Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-4596/2025 29.01.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Gülməmmədova Qumru Habil qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı cehiz əşyalarının qaytarılması tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus cehiz əşyaları, yataq otağı mebel dəsti-dolab, çarpayı, güzgü, 2 ədəd tumba və dəhliz üçün dolab-5000 manat, 1 ədəd yataq otağı üçün matras döşək-550 manat, yemək stolu və 6 ədəd stul-3500 manat, divan və kreslolar-2500 manat, LG markalı televizor- 1200 manat, qonaq otağı və yataq otağı üçün pərdələr - 657 manat, qonaq otağı üçün jurnal stolu-250 manat, qonaq və yataq otağı üçün çılçıraq 2 ədəd-770 manat, mətbəx üçün mebel-5500 manat, mətbəx üçün stol və stullar-900 manat, qabyuyan maşın-1100 manat, paltayuyan maşın-1340 manat, ardo markalı qaz sobası-460 manat, 1 ədəd tost aparatı-170 manat, 1 ədəd mikser-150 manat, 1 ədəd ətçəkən-350 manat, 2 ədəd ütü, biri 120 manat, biri 200 manat, 1 ədəd blender-50 manat, 2 ədəd tozsovuran-biri 200 manat, biri 110 manat, 1 ədəd tefal markalı çaynik-100 manat, 1 ədəd üyüdücü-50 manat, 1 ədəd sokçəkən-170 manat, 1 ədəd soyuducu-1200 manat, ardo markalı 1 ədəd soba-650 manat, ardo markalı bir ədəd mikrodalğalı soba-300 manat, ardo markalı aspirator-250 manat, 1 ədəd jaluz-80 manat, 1 ədəd xalça-90 manat, cehizlik qablar ümumilikdə-6236 manat, mikser dəsti-210 manat, güldan-200 manat, 24 ədədlik stəkan 240 manat olan əşyaların, həmin əşyalar olmadıqda isə onların dəyərinin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə xx.xx.2024-cü il tarixdə 1 saylı Bakı Asan Xidmət X1 rəsmi nikaha daxil olmaqla ailə qurmuş və o, özünə məxsus cehiz əmlakını cavabdehin yaşadığı ünvan 1 ünvanında yerləşən mənzilə gətirmişdir. Cavabdehlə münasibətləri pozulduğu vaxtdan birgə yaşadığı evi tərk edərək getmiş və ona məxsus cehiz əşyaları hazırda həmin mənzildə qalmaqdadır. Dəfələrlə cavabdehə müraciət edərək, cehiz əşyalarının geri qaytarılmasını tələb etməyinə baxmayaraq, cavabdeh toy mərasimində ona hədiyyə olunmuş qızılların müqabilində cehiz əşyalarını geri qaytara biləcəyini, hədiyyə olunmuş əşyalar geri qaytarılmadığı təqdirdə əşyaları qaytarmayacağını bildirmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, tələb edilən əşyaların hər biri tərəflərin birgə nikah dövründə yaşadıqları mənzildədir. Əşyaların çatışmazlığ və qiyməti ilə bağlı mübahisə yoxdur. Həmin əşyalarla bağlı akt da tərtib edilmişdir. Aktda ütülərdən dəyəri 120 manat olan 1 ədəd əl ütüsünün aşkar olunmadığı qeyd edilmişdir. Həmin hissənin təmin edilməməsi ilə bağlı etirazları yoxdur. Qalan hissədə iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosssual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia aşağıda qeyd edilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-3140/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında xx.xx.2024-ci il tarixində 1 saylı Bakı “ASAN xidmət” mərkəzində Qeydiyyat Şöbəsi tərəfindən qeydə alınmış və 2343 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması qət edilmişdir; - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16(005)-412/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə Cavabdeh yaşadığı ünvan 1 ünvanında yerləşən cehiz əşyaları yataq otağı mebel dəsti - dolab, çarpayı, güzgü, 2 ədəd tumba və dəhliz üçün dolab, 1 ədəd yataq otağı üçün matras döşək, yemək stolu və 6 ədəd stul, divan və kreslolar, “LG” markalı televizor, qonaq otağı və yataq otağı üçün pərdələr, qonaq otağı üçün jurnal stolu, qonaq və yataq otağı üçün çılçıraq 2 ədəd, mətbəx üçün mebel, mətbəx üçün stol və stullar, qabyuyan maşın, paltayuyan maşın, Ardo markalı qazsobası, 1 ədəd tost aparatı, 1 ədəd mikser, 1 ədəd ətçəkən, 2 ədəd ütü, 1 ədəd blender, 2 ədəd tozsovuran, 1 ədəd tefal markalı çaynik, 1 ədəd üyüdücü, 1 ədəd sokçəkən, 1 ədəd soyuducu, Ardo markalı 1 ədəd soba, Ardo markalı bir ədəd mikrodalğalı soba, Ardo markalı aspirator, 1 ədəd jaluz, 1 ədəd xalça, cehizlik qablar, mikser dəsti, güldan, 24 ədədlik stəkanın siyahıya alınmaqla özgəninkiləşdirilməsi qərara alınmışdır; - Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru X4, iş üzrə tələbkar İddiaçı, hal şahidləri Xəyal Valeh oğlunun və X2 iştirakı ilə tərtib edilmiş 10 oktyabr 2025-ci il tarixli aktın surətindən görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 16(005)- 412/2025-009 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən borclu Cavabdeh yaşadığı ünvan 1 ünvanında yerləşən cehiz əşyaları - yataq otağı mebel dəsti - dolab, çarpayı, güzgü, 2 ədəd tumba və dəhliz üçün dolab, 1 ədəd yataq otağı üçün matras döşək, yemək stolu və 9 ədəd stul, divan və kreslolar, "LG" markalı televizor, qonaq otağı və yataq otağı üçün pərdələr, qonaq otağı üçün jurnal stolu, qonaq və yataq otağı üçün çılçıraq 2 ədəd. mətbəx üçün mebel, mətbəx üçün stol və stullar, qabyuyan maşın, paltaryuyan maşın, Ardo (Novella markalı tələbkarın şifahi bildirişinə əsasən akta qeyd edildi) markalı qaz sobası, 1 ədəd tost aparatı, 1 ədəd mikser, 1 ədəd ətçəkən, 2 ədəd ütüdən 1 ədədi mövcuddur (əl ütüsü aşkar edilməmişdir.), 1 ədəd blender, 2 ədəd tozsovuran, 1 ədəd tefal markalı çaynik, 1 ədəd üyüdücü, 1 ədəd sokçəkən, 1 ədəd soyuducu, Ardo markalı 1 ədəd soba, Ardo markalı bir ədəd mikrodalğalı soba, Ardo markalı aspirator, 1 ədəd jaluz, 1 ədəd xalça, cehizlik qablar, mikser dəsti, güldan, 24 ədədlik stəkan siyahıya alınmaqla özgəninkiləşdirilməsi borclu Cavabdeh qadağan edilmişdir; - İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. İşin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından görünür ki, cavabdehlə iddiaçı xx.xx.2024-cü il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuş, Nərimanov Rayon Məhkəməsinin e-2(005)-3140/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Hazırda iddiaçı evdən çıxarkən cehiz əşyalarının cavabdeh tərəfdə qalmasına istinad edərək, həmin əşyaların alınaraq ona verilməsini xahiş edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1 və 34.2-ci maddələrinə əsasən, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Zinət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2-ci maddəsinə görə, nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Həmin Məcəllənin 157.2-ci maddəsinə uyğun olaraq mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd olunmalıdır ki, cehiz əşyalarının cavabdehdən alınması tələbinin maddi-hüquqi əsasını təşkil edən Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozisiya şərtlərinə görə əmlakın tələb edilməsi üçün üç şərtin mövcudluğu tələb olunur: 1) iddiaçı qaytarılması tələb olunan əşyanın mülkiyyətçisi olmalıdır; 2) əşya faktiki olaraq özgəsinin sahibliyində olmalıdır; 3) özgəsinin əşyaya sahibliyinin hüquqi əsası olmamalıdır. Bu şərtlərdən hər hansı birinin sübuta yetirilməməsi iddianın rədd olunması üçün əsasdır. Ona görə də Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgənin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, ilk növbədə qaytarılması tələb olunan əşyanın mülkiyyətçisi olduğunu, bundan sonra əşyanın faktiki olaraq özgəsinin sahibliyində olduğunu və nəhayət özgəsinin əşyaya sahibliyinin hüquqi əsasının olmadığını sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində sadalanan və qaytarılmasını tələb etdiyi cehiz əşyalarının əksəriyyətinin mövcudluğu müvəqqəti təminat tədbirinin tətbiqi nəticəsində icra məmuru tərəfindən tərtib edilmiş, Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru X4, iş üzrə tələbkar İddiaçı, hal şahidləri Xəyal Valeh oğlunun və X3 tərəfindən imzalanmış xx.xx.2025-ci il tarixli aktla təsdiq olunur. Həmin aktla 1 ədəd əl ütüsü istisna olmaqla, ərizədə göstərilən digər cehiz əşyalarının mübahisəli evdə mövcudluğu təsbit olunmuş və əşyalar siyahıya alınmışdır. Məhkəmə işin hallarına uyğun olaraq hesab edir ki, hazırki işdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsində göstərilən şərtlər məcmu halında mövcuddur və iddianın təmin olunması üçün hüquqi əsasdır. Belə ki, mübahisəli cehiz əşyaları həqiqi hüquq əsasında iddiaçıya məxsusdur. Həmin əşyalar iddiaçının sahibliyində olmuş və iddiaçı həmin əşyalar üzərində mülkiyyət hüququ əldə etmişdir. Hazırda həmin əşyalar iddiaçının iradəsinə zidd olaraq cavabdehin sahibliyindədir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mövcudluğu sübuta yetirilmədiyindən iddia tələbi 1 ədəd əl ütüsünün qaytarılması hissəsində istisna olmaqla, qalan hissədə əsaslıdır. Mülki Prosessual Məcəlləsinin 222.1-ci maddəsinə əsasən, məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini qətnamənin nəticə hissəsində göstərməlidir. Hazırki iş üzrə cehiz əşyalarının hazırda cavabdehin evində mövcudluğu sübuta yetirildiyindən, məhkəmə iddia ərizəsində göstərilən qiymətlərin ağlabatan olduğunu və ekspertiza təyin edilməsinin əlavə xərclərə səbəb olacağını, habelə prosessual qənaət prinsipini nəzərə alaraq, qiymətləndirmə keçirilməsini zəruri hesab etməmişdir. Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 217.4-cü maddələrinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, ünvan 1 ünvanında yerləşən mənzildə olan İddiaçı məxsus cehiz əşyaları: yataq otağı mebel dəsti-dolab, çarpayı, güzgü, 2 ədəd tumba və dəhliz üçün dolab-5000 manat; 1 ədəd yataq otağı üçün matras döşək-550 manat; yemək stolu və 6 ədəd stul-3500 manat; divan və kreslolar-2500 manat; LG markalı televizor-1200 manat; qonaq otağı və yataq otağı üçün pərdələr - 657 manat; qonaq otağı üçün jurnal stolu-250 manat; qonaq və yataq otağı üçün çılçıraq 2 ədəd-770 manat; mətbəx üçün mebel-5500 manat; mətbəx üçün stol və stullar-900 manat; qabyuyan maşın-1100 manat; paltayuyan maşın-1340 manat; ardo markalı qaz sobası-460 manat; 1 ədəd tost aparatı-170 manat; 1 ədəd mikser-150 manat; 1 ədəd ətçəkən-350 manat, 1 ədəd ütü-200 manat; 1 ədəd blender-50 manat; 2 ədəd tozsovuran-biri 200 manat, biri 110 manat, 1 ədəd tefal markalı çaynik-100 manat, 1 ədəd üyüdücü-50 manat, 1 ədəd sokçəkən-170 manat, 1 ədəd soyuducu-1200 manat, ardo markalı 1 ədəd soba-650 manat, ardo markalı bir ədəd mikrodalğalı soba-300 manat, ardo markalı aspirator-250 manat, 1 ədəd jaluz-80 manat; 1 ədəd xalça-90 manat; cehizlik qablar ümumilikdə-6236 manat; mikser dəsti-210 manat, güldan-200 manat; 24 ədədlik stəkan-240 manat, əşyalar qətnamə icra olunan vaxt mövcud olmasa, onların dəyəri, iddianın məhkəməyə verilməsi üçün ödənilmiş 150 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı verilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. ünvan 1 ünvanında yerləşən mənzildə olan İddiaçı məxsus cehiz əşyaları: yataq otağı mebel dəsti-dolab, çarpayı, güzgü, 2 ədəd tumba və dəhliz üçün dolab-5000 manat; 1 ədəd yataq otağı üçün matras döşək-550 manat; yemək stolu və 6 ədəd stul-3500 manat; divan və kreslolar-2500 manat; LG markalı televizor-1200 manat; qonaq otağı və yataq otağı üçün pərdələr - 657 manat; qonaq otağı üçün jurnal stolu-250 manat; qonaq və yataq otağı üçün çılçıraq 2 ədəd-770 manat; mətbəx üçün mebel-5500 manat; mətbəx üçün stol və stullar-900 manat; qabyuyan maşın-1100 manat; paltayuyan maşın-1340 manat; ardo markalı qaz sobası-460 manat; 1 ədəd tost aparatı-170 manat; 1 ədəd mikser-150 manat; 1 ədəd ətçəkən-350 manat, 1 ədəd ütü-200 manat; 1 ədəd blender-50 manat; 2 ədəd tozsovuran-biri 200 manat, biri 110 manat, 1 ədəd tefal markalı çaynik-100 manat, 1 ədəd üyüdücü-50 manat, 1 ədəd sokçəkən-170 manat, 1 ədəd soyuducu-1200 manat, ardo markalı 1 ədəd soba-650 manat, ardo markalı bir ədəd mikrodalğalı soba-300 manat, ardo markalı aspirator-250 manat, 1 ədəd jaluz-80 manat; 1 ədəd xalça-90 manat; cehizlik qablar ümumilikdə-6236 manat; mikser dəsti-210 manat, güldan-200 manat; 24 ədədlik stəkan-240 manat, əşyalar qətnamə icra olunan vaxt mövcud olmasa, onların dəyəri, iddianın məhkəməyə verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 150 (yüz əlli) manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №e-2(005)-4596/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-4596/2025
29.01.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver