Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(005)-4656/2024 13.12.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər "Daşınar və Daşınmaz Əmlakların Satışı X3" Məhdud Məsuliyyətli Cəmiyyəti, Bank "xxxx" ASC və Nizami rayon İcra şöbəsinə qarşı ipoteka müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmənin hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər "Daşınar və Daşınmaz Əmlakların Satışı X3" Məhdud Məsuliyyətli Cəmiyyəti, Bank "xxxx"ASC və Nizami rayon İcra şöbəsinə qarşı ipoteka müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “Daşınar və Daşınmaz Əmlakların Satışı X3” MMC tərəfindən İddiaçı mülkiyyətində olan Bakışəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Nardaran 2 bağ massivi, 244 saylı bağ evinə dair keçirilən 06 may 2024-cü il tarixli hərrac protokolunun etibarsız hesab edilməsinə və ondan yaranan hüquqi nəticələrin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandıırlmışdır ki, Bakı şəhəri 30 saylı notariat ofisinin xüsusi notariusu X1 xx.xx.2023-cü il tarixdə “İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında” İcra qeydi ilə Cavabdeh1nə müraciət etmişdir. İcra qeydinə əsasən ipoteka saxlayan Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin tələbi ilə ipoteka qoyan İddiaçı məxsus ipoteka predmeti olan Bakışəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Nardaran 2 bağ massivi, 244 saylı bağ evinə tutma yönəldilməsi tələb edilmişdir. Cavabdeh1 sifariş məktubuna əsasən əmlakın qiymətləndirilməsi işini həyata keçirən "xxxx" MMC tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Nardaran 2 bağ massivi, 244 ünvanında yerləşən İddiaçı mülkiyyətində olan 0,2006 ha (20,06 sot) torpaq sahəsi üzərində yerləşən 24,6 kv.m sahəli, 1 mərtəbəli, 1 otaqlı bağ evinin qiymətini müəyyən etmək üçün qiymətləndirmə işinin həyata keçirilməsisifariş edilmişdir. “Əmlakın qiymətləndirilməsi ilə bağlı haqqında” hesabata əsasən mülkiyyətimdə olan əmlak 120.000 (bir yüz iyirmi min) manat dəyərində qiymətləndirilmişdir. Bundan sonra tərəfimdən əmlakın dəyərinin yekun göstəricisinin ləğv edib yenidən qiymətləndirilməsinin təyin edilməsi barədə Məhkəməyə müraciət olunmuşdur. Daha sonra Ərizə ilə Bakı şəhər Nizami rayon İcra və Probasiya şöbəsinə müraciət edilərək qiymətləndirmə rəyinin məhkəmə qaydasında mübahisələndirdildiyi üçün icra hərəkətərinin və hərracın dayandırılması tərəfindən xahiş olunmuşdur. Bundan başqa, məhkəmənin diqqətinə çatdırıram ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-16(113)-447/2023 saylı qərardadı ilə İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Nardaran 2 bağ massivi, 244 saylı bağ evinin özgəninkiləşdirilməsi qadağan edilmişdir. Bank "xxxx" Açıq Səhmdar Cəmiyyəti xx.xx.2024-cü il tarixdə ərizə ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək,, İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Nardaran 2 bağ massivi, 244 saylı bağ evinin özgəninkiləşdirilməsinə qoyulmuş qadağanın götürülməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə Bank "xxxx" Açıq Səhmdar Cəmiyyəti hərrac protokolu və s. sənədləri elektron məhkəmə sisteminə iş üzrə əlavə etmişdir. xx.xx.2024-cü il tarixdə İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək,məhkəmədən onun mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Nardaran 2 bağ massivi, 244 ünvanında yerləşən 0,2006 ha (20,06 sot) torpaq sahəsi və üzərində yerləşən 24,6 kv.m sahəli, 1 mərtəbəli, 1 otaqlı bağ evinin likvid dəyərinin yekun göstəricisini ləğv edilməsi barədə Bakışəhəri Suraxanı rayon Məhkəməsinin icraatında olduğu iş üzrə yekun məhkəmə aktı qəbul edilib qüvvəyə minənədək, onun mülkiyyət hüquqlarının pozulmasının qarşısını almağınızı, mənim mülkiyyətində olan əmlakın hər hansı 3-cü şəxslərin adına keçirilməsinin qarşısının alınmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e- 16(113)-447/2023 saylı qərardadı iləBakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-16(113)-447/2023 saylı qərardadı və həmin qərardadla İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Nardaran 2 bağ massivi, 244 saylı bağ evinin özgəninkiləşdirilməsinin qadağan edilməsi barədə müvəqqəti təminat tədbiri ləğv edilmişdir. Göründüyü kimi mənə təzəlikcə məlum olmuşdur ki, hərrac keçirilmiş, ardınca 06 May 2024-cü il tarixli Hərrac Protokolu ilə Əmlak bankın balansına qəbuledilmişdir. Hesab edirəm ki, hərrac protokolu əsassızdır və hərrac etibarsız sayılmaqla hərracı udmuş şəxslə bağlanan müqavilə məhkəmə qaydasında ləğv edilməlidir. Belə ki, hərrac protokolunun qəbul olunmasına qədər ciddi prosessual pozuntulara yol verilmiş, protokol isə əsassızşəkildə qəbuledilmişdir. İlk olaraq bir daha Məhkəmənin diqqətinə çatdırıram ki, hələ əmlakın ilkin qiymətləndirilməsi yekunlaşdıqdan sonra tərəfimdənBakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Nardaran 2 bağ massivi, 244 ünvanında yerləşən İddiaçı mülkiyyətində olan 0,2006 ha (20,06 sot) torpaq sahəsi və üzərində yerləşən 24.6 kv.m sahəli, 1 mərtəbəli, 1 otaqlı bağ evinin likvid dəyərinin yekun göstəricisinin ləğv edib yenidən qiymətləndirilməsinin təyin edilməsi barədə Məhkəməyə müraciət edilmişdir. Habelə, bununla əlaqədar tərəfindən Bakı şəhər Nizami rayon İcra və Probasiya Şöbəsinə xx.xx.2024-cü il tarixdə məlumat verilmiş, hərracın dayandırılması xahiş olunmuşdur. Buna baxmayaraq, hərrac qanunsuz şəkildə keçirilmiş, nəticədə mülkiyyətimdə olan əmlak Hərrac Protokolu və müvafiq müqavilə ilə bankın balansına qəbul olunmuşdur. Həmin iş məhkəmənin icraatında olduğu, qiymətləndirmə rəyinin mübahisələndirildiyi müddətdə icra hərəkətləri dayandırılmalı idi. Lakin Bank "xxxx" ASC-nin 24 Aprel 2024-cü il tarixli məktubundan aydın olur ki, Cəmiyyət həmin tarixdə əmlakı 76.500 manata artıq bankın balansına qəbul olunmasına razılıq vermişdir. Həmin tarixdən 1 həftə əvvəl isə tərəfindən işin məhkəmədə olması, bununla əlaqədar İcra hərəkətlərinin dayandırılması barədə Bakışəhər Nizami rayon İcra və Probasiya şöbəsinə müraciət edilmişdir. Nəticədə, qiymətləndirmə rəyinin mübahisələndirildiyi müddətdə hərrac yekunlaşmış, 06 may 2024cü il tarixli Hərrac Protokolu, eyni tarixdə bağlanmış Müqavilə ilə əmlak Bankın balansına qəbul edilmişdir. Lakin Bakı şəhər Suraxanı rayon Məhkəməsinin e-2-(010)-2973/2024 saylı xx.xx.2024-cü il tarixli Qərardadı ilə “Əmlakın qiymətləndirilməsinin nəticələri haqqında” hesabat ləğv edilmiş (hansı ki ləğv edilmiş həmin qiymətləndirmə rəyi Hərrac Protokolu və Müqavilənin qəbul edilməsinə əsas olmuşdur), torpaq sahəsi və üzərində yerləşən 24.6 kv.m sahəli, 1 mərtəbəli, 1 otaqlı bağ evinin indiki dövr üçün bazar qiymətininin müəyyənləşdirilməsi üçün məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Belə olan halda aydındır ki, hərracın keçirilməsinə, o cümlədən 06 May 2024-cü il tarixli Hərrac Protokolu və həmin tarixli Müqavilənin tərtib edilməsinə əsas olmuş ilkin qiymətləndirilmə rəyi məhkəmə tərəfindən ekspertiza təyin edilməklə mübahisələndirildiyindən Protokol və Müqavilə də öz növbəsində əsassız hesab olunur. Belə ki, 06 May 2024-cü il tarixli Hərrac Protokolu və həmin tarixli MüqaviləBakı şəhər Suraxanı rayon Məhkəməsinin e-2-(010)-2973/2024 saylı xx.xx.2024-cü il tarixli Qərardadı ilə həqiqiliyi artıq mübahisələndirilmiş qiymətləndirilmə rəyiəsasında bağlanmışdır. O cümlədən, müvafiq Qərardadla həmin iş üzrə icraat Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən rəy alınanadək Məhkəmə tərəfindən dayandırılmışdır. Buna baxmayaraq hazırda İcra və Probasiya şöbəsi tərəfindən iş üzrə icraata xitam verilmiş, mənə məxsus olan əmlak üçüncü şəxslərin mülkiyyətinə verilmişdir. Beləcə konstitusion hüquqlarımdan biri – mülkiyyət hüquqlarım kobud şəkildə pozulmuşdur. Habelə Məhkəmənin nəzərinə çatdırıram ki, hərrac mənə hər hansı məlumat verilmədən, beləcə mülkiyyət hüquqlarımın pozulması ilə keçirilmişdir. Bu isə keçirilən hərracın etibarsız hesab edilməsi üçün bir digər səbəbdir. Həmçinin bank qiymətləndirmə rəyinin ləğv edilməsi ilə bağlı məhkəməyə müraciət edilməsindən məlumatı olmuş və rəyin ləğv ediləcəyindən ehtiyat edərək qanunsuz və əsassız olaraq ona heçbir məlumat vermədən hərrac keçirilmişdir. Bununla yanaşı, icra məmuru borc məbləğini həmin əmlaka, ümumiyyətlə, yönəldə bilməzdi. Həmin əmlak birgə nikah dövründə əldə olunduğundan həyat yoldaşının da sözügedən əmlakda pay hüquqları mövcuddur. Belə olan halda tələbin həmin daşınmaz əmlaka yönəldilməsi qanunən yolverilməzdir. Belə ki, Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq Siyahısının təsdiq edilməsi barədə Azərbaycan Respubliksı Nazirlər Kabinetinin 89 nömrəli, 5 İyun 2002-ci il tarixli Qərarının 1-ci bəndinəəsasən, borclu və onun ailəsinin sanitariya normalarıçərçivəsində birgə yaşamalarını təmin edəcək mənzil, ev və ya onun ayrı-ayrı hissələri, həmçinin onların altında olan həyətyanı torpağa tələbin yönəldilməsinə yol verilmir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili İddiaçının VÖEN-i olduğunu və müqavilə üzrə zamin olduğunu bildirmişdir. Mülki işin məhkəmə aidiyyəti üzrə kommersiya məhkəməsinə göndərilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxır. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etmirlər. Cavabdeh Bank "xxxx" ASC “Elektron məhkəmə informasiya sistemi vasitəsilə etiraz ərizəsi ünvanlayaraq bildirmişdir ki, Bank "xxxx" ASC-nin Əcəmi filialı ilə imzalanmış 19 mart 2021-ci tarixli, SMN-A0036-14/21A saylı kredit müqaviləsinə əsasən borcalan “X2” MMC-yə illik 20% faiz hesablanmaqla 36 ay müddətinə 100000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təminatı qismində Bank "xxxx" ASC ilə imzalanmış xx.xx.2021-ci il tarixli, SMMG-00036-14/21A saylı ipoteka müqaviləsinə əsasən İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Nardaran 2 bağ massivi, 244 saylı bağ evi və 0.2006 ha torpaq sahəsi Bank "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsinə əsasən yüklülük AR ƏMDK yanında DƏDRX xx.xx.2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi və **********50- 11301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. 19 mart 2021-ci tarixli, SMN-A0036-14/21A saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə əsas borc 60067,15 manat, ümumi faiz borcu 5096,83 manat, dəbbə borcu 2315,47 manat, cəmi borc 67504,45 manat təşkil etmişdir. Kredit müqaviləsi üzrə borc öhdəliyi icra edilmədiyindən Bank "xxxx" ASC tərəfindən Notariat haqqında Azərbaycan Respublikası Qanununun 76-cı, İpoteka haqqında qanunun 38-ci maddələrinin tələblərinə əsasən tələbkar qarşısında icra edilməmiş öhdəliyin icrasını təmin etmək üçün yaranmış borc məbləği və verilməli əmlak barəsində notarius tərəfindən icra qeydi aparılması üçün elektron notariata müraciət edilmişdir. Bakı şəhəri 30 saylı notariat ofisi tərəfindən xx.xx.2023-cü il tarixli ipoteka predmetinə tutma yönəldilməsi haqqında icra qeydi aparılmışdır. Həmin icra qeydinə əsasən AZ1025, ünvan 2 ünvanında yerləşən Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin /VÖEN:**********/tələbi ilə ipoteka qoyan - ünvan 3 ünvanında qeydiyyatda olan İddiaçı (AZE********, xx.xx.2018 - Asan5-2; FİN: xxxxxxx; d/t: xx.xx.1981) məxsus ipoteka predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Nardaran 2 bağ massivi, 244 saylı bağ evi (bağ evi- 24.60 kv.m, torpaq sahəsi0.2006 ha) ünvanında yerləşən əmlaka tutma yönəldilsin. (Bank "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə “X2” Məhdud Məsuliyyətli Cəmiyyəti/VÖEN:**********/arasında bağlanmış öhdəliyi müəyyən edən SMN-A0036- 14/21A müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 60067,15 manat əsas borc, 5096,83 manat faiz borcu, 2315,47 manat dəbbə pulu, 25 manat tələbkar tərəfindən ödənilmiş dövlət rüsumu (haqq) olmaqla cəmi tutulmalı məbləğ 67504,45 manat təşkil edir.) Bakı Kommersiya Məhkəməsinin e- 16(113)-447/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadına əsasən ərizəçi "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ("xxxx" ASC) müvəqqəti təminat tədbirinin tətbiq edilməsi haqqında ərizəsi qismən təmin edilərək, İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Nardaran 2 bağ massivi, 244 saylı bağ evinin özgəninkiləşdirilməsi qadağan edilmişdir. Həmin əmlakın özgəninkiləşdirilməsinin qadağan edilməsi ipoteka predmeti olan əmlak üzərində hüquqlarımızın həyata keçirilməsini əhəmiyyətli dərəcədə məhdudlaşdırdığından qadağanın götürülməsi ilə bağlı tərəfimizdən məhkəməyə müraciət edilmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024- cü il tarixli, e-16(113)-447/2023 saylı qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e16(113)- 447/2023 saylı qərardadı və həmin qərardadla İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Nardaran 2 bağ massivi, 244 saylı bağ evinin özgəninkiləşdirilməsinin qadağan edilməsi barədə müvəqqəti təminat tədbiri ləğv edilmişdir. Həmçinin qeyd etmək istəyirik ki, Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-16(113)-447/2023 saylı qərardadı ilə hərrac hərəkətlərinin həyata keçirilməsi qadağan edilmədiyindən hərracla bağlı keçirilən bütün hərəkətlər qanuni olmuşdur və onun ləğvi üçün heç bir əsas yoxdur. Bütün bu qeyd edilənlər iddia tələbinin tamamilə əsassız olmasını təsdiq edir. Məhkəmə mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesba etmişdir. Məhkəmə mülki işin materialları ilə birlikdə nəzərdən keçirib mülki işin aidiyyəti üzrə baxılması üçün göndərilməsi qənaətinə gəlir. Belə ki, “AZEMİS” elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, həm İddiaçı, həm də cavabdeh Bank "xxxx" ASC vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) mövcuddur. İddia ərizəsinin məzmunundan və tərəflərin izahatlarından görünür ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn münasibətlər olmuşdur. Kredit müqaviləsinin digər tərəfi – borcalan isə kommersiya hüquqi şəxsi olan “X2” MMC-dir. Beləliklə, hazırki iş üzrə işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla mübahisənin kommersiya məhkəməsinə aid olduğu müəyyənləşdirilir. Belə ki, Mülki Məcəllənin 13-cü maddəsinə görə, sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, əmtəə satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. “Sahibkarlıq fəaliyyəti haqqında” AR Qanununun 1-ci maddəsi də sahibkarlıq fəaliyyətini şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyət kimi xarakterizə edir. Göründüyü kimi, qanunvericiliyin sahibkarlıq fəaliyyətinə verdiyi anlayışın xüsusi dispozitiv şərti, başlıca meyarı bu fəaliyyətin əsas məqsədinin mənfəət (gəlir) götürülməsindən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25.1 və 26.1-ci maddələrinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə isə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Mülki işin materiallarından göründüyü kimi, tərəflər arasında yaranmış münasibətləri məhkəmə nəzərdən keçirdib müəyyən etmişdir ki, bu münasibətlər kommersiya xarakteri daşıyır. Bu səbəbdən hazırkı iddia tələbi üzrə mübahisəyə aidiyyəti kommersiya məhkəməsində baxılması məqsədəmüvafiqdir. Həmin Məcəllənin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarının: 12-ci bəndinə əsasən məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. 13-cü bəndinə görə isə əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrıayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. 16-cı bəndinə əsasən, işin məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı kommersiya məhkəməsində baxılmalı olan işlərin mümkün subyekt tərkibi və predmeti ilə bağlı qiymətləndirmənin həyata keçirilməsi zamanı MPM-in 30-cu maddəsinin tələblərinin nəzərə alınmalı olması da diqqətdən kənarda qalmamalıdır. Belə ki, həmin maddənin əvvəlki redaksiyasından fərqli olaraq hazırda qüvvədə olan redaksiyaya əsasən bir-biri ilə əlaqədar olan bir neçə tələbin birləşdirilməsi zamanı onlardan bir qisminin ümumi məhkəməyə, digərlərinin isə kommersiya məhkəməsinə aid olduğu halda, tələblərə artıq ümumi deyil, kommersiya məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikasının qanunvericiliyi aidiyyətin pozulmasına qadağa qoyur. Konstitusiyanın 62-ci maddəsinə müvafiq olaraq, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Qeyd olunan normada nəzərdə tutulmuş “qanunla müəyyən edilmiş məhkəmə” müddəası işlərin aidiyyət qaydalarını, qanuni məhkəmə tərkibinin mövcudluğunu və s. subyektiv elementləri ehtiva edir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının 10 iyun 1997-ci il tarixli Qanununun 15-ci maddəsində deyilir ki, işlərin Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi və ya əsassız olaraq qanuni hakimin icraatından alınması qadağandır Azərbaycan Respublikası MPM-nin 31.1-ci maddəsinə əsasən, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Beləliklə məhkəmə hesab edir ki, tərəflərin hər ikisinin vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) olması, üzrə işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 263-264, 267-268 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər "Daşınar və Daşınmaz Əmlakların Satışı X3" Məhdud Məsuliyyətli Cəmiyyəti, Bank "xxxx" ASC və Nizami rayon İcra şöbəsinə qarşı ipoteka müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi üzrə mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün müddətində elektron kabinet vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №e-2(005)-4656/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №e-2(005)-4656/2024
13.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver