Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(005)-4605/2022 07.12.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçının vəkili və nümayəndəsi Vəkil, Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə qarşı “ipoteka müqaviləsi üzrə mübahisələr” tələbinə dair mülki iş üzrə baxılan iddia ərizəsinin mümkünlüyü haqqında məsələyə baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edərək , "xxxx" İKB ASC ilə X3 arasında bağlanmış 26 fevral 2010-cu il tarixli 2289 (G) saylı kredit müqaviləsinin təminatı kimi 26 fevral 2010-cu il tarixli 2289 (1) saylı ipoteka müqaviləsinə əsasən "xxxx" İKB ASC-nin xeyrinə yüklü edilmiş, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın ipotekasına xitam verilməsi və ipoteka yüklülüyünün dövlət qeydiyyatının ləğv edilməsi, eləcə də ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun, 300 (üç yüz) manat vəkil xərcinin və 17.25 (on yeddi manat iyirmi beş qəpik) manat nümayəndə üçün ödənilən xərcin cavabdehlərdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil yazılı ərizə təqdim edərək, iddia ərizəsinin aidiyyəti üzrə baxılması üçün Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin hüquqi ünvanı üzrə Yasamal Rayon Məhkəməsinə göndərilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh tərəf işin aidiyyəti üzrə Bakı Şəhəri , Yasamal Rayon Məhkəməsinə göndərilməsinə etiraz etməmişdir. Məhkəmə mülki işin hallarını nəzərə alaraq hesab edir ki, hazırda İddiaçı cavabdeh AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə qarşı “ipoteka müqaviləsi üzrə mübahisələr” tələbinə dair iddia ərizəsi üzrə mülki işin ərazi aidiyyəti Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi deyil, cavabdehlərindən birinin hüquqi ünvanı üzrə müəyyən olunmalıdır. İddiaçının seçimi Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi olduğundan mülki iş aidiyyəti üzrə göndərilməlidir. Elektron Məhkəmə İnformasiya Sistemində Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin hüquqi ünvanı - Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy ünvan 5irliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin hüquqi ünvanı isə - ünvan 6cəllənin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən, rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən aidiyyat qaydalarının pozulmasına yol verilmir. Məhkəmə hesab edir ki, iddia ərizəsi cavabdehlərinin rəsmi qeydiyyatda olduğu, hüquqi ünvanına uyğun məhkəməyə verilməmişdir. Buna görə də vəsatət təmin olunaraq mülki iş aidiyyəti üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməlidir. Prosessual qanunvericiliyə əsasən, istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yol veriləndir. İddia ərizəsi verilərək ərazi aidiyyətinə riayət olunması iddianın yolverilən olması baxımından mühüm şərtlərdən biridir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir; 44.2.2-ci maddəsinə əsasən iş məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi aidiyyəti üzrə başqa məhkəmədə baxmağa verir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 35-ci, 44-cü, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə qarşı “ipoteka müqaviləsi üzrə mübahisələr” tələbinə dair iddia ərizəsi üzrə mülki iş baxılması üçün Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №e-2(005)-4605/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №e-2(005)-4605/2022
07.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver