Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-384/2024 26.02.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, Cavabdeh1, "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X12 1 Saylı Bakı Ərazi İdarəsi və "X14 Kredit Təşkilatı" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı "hərracın nəticələrinin etibarsız hesab edilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, Cavabdeh1, "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X12 1 Saylı Bakı Ərazi İdarəsi və "X14 Kredit Təşkilatı" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı "hərracın nəticələrinin etibarsız hesab edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC tərəfindən İddiaçı məxsus Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsində istifadədə olan 0.0912 ha torpaq sahəsində yerləşən, 16 a nömrəli binanın 1-ci mərtəbəsində 95.kv.m ümumi, 83.6 kv.m əsas, 11.4 kv.m köməkçi sahədən ibarət qeyriyaşayış sahəsi ilə bağlı xx.xx.2022- ci il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərində keçirilmiş hərraclar və onların nəticələri etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri 9 saylı Notariat Ofisinin xüsusi X5 tərəfindən verilmiş 8İ-10703 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən X2 “X14 Kredit Təşkilatı” MMC-nin xeyrinə ümumilikdə 97786.36 manat məbləğində borcun tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş ilkin satış qiyməti 113000 (bir yüz on üç min) manat müəyyən edilməklə İddiaçı məxsus Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsində istifadədə olan 0.0912 ha torpaq sahəsində yerləşən, 16 a nömrəli binanın 1 -ci mərtəbəsində 95.kv.m ümumi, 83.6 kv.m əsas, 11.4 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsinə yönəldilməsi, həmin əmlakın açıq hərrac vasitəsi ilə satılması barədə qeyd aparılmışdır. Bakı şəhəri Nizami rayon İcra və Probasiya şöbəsinin sifariş məktubuna əsasən "xxxx" MMC tərəfindən İddiaçı məxsus Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsində istifadədə olan 0.0912 ha torpaq sahəsində yerləşən, 16 a nömrəli binanın 1-ci mərtəbəsində 95.kv.m ümumi, 83.6 kv.m əsas, 11.4 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsi ilə bağlı ilkin satış qiyməti 113000 (yüz on üç min) manat müəyyən edilməklə qanunsuz olaraq 3 (üç dəfə) hərrac keçirilmişdir. Lakin bütün bu qanunsuzluqlar davam etmiş, Hərrac Mərkəzi tərəfindən xx.xx.2023-cü il tarixli məktuba əsasən İddiaçı məxsus Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsində istifadədə olan 0.0912 ha torpaq sahəsində yerləşən, 16a nömrəli binanın 1-ci mərtəbəsində 95.kv.m ümumi, 83.6 kv.m əsas, 11.4 kv.m köməkçi sahədən ibarət qeyriyaşayış sahəsi 72037.5 manata tələbkara təklif edilmişdir. İcra sənədi üzrə tərəfindən könüllü olaraq 33 065 manat ödəniş aparılmış, qalan 34 721.36 manat borcun, habelə BOKT tərəfindən çəkilən xəcrlərin tam olaraq bir dəfəyə ödəməyə də hazırdır, lakin həmin vəsaiti cavabdehlərdən olan nə Nizami rayon İcra şöbəsi, nə də "xxxx" BOKT qəbul etmir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş Cavabdeh4 MMC-nin nümayəndəsi X6 iddia tələbini qəbul etmədiklərini, tərəfin iddia etdiyi 3 dəfə hərracın keçirilməsi icra şöbəsinin təqdim etdiyi sənədin əsasında məlum olunur ki, qanunvericiliyin tələblərinə uyğun olaraq hərracın təşkilatı üzrə sifarişi icra məmuru tərəfindən verilir. İcra məmuru iş materiallarında xx.xx.2022-ci il məktubuna əsasən icra sənədi üzrə hərracın keçirilməsi satışının dayandırılmasını və sənədlərin geri qaytarılmasını hərrac təşkilatından xahiş etmişdir. Dayandırma əsasıda tələbin könüllü müddətinin verilməsi olmuşdur. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər hazırki məhkəmə iclasında iştirak etməmiş və nümayəndələrinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 184.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan: - 04 oktyabr 2021-ci il tarixli icra qeydindən görünür ki, “Notariat haqqında” AR Qanunun 76-cı maddəsinə və “İpoteka haqqında” AR Qanunun 38-ci maddəsinə əsasən ipoteka müqaviləsi üzrə icra ipoteka saxlayan "X14 Kredit Təşkilatı" Məhdud Məsuliyyətli Cəmiyyətinin tələbi ilə ipoteka qoyan İddiaçı məxsus Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsində istifadədə olan 0.0912 ha torpaq sahəsində yerləşən, 16 a nömrəli binanın 1-ci mərtəbəsində 95.kv.m ümumi, 83.6 kv.m əsas, 11.4 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsinə yönəldilmiş, dəyəri 113000 manat olmaqla qeyri-yaşayış sahəsinin hərracda satılması, qeydiyyat hüquqlarının ləğv edilməsi satıldıqdan sonra ən geci 1 ay ərzində boşaldılması müəyyən edilmişdir. Borc alan X8 ilə bağlanan 14 yanvar 2020-ci il tarixli 2020/00735 nömrəli kredit müqaviləsinə, xx.xx.2021 -ci İİ tarixli maliyyə arayışına və öhdəliyi müəyyən edən müqaviləyə əsasən vaxtında ödənilməmiş kredit məbləği (56 567.21 (əlli altı min altı yüz altmış yeddi manat, 21 qəpik) əsas borc, 9 775.09 (doqquz min yeddi yüz yetmiş beş manat, 09 qəpik) faiz borc və 1 344.06 (bir min üç yüz qırx dörd manat, 06 qəpik) dəbbə pulu), ümumi 67 786.36 (altmış yeddi min yeddi yüz səksən altı manat, 36 qəpik) məbləğində təşkil edir. Bundan əlavə İpoteka predmetinə yönəldilməsinə dair bildirişin qeydə alınması üçün çəkilən 30 (otuz) manat məbləğində xərcin və 20 (iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq "xxxx" Bank Olmayan Kredit X4 Cəmiyyətinə ödənilməsi təmin edilmişdir. - xx.xx.2022-ci il tarixli icra hərəkətlərinin davam etdirilməsi haqqında qərardan görünür ki, icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsi qərara alınmışdır. - "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, 01 saylı “Açıq hərracın keçirilməsinə dair” bildirişdən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsində istifadədə olan 0.0912 ha torpaq sahəsində yerləşən, 16 a nömrəli binanın 1-ci mərtəbəsində 95.kv.m ümumi, 83.6 kv.m əsas, 11.4 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsinə dair ilkin hərrac xx.xx.2022-ci il tarixə saat 11:00-17:00-dək (növbəlilik əsasında) təyin edilmişdir. Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsində istifadədə olan 0.0912 ha torpaq sahəsində yerləşən, 16 a nömrəli binanın 1-ci mərtəbəsində 95.kv.m ümumi, 83.6 kv.m əsas, 11.4 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 113000 manat müəyyən edilmişdir. - 01 dekabr 2022-ci il tarixli Bakı şəhər Nizami rayon İcra şöbəsi tərəfindən "xxxx" MMC-yə ünvanlana məktubdan görünür ki, Bakı şəhəri 9 saylı Notariat ofisinin 8İ-10703, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə borclu İddiaçı məxsus Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsində istifadədə olan 0.0912 ha torpaq sahəsində yerləşən, 16 a nömrəli binanın 1-ci mərtəbəsində 95.kv.m ümumi, 83.6 kv.m əsas, 11.4 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsinin hərracda satışının dayandırılması və sənədlərin geri qaytarılması xahiş olunmuşdur. Belə ki, “tələbin 2 ay müddətində könüllü könüllü icrası” haqqında bildiriş xx.xx.2022-ci il tarixdə borclu X3 qeydiyyatda olduğu ünvanına göndərilmişdir. - "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, 01 saylı “Açıq hərracın keçirilməsinə dair” bildirişdən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsində istifadədə olan 0.0912 ha torpaq sahəsində yerləşən, 16 a nömrəli binanın 1-ci mərtəbəsində 95.kv.m ümumi, 83.6 kv.m əsas, 11.4 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsinə dair ilkin hərrac xx.xx.2023-cü il tarixə saat 11:00-17:00-dək (növbəlilik əsasında) təyin edilmişdir. Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsində istifadədə olan 0.0912 ha torpaq sahəsində yerləşən, 16 a nömrəli binanın 1-ci mərtəbəsində 95.kv.m ümumi, 83.6 kv.m əsas, 11.4 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 113000 manat müəyyən edilmişdir. - xx.xx.2023-cü il və tarixli, 330463 və 330464 saylı kuryer xidmətləri üçün mədaxil qəbzinin kötüklərindən görünür ki, bildirişlər İddiaçı və X7 göndərilmiş, həmin bildirişlər xx.xx.2023-cü il tarixində Bəşir Bəşirzadə adlı şəxs tərəfindən imzalanmaqla götürülmüşdür. - "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, 02 saylı “Açıq hərracın keçirilməsinə dair” bildirişdən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsində istifadədə olan 0.0912 ha torpaq sahəsində yerləşən, 16 a nömrəli binanın 1-ci mərtəbəsində 95.kv.m ümumi, 83.6 kv.m əsas, 11.4 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsinə dair ilkin hərrac xx.xx.2023-cü il tarixə saat 11:00-17:00-dək (növbəlilik əsasında) təyin edilmişdir. Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsində istifadədə olan 0.0912 ha torpaq sahəsində yerləşən, 16 a nömrəli binanın 1-ci mərtəbəsində 95.kv.m ümumi, 83.6 kv.m əsas, 11.4 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 113000-15%=96050 manat müəyyən edilmişdir. - xx.xx.2023-cü il və tarixli, 330757 və 330758 saylı kuryer xidmətləri üçün mədaxil qəbzinin kötüklərindən görünür ki, bildirişlər İddiaçı və X7 göndərilmiş, həmin bildirişlər ünvanda yaşamır və qapı bağlıdır qeydi ilə geri qaytarılmışdır. - "xxxx" MMC tərəfindən Cavabdeh1nə ünvanlanmış xx.xx.2023-cü il tarixli ipoteka predmetinin əldə olunmasına dair təklifdə qeyd olunur ki, Cavabdeh1 17/71-CM № 10 saylı xx.xx.2023-cü il tarixli sifariş məktubuna əsasən ipoteka yüklü Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsində istifadədə olan 0.0912 ha torpaq sahəsində yerləşən, 16 a nömrəli binanın 1-ci mərtəbəsində 95.kv.m ümumi, 83.6 kv.m əsas, 11.4 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsinin təkrar hərracının baş tutmaması barədə “Birja yenilikləri'' qəzetinin xx.xx.2023-cü il tarixli nömrəsində elan dərc edilmişdir. “İpoteka Haqqında” Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq ipoteka predmeti təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə yəni 105187,5 manat olmaqla ipoteka saxlayana təklif olunur. “İpoteka Haqqında” qanunun 43.7,43.8-ci maddələrinə uyğun olaraq ipoteka saxlayan 30 təqvim günü ərzində ipoteka predmetini əldə etdiyi halda AR “Mülki Məcəlləsi”-niıı 298.2, 319.3.5 maddələrinə müvafiq isə hərracın xidmət haqqını ödədikdən sonra protokol tərtib olunur. - xx.xx.2023-cü il və tarixli, 290360 və 290361 saylı kuryer xidmətləri üçün mədaxil qəbzinin kötüklərindən görünür ki, məktublar İddiaçı və X7 göndərilmiş, həmin məktublar məktubdan imtina edildi qeydi ilə geri qaytarılmışdır. - “Birja Yenilikləri” qəzetinin xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli, 344 və 347 saylı çıxarışlarından görünür ki, Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsində istifadədə olan 0.0912 ha torpaq sahəsində yerləşən, 16 a nömrəli binanın 1-ci mərtəbəsində 95.kv.m ümumi, 83.6 kv.m əsas, 11.4 kv.m köməkçi sahədən ibarət qeyriyaşayış sahəsinə dair hərracların keçirilməsi və baş tutmamasına dair məlumatlar dərc edilmişdir. - xx.xx.2023-cü il tarixli 31/01 saylı hərracın yekunları barədə protokoldan görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsində istifadədə olan 0.0912 ha torpaq sahəsində yerləşən, 16 a nömrəli binanın 1-ci mərtəbəsində 95.kv.m ümumi, 83.6 kv.m əsas, 11.4 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsi “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 43.7-ci maddəsinə əsasən 25% aşağı olan qiymətlə, 72037,50 manata tələbkar Cavabdeh4 MMC tərəfindən əldə edilmişdir. - 03 iyul 2023-cü il tarixli "X14 Kredit Təşkilatı" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Nizami rayon İcra şöbəsinə ünvanlanan məktubdan görünür ki, X7 məxsus xx.xx.2020-ci il tarixli reyestrdə 3M-37 nömrə ilə qeyd edilmiş ipoteka müqaviləsinin icra edilməsi üçün Bakı şəhəri 9 saylı Notariat ofisinin xx.xx.2021-ci il tarixli 8İ-10703 reyestr nömrəli icra qeydi Nizami rayon İcra şöbəsinə göndərilmişdir. X1 adına xx.xx.2021-ci il tarixindən xx.xx.2023-cü il tarixədək 33065 manat məbləğində ödənişlər aparılmışdır. - xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh4 MMC tərəfindən 32571,09 manat Nizami rayon İcra şöbəsinin hesabına X8 (ipoteka qoyan İddiaçıİ) fərqin qarşı tərəfə köçürülməsi təyinatı ilə köçürülmüşdür. - xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraatın dayandırılması barədə qərardan görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16(005)-266/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsində istifadədə olan 0.0912 ha torpaq sahəsində yerləşən, 16 a nömrəli binanın 1-ci mərtəbəsində 95.kv.m ümumi, 83.6 kv.m əsas, 11.4 kv.m köməkçi sahədən ibarət qeyriyaşayış sahəsinin özgəninkiləşdirilməsinin qadağan edilməsi qadağan edildiyindən Bakı şəhəri 9 saylı Notariat ofisi 8İ-10703 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraat dayandırılmışdır. - 10 oktyabr 2023-cü il tarixli "X14 Kredit Təşkilatı" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Nizami rayon İcra şöbəsinə ünvanlanmış məktubdan görünür ki, Cavabdeh4 MMC tərəfindən 32571,09 manat Nizami rayon İcra şöbəsinin hesabına X8 (ipoteka qoyan İddiaçıİ) fərqin qarşı tərəfə köçürülməsi təyinatı ilə köçürülmüşdür. Bakı şəhəri 9 saylı Notariat ofisi 8İ-10703 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraatın dayandırılması nəzərə alınaraq, həmin məbləğin Cavabdeh4 MMC-yə geri qaytarılması xahiş olunmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 269.1-ci maddəsinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 317.1-ci maddəsinə görə borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 319.1-ci maddəsinə görə əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir; 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər; 416.2-ci maddəsinə əsasən yalnız hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İpoteka haqqında” Qanunun: 41.2, 41.3 və 41.5-ci maddələrinə əsasən Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru məhkəmə icraçısı tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. Məhkəmə icraçısı hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata (bundan sonra—hərracın təşkilatçısı) sifariş verir. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Hərrac açıq auksion formasında keçirilir; 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.1-ci maddəsinin tələbinə görə üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.2-ci maddəsinin tələbinə görə borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.3-cü maddəsinin tələbinə görə əmlak satılmadıqda həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana qaytarılır. F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında qeyd olunur ki, Mülki Məcəllənin 415.2-ci maddəsində göstərilmişdir ki, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. Məhkəmə Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsində istifadədə olan 0.0912 ha torpaq sahəsində yerləşən, 16 a nömrəli binanın 1-ci mərtəbəsində 95.kv.m ümumi, 83.6 kv.m əsas, 11.4 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsinə dair iddia tələbləri ilə bağlı aşağıdakıları qeyd edir: İddiaçı Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsində istifadədə olan 0.0912 ha torpaq sahəsində yerləşən, 16 a nömrəli binanın 1-ci mərtəbəsində 95.kv.m ümumi, 83.6 kv.m əsas, 11.4 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsinə dair keçirilmiş hərracın nəticələrinin etibarız hesab olunmasını tələb edir və bu tələbi hərracın keçirilməsi ilə bağlı ona bildirişlərin çatdırılmaması ilə əsaslandırır. Hərracın keçirilməsi ilə bağlı məhkəmə qeyd edir ki, iş materiallarından göründüyü kimi, Cavabdeh4 MMC tərəfindən Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsində istifadədə olan 0.0912 ha torpaq sahəsində yerləşən, 16 a nömrəli binanın 1-ci mərtəbəsində 95.kv.m ümumi, 83.6 kv.m əsas, 11.4 kv.m köməkçi sahədən ibarət qeyriyaşayış sahəsi xx.xx.2022-ci il tarixdə birinci dəfə hərracın keçirilməsi vaxtı və yeri barədə xx.xx.2022-ci ildə bildiriş tərtib olunmuş, lakin həmin bildirişlərin göndərilməsi və hərracın keçirilməsi ilə bağlı hər hansı sənəd təqdim edilməmişdir. 01 dekabr 2022-ci il tarixli Bakı şəhər Nizami rayon İcra şöbəsi tərəfindən "xxxx" MMC-yə ünvanlana məktubdn görünür ki, Bakı şəhəri 9 saylı Notariat ofisinin 8İ-10703, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə borclu İddiaçı məxsus Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsində istifadədə olan 0.0912 ha torpaq sahəsində yerləşən, 16 a nömrəli binanın 1-ci mərtəbəsində 95.kv.m ümumi, 83.6 kv.m əsas, 11.4 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsinin hərracda satışının dayandırılması və sənədlərin geri qaytarılması xahiş olunmuş, “tələbin 2 ay müddətində könüllü könüllü icrası” haqqında bildiriş xx.xx.2022-ci il tarixdə borclu X3 qeydiyyatda olduğu ünvanına göndərilmişdir. Daha sonra Cavabdeh4 MMC tərəfindən Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsində istifadədə olan 0.0912 ha torpaq sahəsində yerləşən, 16 a nömrəli binanın 1-ci mərtəbəsində 95.kv.m ümumi, 83.6 kv.m əsas, 11.4 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsi xx.xx.2023-cü il tarixdə birinci dəfə açıq hərracda satışa çıxarılmışdır. Həmin hərracın keçirilməsi vaxtı və yeri barədə xx.xx.2023-cü ildə bildiriş tərtib olunmuş, tərəflərin ünvanına göndərilmişdir. Bildirişlər İddiaçı və X7 göndərilmiş, hər iki bildiriş xx.xx.2023-cü il tarixində Bəşir Bəşirzadə adlı şəxs tərəfindən imzalanmaqla götürülmüşdür. xx.xx.2023-cü il tarixdə əmlak ikinci dəfə açıq hərracda satışa çıxarılmışdır. Həmin hərracın keçirilməsi vaxtı və yeri barədə xx.xx.2023-cü ildə bildiriş tərtib olunmuş, tərəflərin ünvanına göndərilmişdir. Lakin həmin bildirişlər ünvanda yaşamır və qapı bağlıdır qeydi ilə geri qaytarılmışdır. "xxxx" MMC tərəfindən Cavabdeh1nə ünvanlanmış xx.xx.2023-cü il tarixli ipoteka predmetinin əldə olunmasına dair təklifdən görünür ki, Cavabdeh1 17/71-CM № 10 saylı xx.xx.2023-cü il tarixli sifariş məktubuna əsasən ipoteka yüklü Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsində istifadədə olan 0.0912 ha torpaq sahəsində yerləşən, 16 a nömrəli binanın 1-ci mərtəbəsində 95.kv.m ümumi, 83.6 kv.m əsas, 11.4 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsinin təkrar hərracının baş tutmaması barədə “Birja yenilikləri'' qəzetinin xx.xx.2023-cü il tarixli nömrəsində elan dərc edilmişdir. “İpoteka Haqqında” Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq ipoteka predmeti təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə yəni 105187,5 manat olmaqla ipoteka saxlayana təklif olunmuşdur. Məhkəmə iddiaçının hərracın 3 dəfə keçirilməsi barədə dəlilinə münasibət bildirərək qeyd edir ki, mülki işin materiallarında olan 29 noyabr 2022-ci il tarixli hərracın keçirilməsinə dair bildirişdən müəyyən edilir ki, Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, 16a nömrəli binanın 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 113000 manat olmaqla,26 dekabr 2022-ci il tarixdə ilkin hərraca çıxarılması nəzərdə tutulmuşdur. Yenə mülki işin materiallarında olan 01 dekabr 2022-ci il tarixli məktbdan görünür ki, tələbin könüllü icrası üçün 2 aylıq müddət barədə X7 bildiriş göndərilmişdir. Eyni tarixdə, yəni 01 dekabr 2022-ci il tarixdə tarixli məktubla Nizami rayon icra şöbəsi hərrac təşkilatına hərracda satışın dayandırılması və sənədlərin geri qaytarılması xahiş edilmişdir. Məktubun surəti ipoteka saxlayan və borcluya da göndərilmişdir. Bundan sonra 03 aprel 2023-cü il tarixdə hərracın keçirilməsi barədə xx.xx.2023-cü ildə bildiriş tərtib olunaraq tərəflərin ünvanına göndərilmişdir. Əmlakın ilkin satış qiyməti 113000 manat məbləğində müəyyənləşdirilmişdir. xx.xx.2023-cü il tarixdə əmlak ikinci dəfə açıq hərracda satışa çıxarılmışdır. Həmin hərracın keçirilməsi vaxtı və yeri barədə xx.xx.2023-cü ildə bildiriş tərtib olunmuş, tərəflərə göndərilmişdir. Əmlakın ilkin satış qiyməti 96050 (113000-15%=96050) manat məbləğində müəyyənləşdirilmişdir. Beləliklə, mülki işin materiallarından görünür ki, 26 dekabr 2022-ci il tarixli hərrac barədə bildiriş göndərilsə də, həyata keçirilməmiş, icra məmurunun müraciətindən sonra hərrac hərəkətləri dayandırılmışdır. Mülki işin materialları, o cümlədən icra işində olan sənədlərlə hərracın 3 dəfə keçirilməsi barədə dəlil təkzib edilmişdir. 03 aprel 2023-cü il tarixli hərracda isə əmlakın ilkin satış qiyməti təkrarən 113000 manat olaraq qeyd edilmişdir. Beləliklə, 26 dekabr 2022-ci il tarixdə hərracın keçirilməsi barədə bildiriş göndərilsə də, hərrac keçirilməmiş, iddiaçının hər hasnı bir hüququ pozulmamışdır. Eyni zamanda iddiaçı da iddia tələbinin həmin dəlilini təsdiqləyəcək hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə araşdırılması zamanı iddiaçı tərəfindən hərracın keçirilməsi zamanı qanunvericiliyin tələblərinin pozulması hallarına yol verilməsi ilə bağlı hər hansı sübut təqdim edilməmiş (iddiaçı yalnız hərracın onlardan xəbərsiz keçirilməsini və hərrac barədə məlumatlı olmadığını bildirir), məhkəmə tərəfindən də hər hansı hal müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, həmin bildirişlərin faktiki ünvanı üzrə göndərilməsi istisna edilir. Belə ki, qanunvericilikdə bu qəbildən olan işlər üzrə hərracın keçirilməsinə məsul olan təşkilat borclunun faktiki yaşadığı ünvanı axtarıb tapmaq, habelə onun olduğu yeri müəyyən etmək və bildirişlərin borclunun faktiki ünvanına göndərmək, habelə onun özünü şəxsən tapıb, bildirişi şəxsən onun özünə təqdim etmək, hərrac barədə özündə məlumatları əks etdirən qəzetləri göndərmək öhdəliyi daşımır. Qanunverici hərrac təşkilatının üzərinə hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirmək, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərmək vəzifəsi qoymuşdur. Bununla belə, hərrac təşkilatı qeyd edilən şəxslərə təsdiq etmə üsulu ilə bildiriş göndərməklə və qəzetlərdə elanlar dərc etdirməklə üzərinə qoyulmuş bu öhdəliyi yerinə yetirmiş olur. Araşdırma zamanı da müəyyən edilmişdir ki, bütün bildirişlər iddiaçının pasport qeydiyyatında olduğu və ipoteka predmeti olan əmlakın ünvanı üzrə göndərilmişdir. Qanunverici hərracın keçirilməsinə dair bildirişin tərəflərə göndərilməsini, həmçinin müəyyən müddət daxilində göndərilməsini müəyyən etməklə, onsuz da ipoteka qoymaqla, məhrumiyyətə məruz qalmış ipoteka qoyana, o cümlədən hazırki iş üzrə iddiaçıya müəyyən müddət verməklə, məhz özü tərəfindən ipoteka predmetinin alınmasına şərait yaradır, başqa sözlə, bu şəxsə əlavə olaraq daha bir şans verilir. Hərraca çıxarılmış fərdi yaşayış evinin dəyəri təkrar hərracda az göstərilsə belə, iddiaçının həqiqətən də həmin fərdi yaşayış evini almaq niyyəti olsa idi, hərracda iştirak edə, eləcə də həmin fərdi yaşayış evini hərracdan ucuz qiymətə ala və sonradan baha qiymətə də sata bilərdi. Lakin iddiaçının hərracdan məlumatı olmasına baxmayaraq, əslində onun bu prosesləri süni surətdə uzatmağa cəhd etməsi hərracın keçirilməsinin nəticələrinə mane olmaq istəyinə dəlalət edirdi. Çünki hərrac təşkilatı mümkün olan bütün üsullarla - hər iki hərracın yeri və vaxtı barədə həm bildiriş göndərməklə, həm də kütləvi informasiya vasitəsində elan verməklə hərraca dəvət edilməli olan şəxsləri məlumatlandırmış hesab edilir. Hərracın nəticələrinin icra edilməsinə mane olan yuxarıda qeyd edilən hallar isə ipoteka saxlayanın da mənafeyinə zərər vurmaqla yanaşı, icra sənədinin uzun müddət ərzində tam icra olunmamasına səbəb olur. Göründüyü kimi, qanunverici ipoteka saxlayanın bildirişin çatdırılması vəzifəsini deyil, sifarişli poçt göndərişi (məktubu) ilə göndərməsini və göndərildikdən 5 gün sonra çatdırılmış hesab edildiyini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu normanın mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Beləliklə, məhkəmə hesab edir ki, daşınmaz əşyanın satılması ilə bağlı keçirilmiş hərraca dair bildirişlərin çatdırılmaması barədə iddiaçının dəlilləri öz təsdiqini tapmadığından, hərracın keçirilməsi ilə bağlı mövcud qanunvericilik normalarının və iddiaçının tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia rədd edildiyindən məhkəmə mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, Cavabdeh1, "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X12 1 Saylı Bakı Ərazi İdarəsi və "X14 Kredit Təşkilatı" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilsin. İMülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №e-2(005)-384/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-384/2024
26.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver