Məhkəmə qərarları › İş №e-2(005)-3924/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-3924/2025

22.12.2025 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-3924/2025 22.12.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Hüseynli Umuxanım Cavid qızının katibliyi, İddiaçı və nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “məcburi işburaxma müddəti üçün orta əmək haqqının ödənilməsinin gecikdirilməsinə görə ödəncin tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında məhkəmənin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “məcburi işburaxma müddəti üçün orta əmək haqqının ödənilməsinin gecikdirilməsinə görə ödəncin tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildiyinə görə hər gecikdirilmiş gün üçün 1 faiz olmaqla ödənc məbləğinin ödənilməsi, mediasiya xərci üçün ödədiyi 60 manat, 20 saylı vəkil bürosu ilə bağlanmış hüquqi yardım haqqında müqaviləyə görə 350 manat məbləğin cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, M.Şəhriyar adına 193 saylı tam orta məktəb üzrə 231 saylı Əmrdən çıxarışdan və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinə əsasən, 2021/2022-ci tədris ilinin 1-ci yarım ilində Bakı şəhəri 193 saylı tam orta məktəbdə sinif komplektinin sayının azaldılması nəticəsində ibtidai sinif müəllimi vəzifəsinin ixtisarı zərurəti ilə əlaqədar olaraq İddiaçı ilə bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə uyğun olaraq xx.xx.2021-ci il tarixdən ləğv edilmişdir. İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov rayonu M. Şəhriyar adına 193 saylı tam orta məktəbə qarşı işə bərpa, işburaxmaya görə əmək haqqının, vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi və pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, M. Şəhriyar adına 193 saylı tam orta məktəbin direktoru X1 imzaladığı 24 noyabr 2021-ci il tarixli, 231 nömrəli əmrinin ləğv edilib, işinə bərpa edilməklə qətnamə qanuni qüvvəsini alan günə kimi işburaxmaya görə əmək haqqının ödənilməsi; qanunsuz olaraq işdən çıxarılmaqla ötən dövr ərzində keçirdiyi əzab, iztirab və sarsıntı nəticəsində cavabdeh tərəfindən iddiaçıya vurulmuş mənəvi ziyana görə 20.000 manat mənəvi təzminatın alınaraq iddiaçıya ödənilməsi; İlkin mediasiya sessiyası üçün ödədiyi 55 manat və dövlət rüsumu kimi ödədiyi 150 manat, ümumilikdə isə 205 manat pul vəsaitinin cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, M. Şəhriyar adına 193 saylı tam orta məktəbin hesabından tutulub iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi 2(005)-1198/2022 nömrəli iş üzrə 27 aprel 2022-il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş və Bakı şəhəri Nərimanov rayonu M. Şəhriyar adına 193 saylı tam orta məktəbin 24 noyabr 2021-ci il tarixli, 231 nömrəli əmrin ləğv edilməsi, iddiaçının əvvəlki işinə bərpa edilməsi, onlara məcburi işburaxma müddəti üçün orta əmək haqqı ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin 2(005)-1198/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsinin qismən Bakı şəhəri, Nərimanov rayonu, M. Şəhriyar adına 193 saylı tam orta məktəbin 24 noyabr 2021-ci il tarixli, 231 nömrəli əmrinin ləğv edilməsini, İddiaçı əvvəlki işinə bərpa edilməsi, ona məcburi işburaxma müddəti üçün orta əmək haqqının ödənilməsinə dair hissəsinin ləğv edilərək, iddianın həmin hissəsinin də rədd edilməsi, qətnamənin iddianın rədd edilməsinə dair hissəsinin dəyişdirilmədən saxlanmasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5059/2022 saylı 24 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə cavabdehi apellyasiya şikayəti təmin edilməmişdir, birinci instansiya məhkəməsinin 2(005)-1198/2022 saylı işi üzrə 27 aprel 2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Qətnamədən cavabdeh kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki Kollegiyasının 28 fevral 2023ci il tarixli, 2(102)-949/2023 saylı qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilərək, apellyasiya məhkəməsinin 24 oktyabr 2022-ci il tarixli, 2(103)-5059/2022 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)- 3243/2023 nömrəli iş üzrə 25 dekabr 2023-ci il tarixli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin 27 aprel 2022-ci il tarixli, 2(005)-1198/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia tələbi qeyd olunan hissədə təmin edilmiş, Bakı şəhəri, Nərimanov rayonu, M. Şəhriyar adına 193 saylı tam orta məktəbin 24 noyabr 2021-ci il tarixli, 231 nömrəli əmrinin ləğv edilməsi, iddiaçının əvvəlki işinə bərpa edilməsi, ona məcburi işburaxma müddəti üçün orta əmək haqqı ödənilməsi qət edilmişdir. Cavabdeh kassasiya şikayəti verərək, apelyasiya instansiya məhkəməsinin 2(103)-3243/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv еdilərək, iddia tələbinin tamamilə rədd edilməsi barədə yеni qərar qəbuledilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1452/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3243/2023 nömrəli iş üzrə 25 dekabr 2023-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmənin nəzərinə çatdırır ki, qəbul edilmiş məhkəmə qərarına əsasən cavabdeh tərəfindən iddiaçıya məcburi işburaxma müddəti üçün orta əmək haqqı ödənilməsi qət edilmişdir. Yəni 2021-ci ildən 2024-cü ilin dekabr ayına qədər məcburi iş buraxmaya görə (3 il 16 gün) əmək haqqı almalı idi. Lakin ona 14 aylıq 9943 manat əmək haqqı ödənildi. Qalan məbləğ isə bu günə qədər ona ödənilməmişdir. İddiaçı və nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildiyə görə xx.xx.2021-ci il tarixdən (əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edildiyi tarixdən) hər gecikdirilmiş gün üçün 1 faiz olmaqla ödənc məbləğinin ödənilməsi, mediasiya xərci üçün ödədiyi 60 (altımış) manat, 20 saylı vəkil bürosu ilə bağlanmış hüquqi yardım haqqında müqaviləyə görə 350 manat məbləğin cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, M.Şəhriyar adına 193 saylı tam orta məktəbdən alınaraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddianı müdafiə edərək, izahatında göstərmişdir ki, 2021-ci ildən 2024-cü ilədək iddiaçıya cavabdehin təqsiri ucbatından əmək haqqı ödənilməmiş, məcburi işburaxmaya görə əmək haqqı məhkəmə qərarına əsasən tutulmuşdur. Hazırda isə iddiaçıya ödənilməli əmək haqqının gecikdirilməsinə görə 1 faiz məbləğində əmək haqqının cavabdehdən tutulmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və onun nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə, iş materiallarına əlavə olunmuş sənədlərin məhkəmə iclasında tədqiqi zamanı aşağıdakıları müəyyən etmişdir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-1452/2024 saylı xx.xx.2024-cü il tarixli qərarının surətindən görünür ki, Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3243/2023 nömrəli iş üzrə 25 dekabr 2023-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Qərardan həmçinin görünür ki, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3243/2023 nömrəli iş üzrə 25 dekabr 2023-ci il tarixli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin 27 aprel 2022-ci il tarixli, 2(005)-1198/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia tələbi qeyd olunan hissədə təmin edilmiş, Bakı şəhəri, Nərimanov rayonu, M. Şəhriyar adına 193 saylı tam orta məktəbin 24 noyabr 2021-ci il tarixli, 231 nömrəli əmrinin ləğv edilməsi, iddiaçının əvvəlki işinə bərpa edilməsi, ona məcburi işburaxma müddəti üçün orta əmək haqqı ödənilməsi qət edilmişdir. İş materiallarında olan Cavabdeh üzrə OU**********/e nömrəli xx.xx.2024-cü il tarixli məhkəmə qərarının icrası barədə əmrdən çıxarışın surətindən görünür ki, İddiaçı Qanoğlan qızı barədə məktəbin xx.xx.2021-ci il tarixli 231 nömrəli əmrinin ləğv edilməsi və ona məcburi iş buraxma üçün orta əmək haqqının ödənilməsi əmr edilmişdir. Əmrin verilməsinə əsas ARƏM-nin 47-ci maddəsinin “ğ” bəndi, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(102)-1452/2024 saylı qərarı, Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin xx.xx.2024-cüi il tarixli e226355/2024-15-12 nömrəli icra sənədi olmuşdur. İş materiallarında olan Cavabdeh əmək müqaviləsinə xitam verilməsi barədə OU**********/e nömrəli xx.xx.2024-cü il tarixli əmrinin surətindən görünür ki, “Yeni ad/Bakı şəhəri, Nərimanov rayonu 193 nömrali tam orta məktəb” bölməsində “İbtidai sinif müəllimi” vəzifəsində işləyən İddiaçı ilə bağlanılmış xxxxxxx000200 nömrəli əmək müqaviləsinə, “AR ƏM-nin 70. “e” - dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda” maddəsinə əsasən yuxarıda göstərilən səbəbdən xx.xx.2024-cü il tarixindən xitam verilməsi əmr edilmişdir. İş materiallarında olan 381 nömrəli xx.xx.2025-ci il tarixli ödəniş tapşırığının surətindən görünür ki, məhkəmə qərarına əsasən İddiaçı 9.943,76 manat əmək haqqı ödənilmişdir. Məhkəmə, iddianın əsaslarının təsdiqi kimi tərəflərin istinad etdikləri və sübut əhəmiyyətli hesab etdikləri hallar üzrə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilmısini tənzimləyən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsi müəyyən edir ki, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh müəllim vəzifəsində işləmiş, daha sonra işçilərin sayının ixtisarı əsası ilə əmək müqaviləsinə xitam verilmiş, bundan sonra iddiaçı pozulmuş hüquqlarının bərpası məqsədilə məhkəməyə iddia tələbi ilə müraciət etmişdir. Uzun çəkən məhkəmə mübahisələrinin sonunda Ali Məhkəmənin xx.xx.2024-cü il tarixli qərarı ilə qüvvədə saxlanılan Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3243/2023 nömrəli iş üzrə 25 dekabr 2023-ci il tarixli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin 27 aprel 2022-ci il tarixli, 2(005)-1198/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia tələbi qeyd olunan hissədə təmin edilmiş, Bakı şəhəri, Nərimanov rayonu, M. Şəhriyar adına 193 saylı tam orta məktəbin 24 noyabr 2021-ci il tarixli, 231 nömrəli əmrinin ləğv edilməsi, iddiaçının əvvəlki işinə bərpa edilməsi, ona məcburi işburaxma müddəti üçün orta əmək haqqı ödənilməsi qət edilmişdir. İddiaçı hazırda bildirir ki, məcburi iş buraxma dövrü üçün ona ödənilməli olan əmək haqqının bir hissəsi (9.943,76 manat) ona ödənilmişdir. Qalan hissəsi isə icra vasitəsilə tutulacaqdır. O, həmin hissəni hazırda mübahisələndirmir. İddiaçı hazırda yaşa görə əmək pensiyasına çıxmış və əmək müqaviləsinə xitam verilmişdir. İddiaçının hazırkı tələbi ondan ibarətdir ki, cavabdehin qanunsuz əmri nəticəsində işdən azad edildiyindən ona həmin müddət üçün əmək haqqı da ödənilməmişdir. Odur ki, məcburi iş buraxma dövrü üçün verilməli olan əmək haqqı cavabdehin təqsiri ucbatından verilmədiyi üçün həmin dövrə ödənilməli olan əmək haqqının hər gecikdirildiyi gün üçün 1 faiz məbləğində ödənc cavabdehdən onun xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir; 35-ci maddəsinə əsasən, hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 154.1-ci maddəsinə əsasən, əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. 157.1-ci maddəsinə əsasən, işçilərin əməyi vaxtamuzd, işəmuzd və əməyin ödənilməsinin digər sistemləri ilə ödənilir. Əməyin ödənilməsi işin fərdi və kollektiv nəticələrinə görə aparıla bilər. 157.3-cü maddəsinə əsasən, əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir. 172-ci maddəsinin 1-ci bəndinə əsasən, aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. 172-ci maddəsinin 5-ci bəndinə əsasən, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. Məhkəmə bildirir ki, iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından iddia tələbi əsassızdır. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Əvvəla qeyd olunan, yəni 2021-ci ildən 2024-cü ilin dekabr ayına kimi olan dövr iddiaçının məcburi işburaxma dövrü olub və yuxarıda qeyd olunan digər işdə məhkəmə aktlarına əsasən işə bərpa edildiyindən ona məhkəmə qətnaməsinin icra olunduğu günədək məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi qət edilmiş, həmin məbləğdən 9.943,76 manat ona ödənilmişdir. İddiaçının məhkəmə qətnaməsinə əsasən tutulan həmin məbləğin gecikdirilməsinə görə ən azı bir faiz ödənc tələb etməsi, əsassız olmaqla yanaşı Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin və Qeyd hissəsinin dispozisiya şərtlərinə uyğun olmamışdır. Çünki əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar işçiyə son haqq-hesab ödənilir və işəgötürənin əmək haqqı ödənilməsi ilə bağlı işçi qarşısında hər hansı bir öhdəliyi də qalmır. Azı bir faiz məbləğində ödənc isə işəgötürənin təqsiri üzündən verilməsi gecikdirilən əmək haqqına hesablanır. Məcburi işburaxma müddəti üçün ödənilməli olan əmək haqqı öhdəliyi isə işçinin vəzifəsinə bərpa edilməsi ilə əlaqədar yaranır. Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 11 aprel 2023-cü il tarixli qərarında göstərildi ki, əmək münasibətlərinin subyektlərin hüquq və mənafelərinin bərabərliyi prinsipi əsasında nizamlanmasını nəzərə alaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş “hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir” müddəası fərdi əmək mübahisəsinin yarandığı hala da şamil edilir. Qeyd olunan qərarda həmçinin göstərilib ki,... Göstərilən normada əlavə ödəncin verilməsi müəyyən edilməklə, işçinin Əmək Məcəlləsinin 9-cu maddəsinin “d” bəndində və 54-cü maddəsində təsbit edilən əmək haqqı hüququnun müdafiəsinə əlavə təminat verilmişdir. Göstərilən qayda işəgötürənin əmək haqqının vaxtında verilməsi məsələsində intizamlı olmağa məcbur etdiyi kimi, həm də işçinin pozulmuş hüququnun əvəzində kompensasiya mahiyyəti daşıyır. Əmək Məcəlləsinin 172-ci maddəsinin Qeyd hissəsinin 2-ci cümləsində əmək haqqının gecikdirilməsinin işəgötürənin təqsiri olmadan baş verdiyinin hansı hallar olduğu sadalanmışdır. Məhz həmin halların baş verməsi nəticəsində, işçilərin əmək haqqını vaxtında verməyə işəgötürənin özündən asılı olmayan səbəblərə görə imkanı olmaya bilər. Lakin bu halların baş verməsi sübutetmə tələb edir. Başqa sözlə, işəgötürən əmək haqqının gecikdirilməsinin onun təqsiri olmadan baş verdiyini sübut etməlidir. Çünki göstərilən halların həqiqətən baş verdiyini sübut etmək yükü onun üzərinə düşür. Konkret olaraq həmin hallara, yəni müştərisi olduğu bank tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq maliyyə vəsaitləri ilə bağlı əməliyyatların düzgün aparılmamasına, bankın müflisləşməsinə, həmçinin görülmüş işin və ya yerinə yetirilmiş xidmətin haqqının başqa işəgötürən tərəfindən ödənilməməsinə dair sübut təqdim edilməlidir. Məhz bu halların həqiqətən baş verməsi nəticəsində işçinin əmək haqqını vaxtında verməyə özündən asılı olmayan səbəblərə görə imkanı olub-olmaması barədə hüquqi dəyərləndirmə aparıla bilər. Lakin qeyd olunduğu kimi iddiaçıya məcburi işburaxma dövrü üçün məhkəmə qətnaməsinə əsasən əmək haqqı ödənilməsi qət edildiyindən, əlavə olaraq hər gecikdirilmiş gün üçün azı bir faiz məbləğində ödənc tələb edilə bilməzdi. Beləliklə, sadalanan qanunun normalarına əsasən məhkəmə hesab edir ki, qanunda işəgötürənin təqsiri üzündən əmək haqqının gecikdirilməsinə görə ödəncin verilməsi nəzərdə tutulsa da, məcburi işburaxma dövrü üçün məhkəmə qərarı ilə qət edilən əmək haqqına görə ödəncin hesablanması isə qanunda nəzərdə tutulmamışdır. Belə ki, qanunda əmək haqqının gecikdirilməsi dedikdə əslində işçinin işlədiyi dövr üzrə hesablanmış, lakin işəgötürənin təqsiri ucbatından müvafiq əmək haqqını ödəməməsi və yaxud gecikdirmə ilə ödəməsi nəzərdə tutulmuşdur ki, həmin halda işçiyə gecikdirilmənin hər gününə görə ən azı 1 faiz məbləğində ödənc verilməsi nəzərdə tutulmuşdur. Hazırkı halda isə iddiaçı məcburi işburaxma dövrü üçün ödənilməli olan əmək haqqının 1 faizi məbləğində ödəncin verilməsini xahiş etmişdir. Həmin hal isə Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində müəyyən olunan müddəanın dispozisiya şərtləri ilə uzlaşmamaqdadır. Beləliklə məhkəmə yuxarıda sadalananlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “məcburi işburaxma müddəti üçün orta əmək haqqının ödənilməsinin gecikdirilməsinə görə ödəncin tutulması” barədə iddiasının qanuni əsası tapılmadığından, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin mülki prosessual qanunvericiliyin tələbinə əsasən, hesab edir ki, iddiaçının tələbləri təmin edilmədiyindən, işə baxılması ilə bağlı çəkilmiş məhkəmə məsrəfləri iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “məcburi işburaxma müddəti üçün orta əmək haqqının ödənilməsinin gecikdirilməsinə görə ödəncin tutulması” tələbinə dair iddiası təmin edilməsin. Çəkilmiş məhkəmə xərcləri iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar