Məhkəmə qərarları › İş №e-2(005)-4125/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №e-2(005)-4125/2024

04.10.2024 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(005)-4125/2024 04.10.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, İddiaçı Cavabdeh ASC-yə qarşı əmək haqqı tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh ASC-yə qarşı əmək haqqı tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “Gesco" Açıq Səhmdar Cəmiyyətində işlədiyi müddətdə hər növbədə artıq işlədiyi iş saatına görə 1800 manat, gecə növbəsinə görə 480 manat, 24 ay müddətində əmək: kitabçasını vermədiyi üçün 8280 manat olmaqla cəmi 10560 manat, qeyd olunan məbləğin gecikdirilməsinə görə hər gün üçün İ faiz pulun 730 gün gecikdiyi üçün cəmi 77088 manat hesablanaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki İddiaçı oglu xx.xx.2022-cu il tarixdə Bakı Dövlət Peşə Təhsil Mərkəzi tərəfindən sifariş verdiyi Cavabdeh Açıq Səhmdar Cəmiyyəti ilə əmək müqaviləsi bağlayaraq mühafizəçi vəzifəsinə qəbul olunmuş və aylıq əmək haqqı da 300 manat miqdarında müəyyən edilib. xx.xx.2023-cü il tarixdə əmək müqaviləsinin müddəti bitməsi ilə əlaqədar onunla bağlanmış əmək müqaviləsinə xitam verilib. Qeyd olunan müqaviləyə xitam verilməsindən 24 aya yaxın vaxt keçməsinə baxmayaraq cavabdeh orqan onun əmək kitabçasını ona qaytarmayıb. Bundan əlavə onunla bağlanmış əmək müqaviləsinin şərtlərinə, eyni zamanda da qanunvericiliyin tələbinə görə onun iş saatı 8 saatdan artıq olmamalı, eyni zamanda da gecə növbəsində olan işçilərə qısaldılmış iş rejimi tətbiq edilməli idi, lakin bunun əksinə olaraq cavabdeh orqan onu işlədiyi müddətdə hər növbədə 4 saat artıq işlədib. Belə ki, bir ayda 20 dəfə o növbədə olur bağlanmış müqavilə üzrə 6 ay işləmiş, cavabdeh onu hər ay 80 saat artıq işlədib və həmin artıq iş saatına görə də 1800 manat pul ödənilməlidir. Eyni zamanda da gecə növbəsinə görə ona əlavə 480 manat, 24 aydır əmək kitabçası vermədiyi üçün 8280 manat olmaqla cavabdeh orqan hazırda ona 10560 manat pul ödəməlidir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından, ərizənin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, iş materiallarından olan qətnamədən çıxarışdan görünür ki, İddiaçı Cavabdeh ASC-yə qarşı Cavabdeh ASC-nin xx.xx.2022-ci il tarixdən bugünə qədər ona ödəmədikləri gecə növbəsinin və artıq iş saatlarının pulunu, cəmi 7036 manat məbləğ və Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci bəndinə əsasən ümumilikdə 32717 manat pul ödənilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Aydın olur ki, iddiaçının hazırki iddia tələbinə məhkəmədə baxılmış, mahiyyəti üzrə qətnamə qəbul edilmişdir. Qətnamə 25 sentyabr 2024-cü il tarixdə qəbul edilmiş, hazırda qanuni qüvvəyə minməmişdir. İddiaçının həmin qətnamədən apellyasiya şikayəti vermək hüququ olduğu halda, eyni iddia tələbi ilə yenidən məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin: 153.2.4-cü maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş olars hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir:: 153.4-cü maddəsinə görə ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. 153.5-cü maddəsinə görə ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. 153.6-cü maddəsinə görə iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. QƏRARA ALDİ İddiaçı Cavabdeh ASC-yə qarşı əmək haqqı tələbinə dair iddia ərizəsinin icraata qəbulundan imtina edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış kabinet vasitəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar