Məhkəmə qərarları › İş №e-2(005)-3770/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-3770/2021

04.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-3770/2021 04.10.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclas katibi X1, Cavabdeh “X6 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdehlər “X6 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti, Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-yə, və DƏDRX-nin 1 saylı Ərazi İdarəsinə, müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsinə, Maraqlı şəxs1nə qarşı “hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi və ipotekaya xitam verilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər “X6 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti, Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-yə, müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsinə və Maraqlı şəxs1nə qarşı “əmlakın likvid dəyərinin müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 noyabr 2019-cu il tarixli, 2(103)-5027/2019 saylı icra sənədi əsasında Respublika Xammal və Əmtəə Birjasının Cavabdeh1 tərəfindən hərraca çıxarılan və mülkiyyət hüququ əsasında İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən 12 nömrəli mənzilin ilkin satış qiymətinin onun likvid dəyəri əsasında müəyyən edilməsi və mənzilin həmin ilkin satış qiyməti ilə hərraca çıxarılması vəzifəsinin cavabdeh Respublika Xammal və Əmtəə Birjasının Cavabdeh1nə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı “X6 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 noyabr 2019-cu il tarixli, 2( 103)- 5027/2019 saylı qətnaməsinə əsasən cavabdehlər İddiaçı və Maraqlı şəxs1 MMC-dən cəmi 788.203,06 manat pulun “X6 Azərbaycan” QSC-nin xeyrinə tutulması, tutmanın ilkin satış qiyməti 215.000 manat müəyyən edilməklə ipoteka predmeti olan mülkiyyət hüququ əsasında İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən 12 nömrəli mənzilə yönəldilməsi qərara alınmışdır. Daha sonra apelyasiya instansiya məhkəməsinin həmin qətnaməsi əsasında icra sənədi verilmiş və icra olunması üçün Bakı şəhəri Yasamal icra və Probasiya şöbəsinə göndərilmişdir. Bakı şəhəri Yasamal icra və probasiya şöbəsi isə ipoteka predmetinin açıq hərracdan satılmaqla realizə edilməsi üçün sifariş məktubu ilə Respublika Xammal və Əmtəə Birjasının Cavabdeh1nə müraciət etmişdir. Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC icra şöbəsinin sifariş məktubunu aldıqdan sonra əmlakın hərracdan satılması üçün ünvan 2 ünvanında yerləşən 12 nömrəli mənzilin 215.000 manat ilkin satış qiyməti ilə birinci hərrac keçirilmiş, həmin hərrac baş tutmadığına görə isə 14 iyul 2021-ci il tarixə mənzilin ilkin satış qiymətinin 15 % aşağı qiyməti ilə hərraca çıxarılması məqsədi ilə təkrar hərrac təyin etmişdir. Lakin hesab edir ki, mənzilin bu qiymətlə hərraca çıxarılması tamamilə qanunsuz olmaqla onun əmlak hüquqlarının kobud şəkildə pozulmasına səbəb olmaqdadır. Belə ki, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 noyabr 2019-cu il tarixli, 2(103)-5027/2019 saylı qətnaməsindən görünür ki, 29 avqust 2019-cu il tarixli ekspert rəyinə əsasən qeyd olunan mənzilin ilkin satış qiyməti onların real bazar dəyəri əsasında müəyyən edilmişdir. Halbuki, ipoteka haqqında qanunvericiliyin tələblərinə əsasən ipoteka predmetlərinin ilkin satış qiymətləri onların likvid dəyərinə əsasən müəyyən edilməlidir. Digər tərəfdən, likvid qiymət real bazar dəyərindən nisbətən aşağı olsa da, əhəmiyyətli qiymət fərqi olmadan dəyər itkisi yaratmayan həddə olduğundan və yalnız məcburi qaydada satışa tətbiq edildiyindən ipoteka qoyanın maraqlarına da zidd kimi qiymətləndirilməməlidir. Belə ki, Qanun ədalətli yanaşma müəyyən edərək, ipoteka qoyana ipoteka predmetini hərrac yekunlaşana qədər borcu ödəməklə ipotekadan azad etmək, habelə ipotekasaxlayanla qarşılıqlı razılıq əsasında ipoteka predmetini könüllü olaraq satmaq imkanı vermişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ünvan 3 ünvanında yerləşən mənzilin açıq hərracdan satılmasına dair 04 avqust 2021-ci il tarixli 59/03 saylı hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi və ünvan 3 ünvanında yerləşən mənzilə dair daşınmaz əmlakın dövlət reyestrində “X6 Azərbaycan” QSC-nin xeyrinə qeydə alınmış ipotekaya xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh “X6 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 məhkəmə iclasında izahat verərək iddia tələbinin əsassız olduğunu bildirmiş və rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı, digər cavabdehlərə və müstəqil tələblər irəli sürməyən üçüncü şəxslərə baxılacaq işin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq heç bir üzrlü səbəb təqdim etmədən mülki iş üzrə təyin edilən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.4 və 185.5-ci maddəsinə əsasən işə iddiaçının, cavabdehin və müstəqil tələblər irəli sürməyən üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə cavabdeh “X6 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: “Birja yenilikləri” qəzetinin 29 iyun 2021-ci il tarixli buraxılışının surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 12 nömrəli mənzilinin hərracı barədə elan dərc edilmişdir; Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-nin 01 iyun 2021-ci il tarixli 01 nömrəli açıq hərracın keçirilməsinə dair bildirişin müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, qeyd edilən əmlakla bağlı 215.000 (iki yüz on beş min) manat məbləğində açıq auksion formasında hərracın keçirilməsi 24 iyun 2021-ci il tarixə saat 11:00-17:00-dək təyin edilmişdir. Bildiriş İddiaçı ünvan 4 ünvanına göndərilmişdir. Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-nin 29.06.2021-ci il tarixli 02 nömrəli açıq hərracın keçirilməsinə dair bildirişin müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, qeyd edilən əmlakla bağlı 182750 (yüz səksən iki min yeddi yüz əlli) manat məbləğində açıq auksion formasında hərracın keçirilməsi 14 iyul 2021-ci il tarixə saat 11:00-17:00-dək təyin edilmişdir. Bildiriş İddiaçı ünvan 4 ünvanına göndərilmişdir. Müvafiq poçt qəbzinin surətindən görünür ki, qeyd edilən bildiriş ünvana çatdırılmışdır. Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-nin 04 avqust 2021-ci il tarixli 33/06 nömrəli protokolunun müvafiq qaydada təsdiq edilmiş surətindən və məzmunundan görünür ki, ünvan 1 ünvanında yerləşən 12 nömrəli mənzili üzrə hərrac başa çatmış və ev “X6” ASC-yə alıcı qismində təklif olunmuşdur. Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-nin 23 dekabr 2020-ci il tarixli 01 nömrəli açıq hərracın keçirilməsinə dair bildirişin müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, qeyd edilən əmlakla bağlı 215.000 (iki yüz on beş min) manat məbləğində açıq auksion formasında hərracın keçirilməsi 15 yanvar 2021-ci il tarixə saat 11:00-17:00-dək təyin edilmişdir. Bildiriş İddiaçı ünvan 4 ünvanına göndərilmişdir. Müvafiq poçt qəbzinin surətindən görünür ki, qeyd edilən bildiriş ünvana çatdırılmışdır. “Birja yenilikləri” qəzetinin 23 dekabr 2020-ci il tarixli buraxılışının surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 12 nömrəli mənzilinin hərracı barədə elan dərc edilmişdir; Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-nin 19 yanvar 2021-ci il tarixli 02 nömrəli açıq hərracın keçirilməsinə dair bildirişin müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, qeyd edilən əmlakla bağlı 182750 (yüz səksən iki min yeddi yüz əlli) manat məbləğində açıq auksion formasında hərracın keçirilməsi 04 fevral 2021-ci il tarixə saat 11:00-17:00-dək təyin edilmişdir. Bildiriş İddiaçı ünvan 4 ünvanına göndərilmişdir. Müvafiq poçt qəbzinin surətindən görünür ki, qeyd edilən bildiriş ünvana çatdırılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüqüqların Dövlət qetdiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 4 “X6” ASC adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə müvafiq reyestr kitabının ********** nömrəsi nömrəsi ilə 16.09.2021-ci il tarixdə qeydiyyat aparılmışdır; Nərimanov Rayon İcra və Probasiya şöbəsinin Böyük İcra məmuru, İİ dərəcəli ədliyyə qulluqçusu Cəmil Tağıyevin Sumqayıt şəhəri üzrə İcra İdarəsinə ünvanlanmış məktubdan görünür ki, Bakı Apellyasiya məhkəməsinin 04.11.2019-cu il tarixli 2(103)-5027/2019 qətnaməsini icrası Sizə həvalə edilmişdir. Bakı Apellyasiya məhkəməsinin 04.11.2019-cu il tarixli 2(103)-5027/2019 qətnaməsini, Azərbayacan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının 11.08.2020-ci il tarixli 2(102)-2412/2020 saylı qərarıyla ləğv edilib və iş üzrə yeni qərar qəbul edilib. Yuxarda yazılanları nəzərə alaraq icraatda olan Bakı Apellyasiya məhkəməsinin 04.11.2019-cu il tarixli 2(103)-5027/2019 icra vərəqəsinin icraatına xitam verilməsini və sfariş verilmiş hərrac işin və qanun çərçivisində nəzərdə tutulmuş icra hərəkətlərinə xitam verilməsini xahiş etmişdir. “X6 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin Nəsimi rayon İcra və Probasiya şöbəsinə ünvanlanmış məktubdan görünür ki, onun 02.11.2020-ci il tarixlu 16494-175147/2020-5-1 sayılı məktubunuz cavab olaraq qeyd etmək istərdik ki: Qeyd etmək istərdik ki, Bakı Apellyasiya məhkəməsinin 04.11.2019-cu il tarixli 2(103)-5027/2019 qətnaməsini, Azərbayacan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının 11.08.2020-ci il tarixli 2(102)-2412/2020 saylı qərarıyla ləğv edilib və iş üzrə yeni qərar qəbul edilib. Yuxarda yazılanları nəzərə alaraq icratmızda olan Bakı Apellyasiya məhkəməsinin 04.11.2019-cu il tarixli 2(103)-5027/2019 icra bərəqəsinin icraatın dayandırılmasını Sizdən xahiş edirik. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Mövcud hüquq münasibətləri ipoteka predmetinə tutmanın yönəldilməsi ilə bağlı yaranan mülki münasibətlər olduğundan məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin və “İpoteka haqqında” Qanunun normalarını əlaqəli şəkildə təhlil edərək mülki iş üzrə hüquqi nəticəyə gəlir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 34.1-ci maddəsinə görə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. 39.2-ci maddəsinə görə ipoteka saxlayan tutmanın yönəldilməsinə dair bildirişin bu Qanunun 36.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə verilməsi barədə məhkəməyə sübut təqdim etməlidir; 41.1-ci maddəsinə əsasən ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər; 41.2, 41.3, 41.4 və 41.5-ci maddələrinə əsasən, Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üsulu və satışı həyata keçirməli olan şəxs tərəflərin razılığı ilə müəyyən olunur. Razılığa əsasən ipoteka predmeti hərracda satıldıqda ipoteka saxlayan və ya ipoteka qoyan hərracın təşkilatçısına sifarişi verə bilərlər. Hərrac açıq auksion formasında keçirilir; 42.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 (beş) iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 (iyirmi) təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 (otuz) təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 (üç) faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 (beş) faizi məbləğində beh ödəməlidir; 44-cü maddəsinə əsasən “İpoteka haqqında” Qanunun müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur; 53.1-ci maddəsinin tələbinə görə üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır; 53.2-ci maddəsinin tələbinə görə borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır; 53.3-cü maddəsinin tələbinə görə əmlak satılmadıqda həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana qaytarılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.1-ci maddəsinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur; 317.1-ci maddəsinə görə borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər; 319.1-ci maddəsinə görə əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır; 416-cı maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-nin açıq hərracın keçirilməsinə dair bildirişləri ilə ünvan 4 açıq auksion formasında satışa çixarılmasına dair keçiriləcək ilkin və təkrar hərracın vaxtı və yeri barədə iddiaçı lazımi qaydada məlumatlandırılmışdır. Bundan əlavə iddiaçı iddia ərizəsində qətnamədən şikayət verildiyi halda hərracın keçirildiyini, bununla da hərrac qaydalarının pozulduğunu iddia edir. Lakin məhkəməyə təqdim edilmiş sübutlarla müəyyən edilmişdir ki, qətnamədən şikayət verildiyi müddət ərzində hərrac hərəkətləri dayandırılmışdır. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, İddiaçı hazırkı iddiası əsassızdır, iddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim edə bilməmiş, mövcud sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz hüquqi təsdiqini tapmamışdır. Qeyd edilənlər baxımından iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddiaçı cavabdehlər “X6 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti, Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-yə, və DƏDRX-nin 1 saylı Ərazi İdarəsinə, müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsinə, Maraqlı şəxs1nə qarşı “hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi və ipotekaya xitam verilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar