Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(005)-697/2023 18.05.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı LPO İddiaçı ASC-nin Cavabdeh qarşı pul və sair tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı LPO İddiaçı ASC Cavabdeh qarşı pulun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı LPO İddiaçı ASC məhkəməyə ərizə ünvanlayaraq mübahisə məhkəmədən kənar həll edildiyindən mülki işin baxılmamış saxlanılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsi X2 cavabdehin banka ərizə ilə müraciət etdiyini, ona müəyyən güzəştlər edilərək ödəniş qaydasına dəyişiklik edildiyini, bu səbəbdən iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etdiyini bildirmişdir. Məhkəmə işin baxılmamış saxlanılmasını xahiş etmiş iddiaçının ərizəsini və cavabdehin məhkəmə iclasında iştirak etməməsini nəzərə alaraq hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdehlər işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə iddia ərizəsini baxılmamış saxlayır. Həmin Məcəllənin 260.1-ci maddəsinə əsasən iddia ərizəsinin baxılmamış saxlanılması haqqında məhkəmə qərardad çıxarır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Həmin Məcəllənin 260.3-cü maddəsinə uyğun olaraq qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. İş materiallarından görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 697/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə ipoteka predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, X4 prospekti 27 ünvanında yerləşən qeyri yaşayış sahəsinin bazar və likvid dəyərinin müəyyənləşdirilməsi məqsədilə məhkəmə qiymətləndirmə ekspertizası təyin edilmişdir. Qiymətləndirmənin aparılması "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 0116 nömrəli, xx.xx.2023-cü il tarixli qiymətləndirmə rəyi məhkəməyə daxil olmuş və qiymətləndirmə işinin həyata keçirilməsi dəyərinin 300 manat olduğu göstərilmişdir. Həmçinin iş materiallarında olan ləğv prosesində olan İddiaçı ASC-nin müştərisi Cavabdeh ilə bağlanmış kredit müqaviləsi üzrə BƏS-də olan borca güzəşt edilməsi və müddət verilməsi barədə xx.xx.2023-cü il tarixli, 257 nömrəli protokoldan görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixində bağlanmış istehlak kredit müqaviləsi (İD87301024, LM0********) üzrə ilkin olaraq 77000 manat ödənməklə hesablanmış faiz borcuna qismən güzəşt edilməsi və qalıq 30000 manat məbləğinin 12 aylıq qrafiklə ödənilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə ipoteka predmetinin dəyərinin müəyyən edilməsi üçün qiymətləndirmə tədqiqatının aparılması zəruri olduğundan məhkəmə tərəfindən qiymətləndirmə ekspertizası təyin edilmişdir. İddiaçının iddia ərizəsinin baxılmamış saxlanmasını xahiş etməsinə səbəbin, cavabdehin borcunun güzəştli şərtlərlə ödəməsi barədə ərizəsi və həmin ərizə əsasında tərəflər arasında ödəmə ilə əlaqədar razılığın əldə edilməsi olduğunu nəzərə alaraq məhkəmə, qiymətləndirmə tədqiqatının dəyərinin cavabdehdən tutulmasını məqsədə müvafiq və ağlabatan hesab edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı LPO İddiaçı ASC-nin Cavabdeh qarşı pulun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalı, iş üzrə dövlət rüsumu kimi ödənilmiş 411,08 manat məbləğində pul rüsum ödəyicisi LPO İddiaçı ASC-yə geri qaytarılmalı, məhkəmə qiymətləndirmə tədqiqatının dəyəri olan 300 manat pul Cavabdeh tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı LPO İddiaçı ASC-nin Cavabdeh qarşı pulun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Ərizə və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İş üzrə dövlət rüsumu kimi ödənilmiş (Bakı Şəhəri üzrə Baş Maliyyə İdarəsi vasitəsilə, mədaxil qəbzinin nömrəsi – **********) 411,08 (dörd yüz on bir manat, səkkiz qəpik) manat məbləğində pul rüsum ödəyicisi LPO İddiaçı ASC-yə geri qaytarılsın. Qiymətləndirmə tədqiqatının dəyəri olan 300 (üç yüz) manat məbləğində pul Cavabdeh tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına (müxbir hesab:AZ61NABZ********************, kod:507280, VÖEN:**********, S.W.İ.F.T:RBTAAZ22, hesab/İBAN: AZ74RBTA********************) ödənilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №e-2(005)-697/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №e-2(005)-697/2023
18.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver