Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-649/2024 08.05.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ X5 Nizaməddin oğlunun sədrliyi, Cəfərov Davud Rauf oğlunun katibliyi, Cavabdeh1 BOKT ASC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 BOKT ASC və Cavabdeh2 MMC-nə (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Xəzər rayon İcra şöbəsi göstərilməklə) qarşı hərracın nəticələrinin etibarsız hesab edilməsi, ipotekaya xitam verilməsi və dövlət qeydiyyatının ləğv edilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 BOKT ASC və Cavabdeh2 MMC-nə (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Xəzər rayon İcra şöbəsi göstərilməklə) qarşı “ipotekaya xitam verilməsi və hərracın nəticələri barədə məlumat verilməsi öhdəliyinin qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 BOKT ASC ilə X3 arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 313/12/ÇF/PB nömrəli ipoteka müqaviləsinə xitam verilməsi, Cavabdeh2 MMC-nin üzərinə hərracın nəticələri - xx.xx.2023-cü il tarixli təkrar hərracın baş tutmaması, ipoteka predmeti olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, N.Əliyev küçəsi, 2-ci dalan ünvanında 0,115398 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 5 otaqlı 143,32 kv.m yaşayış, 176.7 kv.m yardımçı, 320.02. kv.m ümumi sahədən ibarət 3 nömrəli fərdi yaşayış evi və tərkibindəki həyətyanı tikili və qurğuların 30 gün ərzində tələbkar Cavabdeh1 BOKT ASC tərəfindən əldə edilməməsi barədə Xəzər rayon İcra şöbəsinə rəsmi məlumat verilməsi ilə bağlı öhdəlik qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia ərizəsi onunla əsaslandırılmışlar ki, Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(003)-56/2019 saylı qətnaməsi ilə ilkin iddianın qismən təmin edilməsi, cavabdeh İddiaçı1 Cavabdeh1 BOKT ASC-nin xeyrinə xx.xx.2015-ci il tarixli, 0733/15/ÇPB nömrəli kredit müqaviləsi üzrə 68631,67 ABŞ dolları əsas, 30255,13 ABŞ dolları faiz borcu, 100 ABŞ dolları dəbbə pulu, cəmi 96986,80 ABŞ dolları icra vaxtı manata olan məzənnə ilə, habelə ödənilmiş 30 manat dövlət rüsumu tutulması, ipoteka predmeti olan ünvan 1 ünvanında X1 mülkiyyətində olan 0,115398 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 5 otaqlı 143,32 kv.m yaşayış, 176.7 kv.m yardımçı, 320,02 kv.m ümumi sahədən ibarət 3 nömrəli fərdi yaşayış evi və tərkibindəki həyətyanı tikili və qurğuların 485000 manat ilkin satış qiyməti ilə qiymətləndirilməsi və tələbin həmin əmlaka yönləndirilməsi, fərdi yaşayış evi və tərkibindəki tikili və qurğuların açıq hərracda satılaraq əldə edilən vəsaitin tələb edilən borcun ödənilməsinə yönəldilməsi, ilkin iddianın qalan hissədə rədd edilməsi, qarşılıqlı iddia üzrə İddiaçı1 qarşılıqlı iddia üzrə Cavabdeh1 BOKT ASC-yə qarşı “kredit, ipoteka və zaminlik müqaviləsinə xitam verilməsi” tələbinə dair qarşılıqlı iddiasının rədd edilməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(103)- 3581/2020 saylı qətnaməsi ilə cavabdeh İddiaçı1 apelyasiya şikayətinin təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(102)-683/2021 saylı qərarı ilə cavabdeh İddiaçı1 kassasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. X3 xx.xx.2016-cı il tarixdə hipertenziya səbəbi ilə dünyasını dəyişmişdir. xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə xx.xx.2016-cı il tarixində vəfat etmiş X1 vərəsəsi İddiaçı2 miras əmlakdan tam hissədə pay almaq hüququna malikdir və şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2011 tarixdə X2 verilmiş **********35- 10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən ibarətdir. Xəzər Rayon Məhkəməsinin 2(003)-56/2019 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi əsasında Xəzər Rayon İcra Şöbəsinin icra məmuru Nümayəndə3 tərəfindən xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Xəzər Rayon İcra Şöbəsinin xx.xx.2022-ci il tarixli, 3812Q saylı hərracın keçirilməsi haqqında Cavabdeh2 MMC-yə sifariş vermişdir. Xəzər Rayon İcra Şöbəsi Cavabdeh2 MMC-yə ipoteka predmeti olan əmlaka ilkin satış qiymətinin 485000 manat müəyyən edilməklə hərracın keçirilməsi haqqında sifariş vermişdir. Cavabdeh2 MMC tərəfindən xx.xx.2022-ci il tarixli, 428 saylı açıq hərracın keçirilməsinə dair bildiriş tərtib edilmişdir. xx.xx.2023-cü il tarixdə hərracın keçirildiyi, lakin hərracın baş tutmadığı qeyd olunur. Cavabdeh2 MMC tərəfindən xx.xx.2023-cü il tarixli, 428-1 saylı təkrar açıq hərracın keçirilməsinə dair bildiriş tərtib edilmişdir. xx.xx.2023-cü il tarixdə təkrar hərracın keçirildiyi, lakin, təkrar hərracın baş tutmadığı qeyd olunur. Təkrar hərrac da baş tutmadığı üçün əmlak tələbkar Cavabdeh1 BOKT ASC-yə təklif olunmuş, lakin tələbkar əmlakı əmlak tələb olunan məbləğdən artıq dəyərdə olduğu üçün əldə etməmişdir. Bununla bağlı cavabdeh hərrac təşkilatı 2023-cü ilin fevral ayının sonunda onların nümayəndəsini hərrac təşkilatına dəvət etmiş, tələbkarın əmlakı əldə etmədiyini bildirmiş və hərrac təşkilatının hesabına xidmət haqqı kimi 25000 manat pul ödəməli olduğuqlarını bildirmişlər. Həmin 25000 manat pulun ödənişi ilə bağlı 2023-cü ilin mart ayının ortalarına kimi hərrac təşkilatı ilə müzakirələr aparmışlar və ödənişin qanunda nəzərdə tutulmadığını onların nəzərinə bildirmişdilər. 25000 manat pulu cavabdeh hərrac təşkilatına ödəmək üçün təşkilat hərracıın baş tutmaması, tələbkarın əmlakı əldə etməməsi barədə qəsdən Xəzər rayon İcra şöbəsinə məluat verməmiş, imkan verməmişdir ki, icra işinə xitam verilsin. Daha sonra iddia tələbinin dəyişdirilməsinə dair ərizə təqdim edərək, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, N.Əliyev küçəsi, 2-ci dalan ünvanında 0,115398 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 5 otaqlı 143,32 kv.m yaşayış, 176.7 kv.m yardımçı, 320.02. kv.m ümumi sahədən ibarət 3 nömrəli fərdi yaşayış evi və tərkibindəki həyətyanı tikili və qurğularla bağlı cavabdehlər Cavabdeh2 MMC ilə Cavabdeh1 BOKT ASC arasında tərtib olunmuş ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair xx.xx.2023-cü il tarixli, 16/6 nömrəli Protokolun, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilməsinə dair xx.xx.2023-cü il tarixli Müqavilənin etibarsız hesab edilməsi, Cavabdeh1 BOKT ASC ilə X3 arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 313/12/ÇF/PB nömrəli ipoteka müqaviləsinə və ipotekaya xitam verilməsi, ipoteka predmeti olan ünvan 4 ünvanında 0,115398 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 5 otaqlı 143,32 kv.m yaşayış, 176.7 kv.m yardımçı, 320.02. kv.m ümumi sahədən ibarət 3 nömrəli fərdi yaşayış evi və tərkibindəki həyətyanı tikili və qurğuların ipotekasının dövlət qeydiyyatının ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 BOKT ASC-nin nümayəndəsi Nümayəndə2 iddia ərizəsinə etiraz edərək, mülki iş üzrə yekun məhkəmə aktı olan qətnamə qəbul edərək, iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Digər cavabdeh və üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında gəlməmiş və nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyərək və iş materiallarını tədqiq edərək aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhəri 25 saylı Notariat ofisinin xx.xx.2023-cü il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, X1 vəfat etməsi ilə əlaqədar cavabdeh vərəsəsi İddiaçı2dır və o miras əmlakdan tam hissədə pay almışdır; AZ-İ seriyalı, 843191 nömrəli Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2016-cı il tarixdə ölmüşdür; Xəzər rayon İcra şöbəsinin xx.xx.2022-ci il tarixdə Cavabdeh2 MMC-yə ünvanladığı məktubun surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, N.Əliyev küçəsi, 2-ci dalan ünvanında X1 mülkiyyətində olan 0.115398 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 5 otaqlı, 3 nömrəli yaşayış evi və tərkibindəki həyətyanı tikili və qurğuların açıq hərrac yolu ilə satılmasına sərəncam verilməsi xahiş edilmişdir. Məktubun surəti İddiaçı1 ünvan 6 ünvanına göndərilmişdir; Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətinə əsasən ünvan 6 xüsusi mülkiyyət hüququ kimi X1 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2011-ci il tarixdə qeydiyyata alınmışdır; Xəzər Rayon Məhkəməsinin 2(003)-56\2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsinin surətinə əsasən cavabdeh İddiaçı1 Cavabdeh1 BOKT ASC-nin xeyrinə xx.xx.2015-ci il tarixli, 0733/15/ÇPB nömrəli kredit müqaviləsi üzrə 68631,67 ABŞ dolları əsas, 30255,13 ABŞ dolları faiz borcu, 100 ABŞ dolları dəbbə pulu, cəmi 96986,80 ABŞ dolları icra vaxtı manata olan məzənnə ilə, habelə ödənilmiş 30 manat dövlət rüsumu tutulması, ipoteka predmeti olan ünvan 1 ünvanında X1 mülkiyyətində olan 0,115398 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 5 otaqlı 143,32 kv.m yaşayış, 176.7 kv.m yardımçı, 320,02 kv.m ümumi sahədən ibarət 3 nömrəli fərdi yaşayış evi və tərkibindəki həyətyanı tikili və qurğular 485000 manat ilkin satış qiyməti ilə qiymətləndirilməsi və tələbin həmin əmlaka yönləndirilməsi, fərdi yaşayış evi və tərkibindəki tikili və qurğuların açıq hərracda satılaraq əldə edilən vəsait tələb edilən borcun ödənilməsinə yönəldilməsi, ilkin iddianın qalan hissədə rədd edilməsi, qarşılıqlı iddia üzrə İddiaçı1 qarşılıqlı iddia üzrə Cavabdeh1 BOKT ASC-yə qarşı “kredit, ipoteka və zaminlik müqaviləsinə xitam verilməsi” tələbinə dair qarşılıqlı iddiasının rədd edilməsi qət edilmişdir; Cavabdeh2 MMC-nin hərracın keçirilməsinə dair xx.xx.2022-ci il tarixli, 428 nömrəli bildirişlərinin surətindən görünür ki, ünvan 1 ünvanında 0.115398 ha torpaq sahəsində yerləşən 3 nömrəli fərdi yaşayış evi və tərkibindəki həyətyanı tikili və qurğulara dair açıq hərracın keçirilməsi xx.xx.2023-cü il tarixə saat 11:00-da təyin edilmişdir. Əmlakın satış qiyməti 485000 manat müəyyən edilmişdir; Cavabdeh2 MMC-nin hərracın keçirilməsinə dair xx.xx.2023-cü il tarixli, 428-1 nömrəli bildirişinin surətindən görünür ki, ünvan 1 ünvanında 0.115398 ha torpaq sahəsində yerləşən 3 nömrəli fərdi yaşayış evi və tərkibindəki həyətyanı tikili və qurğulara dair açıq hərracın keçirilməsi xx.xx.2023-cü il tarixə saat 11:00-17:00-dək təyin edilmişdir. Əmlakın satış qiyməti 15% aşağı qiymətlə 412250 manat müəyyən edilmişdir; Cavabdeh2 MMC tərəfindən Cavabdeh1 BOKT ASC-yə ünvanlanmış ipoteka predmetinin əldə olunmasına dair xx.xx.2023-cü il tarixli təklifdən görünür ki, ipoteka predmeti təkrar hərracdakı satış qiymətindən 25 faizdən az olmayan qiymətlə ipoteka saxlayana təklif olunmuşdur; Cavabdeh1 BOKT ASC tərəfindən Cavabdeh2 MMC-yə ünvanlanmış ipoteka predmetinin əldə olunmasına dair xx.xx.2023-cü il tarixli təklifin qəbul edilməsi məktubunun surətindən görünür ki, ipoteka predmeti olan ünvan 1 ünvanında 0.115398 ha torpaq sahəsində yerləşən 3 nömrəli fərdi yaşayış evi və tərkibindəki həyətyanı tikili və qurğuları ilkin satış qiymətindən 25% az olmayan qiymətlə qəbul etmişlər; Cavabdeh2 MMC-nin ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair xx.xx.2023-cü il tarixli, 16/6 nömrəli protokolun və xx.xx.2023-cü il tarixli müqavilənin surətlərindən görünür ki, Xəzər Rayon Məhkəməsinin 2(003)-56\2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsi və Xəzər rayon İcra şöbəsinin sifariş məktubu əsasında Cavabdeh2 MMC-nin təşkilatçılığı ilə keçirilmiş hərrac başa çatdırılmış, alıcı (ipoteka saxlayan) Cavabdeh1 BOKT ASC ipoteka predmeti olan X2 məxsus ünvan 1 ünvanında 0.115398 ha torpaq sahəsində yerləşən 3 nömrəli fərdi yaşayış evi və tərkibindəki həyətyanı tikili və qurğuları 309187 manata əldə etmişdir; “525-ci” qəzetin xx.xx.2022-ci il tarixli, 240(6046) nömrəli və xx.xx.2023-ci il tarixli, 12(6059) nömrəli tirajlarının surətindən görünür ki, Cavabdeh2 MMC tərəfindən ünvan 1 ünvanında 0.115398 ha torpaq sahəsində yerləşən 3 nömrəli fərdi yaşayış evi və tərkibindəki həyətyanı tikili və qurğulara dair açıq hərracın keçirilməsi elan edilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə tutmanın ipoteka predmetinə yönəldilərək onun açıq hərracdan satılması və satışdan əldə olunan pul hesabına borcun ödənilməsi qət edilmişdir. Xəzər rayon İcra şöbəsinin sifarişi əsasında Cavabdeh2 MMC-nin təşkilatçılığı ilə iki hərrac keçirilmişdir. Hərracların keçirilməsi ilə bağlı “525-ci” qəzetində elanlar verilmiş, eyni zamanda iştirakçılara hərracın keçiriləcəyi yer, tarix və sair aidiyyəti məlumatları özündə əks etdirən bildirişlər göndərilmişdir. xx.xx.2023-cü il tarixli “İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına” dair protokola əsasən X2 məxsus ünvan 1 ünvanında 0.115398 ha torpaq sahəsində yerləşən 3 nömrəli fərdi yaşayış evi və tərkibindəki həyətyanı tikili və qurğuları ipoteka saxlayan Cavabdeh1 BOKT ASC əldə etmişdir. Hazırda iddiaçı hərrac təşkil edilərkən qanunvericilikdə nəzərdə tutulmuş qaydalara riayət edilmədiyinə istinad edərək, hərracın nəticələrinin etibarsız hesab edilməsini, ipoteka müqaviləsi üzrə ipotekaya xitam verilməsini, həmin ipoteka müqaviləsi üzrə onun mülkiyyətində olan əmlakın ipoteka ilə yüklülükdən azad edilməsini və dövlət reyestrində müvafiq qeydlərin aparılmasını tələb edir. Tutma yönəldilən ipoteka predmetinin satış üsullarından biri olan hərracların keçirilmə qaydaları və nəticələri Mülki Məcəllə və “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Mülki Məcəllənin 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İpoteka haqqında” Qanunun 41.2, 41.3 və 41.5-ci maddələrinə uyğun olaraq məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Hərrac açıq auksion formasında keçirilir. Həmin Qanunun 42.1-ci maddəsinə görə hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Eyni Qanunun 43.5 və 43.7-ci maddələrinə əsasən təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiyməti ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Eyni Qanunun 43.8-ci maddəsinə əsasən ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Qanunvericilik normalarının məzmunundan göründüyü kimi, ipoteka predmeti olan əmlakın likvid qiymətlə satışa çıxarılması, ümumilikdə 2 hərracın keçirilməsi imkanı, birinci və təkrar hərrac baş tutmadığı halda ilkin satış qiymətinin ardıcıl olaraq 15 və 25 faiz azaldılması və ən nəhayət təkrar hərracın baş tutmadığı halda ipoteka saxlayanın əmlakı 30 gün müddətində əldə etməsi imkanı nəzərdə tutulmuşdur. Hərracın keçirilməsi ilə bağlı məhkəmə qeyd edir ki, iş materiallarından göründüyü kimi, Cavabdeh2 MMC tərəfindən ünvan 1 ünvanında 0.115398 ha torpaq sahəsində yerləşən 3 nömrəli fərdi yaşayış evi və tərkibindəki həyətyanı tikili və qurğuları xx.xx.2023cü il tarixdə birinci dəfə açıq hərracda satışa çıxarılmışdır. Həmin hərracın keçirilməsi vaxtı və yeri barədə bildiriş tərtib olunmuş, tərəflərin ünvanına göndərilmişdir. Həmçinin hərracın keçirilməsi ilə bağlı elan “525-ci” qəzetin xx.xx.2022-ci il tarixli, 240(6046) nömrəli buraxılışında dərc olunmuşdur. Keçirilən ilkin hərracda alıcı olmadığına görə bu hərrac baş tutmamışdır. xx.xx.2023-cü il tarixə təkrar hərrac təyin edilmişdir. Həmin hərracın keçirilməsi vaxtı və yeri barədə də bildiriş tərtib olunmuş, tərəflərin ünvanına göndərilmişdir. Həmçinin hərracın keçirilməsi ilə bağlı elan “525-ci” qəzetinin xx.xx.2023-cü il tarixli, 12(6059) saylı buraxılışında dərc olunmuşdur. Lakin alıcı olmadığına görə bu hərrac da baş tutmamışdır. Bundan sonra Hərrac Mərkəzi hər iki hərracda əmlak satılmadığına görə ipoteka saxlayan Cavabdeh1 BOKT ASC-yə təklif məktubları göndərərək, “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə əsasən ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25% az olmayan qiymətlə almağı təklif etmişdir. Göründüyü kimi, əmlakın açıq hərracdan satılması ilə bağlı keçirilmiş hərraclarda qanunvericiliyin tələbləri pozulmamışdır. Belə ki, hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, habelə özündə qanunvericiliklə müəyyən edilmiş digər məlumatları əks etdirən bildirişlər hərrac iştirakçılarına göndərilmiş, bununla bağlı qəzetlərdə elanlar verilmişdir. Məhkəmə iddia tələbinə hüquqi qiymət verməkdə davam edərək bildirir ki, iddiaçı hərracın yekunları barədə protokolun sifariş vermiş icra şöbəsinə göndərilmədiyini, tələbkar tərəfindən ipoteka predmetinin qanunvericilikdə müəyyən edilmiş 30 gün müddətində qəbul etmədiyini və hərracın yekunları barədə protokolun və müqavilənin daha sonra tərtib edilsə də, geri tarix qeyd edildiyini əsas gətir. Məhkəmə qeyd edir ki, Cavabdeh2 MMC tərəfindən Cavabdeh1 BOKT ASC-yə ipoteka predmetini əldə edilməsinə dair təklif məktubu xx.xx.2023-cü il tarixdə ünvanlanmış və xx.xx.2023-cü il tarixdə təklif ipoteka saxlayan tərəfindən qəbul edilmişdir. Hərracın yekunları barədə protokol və alqı-satqı müqaviləsi xx.xx.2023-cü il tarixdə tərtib edilmiş və bağlanmışdır. Göründüyü kimi hərracın yekunları barədə protokol qanunvericilikdə müəyyən edilmiş 30 gün müddətində bağlanmış və ipoteka saxlayana təqdim edilmişdir. Hərracın yekunları barədə protokolun sifariş vermiş icra şöbəsinə göndərilməməsi hərracın etibarsız hesab edilməsi üçün əsas deyildir. Belə məlumatın hər hansı müddətdə verilməsi qanunvericiliklə hərrac mərkəzinin üzərinə öhdəlik kimi qoyulmamışdır. İddiaçı iddia ərizəsində əsaslandırdığı halları sübut edəcək hər hansı möhtəbər sübut və ya dəlil təqdim edə bilməmişdir. Məhkəmə iş üzrə sübutları tədqiq edərək belə nəticəyə gəlir ki, hərracın keçirilməsi ilə bağlı mövcud qanunvericilik normalarının və iddiaçının subyektiv hüququnun pozulması müəyyən edilməmiş, iddiaçının iddia ərizəsində göstərdiyi dəlillər məhkəmə baxışı zamanı öz təsdiqini tapmamış və ünvan 1 ünvanında 0.115398 ha torpaq sahəsində yerləşən 3 nömrəli fərdi yaşayış evi və tərkibindəki həyətyanı tikili və qurğuların açıq hərracdan satılması ilə bağlı keçirilmiş hərraclarda qanunvericiliyin tələbləri pozulmamışdır. Bu səbəbdən fərdi yaşayış evinə dair keçirilmiş hərracın etibarsız hesab edilməsi üçün hər hansı əsas mövcud deyildir. Bununlada iddiaçı Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Məhkəmə iddia tələbinin qalan hissələri ilə bağlı qeyd edir ki, prosessual qənaət prinsipi baxımından iddia tələbi keçirilmiş hərracın etibarsız olması hissəsində əsassız olduğundan, iddiaya qalan hissələrdə qiymət verilməsi üçün əsas yoxdur, bu səbəbdən iddia tələbi həmin hissələrdə də əsassız hesab edilməli və rədd edilməlidir. Gəldiyi qənaətin məntiqi davamı olaraq məhkəmə, iddia tələbini əsassız hesab edir və bununla bağlı əlavə əsaslandırma aparmağa zərurət hesab etməyərək özünün bu mövqeyini prosessual qənaət prinsipi ilə izah edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2 və 217.4-cü maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı iş üzrə” 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 BOKT ASC və Cavabdeh2 MMC-nə (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Xəzər rayon İcra şöbəsi göstərilməklə) qarşı hərracın nəticələrinin etibarsız hesab edilməsi, ipotekaya xitam verilməsi və dövlət qeydiyyatının ləğv edilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddia tələbi təmin edilmədiyindən mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçılara aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 BOKT ASC və Cavabdeh2 MMC-nə (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Xəzər rayon İcra şöbəsi göstərilməklə) qarşı hərracın nəticələrinin etibarsız hesab edilməsi, ipotekaya xitam verilməsi və dövlət qeydiyyatının ləğv edilməsi tələbinə dair iddiası təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. X6
Məhkəmə qərarları › İş №e-2(005)-649/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-649/2024
08.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver