Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-3713/2022 24.10.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin nümayəndəsi Nümayəndə və X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalına qarşı “əmək müqaviləsi öhdəliyinin pozulması, əmək haqqının qanunsuz ödənilməməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla 2021-ci ilin İİİ və İV kvartallarında verilməmiş mükafatların təmin edilməsi, əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək verilməmiş orta aylıq əmək haqqının təmin edilməsi və xx.xx.2021-ci ildən xx.xx.2022-ci il tarixədək olan müddətdə vəzifə maaşının digər bölmə rəislərinin vəzifə maaşlarına bərabər hesablanmasının təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, xx.xx.2013-cü ildən xx.xx.2022-ci il tarixədək Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalında (N №-li hərbi hissə) “Pataloji-anatomiya” laboratoriyasının rəisi vəzifəsində (hərbi qulluqçu vəzifəsində) çalışmışdır. xx.xx.2022-ci ildə Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalının rəisi t/x polkovnik leytenantı X3 ona qarşı davamlı təzyiqi və qərəzi nəticəsində könüllü surətdə işdən çıxmağa dair ərizə verməyə məcbur edildiyini bildirmişdir. Belə ki, Hərbi Hospitalın rəisi t/x polkovnik leytenantı Ş.Eyvazov hospitalın zirzəmidə yerləşdirilmiş bütün bölmələri yuxarı mərtəbələrə köçürtsə də, yalnız İddiaçı rəhbərlik etdiyi laboratoriyanı əlverişsiz mikroklimatı olan həmin zirzəmidə saxlamaqla sağlamlığına əhəmiyyətli ziyan vurmuş; xx.xx.2021-ci ildə İddiaçı rəhbərlik etdiyi laboratoriyanın “Cərrahiyə şöbəsi”-nin tərkibindən ayrılaraq sərbəst bölmə kimi fəaliyyət göstərməsinə baxmayaraq, laboratoriyanın rəisi vəzifəsi maaşını başqa şöbə-bölmələrdən fərqli olaraq, ayrıseçkiliklə sıravi həkim maaşına bərabər səviyyədə saxlatmış və ən azı bölmə rəisi vəzifəsinə bərabərləşdirilməsi üçün heç bir tədbir görülməmişdir; 2021-ci ilin İİİ kvartalında Cərrahiyyə şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən t/x mayoru Zaur Xudiyevin raportuna və İV kvartalında isə İddiaçı raportuna baxmayaraq ona qarşı qərəzli münasibətlə və qanunsuz olaraq başqalarından ayrıseçkiliklə mükafatı kəsilmişdir; xx.xx.2022-ci ildə iddiaçı tərəfindən işdən çıxma ilə bağlı ərizə verildikdən sonra bu barədə xx.xx.2022-ci il tarixli əmr verilənədək o, xx.xx.2022-ci il tarixdən qanunsuz olaraq iş yerinə buraxılmamış bununla da şərəf və ləyaqəti təhqir edilmiş, işgüzar nüfuzuna xələl gəlmişdir.İddiaçı xx.xx.2022-ci il tarixində xx.xx.2022-ci il tarixindən etibarən işdən çıxması ilə bağlı ərizə versə də, faktiki olaraq DSX rəisinin X8 üzrə müavinin xx.xx.2022-ci il tarixli 62 ş/h №-li əmri xx.xx.2022-ci ildə DSX Hərbi Hospitalına daxil olduğu bir halda, qanunsuz olaraq DSX Hərbi Hospitalının rəisinin yerli 0138 №-li əmrini guya xx.xx.2022-ci il tarixdə verildiyini və bu əmrin faktiki olaraq İddiaçı xx.xx.2022-ci il tarixdə elan edilmiş və əmək kitabçası müvafiq tarixdə şəxsə təqdim edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq qeyd etmişdir ki, DSX Hərbi Hospitalında Patoloji-anatomiya laboratoriyasının rəisi vəzifəsində işlədiyi müddətdə hospitalın rəisi t/x polkovnik-leytenantı Ş.Eyvazovun qərəzli münasibəti nəticəsində heç bir səbəb olmadan ona 2021-ci ilin İİİ və İV rüblərində əmək haqqının tərkib hissəsi olan mükafatlar verilməmişdir. DSX İdarə rəisi C.Mirzəyevin xx.xx.2022-ci il tarixli 10/C-152 №-li məktubundan görünür ki, guya bunun səbəbi onun mükafatlandırılmağına dair bölmə rəisinin hər hansı bir raportunun yoxluğu olmuşdur. Halbuki, işin faktiki hallarından göründüyü kimi, Ş.Eyvazov tutduğu vəzifədən sui istifadə edərək, bu faktları yuxarı komandanlıqdan gizlətmişdir. Bu səbəblə zəruri sübutlar orqanlardan alınaraq, işə əlavə edilməlidir.Müvafiq sübutları əldə etmək imkanı xaricində olduğundan bu barədə məhkəməyə müraciət etmişdir. xx.xx.2020-ci il tarixdə əmək müqaviləsinin müddətinin qurtarması ilə işdən azad olunmuşdur. Bu barədə onun məlumatı olmuşdur. Lakin əmək kitabçasını işdən almaq üçün getməmişdir, onun xx.xx.2020-ci il tarixli aktda qeyd edilən ***-***-**-** nömrəli mobil telefonu ilə əlaqə saxlanılmışdır. İşdən çıxarılan zaman ona son haqq hesab ödənilmiş, lakin həmin məbləğ də az olmuşdur. Məhkəmə iclasında cavabdeh Dövlət Sərhəd Xidmətinin nümayəndələrii Nümayəndə və X4 iddianı qəbul etməmiş və iddiaya yazılı etiraz təqdim edərək, məhkəmədə verdiyi izahatında bildirmişdir ki, İddiaçı Hərbi Hospitalın rəisinin xx.xx.2021-ci il tarixli 0192 nömrəli əmrin nizami hissə üzrə çıxarışından görünür ki, təşkilat-ştat dəyişikliyi ilə əlaqədar işçi İddiaçı patoloji anatomiya laboratoriyasının rəisi vəzifəsinə təyin olunmuş və həmin vəzifəyə uyğun maaşı 620 manat olmaqla ondan xx.xx.2022-ci il tarixədək pul təminatı ilə tam təmin olunmuşdur. Sabiq işçi İddiaçı 26 may 2022-ci il tarixində Hərbi Hospitalın rəisinə ərizə ilə müraciət edərək öz xahişi ilə xx.xx.2022-ci il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü) tutduğu vəzifədən azad olunması barədə yuxarı rəhbərlik qarşısında vəsatət qaldırılmasını xahiş etmişdir. DSX rəisinin maddi-texniki təminat üzrə müavininin xx.xx.2022-ci il tarixli 62 ş/h nömrəli əmrinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü) müvafiq olaraq işçi İddiaçı 1.06.2022-ci il tarixdən patoloji anatomiya laboratoriyasının rəisi vəzifəsindən azad edilərək əmək müqaviləsinə xitam verilmişdir. Hərbi Hospitalın rəisinin xx.xx.2022-ci il tarixli 0138 nömrəli əmrin nizami hissə üzrə çıxarışından görünür ki, işçi İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü) müvafiq olaraq patoloji anatomiya laboratoriyasının rəisi vəzifəsindən azad edilərək əmək müqaviləsinə xitam verilmiş və ona Əmək Məcəlləsinin 120-ci maddəsinə müvafiq olaraq xx.xx.2021-xx.xx.2022 iş ili üçün istifadə etmədiyi 46 gün nüddətinə məzuniyyətə görə kompensasiya və rüblük mükafata görə son-haqq hesab ödənilmişdir. Bundan başqa İddiaçı xx.xx.2022-ci il tarixdən əmək funksiyaları üzrə vəzifələrin icrasına cəlb edilməmiş, yəni faktiki işləməmiş və həmin tarixdən iş yerinə gəlməmişdir.Eyni zamanda işə əlavə olunmuş arayışdan məlum olur ki, İddiaçı əmək haqqı xx.xx.2022-ci ilədək ödənilmişdir. İşə əlavə olunmuş xx.xx.2021-ci il tarixli ,033 nömrəli və xx.xx.2021-ci il tarixli 042 nömrəli Hərbi Hospitalın rəisinin əmrlərindən çıxarışlardan və arayışdan görünür ki, 2021-ci ilin İİİ və İV rübü ərzində işçi İddiaçı əmək haqqının 80 faizi məbləğinfə pul mükafatından məhrum edilmişdir. Ona görə də, cavabdehin nümayəndələri iddiaçının tələbi əsassız olduğundan məhkəmədən iddia tələbinin təmin edilməməsi ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: AR DSX N №-li hərbi hissənin komandirinin № N saylı və xx.xx.2021-ci il tarixli əmrindən çıxarışa əsasən , İddiaçı DSX rəisinin xx.xx.2021-ci il tarixli 0048 saylı əmri ilə təsdiq edilmiş, təşkilat-ştat dəyişikliyinə müvafiq olaraq 24 iyul 2021-ci il tarixdən patoloji anatomiya laboratoriyasının rəisi (hərbi qulluqçu vəzifəsi hesabına) vəzifəsinə təyin edilmişdir. İddiaçı tərəfindən yazılmış və imzalanmış «AR Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalı»na ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizəsinə əsasən ərizəçi tutduğu vəzifəsindən xx.xx.2022-ci il tarixdən azad olunmasını xahiş etmişdir; Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı İddiaçı əmək kitabçasının surətindən görünür ki, əmək kitabçasına müvafiq qeyd edilərək müqaviləsinə DSX rəisinin maddi-texniki təminat üzrə müavinin №62 ş/h xx.xx.2022-ci il tarixli və Hərbi Hospital rəisinin № 0138 saylı xx.xx.2022-ci il tarixli əmri əsasında tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin "a" bəndi ilə (tərəflərdən birinin təşəbbüsü) xitam verilmişdir; xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Hərbi hospital rəisinin xx.xx.2021-ci il tarixli 033 nömrəli və xx.xx.2021-ci il tarixli 042 nömrəli əmrləri ilə 2021-ci ilin İİİ və İV rüb üzrə pul mükafatından məhrum edildiyi üçün ona mükafat verilməmişdir.Hərbi hospital rəisinin xx.xx.2022-ci il tarixli 0138 nömrəli əmrinə əsasən İddiaçı xx.xx.2022-ci il tarixdən patoloji anatomiya laboratoriyasının rəisi (hərbi qulluqçu vəzifəsi hesabına) vəzifədən azad edilmiş və əmək müqaviləsinə xitam verilmiş hesab edildiyi üçün işçinin əmək haqqı (vəzifə maaşı və əlavələri) xx.xx.2022-ci il tarixədək göstərilən əmrə müvafiq olaraq ödənilmişdir.xx.xx.2021-ci i il tarixli 0192 nömrəli əmrlə İddiaçı təşkilat ştat dəyişikliyi ilə əlaqədar patoloji anatomiya laboratoriyasının rəisi vəzifəsinə təyin olunmuş və həmin vəzifəyə uyğun vəzifə maaşı 620,00 manat olmaqla xx.xx.2022ci il tarixədək pul təminatı ilə tam təmin olunmuşdur. AR DSX N №-li hərbi hissənin komandirinin № N saylı və xx.xx.2021-ci il tarixli əmrindən çıxarışa əsasən demək olur ki, İddiaçı 2021-ci ilin İİİ rübü ərzində mükafatdan məhrum edilmişdir; AR DSX N №-li hərbi hissənin komandirinin № N saylı və xx.xx.2021-ci il tarixli əmrindən çıxarışa əsasən demək olur ki, İddiaçı 2021-ci ilin İV rübü ərzində mükafatdan məhrum edilmişdir. AR Dövlət Sərhəd Xidməti rəisinin maddi-texniki təminat üzrə müavininin xx.xx.2022-ci il tarixli, №62 saylı əmrinə əsasən «AR Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalı»-nın patoloji anatomiya laboratoriyasının rəisi vəzifəsində işləyən İddiaçı xx.xx.2022-ci il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.-ci maddəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü) əsasən müqaviləsinə xitam verilmişdir; Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli, №62 saylı əmrə müvafiq olaraq N №-li hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli № 0138 saylı əmrindən çıxarışa əsasən əmək patoloji anatomiya laboratoriyasının rəisi vəzifəsində işləyən İddiaçı xx.xx.2022-ci il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.-ci maddəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü) əsasən müqaviləsinə xitam verilmiş və AR Əmək Məcəlləsinin 120-ci maddəsinə müvafiq olaraq xx.xx.2021-xx.xx.2022-ci iş ili üçün istifadə etmədiyi 46 gün müddətinə məzuniyyətə görə kompensasiya və rüblük mükafata görə son-haqq hesab ödənilməsi ilə bağlı qərar verilmişdir. xx.xx.2022-ci il tarixli şikayət ərizəsindən görünür ki, İddiaçı AR DSX rəisindən 2021-ci ilin İİİ və İV kvartallarında verilməmiş mükafatların təmin edilməsi və əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək verilməmiş orta aylıq əmək haqqının təmin edilməsi və Hərbi hospitalın rəisi Ş.Eyvazovun ona qarşı qanunsuz hərəkətləri dayandırması və iş yerinə heç bir məhdudiyyət qoyulmadan gediş gəlişinin təmin olunmasını xahiş etmişdir. xx.xx.2022-ci il tarixli 20/C-152 saylı məktuba əsasən iddiaçının xx.xx.2022-ci il tarixli məktubuna cavab olaraq təsdiqləyici hər hansı sənədlərin olmaması ilə əlaqədar məsələnin həll olunması qurumun imkanı xaricindədir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 68-ci maddəsinin 2-ci bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: tərəflərdən birinin təşəbbüsü, əmək müqaviləsinin müddətinin qurtarması, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi, müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər), tərəflərin iradəsindən asılı olmayan hallar, tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar; 69-cu maddənin 1-ci bəndinə görə, işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Həmin maddənin 4-cü və 5-ci bəndlərinə görə, əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur. İşçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. 83-cü maddəsinin 1-ci bəndinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Həmin maddənin 2-ci bəndinə əsasən, Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir; Məhkəmə hesab edir ki, iddiaçının əmək müqaviləsinə xitam verilməsində əmək qanunvericiliyinin əmək müqaviləsinə xitam verilməsinin rəsmiləşdirilməsi ilə əlaqədar tələblərinə əməl olunub-olunmadığı müəyyən edilməlidir. Əmək qanunvericiliyinin tələbinə görə əmək müqaviləsinə xitam verilməsi işəgötürənin əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməli, eyni zamanda bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı AR Dövlət Sərhəd Xidməti rəisinin maddi-texniki təminat üzrə müavininin xx.xx.2022-ci il tarixli, №62 saylı əmr və ona müvafiq olaraq N №-li hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli № 0138 saylı əmri ilə işdən azad olunmuş, əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü) əsasən müqaviləsinə xitam verilmiş, cavabdeh tərəfində iddiaçının qanunvericiliydə irəli gələn bütün hüquqları gözlənilmiş, bu səbəblə iddia rədd edilməlidir. İddia tələbinin «xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək verilməmiş orta aylıq əmək haqqının təmin edilməsi və xx.xx.2021-ci ildən xx.xx.2022-ci il tarixədək olan müddətdə vəzifə maaşının digər bölmə rəislərinin vəzifə maaşlarına bərabər hesablanması» hissəsinə münasibətdə əsassız hesab edir. Belə ki, iş materialları ilə iddiaçının vəzifə maaşı 620,00 manat olması müəyyən edilmiş, buna müvafiq olaraq xx.xx.2021-xx.xx.2022-ci iş ili üçün istifadə etmədiyi 46 gün müddətinə məzuniyyətə görə kompensasiya və rüblük mükafata görə son-haqq hesab ödənilməsi işəgötürən tərəfindən təmin olunmuşdur. İddiaçı işdən çıxma barədə xahişini əks etdirən ərizəsində onunla əmək münasibətinə xx.xx.2022-ci il tarixdən xitam verilməsini göstərmiş və bundan sonra o, əmək funksiyasını yerinə yetirməmişdir. Belə olan halda, əlavə 1 ay üçün əmək haqqının ödənilməsi barədə tələbi əsassızdır, rədd olunmalıdır. İş materialları ilə müəyyən edilmişdir ki, iddiaçı hazırda iddia etdiyi hüquqlarının pozulduğunu Əmək Məcəlləsinin 157-ci və 172-ci maddənin 6-cı bəndinə əsasən mübahisələndirdiyi məsələlər cavabdeh tərəfindən qanunamüvafiq şəkildə təmin edilmiş, hər hansı konkret pozuntu faktını iddiaçı əsaslandıra bilməmişdir. Əmək Məcəlləsinin 157-ci maddənin 6-ci bəndinin tələbinə görə , mükafat — əməyin kəmiyyət və keyfiyyətinin yüksəldilməsinə işçinin maddi marağının artırılması məqsədi ilə əmək haqqı sistemində nəzərdə tutulan qaydada və formada verilən həvəsləndirici pul vəsaitidir. Əmək Məcəlləsinin 185-ci maddəsinin tələbinə görə Əmək funksiyasının yüksək peşəkarlıq səviyyəsində yerinə yetirilməsində, müəssisədaxili intizam qaydalarına əməl edilməsində fərqlənmiş işçilər işəgötürən tərəfindən pul və ya qiymətli əşyalar hədiyyə edilməklə; əlavə məzuniyyət verilməklə; əmək haqqına fərdi əlavə edilməklə; daha yüksək məbləğdə fərdi sığorta edilməklə; sanatoriya-kurort müalicəsi, turist səfərləri yollayışının haqqı ödənilməklə; müəyyən edilmiş qaydada dövlət təltifinə təqdim olunmaq barədə vəsatət qaldırmaqla və digər həvəsləndirmə vasitələri ilə mükafatlandırıla bilərlər. Maddənin məzmunundan görünür ki, işəgötürən üçün bu səlahiyyət imperativ deyil, dispozitiv xarakter daşımaqla, işəgötürənin qiymətləndirilməsindən asılı edilmişdir. Buna görə də iddiaçının «2021-ci ilin İİİ və İV kvartallarında verilməmiş mükafatların təmin edilməsi” tələbi təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalına qarşı “əmək müqaviləsi öhdəliyinin pozulması, əmək haqqının qanunsuz ödənilməməsi” tələbinə dair iddiası rədd edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalına qarşı “əmək müqaviləsi öhdəliyinin pozulması, əmək haqqının qanunsuz ödənilməməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №e-2(005)-3713/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-3713/2022
24.10.2022 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver