Məhkəmə qərarları › İş №e-2(005)-4129/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-4129/2021

16.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-4129/2021 16.09.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclasının katibi İbrahimova Ramilə Namiq qızının katibliyi İddiaçı nümayəndəsi və vəkili-X7 oglunun Cavabdeh X8 Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Hərrac Mərkəzi Cavabdeh2-yə və X8 Cavabdeh1 ASC-yə qarşı “hərracın, mülkiyyətə keçmənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Hərrac Mərkəzi Cavabdeh2-yə və X8 Cavabdeh1 ASC-yə qarşı “hərracın, mülkiyyətə keçmənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən cMYAK-A markalı (model MG-350 AJA 16 E34G41845) nömrəli minik avtomobilinin 23 aprel 2021-ci il tarixli, №31/15»” saylı protokola görə cavabdeh "xxxx" MMC tərəfindən cavabdeh X8 “DəmirBank“ ASC-yə 9000 (doqquz min) manat məbləğində qiymətləndirilərək, təkrar hərracdakı satış qiyməti 7650 (yeddi min altı yüz əlli) manata salınaraq sonradan “İpoteka Haqqqında“ Azərbaycan Respublikası qanununun 43.7-ci maddəsinə əsasən 25% aşağı olan qiyməti ilə 5737.5 (beş min yeddi yüz otuz yeddi) manata satılmasına dair protokolun və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh, X8 Dəmir Bank ASC-nin Binəqədi filialı ilə İddiaçı arasında 27.09.2011-ci ildə bağlanan müqaviləyə görə “kreditor” “borc” alana MYAK-A markalı (model MG-350 AJA 16 E34G41845 motorunun nömrəsi) minik avtomobilinin alınması üçün 14989 (on dörd min doqquz yüz səksən doqquz) ABŞ dolları vermişdir. Kredit müqaviləsinin 2.4-cü bəndinə görə kredit 36 (otuz altı) ay müdətinə verilib. Kredit müqaviləsindən başqa cavabdeh Dəmir Bank ASC-nin Binəqədi filialı ilə İddiaçı arasında 27.09.2011-ci il tarixdə fiziki şəxsin cari hesabı müqaviləsi bağlanmışdır. Eyni zamanda cavabdeh Dəmir Bank ASC-nin Binəqədi filialı ilə iddiaçı X5 arasında zaminlik müqaviləsi bağlanmışdır. Bundan başqa cavabdeh Dəmir Bank ASC-nin Binəqədi filialı ilə İddiaçı arasında 27.09.2011-ci ildə bağlanan müqaviləyə uyğun olaraq MYAK-A markalı (model MG-350 AJA 16 E34G41845 motorunun nömrəsi) minik avtomobili ipoteka ilə yüklü edilmişdir. İddiaçı cavabdehə kredit müqaviləsinə uyğun olaraq 12.11.2012-ci il tarixdə 500; 29.05.2012-ci ildə 760,; 28.01.2013-cü ildə 550,; 27.11.2011-ci ildə 500,; 27.03.2012-ci ildə 550,; 28.02.2012- ci ildə 550,; 10.08.2012-ci ildə 750,; 27.01.2012-ci ildə 580,; 15.11.2012-ci ildə 200 ABŞ dolları cəmi 5040 (beş min qırx) ABŞ dolları məbləğində pul vermişdir. Bundan başqa cavabdeh Dəmir Bank ASC-nin əməkdaşları 21 sentiyabr 2012-ci il tarixdə İddiaçı məxsus ipoteka ilə yüklü edilən avtomobili ondan almışlar. 2017ci ildə Dəmir Bank ASC Xəzər rayon məhkəməsinə müraciət edərək cavabdehlər İddiaçıdan və X2 birgə qaydada 9203,81 ABŞ dolları məbləğində əsas borcun 9015 ABŞ dolları məbləğində faiz borcunun, 2208,91 ABŞ dolları məbləğində cərimənin, cəmi 20427,72 ABŞ dollar məbləğində borcun və 30 manat dövlət rüsumunun Dəmir Bank ASC -nin xerinə tutulmasını, tutmanın cavabdeh İddiaçı məxsus ipoteka ilə yüklü edilmiş MYAK-A markalı (model MG-350 AJA 16 E34G41845 motorunun nömrəsi) minik avtomobilinə yönəldilməsi, avtomobilin açıq hərracda satılması, satışdan əldə olunan vəsaitin kreditin ödənilməsinə qalan borcun cavabdehlərdən ümumi qaydada tutulmasına dair iddia ərizəsi vermişdir. Bakı Apellyasiya məhkəməsinin mülki kollegiyasının 23 yanvar 2020-ci il tarixli 2(103)-120/20 saylı icra vərəqəsinə görə “ DəmirBank “ ASC-nin xeyrinə 9203 ,81 ABŞ dolları tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş MYAK-A markalı (model MG-350 AJA 16 E34G41845 motorunun nömrəs)i minik avtomobilinə yönəldilmişdir. İcra vərəqəsinə əsasən keçirilmiş hərrac nəticəsində MYAK-A markalı (model MG-350 AJA 16 E34G41845) nömrəl, minik avtomobilinin "xxxx" MMC tərəfindən tərtib edilmiş 23 aprel 2021-ci il tarixli, №31/15» saylı protokola görə cavabdeh X8 “DəmirBank“ ASC-yə 9000 (doqquz min) manat məbləğində qiymətləndirilərək, təkrar hərracdakı satış qiyməti 7650 (yeddi min altı yüz əlli) manata salınaraq sonradan “İpoteka Haqqqında“ Azərbaycan Respublikası qanununun 43.7-ci maddəsinə əsasən 25% aşağı olan qiyməti ilə 5737.5 (beş min yeddi yüz otuz yeddi) manata satılmasına dair alqı-satqı müqaviləsi bağlanmış və protokol tərtib edilərək imzalanmışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili X4 iddinı müdafiə edərək onun təmin olunmasını xahiş etmişdir.. Cavabdeh Ləğv etmə prosesində olan Cavabdeh1 ASC-nin nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək hərracın qanuni əsaslarla keçirildiyini, əmlakın hazırda bankın mülkiyyətində olduğunu qeyd edərək, iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə digər cavabdeh Hərrac Mərkəzi Cavabdeh2-yə məlumat verilsə də, cavabdehin nümayəndəsi heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdeh Hərrac Mərkəzi Cavabdeh2-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi rədd edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Bakı Apellyasiya Məhkəməsinin 23 yanvar 2020-ci il tarixli İcra vərəqəsinin surətindən görünür ki, iddiaçı Cavabdeh1 ASC-nin xeyrinə tutulmuş 9203,81 ABŞ dolları məbləğində əsas borc 100 ABŞ dolları məbləğində cərimə məbləğinin və 30 manat dövlət rüsumunun ipoteka ilə yüklü edilmiş və İddiaçı mülkiyyətində olan 2011-ci il buraxılışlı “MG 350” minik markalı avtomobilə yönəldilməsi və həmin avtomobilin ilkin satış qiymətinin 9000 (doqquz min) manat olmaqla açıq hərracdan satılması və satışdan əldə olunan pul vəsaitinin Cavabdeh1 ASC-yə olan borcun qaytarılmasına yönəldilməsi müəyyən edilmişdir; Bakı şəhər Xəzər rayon İcra Şöbəsinin 04.02.2021-ci il tarixli 6/5A saylı məktubunun surətindən və məzmunundan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 23.01.2020-ci il tarixli 2(103)-120/2020 nömrəli icra vərəqəsi və digər sənədlər hərracın keçirilməsi üçün Hərrac Mərkəzi Cavabdeh2-yə göndərilmişdir. Cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyətinin açıq hərracın keçirilməsinə dair 09.02.2021-ci il tarixli 02 nömrəli bildirişinun surətindən görünür ki, “MG 350” markalı ** MH *** dövlət qeydiyyat nişanlı avtomobilə dair açıq auksion formasında hərracın keçirilməsi 05 mart 2021-ci il tarixə saat 11:00-17:00-dək (növbəlilik əsasında) təyin edilmişdir; Cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyətinin açıq hərracın keçirilməsinə dair 10.03.2021-ci il tarixli 02 nömrəli bildirişinin surətindən görünür ki, “MG 350” markalı ** MH *** dövlət qeydiyyat nişanlı avtomobilə dair açıq auksion formasında hərracın keçirilməsi 29 mart 2021-ci il tarixə saat 11:00-17:00-dək (növbəlilik əsasında) təyin edilmişdir; İş materiallarında olan ƏİV seriyalı 184149 saylı və ƏİV seriyalı 196989 saylı göndəriş qəbzlərinin surətindən görünür ki, hərracın keçirilməsinə dair bildirişlər İddiaçı yaşadığı ünvana göndərilməklə iddiaçı lazımi qaydada xəbərdar edilmişdir. Cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyətinin 23.04.2021-ci il tarixli hərracın yekunları barədə 31/15 nömrəli protokolunun surətindən və məzmunundan görünür ki, İddiaçı məxsus “MG 350” markalı **-MH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilkin satış qiyməti 9000 manat qiymətə alınmadığından, 15% aşağı qiymətə 7650 manat qiymətə təkrar hərraca çıxarılmış, təkrar hərracdakı satış qiymətindən 25% aşağı qiymətə-5737,5 manat olmaqla “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə əsasən ipoteka saxlayan LPO Cavabdeh1 ASC tərəfindən əldə edilmişdir; “Birja yenilikləri” qəzetinin 09 fevral 2021-ci il tarixli 235 nömrəli və 30 mart 2021-ci il tarixli 241 saylı buraxılışlarının müvafiq qaydada təsdiq edilmiş surətlərindən görünür ki, İddiaçı məxsus “MG 350” markalı avtomobilin hərracı və təkrar hərracı barədə elanlar dərc edilmişdir; Mövcud hüquq münasibətləri ipoteka predmetinə tutmanın yönəldilməsi ilə bağlı yaranan mülki münasibətlər olduğundan məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin və “İpoteka haqqında” Qanunun normalarını əlaqəli şəkildə təhlil edərək mülki iş üzrə hüquqi nəticəyə gəlir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 34.1-ci maddəsinə görə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. 39.2-ci maddəsinə görə ipoteka saxlayan tutmanın yönəldilməsinə dair bildirişin bu Qanunun 36.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə verilməsi barədə məhkəməyə sübut təqdim etməlidir; 41.1-ci maddəsinə əsasən ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər; 41.2, 41.3, 41.4 və 41.5-ci maddələrinə əsasən, Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üsulu və satışı həyata keçirməli olan şəxs tərəflərin razılığı ilə müəyyən olunur. Razılığa əsasən ipoteka predmeti hərracda satıldıqda ipoteka saxlayan və ya ipoteka qoyan hərracın təşkilatçısına sifarişi verə bilərlər. Hərrac açıq auksion formasında keçirilir; 42.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 (beş) iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 (iyirmi) təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 (otuz) təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 (üç) faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 (beş) faizi məbləğində beh ödəməlidir; 44-cü maddəsinə əsasən “İpoteka haqqında” Qanunun müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur; 53.1-ci maddəsinin tələbinə görə üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır; 53.2-ci maddəsinin tələbinə görə borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır; 53.3-cü maddəsinin tələbinə görə əmlak satılmadıqda həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana qaytarılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.1-ci maddəsinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur; 317.1-ci maddəsinə görə borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər; 319.1-ci maddəsinə görə əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır; 416-cı maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyətinin açıq hərracın keçirilməsinə dair bildirişləri ilə 2011-ci il buraxılışlı “MG 350” markalı avtomobilin açıq auksion formasında satışa çixarılmasına dair keçiriləcək ilkin və təkrar hərracın vaxtı və yeri barədə iddiaçı lazımi qaydada məlumatlandırılmışdır. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, İddiaçı hazırkı iddiası əsassızdır, iddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim edə bilməmiş, mövcud sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz hüquqi təsdiqini tapmamışdır. Qeyd edilənlər baxımından iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdehlər Hərrac Mərkəzi Cavabdeh2-yə və X8 Cavabdeh1 ASC-yə qarşı “hərracın, mülkiyyətə keçmənin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin olunmasın. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən tərəfə rəsmi təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar