Məhkəmə qərarları › İş №e-2(005)-4422/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-4422/2025

20.11.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-4422/2025 20.11.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Hüseynli Umuxanım Cavid qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Ağazadə-X1, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı aliment məbləğinin dəyişdirilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı aliment məbləğinin dəyişdirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 ilə nikahından dünyaya gəlmiş xx.xx.2024-cü il təvəllüdlü Əli-X22 və xx.xx.2022-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün, eləcə də Cavabdeh1 ümumi övladı olan xx.xx.2015-ci il təvəllüdlü Əli-zadə Rauf İbad oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün onun əmək haqqısının və digər gəlirlərinin hər bir uşaq üçün ayrılıqda 1/6 hissəsi miqdarında alimentin (ümumilikdə 3 uşaq üçün əmək haqqının və digər gəlirlərinin yarısını keçməmək şərti ilə) tutularaq cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, vaxtikən cavabdeh X9 ilə nikaha daxil olmuş və həmin nikahdan xx.xx.2015-ci il təvəllüdlü Əli-zadə Rauf İbad oğlu dünyaya gəlmişdir. Daha sonra tərəflərin nikahı məhkəmə qaydasında pozulmuşdur. Yasamal Rayon Məhkəməsinin 2(004)-541/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən xx.xx.2015-ci il təvəllüdlü Əli-zadə Rauf İbad oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan hər ay qazancının ¼ hissəsi miqdarında alimentin tutularaq X7 ödənilməsi qət edilmişdir. Daha sonra digər Cavabdeh2 ilə xx.xx.2021-ci il tarixdə nikah bağlanmışdır. Həmin nikahdan xx.xx.2022-ci il təvəllüdlü Əli-X17 və xx.xx.2024-cü il təvəllüdlü Əli-X22 dünyaya gəlmişdir. Nərimanov Rayon Məhkəməsinin 2(005)-1100/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə xx.xx.2022-ci il təvəllüdlü X13 və xx.xx.2024-cü il təvəllüdlü Əli-X22nın yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdeh X3 xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay qazancının və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında alimentin tutularaq Cavabdeh2 ödənilməsi, onların üç yaşı tamam olanadək xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay hər uşağa görə 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində alimentin ondan tutularaq Cavabdeh2 ödənilməsi, xx.xx.2022ci il təvəllüdlü Əli-X17nun müalicə xərcləri üçün yetkinlik yaşına çatanadək hər ay 300 manat məbləğində pulun ondan tutularaq Cavabdeh2 ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(103)-3632/2025 saylı qətnaməsi ilə Cavabdeh2 apellyasiya şikayəti təmin edilmiş, alimentin miqdarı hissəsində dəyişdirilərək xx.xx.2022-ci il təvəllüdlü Əli-X17 və xx.xx.2024-cü il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay qazancının və digər gəlirlərinin 1/3 hissəsi miqdarında aliment tutularaq X2 ödənilməsi qət edilmişdir. İstinad edilən məhkəmə aktlarının nəticəsi olaraq, hər iki nikahdan dünyaya gələn 3 uşağın saxlanması üçün ümumi aliment məbləğləri əmək haqqının yarısından çoxunu təşkil etməklə (sadə riyazi hesablama ilə: 1/4 + 1/3 = 7/12) maddi vəziyyətini olduqca çətinləşdirməklə yanaşı, uşaqlarının saxlanma xərclərinin qeyri-bərabər paylanmasına səbəb olmuşdur. Belə bir paylanma həm maddi vəziyyətini çətinləşdirir, həm də uşaqların ehtiyaclarının ədalətli şəkildə ödənilməsi prinsipini pozur. Hər bir uşağa görə ödənilən aliment məbləğinin yenidən nəzərdən keçirilməsi və ədalətli paylanmasını təmin etmək məqsədilə mübahisənin məhkəmə qaydasında həll olunması zərurəti yaranmışdır. Bundan başqa aylıq olaraq 1108 manat məbləğində istehlak krediti üzrə öhdəliyi mövcuddur. Hazırda əmək haqqısından çıxılan aliment ödənişləri ilə birlikdə bu öhdəliklər onun şəxsi yaşayışını təmin etməkdə ciddi çətinliklər yaradır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Ağazadə-X4 iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 bildirdi ki, iddiaçı ilə Cavabdeh2 nikahlarından olan uşaqlara görə İddiaçı hər ay qazancının və digər gəlirlərinin 1/3 hissəsi miqdarında aliment təyin edilmişdir. Hazırki iddia tələbində də, tələb olunan aliment faktiki olaraq dəyişmədiyindən, iddiaya etiraz etmədiyini qeyd etdi. Digər cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü hesab edilməsinə dair sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə tərəflərin nümayəndəsi və vəkillərinin izahatlarını dinləyib, təqdim edilən sübutları tədqiq edib, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan: Yasamal Rayon Məhkəməsinin 2(004)-541/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, xx.xx.2015-ci il təvəllüdlü Əli-zadə Rauf İbad oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı hər ay qazancının ¼ hissəsi miqdarında alimentin tutularaq X7 ödənilməsi qət edilmişdir; Nərimanov Rayon Məhkəməsinin 2(005)-1100/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən görünür ki, xx.xx.2022-ci il təvəllüdlü X13 və xx.xx.2024-cü il təvəllüdlü Əli- X22nın yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdeh X3 xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay qazancının və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında alimentin tutularaq Cavabdeh2 ödənilməsi, uşaqların üç yaşı tamam olanadək xx.xx.2024cü il tarixdən başlayaraq hər ay hər uşağa görə 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində alimentin İddiaçı tutularaq Cavabdeh2 ödənilməsi, xx.xx.2022-ci il təvəllüdlü Əli-X17nun müalicə xərcləri üçün yetkinlik yaşına çatanadək hər ay 300 manat məbləğində pulun İddiaçı tutularaq Cavabdeh2 ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(103)-3632/2025 saylı qətnaməsindən görünür ki, Cavabdeh2 apellyasiya şikayəti təmin edilmiş, Nərimanov Rayon Məhkəməsinin 2(005)-1100/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi alimentin miqdarı hissəsində dəyişdirilərək, xx.xx.2022-ci il təvəllüdlü Əli-X17 və xx.xx.2024-cü il təvəllüdlü Əli-X22nın yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdeh X3 xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında aliment tutularaq iddiaçı Cavabdeh2 ödənilməsi qət edilmişdir. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh2 və Cavabdeh1 xx.xx.2025-ci il tarixdə keçirilmiş ilkin mediasiya sessiyasında iştirak etməmişlər; “AZEMİS” Elekton Məhkəmə Sistemindən görünür ki, X11 “X25 Engineering Company” MMC-də rəis vəzifəsində işləyir və əmək haqqısı 11033,47 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. İddiaçının cavabdehlər ilə müxtəlif vaxtlarda birgə nikahda olması, bu nikahlardan 3 övladının doğulması, tərəflərin ailə münasibətləri baş tutmadığından, aralarındakı nikahların pozulması, uşaqların cavabdehlərin yanında saxlanılmasını və uşaqların saxlanılması üçün iddiaçıdan cavabdehlərin xeyrinə alimentin tutulmasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. İşin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, Yasamal Rayon Məhkəməsinin 2(004)-541/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə xx.xx.2015-ci il təvəllüdlü Əli-zadə Rauf İbad oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı hər ay qazancının ¼ hissəsi miqdarında alimentin tutularaq X7 ödənilməsi və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(103)-3632/2025 saylı qətnaməsi ilə xx.xx.2022-ci il təvəllüdlü Əli-X17 və xx.xx.2024-cü il təvəllüdlü Əli-X22nın yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdeh X3 xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında aliment tutularaq iddiaçı Cavabdeh2 ödənilməsi qət edilmişdir. Hazırda iddiaçı hər iki nikahdan olan uşaqlar üçün müəyyən edilmiş alimentlərin məbləğlərinin qeyri-bərabər olduğunu, onun əmək haqqısının yarısından çox etdiyini və bununlada maddi vəziyyətinin pisləşdiyini bildirərək, müəyyən edilmiş aliment məbləğinin dəyişdirilməsini xahiş edir. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17.2-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşaqların barəsində bərabər hüquq və vəzifələri vardır. Uşaq qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi hüquqlarının təmin etdirilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 22.2.2-ci maddəsinə əsasən məhkəmə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Həmin Məcəllənin 76.1.3-cü maddəsinə görə aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 3 və daha çox uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin yarısı hissəsi miqdarında aliment tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. İddia tələbinin qanuni əsası kimi çıxış edə biləcək yuxarıda qeyd olunan normanın mənasından göründüyü kimi alimentin miqdarının dəyişdirilməsi məsələsi o halda həll oluna bilər ki, alimentin məbləği müəyyən ediləndən sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olsun. Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilmişdir ki, ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurub-qurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olubolmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının 8.3-cü maddəsində qeyd edilir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarının 8.7-ci bəndinə əsasan alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. 8.8-ci bəndinə əsasən aliment tələbinə dair işlərə baxılarkən aliment ödəməli şəxsin başqa uşağa görə aliment ödədiyi müəyyən edilərsə, yeni məhkəmə qərarının həmin alimentin məbləğinin aşağı düşməsinə səbəb ola biləcəyi və bununlada onun maraqlarına toxunduğu nəzərə alınaraq xeyrinə aliment ödənilən şəxs işdə iştirak etməyə cəlb olunmalıdır. 8.13-cü bəndinə əsasan alimentin miqdarının dəyişdirilməsi barədə qətnamə qəbul edilərkən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydaya əməl edilməli olduğu nəzərə alınmalıdır. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. 8.14-cü bəndinə əsasan məhkəmənin müəyyən etdiyi alimentin miqdarı azaldılarkən və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı azaldılmış alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Göründüyü kimi, aliment təyin edilməsinə dair qətnamələrdən fərqli olaraq, alimentin miqdarının dəyişdirilməsi (artırılarkən və ya azaldılarkən) barədə qətnamələrin ümumi qaydada icra edilməsi, yəni qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilməli olması müəyyən edilmişdir. Ailə qanunvericiliyinin müddəaları təyin olunmuş aliment miqdarının tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilmə imkanını təsbit edir. Mövcud iş üzrə qiymətləndirmə apararkən diqqət yetirilməli olan əsas faktor iddiaçının və uşaqların maddi vəziyyyətidir. Məhkəmə qeyd edir ki, iddiaçıdan Cavabdeh2 ilə nikahından dünyaya gəlmiş xx.xx.2024-cü il təvəllüdlü Əli-X22 və xx.xx.2022-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında aliment və Cavabdeh1 ilə nikahından dünyaya gəlmiş xx.xx.2015-ci il təvəllüdlü Əli-zadə Rauf İbad oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün qazancının və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında aliment tutulmuşdur. Lakin təyin edilmiş alimentlər ümumilikdə iddiaçının əmək haqqısını yarısından çox təşkil edir və ayrı-ayrı nikahdan olan uşaqlar üçün müəyyən edilmiş aliment qeyri-bərabərdir. Belə ki, iddiaçının əmək haqqısı 11033,47 manat olduğu halda xx.xx.2015-ci il təvəllüdlü Əli-zadə Rauf İbad oğlu üçün ödənilən ¼ hissədə aliment 2758 manat, xx.xx.2024-cü il təvəllüdlü Əli-X22 və xx.xx.2022-ci il təvəllüdlü X13 üçün ödənilən 1/3 hissədə aliment isə ümulilikdə hər iki uşağa 3677 manat (hər biri üçün isə 1838,5 manat) təşkil edir. Həmçinin qeyd edilən alimentlər cəmdə iddiaçının əmək haqqısının yarısından çox məbləğ təşkil edir. Bu isə öz növbəsində iddiaçının və uşaqların mənafeyinə ziddir. Halbuki iddiaçının nəzərdə tutduğu hər uşağ üçün qazancının və başqa gəlirlərinin 1/6 hissəsi miqdarında aliment uşaqların saxlanılması üçün minimum dolanacaq xərclərini qarşılayaraq, həm uşağın maddi ehtiyaclarını ödəyir, həm də iddiaçının öz yaşayışının təmininə şərait yaratmaqla məhkəmə aktlarının icrasını mümkün edir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutları və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Yasamal Rayon Məhkəməsinin 2(004)-541/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı X5 xeyrinə tutulan alimentin və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(103)- 3632/2025 saylı qətnaməsi ilə X3 Cavabdeh2 xeyrinə tutulan alimentin miqdarı dəyişdirilməli, xx.xx.2024-cü il təvəllüdlü Əli-X22, xx.xx.2022-ci il təvəllüdlü X13 və xx.xx.2015-ci il təvəllüdlü Əli-zadə Rauf İbad oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün İddiaçı qazancının və başqa gəlirlərinin 1/6 hissəsi miqdarında aliment tutulmalıdır. Dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırda ödənilmiş dövlət rüsumuna dair tələb olmadığından, dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-541/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı X5 xeyrinə tutulan alimentin miqdarı dəyişdirilsin. xx.xx.2015-ci il təvəllüdlü Əli-zadə Rauf İbad oğlunun yetkinlik yaşına çatanadək saxlanması İddiaçı qazancının və başqa gəlirlərinin 1/6 hissəsi miqdarında aliment tutularaq X7 ödənilsin. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(103)-3632/2025 saylı qətnaməsi ilə X3 Cavabdeh2 xeyrinə tutulan alimentin miqdarı dəyişdirilsin. xx.xx.2022-ci il təvəllüdlü Əli-X17 və xx.xx.2024-cü il təvəllüdlü Əli-X22nın yetkinlik yaşına çatanadək saxlanması hər uşağa görə İddiaçı qazancının və başqa gəlirlərinin 1/6 hissəsi miqdarında aliment tutularaq Cavabdeh2 ödənilsin. Dəyişdirilmiş alimentlərin tutulması bu qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. İş üzrə ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar