Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(005)-3723/2022 31.08.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızı, Kreditor MMC-nin Borclu qarşı pul tələbinə dair məhkəmə əmrinin çıxarılması barədə ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: Kreditor MMC Borclu qarşı pul tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Borclu 4596 manat məbləğində əsas borc, hər iki müqavilə üzrə hesablanmış 1000 manat faiz borcu və 100 manat məbləğində ödənilmiş dövlət rüsumunun, ümumilikdə 5696 manat məbləğində pul vəsaitinin alınaraq kreditor "xxxx" MMC-nin hesabına ödənilməsi barədə məhkəmə əmrinin verilməsini xahiş etmişdir. Ərizədən göründüyü kimi, ərizəçi əsas borcla yanaşı, cərimə borcunun da ödənilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Tərəflər arasında bağlanmış müqavilələrdə borcalanın borc üzrə əsas borc məbləğini şirkətə vaxtında qaytarmadığı halda, əlavə olaraq şirkətə vaxtında qaytarılmayan (müqavilə müddəti bitdikdən sonra) məbləğ üçün hər gün 1%-dək faiz dərəcəsi ilə hesablanan cərimə faizləri ödəməsi qeyd edilmişdir. Eləcə də ərizədə borclunun kreditora gecikdirilmiş hər gün üçün hesablanmış 246 manat və 20880 manat faiz borcu yarandığı, lakin faiz borcunun borcludan cəmi 1000 manat məbləğində tələb edildiyi qeyd edilmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərə alaraq qeyd edir ki, tənasübsüz surətdə yüksək dəbbə pulu mübahisələndirilə bildiyi və məhkəmə tərəfindən azaldıla bildiyi üçün hazırki kreditorun tələbi borclunun mübahisə edilməyən vəzifəsinə aid edilə bilməz. Belə ki, Mülki Prosessual Məcəllənin 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu halda məhkəmə əmri verilə bilər. Həmin Məcəllənin 279.2-ci maddəsinə görə isə verilmiş tələb bu Məcəllənin 276-cı maddəsi ilə nəzərdə tutulmamışdırsa, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina üçün əsasdır. Həmçinin qeyd olunmalıdır ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 3314/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə Kreditor MMC-nin Borclu qarşı pul tələbinə dair məhkəmə əmrinin verilməsi haqqında ərizəsinin qəbul olunmasından imtina edilməsi qərara alınmışdır. Mülki Prosessual Məcəllənin 279.3 və 279.4-cü maddələrinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 3 gün müddətində məhkəmə ərizənin qəbul edilməsindən imtina haqqında qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz. Məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması kreditorun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda kreditor tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Məcəllənin 114.1.2-ci maddəsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Kreditor MMC-nin Borclu qarşı pul tələbinə dair məhkəmə əmrinin verilməsi haqqında ərizəsinin qəbul edilməsindən imtina edilməli, kreditora həmin tələb üzrə iddia icraatı qaydasında iddia vermək hüququ izah olunmalıdır. Həmçinin iddia icraatı qaydasında ərizə verildiyi təqdirdə kreditor tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanmalı, ərizə verilmədiyi halda isə ödənilmiş 100 (yüz) manat məbləğində dövət rüsumu ona geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 276 və 279-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Kreditor MMC-nin Borclu qarşı pul tələbinə dair məhkəmə əmrinin verilməsi haqqında ərizəsinin qəbul olunmasından imtina edilsin. Kreditora həmin tələb üzrə iddia icraatı qaydasında iddia vermək hüququ izah olunsun. İddia icraatı qaydasında ərizə verildiyi təqdirdə kreditor tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablansın, ərizə verilmədiyi halda isə ödənilmiş 100 (yüz) manat məbləğində dövət rüsumu ona geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №e-2(005)-3723/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №e-2(005)-3723/2022
31.08.2022 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver