Məhkəmə qərarları › İş №e-2(005)-4146/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №e-2(005)-4146/2022

30.11.2022 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(005)-4146/2022 30.11.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı « əmək haqqının, mükafat pulunun və ezamiyyət xərclərinin ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Nərimanov Rayon Məhkəməsinin inzibatı binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “əmək haqqının, mükafat pulunun və ezamiyyət xərclərinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" Açıq Səhmdar Cəmiyyətindən əmək haqqı, mükafat pulu və ezamiyyət xərcləri üçün 39058 (otuz doqquz min əlli səkkiz) manat və ödənişin gecikdirilməsinə görə 71044 (yetmiş bir min qırx dörd) manat, olmaqla cəmi 110102 (yüz on min yüz iki) manat vəsait tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 məhkəməyə tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli Barışıq Sazişi təqdim edərək, icraatdakı e- 2(005)-4146/2022 nömrəli mülki işlə bağlı barışıq sazişinin təsdiq edilməsinə və iş üzrə icraata xitam verilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddaçının nümayəndəsi və vəkili Vəkil barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını və iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 52.3-cü maddəsinə əsasən tərəflər işi barışıq sazişi bağlamaqla qurtara bilərlər. Barışıq sazişi aşağıdakı şərtlərlə bağlanmışdır: Bundan sonra birlikdə ‘‘Tərəflər" adlandırılacaq, İddiaçı (bundan sonra "Birinci tərəf” adlandırılacaq ) və cavabdeh "xxxx" ASC (bundan sonra “İkinci tərər adlandırılacaq) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə və qüvvədə olan digər normativ hüquqi aktlara uyğun olaraq aşağıdakılar haqqında barışıq sazişi bağlayırlar: 1 .Preambula İddiaçı cavabdeh "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-yə qarşı “əmək haqqı tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.Sazişin predmeti 2.1 Tərəflər sözü gedən mülki işlə əlaqədar mübahisəni barışıqla həll etmək məqsədi ilə barışıq sazişi bağlayırlar. 2.2 Bu sazişə uyğun olaraq Birinci tərəf İddiaçı ikinci tərəf “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC-yə qarşı iddia tələbindən imtina edir. 2.3 "xxxx" ASC İddiaçı son haqq-hesabı olan 48106.45 (qırx səkkiz min yüz altı manat qırx beş qəpik) manatı hər ay 5000 manat olmaqla hiss-hissə ödəməyi öhdəsinə götürür. Ödənişlər hər ayın 20-nə qədər aparılacaqdır. 2.4. Hər iki tərəf mülki işin icraatına xitam verilməsi və barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəni imzalayaraq müvafiq məhkəməyə təqdim etməyi öhdəsinə götürür.

3. Öhdəliklərin icrası 3.1. Bu sazişin müddəalarının pozulmasına görə mübahisə yaranarsa, barışıq sazişinin icrasını təmin etmək üçün məhkəmə icra vərəqəsi verməklə icra tədbirləri görülməsi üçün icra şöbəsinə göndəriləcəkdir.

4. Digər müddəalar 4.1 Bu saziş, tərəflər onu imzaladığı gündən qüvvəyə minir. 4.2 Bu saziş 3 (üç) nüsxədən tərtib edilir. Onlardan hər biri müvafiq olaraq tərəflərdə və məhkəmədə saxlanılır. Azərbaycan Respublikası MPM-nin 52.4-cü maddəsinə əsasən məhkəmə prosesin istənilən mərhələsində tərəfləri iddia üzrə və ya onun bir hissəsi üzrə barışdırmağa kömək etməlidir. Məhkəmə hesab edir ki, tərəflərin barışıq sazişi qanunauyğun olduğundan və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından təsdiq edilməlidir. Məhkəmə iclasında, tərəflərə barışıq sazişini təsdiq edənə qədər müvafiq prosessual hərəkətlərin nəticələri izah edilmiş, tərəflərin barışıq sazişinin şərtləri məhkəmə iclasının protokoluna yazılmış və protokol müvafiq surətdə iddiaçı və cavabdeh tərəfindən imzalanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Beləliklə yuxarıda göstərilən maddi hüquq normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 52, 191, 261.0.5, 262-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı « əmək haqqının, mükafat pulunun və ezamiyyət xərclərinin ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə tərəfər arasında xx.xx.2022-ci il tarixdə bağlanmış barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin: Bundan sonra birlikdə ‘‘Tərəflər" adlandırılacaq, İddiaçı (bundan sonra "Birinci tərəf” adlandırılacaq ) və cavabdeh "xxxx" ASC (bundan sonra “İkinci tərəf” adlandırılacaq) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə və qüvvədə olan digər normativ hüquqi aktlara uyğun olaraq aşağıdakılar haqqında barışıq sazişi bağlayırlar: 1 .Preambula İddiaçı cavabdeh "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-yə qarşı “əmək haqqı tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.Sazişin predmeti 2.1 Tərəflər sözü gedən mülki işlə əlaqədar mübahisəni barışıqla həll etmək məqsədi ilə barışıq sazişi bağlayırlar. 2.2 Bu sazişə uyğun olaraq Birinci tərəf İddiaçı ikinci tərəf “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC-yə qarşı iddia tələbindən imtina edir. 2.3 "xxxx" ASC İddiaçı son haqq-hesabı olan 48106.45 (qırx səkkiz min yüz altı manat qırx beş qəpik) manatı hər ay 5000 manat olmaqla hiss-hissə ödəməyi öhdəsinə götürür. Ödənişlər hər ayın 20-nə qədər aparılacaqdır. 2.4. Hər iki tərəf mülki işin icraatına xitam verilməsi və barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəni imzalayaraq müvafiq məhkəməyə təqdim etməyi öhdəsinə götürür.

3. Öhdəliklərin icrası 3.1. Bu sazişin müddəalarının pozulmasına görə mübahisə yaranarsa, barışıq sazişinin icrasını təmin etmək üçün məhkəmə icra vərəqəsi verməklə icra tədbirləri görülməsi üçün icra şöbəsinə göndəriləcəkdir. 4.Digər müddəalar 4.1 Bu saziş, tərəflər onu imzaladığı gündən qüvvəyə minir. 4.2 Bu saziş 3 (üç) nüsxədən tərtib edilir. Onlardan hər biri müvafiq olaraq tərəflərdə və məhkəmədə saxlanılır. İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı « əmək haqqının, mükafat pulunun və ezamiyyət xərclərinin ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki iş üzrə icraata xitam verilsin. Tərəflərə izah olunsun ki, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar