Məhkəmə qərarları › İş №e-2(005)-5304/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №e-2(005)-5304/2025

03.12.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(005)-5304/2025 03.12.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızı, İddiaçı Cavabdeh qarşı aliment miqdarının dəyişdirilməsi tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı uşaqların himayəsi və aliment miqdarının dəyişdirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 2(005)-432/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsinin “xx.xx.2009-cu il təvəllüdlü X1 anası Cavabdeh yanında saxlanılması”, “xx.xx.2009-cu il təvəllüdlü X1 İddiaçı alınıb (anası) Cavabdeh verilməsi,” və “xx.xx.2009-cu il təvəllüdlü X1 (anası) Cavabdeh verildiyi tarixdən başlayaraq, xx.xx.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh xeyrinə ödənilməsi” hissəsində dəyişdirilərək “xx.xx.2009-cu il təvəllüdlü X1 atası İddiaçı yanında saxlanılması” və “Cavabdeh xx.xx.2019-cu il tarixdən başlayaraq, xx.xx.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi” kimi oxunmasına, yığılmış aliment borclarının silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə İddiaçı iddia ərizəsinin mümkünlüyü məsələsinə baxıb iş materiallarını araşdırıb hesab edir ki, iddiaçı tərəfindən iddia ərizəsinə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirak etməsi tələbinə riayət edilməsini təsdiq edən sənədi əlavə etmədiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikasının “Mediasiya haqqında” Qanununun: 3.2-ci maddəsinə əsasən, kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 27.1-ci maddəsinə əsasən fərdi əmək mübahisələrindən irəli gələn mübahisələr mediasiya vasitəsilə həll oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.6-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İddia ərizəsinə əlavə edilmiş Bakı 2 saylı Mediasiya Təşkilatının xx.xx.2025-ci il tarixli mediasiya arayışından görünür ki, İddiaçı “nikah dövründə əldə edilmiş əmlakın bölünməsi” tələbinə dair mübahisə predmeti üzrə mediasiya sessiyasının keçirilməsi üçün müraciət etmişdir. Halbuki, hazırki tələb aliment məbləğinin azaldılması və uşağın atanın himayəsində saxlanılması ilə bağlıdır. Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçı mahiyyət etibarilə yeni tələb – aliment məbləğinin azaldılması və uşağın atanın himayəsində saxlanılması barədə tələblə məhkəməyə müraciət etsə də, iddia ərizəsində əvvəlki qətnamədə dəyişikliklər edilməsi şəklində ifadə edilmişdir ki, bu da iddia ərizəsinin düzgün tərtib edilmədiyini göstərir. Belə ki, uşağın himayəsi, aliment məbləğinin azaldılması barədə tələ yeni qətnamənin qəbul edilməsi üçün əsas təşkil edir. Əvvəlki qətnamənin mətnində dəyişikliklər edilməsi üçün isə mülki prosessual qanunvericilikdə fərqli prosedur nəzərdə tutulmuşdur. Beləliklə məhkəmə, iddia ərizəsinə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı etməsi tələbinə riayət edilməsini təsdiq edən sənədi əlavə etmədiyini, eyni zamanda iddia ərizəsinin AR MPM-nin 149-cu maddəsində nəzərdə tutulan forma və məzmun tələblərinə uyğun şəkildə tərtib edilmədiyini nəzərə alıb hesab edir ki, İddiaçı Cavabdeh qarşı uşaqların himayəsi və aliment miqdarının dəyişdirilməsi tələbinə dair iddia ərizəsi geri qaytarılmalı, iddiaçıya qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı uşaqların himayəsi və aliment miqdarının dəyişdirilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçı qərardadda göstərilən nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququnun olması izah olunur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində elektron kabinet vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar