Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(005)-3724/2023 11.09.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızı, İddiaçı Cavabdeh ASC-yə qarşı əmək haqqı tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı əmək haqqı tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə İddiaçı iddia ərizəsinin mümkünlüyü məsələsinə baxıb iş materiallarını araşdırıb hesab edir ki, İddiaçı tərəfindən iddia ərizəsinin forma və məzmunu ilə bağlı qanunvericliklə müəyyən olunmuş tələblərə riayət edilmədiyindən iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddiaçı iddia tələbini aydın ifadə etməmişdir. İddiaçı tərəfindən verilən iddia ərizəsinin məzmunundan görünür ki, o işə bərpa tələbi ilə məhkəməyə müraciət etmiş və həmin iddia tələbi üzrə xx.xx.2023-cü il tarixdə yekun məhkəmə aktı olan qətnamə qəbul edilmişdir. İddiaçı iddia ərizəsində həmin qətnamənin təsviri əsaslandırıcı hissəsində cavabdehin nümayəndəsi tərəfindən təqdim edilən sübutlar siyahısında qeyd edilən xx.xx.2023-cü il tarixli ödəniş tapşırığını mübahisələndirir. Məhkəmə hesab edir ki, hazırki tələb aydın deyil. Məhkəmə qətnaməsində yol verilmiş yanlışlıqla bağlı iddiaçının məhkəməyə ərizə ilə müraciət edərək yanlışlığın aradan qaldırılmasını xahiş etmək, eyni zamanda qətnamə aydın deyilsə izah verilməsi üçün müraciət etmək hüququ vardır. Lakin iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi AR MPM-nin 149-cü maddəsinə uyğun olmamaqla yanaşı, iddia tələbi əmək haqqı ilə əlaqədar olsa da, iddiaçı mediasiya prosesində iştirak etməsi ilə bağlı sübutu ərizəsinə əlavə etməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 149.2.3-cü maddəsinə əsasən iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, məhkəmə iddia ərizəsinə qanunla müəyyən edilmiş forma və məzmunla bağlı tələblərə riayət edilmədiyini, mediasiya prosesində iştirak etməsi barədə arayışı təqdim etmədiyini nəzərə alıb hesab edir ki, İddiaçı Cavabdeh ASC-yə qarşı əmək haqqı tələbinə dair iddia ərizəsi əlavə olunan sənədlərlə birlikdə geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu, 152-ci və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı əmək haqqı tələbinə dair iddia ərizəsi əlavə olunan sənədlərlə birlikdə geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış kabinet vasitəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №e-2(005)-3724/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №e-2(005)-3724/2023
11.09.2023 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver