq 2023-cü il üçün minimum yaşayış həddi uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bu zaman uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə, yuxarıda göstərilən əsaslara görə hesab edir ki, əsas diqqət yetkinlik yaşına çatmamış uşaqların mənafeyinə, onların maddi cəhətdən təmin olunmasına yönəlməli, Azərbaycan Respublikasında bir uşaq üçün yaşayış minimumunun 220 manat olmasını nəzərə alaraq, iddia tələbi qismən təmin edilməli, birgə nikahdan olan xx.xx.2023-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 manat sabit aliment cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84.2 və 84.2.2-ci maddələrinə əsasən ərarvad bir-birlərinə kömək etmədikdə, köməyin göstərilməsindən imtina edildikdə və ərarvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda, hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Məhkəmə, iddiaçının xx.xx.2023-cü il təvəllüdlü X4 3 (üç) yaşına çatanadək cavabdehdən 300 manat alimentin tutulması tələbinə hüquqi qiymət verərək bildirir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 85.1-ci maddəsinə əsasən, hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaiti olan keçmiş ərdən aliment ödəməyi tələb etmək hüququna malikdir. Lakin cavabdehdən sabit pul miqdarında alimentin tutulacağını nəzərə alaraq, məhkəmə hesab edir ki, cavabdehdən uşağın saxlanılması üçün hər ay cəmi 300 manat məbləğində alimentin tutulması cavabdehin maddi durumunun nəzərə alınması baxımından ədalətli deyildir və bu tələb qismən, hər ay cəmi 100 manat məbləğində təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəmə qərarı ilə tutulduqda aliment məhkəməyə müraciət edildiyi tarixdən tutulur. Belə olan halda, məhkəmə hesab edir ki, alimentin tutulması iddia ərizəsi məhkəməyə daxil olduğu tarixdən, başqa sözlə, xx.xx.2023-cü il tarixdən başlayaraq hesablanmalıdır. Bu zaman Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 16(005)-194/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234-cü maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, Cavabdeh 50 manat dövlət rüsumu İddiaçı xeyrinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixindən (Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 16(005)-194/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı nəzərə alınmaqla), xx.xx.2023-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Cavabdeh xx.xx.2023-cü il tarixindən başlayaraq, xx.xx.2023-cü il təvəllüdlü X4 3 (üç) yaşına çatanadək, yəni xx.xx.2026-cı ilədək 100 (yüz) manat miqdarında aliment tutularaq, İddiaçı xeyrinə ödənilsin. Cavabdeh 50 (əlli) manat dövlət rüsumu İddiaçı xeyrinə ödənilsin. Qətnamə alimentin tutulması dərhal icra olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməsi onun icrasını dayandırmır. Sədrlik edən Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar