Məhkəmə qərarları › İş №e-2(005)-455/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №e-2(005)-455/2024

13.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(005)-455/2024 13.02.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Ləğv prosesində olan ”Kredobank” ASC-nin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdehlər Ləğv prosesində olan ”Kredobank” ASC-yə və “Daşınmaz Əmlakların Dövlət Kadastrı və Reyestri” X4 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (Ləğv prosesində olan ”Kredobank” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu üçüncü şəxs qismində cəlb edilməklə) “ipotekaya xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Ləğv prosesində olan ”Kredobank” ASC-yə və “Daşınmaz Əmlakların Dövlət Kadastrı və Reyestri” X4 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (Ləğv prosesində olan ”Kredobank” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu üçüncü şəxs qismində cəlb edilməklə) “ipotekaya xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı məxsus ünvan 1 ünvanda yerləşən 6 nömrəli mənzil üzərində Ləğv prosesində olan Cavabdeh2 ASC-nin ipoteka yüklülüyünə (ipotekaya) xitam verilməsini, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən həmin mənzilin ipoteka yüklülüyünə dair DƏDRX-də aparılmış qeydiyyat ləğv edilməsini xahiş etmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil xx.xx.2024-cü il tarixdə məhkəməyə dəftərxana vasitəsilə yazılı ərizə təqdim edərək, işin baxılmamış saxlanması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil işin baxılmamış saxlanmasını, iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh ləğv prosesində olan ”Kredobank” ASCnin nümayəndəsi X2 iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasına etiraz etmədiyini bildirdi. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin ərizəsini nəzərdən keçirib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən Bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli 3 nömrəli Qərarnın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.3-cü maddəsinə əsasən, bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənlərə əsaslanaraq hesab edir ki, iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin geri qaytarılması barədə ərizə ilə məhkəməyə müraciət etdiyindən və iş hazırlıq mərhələsində olduğundan hazırkı mülki iş üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Həmçinin dövlət rüsumunun ödənilməsi haqqında məlumatdan görünür ki, İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə ********** №-li qəbz üzrə 100 (yüz) manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarıldığından iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu da iddiaçıya geri qaytarılmalıdır. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.1, 263-264 və 267-268-ci maddələrinə əsaslanaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı cavabdehlər Ləğv prosesində olan ”Kredobank” ASC-yə və “Daşınmaz Əmlakların Dövlət Kadastrı və Reyestri” X4 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (Ləğv prosesində olan ”Kredobank” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu üçüncü şəxs qismində cəlb edilməklə) “ipotekaya xitam verilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün xx.xx.2023-cü il tarixdə ********** №li qəbz üzrə ödənilmiş 100 (yüz) manat dövlət rüsumu İddiaçı geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar