Məhkəmə qərarları › İş №e-2(005)-612/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-612/2024

10.01.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-612/2024 10.01.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, Cəfərov Davud Rauf oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Dmitryevnanın iştirakları ilə, İddiaçı Cavabdeh Dmitryevnaya qarşı alimentin təyin edilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Dmitryevnaya qarşı alimentin təyin edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2006 il təvəllüdlü X3 18 yaşına çatana qədər saxlanması üçün anası Cavabdeh hər ay 400 manat miqdarında alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, cavabdeh Lobanova (keçmiş Voropayeva) Natalya Dmitriyevna ilə xx.xx.2000-ci il tarixdə ailə qurmuşdur. Birgə nikahdan xx.xx.2006-cı il təvəllüdlü X5 doğulmuşdur. Nərimanov Rayon Məhkəməsinin 2(005)-6456/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə nikah pozulmuş və uşağın ananın yanında saxlanması müəyyən edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 225/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə birgə nikahdan olan xx.xx.2006-cı il təvəllüdlü X1 yanında saxlanılması qət edilmişdir. Həmin qatnamə qanuni qüvvəyə minmişdir. Uşaq autizm sindromu xəstəliyini keçirdir, ona daimi qulluq və həkim nəzarəti lazımdır. Məhkəmə iclasında çıxış edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh Dmitryevna bildirdi ki, alimentin təyin edilməsinə etiraz etmir, lakin işləmədiyini nəzərə alaraq, alimentin məbləğinin az müəyyən edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: Bakı Apellyasiya Məhkəməsinin 2(103)-225/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsində qeyd edilmişdir ki, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-cü il tarixli 2(005)-1347/2021 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, İddiaçı ilə Voropayeva (Lobanova) Natalya Dmitriyevna arasında xx.xx.2000-ci il tarixdə Səadət Sarayı tərəfindən qeydə alınmış və 890 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, xx.xx.2006-cı il təvəllüdlü X3 anası Voropayeva (Lobanova) Natalya Dmitriyevnanın yanında saxlanılması, İddiaçı xx.xx.2021-ci il tarixdən başlayaraq, xx.xx.2006-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 1000 manat sabit pul məbləğində alimentin hesablanaraq Voropayeva (Lobanova) Natalya Dmitriyevnanın xeyrinə tutulması, İddiaçı 10 manat dövlət rüsumunun tutulması və dövlət büdcəsinə ödənilması, qətnamənin alimentin tutulması hissəsində dərhal icra olunması qət edilmişdir. Apelyasiya şikayəti qismən təmin edilmişdir. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)-1347/2021 saylı qətnaməsi qismən, yəni “xx.xx.2006-cı il təvəllüdlü X5 (anası) Voropayeva (Lobanova) Natalya Dmitriyevnanın yanında saxlanılması, İddiaçı xx.xx.2021-ci il tarixdən başlayaraq, xx.xx.2006-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 1000 manat sabit pul məbləğində aliment hesablanaraq Voropayeva (Lobanova) Natalya Dmitriyevnanın xeyrinə tutulması, qətnamənin alimentin tutulması hissəsində dərhal icra olunması” hissələrdə ləğv edilmişdir. Tərəflərin birgə nikahlarından olan xx.xx.2006-cı il təvəllüdlü X5 atası İddiaçı (cavabdehin) yanında saxlanılması qət edilmişdir; 2 nömrəli X2 xx.xx.2022-ci il tarixli məktubunun surətindən görünür ki, xx.xx.2006 il təvəllüdlü X4 “Uşaq autizmi. Kanner sindromu. Yüngül kəmağıllıq və müalicə tələb edən ciddi nitq və davranış” diaqnozu qoyulmuşdur; İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, tərəflər mediasiya prosesinin davam etdirməyə razılıq verməmişlər. İşin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, İddiaçı ilə Cavabdeh Dmitryevnanun birgə nikahlarından xx.xx.2006 il təvəllüdlü X5 anadan olmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-225/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə birgə nikahdan olan uşağın atasının himayəsinə saxlanılması qət olunmuşdur. Həmin dövrdə iddiaçının aliment tələbi olmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Ailə Məcəlləsinin 60.3, 75.1, 75.2 və 75.4-cü maddələrinə müvafiq olaraq uşaqların tərbiyə və təhsilinə aid olan bütün məsələlər uşaqların hüquq və mənafeləri, onların rəyi nəzərə alınmaqla, valideynlərin qarşılıqlı razılığı əsasında həll olunur. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 22.2.2-ci maddəsinə əsasən məhkəmə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Ailə Məcəlləsinin 78-ci maddəsinə uyğun olaraq, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Göründüyü kimi, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, alimentin valideyinin gəlirinin bir hissəsi kimi deyil, sabit pul məbləğində tutulması yuxarıda qeyd edilən şərtlərdən birinin mövcud olduğu halda mümkündür. Bundan başqa, həmin maddənin məzmununa görə alimentin sabit pul məbləğində tutulması qanunla nəzərdə tutulmuş hallarda uşağın saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi olduqda mümkündür. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq 2023-cü il üçün minimum yaşayış həddi uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq 2024-cü il üçün minimum yaşayış həddi uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Belə ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə hesab edir ki, alimentin tutulması xx.xx.2023-cü il tarixdən başlayaraq hesablanmalıdır. Məhkəmə hesab edir ki, yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün aliment tutulması barədə tələbinin tam şəkildə təmin edilməsi cavabdehin üzərinə icrası mümkün olmayan öhdəliyin qoyulması ilə nəticələnə bilər. Beləliklə, məhkəmə cavabdehin rəsmi iş yeri və ya daimi gəliri barədə hər hansı bir sübut təqdim olunmamasını, bu səbəbdən alimentin qazancdan müəyyən hissə kimi tutulmasının mümkünsüz olduğunu, 2023 və 2024-cü illər üzrə uşaqlar üçün yaşayış minimumunun məbləğini nəzərə alaraq, alimentin hər ay xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr üzrə 220 manat sabit pul məbləğində, xx.xx.2024-cü il tarixdən uşağın yetkinlik yaşına çatanadək 235 manat sabit pul məbləğində təyin edilməsini məqbul hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2 və 217.4-cü maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2-ci maddəsinə müvafiq olaraq şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Beləliklə, məhkəmə işdə olan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2006 il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək hər ay 220 manat sabit pul məbləğində aliment, xx.xx.2024-cü il tarixdən isə hər ay 235 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Mülki Prosessual Məcəllənin 216-220, 234, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2006 il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək hər ay 220 manat sabit pul məbləğində aliment, xx.xx.2024-cü il tarixdən isə hər ay 235 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra olunsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar