Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-474/2025 02.05.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Əmanətlərin Sığortalanması Fonduna və LPO Cavabdeh2 ASC-yə qarşı ("Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X4 1 Saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “ipoteka müqaviləsinə xitam verilməsi və ipoteka yüklülüyünün ləğv edilməsi” tələbinə dair mülki iş (açar sözlər: ipoteka müqaviləsinə xitam verilməsi, ipoteka yüklülüyünün ləğv edilməsi, ipotekanın əlavə dövlət qeydiyyatı) Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Gülməmmədova Qumru Habil qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdehlər Əmanətlərin Sığortalanması Fondu və LPO Cavabdeh2 ASC-nin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdehlər Əmanətlərin Sığortalanması Fonduna və LPO Cavabdeh2 ASCyə qarşı ("Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X4 1 Saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “ipoteka müqaviləsinə xitam verilməsi və ipoteka yüklülüyünün ləğv edilməsi” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İ.Mülki işin mahiyyəti İddiaçı cavabdehlər Əmanətlərin Sığortalanması Fondu və LPO Cavabdeh2 ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçi İddiaçı məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair Cavabdeh2 ASC-nin (əvvəlki adı "xxxx" KB) xeyrinə bağlanmış ipoteka müqaviləsinə xitam verilməsi, həmin əmlakın Cavabdeh2 ASCnin (əvvəlki adı "xxxx" KB) xeyrinə ipoteka yüklülüyünün ləğv edilməsi və bu bərədə qeydlərin daşınmaz əmlakın dövlət reyestrində aparılması, ödənilmiş 100 manat dövlət rüsumu xərcinin Cavabdeh2 ASC-dən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi AR İqtisadiyyat Nazirliyi Yaninda Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastri və Reyestri X4 1 Sayli Bakı Ərazi İdarəsinin xx.xx.2024-cu il tarixli məktubuna əsasən, Cavabdeh2 ASC-nin (əvvəlki adı "xxxx" KB) xeyrinə 2004-cü il tarixdə ipoteka ilə yüklü edilmişdir. Həmçinin həmin məktubda qeyd edilmişdir ki, qeyd olunan yüklülüyün qeydiyyata alınmasına əsas olmuş sənədlər arxiv qovluğunda aşkar edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi İnzibati- İqtisadi Kollegiyasının 27 dekabr 2017-ci il tarixli 2-1(103)-3194/17 saylı qərarı ilə "xxxx" ASC müflis elan olunmuş, barəsində iflas proseduruna başlanmış və Əmanətlərin Sığortalanması Fondu Bankın ləğvedicisi təyin edilmişdir. Cavabdeh2 ASC ləğvedicisi cavabdeh Əmanətlərin Sığortalanmasi Fondunun xx.xx.2023-cu il tarixli məktubuna əsasən isə, Cavabdeh2 ASC ilə "xxxx" MMM arasında bağlanmış xx.xx.2005-ci il tarixli kredit müqaviləsinə əsasən 96000 manat məbləğində 60 ay müddətinə kredit verilmiş və həmin kreditin təminatı olaraq ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir və bank əməliyyat sistemində olan məlumata əsasən, "xxxx" MMM-in Ləğv prosesində olan Cavabdeh2 ASC-yə 24997.68 manat əsas borc, 33944.28 manat faiz borcu, cəmi 58941.96 manat öhdəliyi mövcuddur. Həmçinin həmin məktubda qeyd edilmişdir ki, arxiv sənədlərində sözügedən kredit müqaviləsi üzrə hər hansı məhkəmə qətnaməsinin mövcudluğu barədə məlumat aşkar edilməmişdir və ümumiyyətlə kredit öhdəliyinin özünün də yaranmasını təsdiq edən heç bir sənəd təqdim edilməmişdir. Beləliklə, nə Ləğv prosesində olan Cavabdeh2 ASC-də, nə X1, nə də ki, AR İqtisadiyyat Nazirliyi Yaninda Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastri və Reyestri X4 1 Sayli Bakı Ərazi İdarəsində iddiaçi İddiaçı məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin üzərində yüklülüyün qeydiyyata alınmasına əsas olmuş sənədlər yoxdur. Bundan başqa, AR İqtisadiyyat Nazirliyi Yaninda Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastri və Reyestri X4 1 Sayli Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilir ki, İddiaçı məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi Cavabdeh2 ASC-nin (əvvəlki adı "xxxx" KB) xeyrinə 2004-cü il tarixdə ipoteka ilə yüklü edilmişdir. Halbuki, Cavabdeh1 xx.xx.2023-cu il tarixli məktubuna əsasən isə, Cavabdeh2 ASC ilə "xxxx" MMM arasında kredit müqaviləsi xx.xx.2005-ci il tarixdə bağlanmışdır. 2005-ci ildə yaranmış öhdəliyin təminatı kimi əmlak 2004-cü ildə necə yüklü edilə bilərdi? Bütün bunlar, o cümlədən, öhdəliklər və onların icrası barədə heç bir sənədlərin olmaması və borc olduğu təqdirdə 15 ildən çox müddətdə kreditor tərəfindən öhdəliyin icrasının tələb edilməməsi, hazırda "xxxx" MMM-in Ləğv prosesində olan Cavabdeh2 ASC qarşısında öhdəliyinin olmamasını sübut edir, bu isə iddiaçi İddiaçı məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin cavabdeh "xxxx" ASC-nin (əvvəlki adı "xxxx" KB) xeyrinə ipoteka yüklülüyündən azad edilməsi üçün əsasdır. Əlavə olaraq məhkəməyə məlum edir ki, iddianın predmetinə aid olan sənədlərin, o cümlədən ipoteka müqaviləsinin təqdim edilməsinə dair vəkil sorğusu cavabdehlərə və AR Ədliyyə Nazirliyinin Notariat arxivinə göndərilsə də, bu sənədlər təqdim edilməmişdir. İİ. Tərəflərin mövqeləri: Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil bildirmişdir ki, öhdəliklər və onların icrası barədə heç bir sənədlərin olmaması və borc olduğu təqdirdə 15 ildən çox müddətə kreditor tərəfindən öhdəliyin icrasının tələb edilməməsi, hazırda "xxxx" MMC-nin ləğv prosesində olan Cavabdeh2 ASC qarşısında öhdəliyinin olmamasını sübut edir, bu isə İddiaçı məxsus olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin Cavabdeh2 ASC-nin xeyrinə ipoteka yüklülüyündən azad edilməsi üçün əsasdır. "xxxx" MMM-nin direktoru mənzilin ipoteka yüklülüyündən azad edilməsi barədə iddia qaldırmışdır. Həmin iş üzrə iddia qismən təmin edilmiş, 2018-ci il tarixli qətnamə əsasında borc ödənildiyindən mənzil ipoteka yüklülüyündən azad edilmişdir. Məktubda göstərilmişdir ki, İddiaçı əmlakı xx.xx.2005-ci il tarixli 96000 manat məbləğində kredit üzrə yüklü edilmişdir. Lakin 2004-cü il tarixli müqavilədə 82000 avro qeyd edilib. İddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehlər Əmanətlərin Sığortalanması Fondu və LPO Cavabdeh2 ASC-nin nümayəndəsi X3 bildirmişdir ki, 2004-cü il tarixli müqavilədə tərəflərin imzasının olması, İddiaçı əmlakını ipoteka qoyması aşkardır. Buna görə yüklülüyə xitamdan söhbət gedə bilməz. Məktubda sadəcə olaraq ətraflı məlumat verilməyib. 82000 avro borc götürülüb, müqavilə bağlanılıb, xx.xx.2005-ci il tarixdə borc manata konvertasiya edilib və əlavə saziş bağlanılıb. Sistemdə də borc buna görə manatla görünür. Faiz, qalıq və güzəştlərlə cəmi hesablanaraq 96000 manat yazılıb. 2004-cü il tarixli kredit müqaviləsi ilə bağlı öhdəlik üçün əmlak yüklüdür. 2011-ci il tarixli müqavilə ilə bağlı isə öhdəlik yoxdur. Buna Apellyasiya Məhkəməsi də hüquqi qiymət vermişdir. Bu səbəbdən də Nizami rayonunda yerləşən əmlak ipoteka yüklülüyündən azad edilmişdir. Lakin xx.xx.2004-cü il tarixli kredit müqaviləsi üzrə öhdəlik qalır. Üzərindən uzun müddət keçdiyindən müvafiq sənədlər tapılmır. Lakin sistemdə ipoteka yüklülüyünün və borcun mövcud olduğu görünür. İddianın təmin edilməməsini xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, heç bir üzrlü səbəb təqdim etmədən nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və cavabdehlərin nümayəndəsinin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıda qeyd olunanlara əsasən təmin olunmamalıdır. İİİ. Məhkəmə baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İV. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; - 139.3-cü maddəsinə görə daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; - 269.1-ci maddəsinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur; - 309.1-ci maddəsinə görə, daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əmlakın ipotekası haqqında müqavilə isə dövlət qeydiyyatına alınmalı olan daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: -10.1-ci maddəsinə əsasən, ipoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. İpoteka müqaviləsi əsas öhdəliyin qüvvədə olduğu müddət ərzində istənilən vaxt bağlanıla bilər. İpoteka müqaviləsinin etibarsızlığı əsas öhdəliyin etibarsızlığına səbəb olmur. Əsas öhdəliyin etibarsızlığı ipoteka müqaviləsinin etibarsızlığına səbəb olur; - 10.2-ci maddəsinə əsasən ipoteka müqaviləsi ipoteka qoyan və ipoteka saxlayan tərəfindən, habelə ipoteka qoyan borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanılır. İpoteka müqaviləsi notariat qaydasında təsdiqlənməlidir; - 10.4-cü maddəsinə görə, ipoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır. İpoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir; - 11.2-ci maddəsinə görə, ipoteka hüququ ipoteka müqaviləsinin dövlət qeydiyyatına alındığı andan əmələ gəlir. İpoteka müqaviləsi bu Qanunun 11.3-cü və müvafiq hallarda 11.4-cü maddələrində nəzərdə tutulmuş məlumatların müvafiq reyestrə daxil edildiyi andan dövlət qeydiyyatına alınmış hesab olunur; - 11.3-cü maddəsinə görə, ipoteka müqaviləsinin dövlət qeydiyyatı zamanı ipotekanın predmeti, əsas öhdəliyin mahiyyəti, ölçüsü, icra müddəti və ipoteka saxlayan barədə məlumat qeyd edilir; - 12.8-ci maddəsinə görə, qeydiyyat orqanı ipoteka haqqında məlumat bazasını yaradaraq məlumatın saxlanılmasını təmin etməlidir. Qeydiyyata alınmış ipoteka müqaviləsinin surəti, ipoteka kağızı verildikdə isə ipoteka kağızının sur0259ti (daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızı istisna olmaqla) dövlət qeydiyyatı orqanının arxivində saxlanılır; - 14.1-ci maddəsinə əsasən, ipotekanın əlavə dövlət qeydiyyatı müvafiq olaraq daşınmaz əmlakın dövlət reyestrində və daşınar əmlakın rəsmi reyestrində sənədlərin təqdim edildiyi gündən 3 iş günü müddətində aşağıdakı hallarda aparılır: 14.1.1. ipoteka müqaviləsində əsas öhdəliyin mahiyyəti, ölçüsü və ya icra müddəti dəyişdikdə; 14.1.2. əsas öhdəlik üzrə tələb hüququ başqa şəxsə keçdikdə; - 15.1-ci maddəsinə əsasən, ipotekanın dövlət qeydiyyatı ipoteka saxlayanın ərizəsi və ya məhkəmənin qərarı əsasında qeydiyyat orqanı tərəfindən ləğv edilir; - 48.1-ci maddəsinə əsasən, ipotekaya aşağıdakı hallarda xitam verilir: 48.1.1. ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə; 48.1.2. əsas öhdəliyə xitam verildikdə; 48.1.2-1. ipoteka saxlayan tələbdən və ya ipotekadan imtina etdikdə; 48.1.3. tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda; 48.1.4. ipoteka predmeti məhv olduqda; 48.1.5. bu Qanunla nəzərdə tutulmuş digər hallarda. V. Sübutların tədqiqi və məhkəmənin mövqeyi: - İş materiallarına əlavə edilmiş “Borc verən” "xxxx" SB ilə “Borc alan” "xxxx" MMM arasında bağlanmış xx.xx.2004-cü il tarixli kredit müqaviləsinin surətindən görünür ki, “Borc verən” 60 ay müddətinə 82000 Avro məbləğində pulu “Borc alan” a verməyi, “Borc alan” isə müqavilədə göstərilən müddətdə və qaydada krediti geri qaytarmağı öhdəsinə götürmüşdür; - “İpoteka saxlayan” "xxxx" SB, “İpoteka qoyan” İddiaçı və “Borc alan” "xxxx" MMM arasında bağlanmış xx.xx.2004-cü il tarixli ipoteka müqaviləsinin surətindən görünür ki, xx.xx.2004-cü il tarixli kredit müqaviləsinin təminatı kimi İddiaçı məxsus ünvan 4 ünvanında yerləşən yaşayış evi ipoteka qoyulmuşdur; - xx.xx.2004-cü il tarixli ipoteka müqaviləsinə və kredit müqaviləsinə xx.xx.2005-ci il tarixli, 1 nömrəli əlavə sazişlərin surətindən görünür ki, tərəflərin razılığı ilə ipoteka və kredit müqaviləsinə, əsas öhdəliyin ölçüsü və müddəti ilə bağlı dəyişiklik edilmişdir. Həmin dəyişikliklərə əsasən, verilmiş kreditin məbləği 480 000 000 manat, kreditin istifadəsinə görə ödənilməli olan faizlərin dərəcəsi illik 7 faiz, kreditin müddəti xx.xx.2005-ci il tarixindən 60 ay müəyyənləşdirilmişdir; - LPO Cavabdeh2 ASC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubun surətindən görünür ki, Cavabdeh2 ASC ilə "xxxx" MMM arasında bağlanmış xx.xx.2005-ci il tarixli kredit müqaviləsinə əsasən 96000 manat məbləğində 60 ay müddətinə kredit verilmiş və həmin kreditin təminatı olaraq ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Bank əməliyyat sistemində aşkar edilmiş məlumata əsasən hazırda "xxxx" MMM-in LPO Cavabdeh2 ASC qarşısında sözügedən kredit müqaviləsi üzrə 24997,68 manat əsas, 33944,28 faiz borcu olmaqla, ümumilikdə 58941,96 manat öhdəliyi mövcuddur. Həmçinin arxiv sənədlərində sözügedən kredit müqaviləsi üzrə hər hansı məhkəmə qətnaməsinin mövcudluğu barədə məlumat aşkar edilməmişdir. Qeyd olunanlara əsasən sözügedən kredit müqaviləsi üzrə "xxxx" MMM-in LPO "xxxx" ASC qarşısında borc öhdəliyi olduğundan həmin kredit müqaviləsinin təminatı olan ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evinin ipoteka yüklülüyündən azad edilməsi mümkün deyildir; - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X6 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubunun surətindən görünür ki, 2 nömrəli reyestr kitabının 6367 saylı səhifəsində Bakı şəhəri, Xətai rayonu, Əhmədli yolu ünvanında İddiaçı adına qeydiyyata alınmış fərdi yaşayış evinin nömrəsi sorğuda göstərildiyi kimi "3/125" deyil, "34/125" kimi qeyd olunmuşdur. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi "xxxx" KBnın xeyrinə 2004-cü il tarixdə ipoteka ilə yüklü edilmişdir. Qeyd olunan yüklülüyün qeydiyyata alınmasına əsas olmuş sənədlər arxiv qovluğunda aşkar edilməmişdir; - Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri X6 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi xx.xx.2004-cü il tarixində "xxxx" ASC-nin (Ləğv prosesində olan Cavabdeh2 ASC) xeyrinə ipoteka ilə yüklü edilmişdir və hazırda yüklüdür. İpotekanın əlavə qeydiyyatının aparılması ilə bağlı məlumat aşkar edilməmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, borclu "xxxx" MMM ilə "xxxx" SB (hazırki adı Cavabdeh2 ASC) arasında bağlanmış kredit müqaviləsinə əsasən illik 23 faiz olmaqla 60 ay müddətinə 82000 Avro kredit verilmişdir. Həmin kreditin təminatı olaraq bağlanmış 08 sentyabr 2004-cü il tarixli ipoteka müqaviləsi əsasında İddiaçı ona məxsus ünvan 4 ünvanında yerləşən yaşayış evini ipoteka ilə yüklü etmiş və ipoteka yüklülüyü dövlət qeydiyyatına alınmışdır. 28 aprel 2005-ci il tarixdə 08 sentyabr 2004-cü il tarixli 18 saylı kredit müqaviləsinə və eyni tarixli ipoteka müqaviləsinə 1 nömrəli əlavə saziş imzalanmış, həmin sazişlə kreditin müddəti uzadılmış və kreditin məbləği manata konvertasiya olunmuşdur. Hazırda iddiaçı 15 ildən çox müddətə kreditor tərəfindən öhdəliyin icrasının tələb edilməməsinə, ipoteka yüklülüyünün lazımi qaydada qeydiyyata alınmamasına əsaslanaraq ipotekaya xitam verilməsini xahiş edir. Cavabdeh isə həmin kredit müqaviləsi üzrə iddiaçının borcunun olduğuna, ipoteka yüklülüyünün dövlət qeydiyyatına alındığına, borcun tutulması və ipoteka predmetinə yönəldilməsi ilə bağlı məhkəmə qətnaməsinin olmadığına istinad edərək iddiaya etiraz edir. Qeyd olunmalıdır ki, ipotekanın dövlət qeydiyyatının aparılmasının əsası kimi məhz ipotekaya qoyanla ipoteka saxlayan arasında bağlanmış ipoteka müqaviləsi çıxış edir və həmin müqavilə tərəflərin iradə ifadəsinin nəticəsini ehtiva etməklə, əsas öhdəliyin icrasının təminatı xarakteri daşıyır. İpoteka müqaviləsi əsasında əmlakın ipoteka ilə yüklülüyü barədə dövlət qeydiyyatı aparıldığı halda, ipoteka saxlayanın iradəsindən kənar həmin əmlakın yüklülükdən azad olunması və dövlət qeydiyyatının ləğv edilməsi üçün qeyd edilən müqavilənin etibarsız hesab edilməsi və ya qanunla müəyyən edilmiş ipotekaya xitam verilməsi əsaslarının mövcud olması tələb ounur. Lakin hazırkı halda sözügedən əmlakın ipoteka ilə yüklü edilməsinə dair ipoteka müqaviləsi və ona əlavə sazişlərin etibarsız hesab edilməsi halının mövcudluğu müəyyən olunmamışdır. Digər tərəfdən “İpoteka haqqında” Qanunun 48-ci maddəsində ipotekaya hansı hallarda xitam verilməsinin əsasları dəqiq və imperativ şəkildə müəyyən edilmişdir. Hazırkı işdə iddiaçıya münasibətdə sözügedən ipoteka predmeti ilə bağlı qanunla müəyyən edilmiş ipotekaya xitam verilməsi əsaslarından hər hansı birinin mövcudluğu da müəyyən edilmir. Qeyd olunduğu kimi, ilkin kredit və ipoteka müqavilələri 08 sentyabr 2004-cü il tarixdə bağlanmış, sonradan həmin müqavilələrə, o cümlədən ipoteka müqaviləsinə hər üç tərəfin, yəni ipoteka saxlayan, ipoteka qoyan və borc alanın razılığı ilə əlavə saziş imzalanmış, həmin sazişə əsasən əsas öhdəliyin ölçüsü və ya icra müddəti dəyişdirilmiş, kreditin müddəti 28 aprel 2025-ci il tarixindən 60 ay, ipoteka ilə təmin edilmiş öhdəliyin ölçüsü ********* manat, kreditdən istifadəyə görə faizlər illik 7 faiz müəyyən edilmişdir. Lakin ipotekanın əlavə dövlət qeydiyyatı aparılmamışdır. Qeyd olunmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun “Banklar haqqında” AR Qanununun 1.0.9-cu, “İpoteka haqqında” AR Qanununun 10.5, 14 və 48-ci maddələrinin və AR MM-nin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 25 iyul 2019-cu il tarixli Qərarında əks olunmuş hüquqi mövqeyinə görə, qanunvericiliyin tələblərinə müvafiq olaraq, kredit müqaviləsinin zəruri şərtlərində (məbləğ, müddət, faiz dərəcəsi, valyutaya və s.) dəyişikliklər edildikdə ipoteka müqaviləsinə də müvafiq dəyişikliklər edilməlidir. İpoteka müqaviləsində qanunvericiliyin tələblərinə uyğun olaraq bütün şərtlərin göstərildiyi və bu şərtlərin sonradan bağlanmış kredit müqavilələrində ipoteka qoyanın razılığı olmadan dəyişdirildiyi halda, ipoteka qoyan ipoteka müqaviləsində müəyyən edilmiş şərtlər çərçivəsində məsuliyyət daşıyacaqdır. Göründüyü kimi, hətta ipoteka müqaviləsinə müvafiq dəyişikliklər dövlət orqanında lazımi qaydada qeydə alınmasa belə, ipoteka qoyan əvvəlki ipoteka müqaviləsinin şərtləri çərçivəsində məsuliyyət daşıyır. Belə ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin məhkəməyə ünvanladığı məktublara əsasən mübahisələndirilən ev xx.xx.2004-cü il tarixdə "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş və hazırda da yüklüdür. İpoteka yüklülüyünün dövlət qeydiyyatına alındığı gündən isə ipoteka müqaviləsi qüvvəyə minmişdir və hüquqi qüvvəsi davam etməkdədir. O da qeyd olunmalıdır ki, həmin yüklülüyün qeydiyyata alınmasına əsas olmuş sənədlərin arxiv qovluğunda aşkar edilməməsi qeydiyyat orqanının səhvi olmaqla, həmin yüklülüyün ləğv edilməsi üçün əsas ola bilməz. Əks hal hüquqi müəyyənlik prinsipinin tələblərinə cavab verməməklə yanaşı, ipoteka saxlayanın əşya hüququ olan ipoteka institutunun, bütövlükdə öhdəliyin icrasının təmini üsullarının mahiyyəti ilə ziddiyyət təşkil etmiş olar. Sadalanan hallar iddiaçının arqumentlərinin əsaslı olmasını istisna edir. Bundan əlavə iddiaçı kredit müqaviləsi üzrə borc öhdəliyinin tam icra edilməsini qeyd etsə də, borcun ödənilməsinə dair hər hansı bir sübutu məhkəməyə təqdim etməmiş, habelə hazırda kreditor tərəfindən qalıq borcun mövcudluğuna dair maliyyə arayışı təqdim edilmiş, həmin borc öhdəliyinin icra edilməməsinə görə fərdi yaşayış evinin ipoteka yüklülüyündən azad edilməsindən imtina edilmişdir. Nəticə etibarilə həmin əmlakın ipoteka təminatı qismində çıxış etdiyi əsas kredit müqaviləsi üzrə öhdəliyə xitam verilməsi halı da müəyyən edilməmişdir. İddiaçının istinad etdiyi və iş materiallarına əlavə edilmiş qətnamələrə gəlincə isə qeyd olunmalıdır ki, eyni tərəflər, "xxxx" MMM ilə bank arasında 20 sentyabr 2011-ci il tarixdə bağlanmış kredit müqaviləsi üzrə borc məhkəmə qaydasında tələb edilmiş, sonradan həmin borc bağlandığından digər ipoteka qoyanın tələbi əsasında ipotekaya xitam verilmişdir. Hazırki iş üzrə tərəflər arasındakı münasibətlər isə digər kredit müqaviləsindən, yəni xx.xx.2024-cü il tarixli kredit müqaviləsindən irəli gəlmişdir. İddiaçının 15 il ərzində borcun ipoteka saxlayan tərəfindən tələb edilməməsi dəlilinə gəlincə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 11 fevral 2022-ci il tarixli Qərarında göstərilmişdir ki, əlavə öhdəlik kimi ipoteka müstəqil deyil, əsas öhdəlikdən asılıdır və əsas öhdəlik üzrə pozulmuş hüquqların məhkəmə qaydasında bərpası imkanı məhkəmə tərəfindən Mülki Məcəllənin 375.2-ci maddəsi tətbiq edilərək aradan qalxırsa, bu halda əsas öhdəliyin təminatı olan ipoteka üzrə də pozulmuş hüquqların məhkəmə qaydasında müdafiə imkanı itirilmiş olur. Bununla yanaşı o da göstərilməlidir ki, girov (ipoteka) hüququ ipoteka saxlayanın əşya üzərində məhdud əşya hüququ olduğundan, əmlak hüququ olaraq müddətsiz xarakter daşıyır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarında da vurğulanmışdır ki, əşya hüquqları tam və məhdud əşya hüquqları olaraq iki əsas qrupa ayrılır: tam əşya hüququ - mülkiyyət hüququ; məhdud əşya hüquqları - servitut, uzufrukt, tikintiyə vərəsəlik, girov və ipoteka. Bu hüquqların xüsusiyyəti ondan ibarətdir ki, bu hüquqlardan istifadə edilməməsi onların aradan qalxmasına səbəb olmur və hər kəsə qarşı tələbin irəli sürülmə imkanı da hər hansı bir müddətlə məhdudlaşdırılmır. Əşya hüquqlarının iddia müddətinə tabe olmaması prinsipi hüququn hamılıqla qəbul edilən ümumi prinsiplərindən biridir və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin, 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin müddəalarının təmin edilməsinə xidmət edir. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu mövcud qanunvericilikdən çıxış edərək belə qənaətə gəlir ki, əsas tələb üzrə iddia müddəti keçdiyi halda əlavə tələb olaraq ipotekaya məcburi tutma yönəldilə bilməsə də, ipotekaya xitam verilmir və ipoteka predmetinin yüklülüyü davam edir. Göründüyü kimi ipoteka hüququ ipoteka saxlayanın əşya üzərində məhdud əşya hüququ olduğundan, əsas tələb üzrə iddia müddətinin keçməsi ipotekanın xitamına və ipoteka predmetinin yüklülükdən azad olmasına səbəb olmur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırki iş üzrə ipoteka müqaviləsinə xitam verilməsi və ipoteka yüklülüyünün ləğv edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş hər hansı bir əsas aşkar edilməmişdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edilmədiyindən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Vİ. Nəticə: Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Əmanətlərin Sığortalanması Fonduna və LPO Cavabdeh2 ASC-yə qarşı ("Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X4 1 Saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “ipoteka müqaviləsinə xitam verilməsi və ipoteka yüklülüyünün ləğv edilməsi” tələbinə dair iddiası təmin olunmamalı, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Əmanətlərin Sığortalanması Fonduna və LPO Cavabdeh2 ASCyə qarşı ("Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X4 1 Saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “ipoteka müqaviləsinə xitam verilməsi və ipoteka yüklülüyünün ləğv edilməsi” tələbinə dair iddiası təmin olunmasın. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №e-2(005)-474/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-474/2025
02.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver