Məhkəmə qərarları › İş №e-2(005)-76/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-76/2025

16.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-76/2025 16.10.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçılar İddiaçı, X19 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı (açar sözlər: pul tələbi; təmir xərci) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçı X19, İddiaçıların nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçılar İddiaçı və X19 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati inzibati binasında (Bakı şəhəri, Əhməd bəy Ağaoğlu 34A) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: İddiaçı və X22 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “X23- Mer“ MMC Şirkətindən və direktoru Cavabdeh1 Maqsud oğlundan 38.000 (otuz səkkiz min) manat məbləğində pulun və ödənilmiş 204 (iki yüz dörd) manat məbləğində dövlət rüsumunun alınıb iddiaçıya verilməsinə dair qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar X5 və X24 (bundan sonra iddiaçılar) Abşeron rayonu Masazır qəsəbəsində yerləşən yaşayış evini təmir etdirmək məqsədilə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq yaradılmış və cavabdeh ünvan 1 ünvanda fəaliyyət göstərən, “X23-Mer“ MMC Şirkətinin direktoru Cavabdeh1 Maqsud oğlu (bundan sonra cavabdeh) ilə xx.xx.2021-ci ildə AYBA-001 saylı müqavilə bağlanmışdır. Müqaviləyə əsasən Sifarişçi (Bayramova) İcraçıya (“AYBA qroup Design-MER MMC-nin direktoru Məcidov”) müqavilənin ayrılmaz hissəsi olan, əlavələrdə göstərilən xidmətləri, o cümlədən Masazır qəsəbəsinddə yerləşən ikimərtəbəli villanın layihəsinin tikinti və quraşdırma işləri, tam təhvil – açar təslim olmaq şərti ilə sifariş verib bunun müqabilində müəyyən edilən xidmət haqqını ödəməyi, İcraçı isə sifarişi vaxtında və bu müqabilənun şərtlərinə uyğun olaraq yerinə yetirməyi öz üərinə götürmüşdür. xx.xx.2021-ci il tarixli, “AYBA-001” №-li Müqaviləyə 2-li Əlavəyə əsasən tərəflər arasında görüləcək işlərin dəyəri ƏDV daxil olmaqla cəmi 90.000 manat məbləğində təşkil edir. Əlavə hər iki tərəfin imzası ilə təsdiq edilmişdir. Müqavilənin ödənişi şərtlərini nəzərdə tutan 4.1-cü bəndinə əsasən müqavilə üzrə bütün ödənişlər təqdim edilmiş hesab faktura əsasında İcraçının hesablaşma hesabına bank köçürməsi vasitəsilə həyata keçirilməli olduğu halda, İcraçı müqavilənin 4.3-cü bəndinin tələblərini pozaraq sifarişçidən (iddiaçıdan) müqvildə nəzərdə tutulduğu 90.000 manatdan 77.500 manatı Nərimanov rayonu ərazisində şirkətin rəhbəri Cavabdeh1 Maqsud oğlu şəxsən hissə-hissə özü almış, lakin həmin ödənilən məbləglərə dair (22.500 manat + 20.000 manat + 5.000 manat + 20.000 manat + 10.000 manat) mədaxil xəzinə orderi tərtib edilsə də MMC-nin hesabına keçirməmiş, nəticədə mənimsəmişdir. Cavabdeh müqavilə üzrə öhdəliklərini tam yerinə yetirməmiş, təmir işlərini başa çatdırmadan dayandırmışdır. İddiaçıların müxtəlif orqanlara şikayətindən sonra aldığı 77.500 manatdan 19.000 manat qaytarmış, 38.500 manat borcu qaytarmamış, 38.000 manatdan 10.000 manat məbləği xx.xx.2023-cü il tarixədək ödəməsi barədə iltizam vermiş, lakin bu öhdəliyini də yerinə yetirməmişdir. Ona görə də onun hərəkətlərindən Yasamal Rayon Polis İdarəsinə şikayət edilmişdir. Yasamal Rayon Polis İdarəsinin İstintaq şöbəsində araşdırma zamanı Cavabdeh1 Maqsud oğlu müqavilə üzrə öhdəliklərini yerinə yetirə bilmədiyini və iddiaçıya 38.000 manat borcu olmasını etiraf etmişdir. II. Tərəflərin mövqeləri: Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 xx.xx.2024-cü il tarixdə elektron kabinet vasitəsilə iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, cavabdeh tərəf olaraq iddia ərizəsində göstərilənlərlə heç bir halda razı ola bilməz. Əlavə olaraq onuda qeyd edir ki, cavabdeh olaraq iddiaçı X3 hər hansı borcu yoxdur. Beləki, ""X21-MEP" MMC-nin direktoru olaraq həqiqətəndə xx.xx.2021-ci il tarixli AYBA-001 saylı müqaviləyə əsasən X6 ilə Bakı şəhəri, Masazır qəsəbəsi ünvanında yerləşən və iddiaçıya məxsus olan torpaq sahəsində iki mərtəbəli villanın tikintisin öz üzərimə öhdəlik olaraq götürmüşdür. Bunun müqabilində isə iddiaçı X6 isə şirkətə cəmi 90000 manat ödəməliydi. Müqaviləyə uyğun olaraq tərəfindən işlərə başlanılmış və iddiaçı tərəfindən cəmi 72500 manat ödəniş edilmiş və bütün pul vəsaiti tam olaraq X6 ilə Bakı şəhəri, Masazır qəsəbəsi ünvanında yerləşən və iddiaçıya məxsus olan torpaq sahəsində iki mərtəbəli evin tikintisinə xərclənmişdir. Bu arada onuda qeyd edir ki, iddiaçı X1 iddia ərizəsində qeyd olunub ki, güya o 77500 manat ödəyib. Əslində isə iddiaçı tərəfindən cəmi 72500 manat ödəniş edilib. İddiaçı X6 tərəfindən həqiqətəndə 72500 manatın ödənilməsini təsdiq edən müvafiq sənədləri də məhkəməyə təqdim etmişdir. Etirazda göstərilən halların düzgün olmasını sübut etmək üçün məhkəmə tərəfindən müvafiq təmir tikinti və mühəndis tikinti ekspertizaların keçirilməsi kifayətdir ki, X6 ilə Bakı şəhəri, Masazır qəsəbəsi ünvanında yerləşən və iddiaçıya məxsus olan torpaq sahəsində iki mərtəbəli evin inşası ilə əlaqədar olaraq xx.xx.2021-ci il tarixli AYBA-001 saylı müqaviləyə uyğun hansı məbləğdə pul vəsaitinin xərclənməsi müəyyən edilsin. Həmçinin onuda bildirir ki, iddiaçı X3 və ya hər hansı digər bir şəxsə hər hansı borcunun olması barədə iltizam yazmamış və bununla əlaqədar Yasamal rayon Polis İdarəsində araşdırma aparılmayıb və bununla əlaqədar hər hansı iltizam da yazıb imzalamamışdır. Həmçinin onuda qeyd edir ki, iddiaçı tərəfin təqdim etdiyi iltizamın tərəfindən yazılıb və imzalandığını müəyyən etmək üçün keçirilmiş məhkəmə xətşünaslıq ekspertizasının rəyi ilə razı deyil. Belə ki, iş materiallarını araşdırarkən müəyyən edilmişdir ki, iddiaçı tərəfindən ekspertiza tədqiqatının aparılması üçün təqdim edilmiş sənədin (iltizamın) əsli mövcud deyil. Bununla əlaqədar ekspert tərəfindən sənədin əslinin təqdim edilməsi təklif edilsə də hər hansı müsbət nəticə əldə edilməmişdir və hətta araşdırmanın aparıldığı iddia olunan Yasamal rayon Polis İdarəsindən alınmış xx.xx.2024cü il tarixli məktubdan da məlum olur ki, X1 ərizəsi əsasında hər hansı araşdırma aparılmamışdır. Bundan sonra isə ekspert tərəfindən sənədin əsli olmadan araşdırma aparılmış və imzanın cavabdeh tərəfindən icra edilməsi barədə rəy verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, onun təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, onun təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili iddia tələbini qəbul etməyərək, onun təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. III. İşin faktiki halları: İş materiallarına əlavə edilmiş: - Cavabdeh2 MMC-nin direktoru Cavabdeh1 və X6 arasında bağlanmış 14 aprel 2021-ci il tarixdə AYBA-001 №-li müqavilədən görünür ki, sifarişçi icraçıya bu Müqavilənin ayrılmaz hissəsi olan Əlavələrdə göstərilən xidmətləri, o cümlədən Masazır Qəsəbəsində yerləşən 2 (iki) mərtəbəli villa layihəsinin tikinti və quraşdırma işləri, tam təhvil - açar təslim olmaq şərti ilə sifariş verib bunun müqabilində müəyyən edilən xidmət haqqını ödəməyi, icraçı isə sifarişi vaxtında və bu müqavilənin şərtlərinə uyğun olaraq yerinə yetirməyi öz üzərinə götürür. - "xxxx" MMC-nin (rəhbər-direktor Cavabdeh1) xx.xx.2021-ci il tarixli mədaxil xəzinə orderindən görünür ki, X25 tərəfindən tikinti və təmir işlərinə görə avans təyinatı ilə 20000 manat ödəniş edilmişdir. - "xxxx" MMC-nin (rəhbər-direktor Cavabdeh1) xx.xx.2021-ci il tarixli mədaxil xəzinə orderindən görünür ki, X25 tərəfindən tikinti və təmir işlərinə görə avans təyinatı ilə 5000 manat ödəniş edilmişdir. - "xxxx" MMC-nin (rəhbər-direktor Cavabdeh1) xx.xx.2021-ci il tarixli mədaxil xəzinə orderindən görünür ki, X25 tərəfindən tikinti və təmir işlərinə görə avans təyinatı ilə 20000 manat ödəniş edilmişdir. - "xxxx" MMC-nin (rəhbər-direktor Cavabdeh1) xx.xx.2021-ci il tarixli mədaxil xəzinə orderindən görünür ki, X25 tərəfindən landşaft təyinatı ilə 10000 manat ödəniş edilmişdir. - "xxxx" MMC-nin (rəhbər-direktor Cavabdeh1) mədaxil xəzinə orderindən görünür ki, X25 tərəfindən tikinti və təmir işlərinə görə avans təyinatı ilə 22500 manat ödəniş edilmişdir. - Bakı şəhəri Yasamal RPİ-nin İstintaq Şöbəsinin 30 dekabr 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan müəyyən olunur ki, X1 və X12 ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Araşdırma zamanı izahatı alınmış Cavabdeh1 Maqsud oğlu izahatında bildirmişdir ki, o, əvvəllər “X23-Mer" MMC şirkətinin rəhbəri olmuşdur. X5 ona Abşeron rayonu, saray qəsəbəsində ev inşa etdirmək məqsədi ilə müraciət etmiş və bununla əlaqədar aralarında müqavilə bağlanmışdır. O bunun müqabilində 77500 manat pul almış və tikinti işlərini görmüşdür. Lakin sonda əlavə xərclər yaranmış, bundan əlavə o, böhrana uğramış və bu səbəbdən tikintini tamamlaya bilməmişdir. Hazırda onun X4 38000 manat borcu vardır. -Cavabdeh1 adından yazılmış iltizamdan görünür ki, Məcidov X11 Cenkə olan borcundan 10000 manatı 20 iyul 2023-cü il tarixə qədər ödəyəcəyinə söz verir. - "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli qiymətləndirmə rəyindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən fərdi yaşayış evinin inşasına çəkilmiş xərclərin cəmi 45000 manat, müqavilədə (№ AYBA-001) əksini tapmayan inşaat işlərinin cəmi isə 5600+860=6460 manat təşkil etmişdir. - X8 tərəfindən verilmiş 273 №-li 28 sentyabr 2021-ci il tarixli rəyindən görünür ki, Abşeron raypnu, Saray qəsəbəsi ünvanında, X2 mülkiyyətində olan torpaq sahəsində yerləşən iki mərtəbəli terraslı fərdi yaşayış evinin, daş hasarın və yeraltı su hovuzunun mövcud vəziyyəti üzrə tikintisinə (xidmət haqqı və tikinti materialları nəzərə alınmaqla) tikinti üçün alınmış və istifadə olunmamış materiallara, konteynerə və onun içərisindəki əşyalara, eləcə də başqa tikinti üçün alınmış və qyed edilən ünvanda saxlanmış 6,0 m3 həcmində olan taxtaya, mövcud bazar qiymətlərinə uyğun olaraq ümumilikdə təxminən 78672 manat məbləğində pul vəsaitinin xərclənməsi müəyyən edilir. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 3- 16-16/2-4/751 saylı 02 iyul 2024-cü il tarixli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, ee-2(005)-505/2024 saylı mülki işin 43-cü vərəqində Cavabdeh1 adından olan İltizamdakı yazılar və həmin yazıların aşağı hissəsində “İmza” sözünün qarşısındakı imza Cavabdeh1 tərəfindən icra olunmuşdur. IV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin nümayəndə-vəkillərinin, iddiaçının izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesində ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu mənada məhkəmənin qənaətinə görə, iddia üzrə iddiaçının irəli sürdüyü faktiki hallara onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşıbuzlaşmamasına hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. -390.2-ci maddəsinə əsasən, müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. -425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. -442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. -752.2-ci maddəsinə əsasən, əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. -752.3-cü maddəsinə əsasən, podratla bağlı smetanın tərtibi, əgər razılaşmada ayrı qayda müəyyənləşdirilməyibsə, ödənilmir. -753.1-ci maddəsinə əsasən, sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. -762.1-ci maddəsinə əsasən, podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. -762.2-ci maddəsinə əsasən, podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. -762.3-cü maddəsinə əsasən, podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur. -766-cı maddəsinə əsasən, sifarişçi müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra əlavə icranı qəbul etmədikdə və müqavilədən imtina etdiyini bildirmədikdə muzdun miqdarını qüsur məmulatın dəyərini nə qədər azaldırsa, o qədər azalda bilər. Məhkəmə qeyd edir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir - məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Hazırki iş materiallarından göründüyü kimi, tərəflər Cavabdeh2 MMC-nin direktoru Cavabdeh1 və iddiaçı X6 arasında 14 aprel 2021-ci il tarixdə AYBA-001 №-li müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, sifarişçi icraçıya bu Müqavilənin ayrılmaz hissəsi olan Əlavələrdə göstərilən xidmətləri, o cümlədən Masazır Qəsəbəsində yerləşən 2 (iki) mərtəbəli villa layihəsinin tikinti və quraşdırma işləri, tam təhvil - açar təslim olmaq şərti ilə sifariş verib bunun müqabilində müəyyən edilən xidmət haqqını ödəməyi, icraçı isə sifarişi vaxtında və bu müqavilənin şərtlərinə uyğun olaraq yerinə yetirməyi öz üzərinə götürmüşdür. Müqaviləyə əsasən, sifarişçi icraçıya əlavələrdə göstərilən xidmətləri, o cümlədən Masazır Qəsəbəsində yerləşən 2 mərtəbəli villa layihəsinin tikinti və quraşdırma işləri, tam təhvil – açar təslim olmaq şərti ilə sifariş verilmişdir. İddiaçı X25, iddiaçı X1 həyat yoldaşıdır. Bu müqavilə üzrə ödənişlər iddiaçı X25 tərəfindən cavabdehə hissə-hissə - tikinti və təmir işlərinə görə avans, landşaft və s. üçün cəmi 77500 (20000+5000+20000+10000+22500) manat - olmaqla edilmişdir. Bununla belə, cavabdeh müqavilə üzrə şərtləri yerinə yetirməmiş, həyata keçirməyi öhdəsinə götürdüyü tikinti və quraşdırma işlərini tam başa çatdırmamışdır. Bu səbəbdən iddiaçı mübahisə ilə bağlı polis şöbəsinə ərizə ilə müraciət etmiş, Abşeron rayonu, Saray qəsəbəsində ev inşa etdirmək məqsədi ilə X23 Mer MMC şirkəti ilə müqavilə bağladığını, bunu müqabilində 77500 manat pulu hissə-hissə sonuncu dəfə Yasamal rayonu ərazində olmaqla şirkət rəhbəri Cavabdeh1 Maqsud oğluna verdiyini, Cavabdeh1 Maqsud oğlunun ona hazırda 38000 manat pul borclu otduğunu bildirmişdir. Bakı şəhəri Yasamal RPİ-nin İstintaq Şöbəsinin 30 dekabr 2022-ci il tarixli qərarı ilə X1 ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması mübahisə mülki xarakterli olduğundan rədd edilmişdir. Bununla belə araşdırma zamanı izahatı alınmış Cavabdeh1 Maqsud oğlu izahatında bildirmişdir ki, o, əvvəllər “X23-Mer" MMC şirkətinin rəhbəri olmuşdur. X5 ona Abşeron rayonu, saray qəsəbəsində ev inşa etdirmək məqsədi ilə müraciət etmiş və bununla əlaqədar aralarında müqavilə bağlanmışdır. O bunun müqabilində 77500 manat pul almış və tikinti işlərini görmüşdür. Lakin sonda əlavə xərclər yaranmış, bundan əlavə o, böhrana uğramış və bu səbəbdən tikintini tamamlaya bilməmişdir. Hazırda onun X4 38000 manat borcu vardır. O cümlədən Cavabdeh1 adından yazılmış iltizamdan görünür ki, Məcidov X11 Cenkə olan borcundan 10000 manatı 20 iyul 2023-cü il tarixə qədər ödəyəcəyinə söz vermişdir. Məhkəmə araşdırması zamanı Cavabdeh1 həmin sənədi özünün yazmadığını və imzanın ona məxsus olmadığını bildirmişdir. Mübahisəli halın araşdırılması məqsədilə məhkəmə tərəfindən məhkəməxəttşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2-4/751 saylı 02 iyul 2024-cü il tarixli ekspert rəyi ilə müəyyən olunmuşdur ki, ekspertizaya təqdim edilmiş, e-2(005)-505/2024 saylı mülki işin 43-cü vərəqində Cavabdeh1 adından olan iltizamdakı yazılar və həmin yazıların aşağı hissəsində “İmza” sözünün qarşısındakı imza Cavabdeh1 tərəfindən icra olunmuşdur. Göründüyü kimi, cavabdeh iddiaçı ilə arasında bağlanmış müqaviləyə əsasən tikinti və quraşdırma işlərini görməyi öhdəsinə götürməyinə baxmayaraq, öhdəliklərini tam icra etməmişdir. Cavabdeh böhrana uğradığından tikintini tamamlaya bilmədiyini, X4 38000 manat borcu olduğunu etiraf etmiş, cavabdehin iddiaçı qarşısında tikinti və quraşdırma işləri üzrə 38000 manat məbləğində icra edilməmiş öhdəliyi qalmışdır. Qeyd olunan pul məbləğinin cavabdeh tərəfindən iddiaçıya qaytarılmasına dair mötəbər sübutlar məhkəməyə təqdim olunmamışdır. Məhkəmə hesab edir ki, cavabdeh Polis İdarəsində aparılan araşdırmalar zamanı izahatında iddiaçıya 38000 manat borcu olduğunu etiraf etməklə iddiaçını sübut etmək yükündən azad etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Polis İdarəsində verdiyi izahatında fərqli məlumatlar verməsinin səbəbləri barədə hər hansı bir ciddi arqument, habelə cinayət təqibi zamanı izahat verərkən müstəntiq və yaxud hansısa şəxs tərəfindən etirafedici izahat verməsi, borca dair iltizam yazması üçün ona təzyiq edilməsini göstərməmişdir. Ona görə də cavabdehin hazırkı iş üzrə fərqli izahat verməsi, onun iddiaçılar qarşısında öhdəliyinə xitam verilməsi üçün əsas ola bilməz. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, tikintini başa çatdırmadığına görə iddiaçıya 38000 manat borcunun olduğunu etiraf etməsinə baxmayaraq qeyd olunan məbləğin iddiaçıya qaytarılmasına dair hər hansı bir sübut təqdim etmədiyindən 38000 manat məbləğ cavabdehlərdən iddiaçıların xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. -115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. -119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə, məhkəmə xərclərinə münasibətdə isə qeyd edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməlidir. Hazırkı iş üzrə iddia tələbi təmin edildiyindən və tərəflərin dövlət rüsumunu ödəməkdən azad edilməsi halları məhkəmə tərəfindən müəyyən olunmadığından, təmin edilmiş iddianın qiyməti nəzərə alınmaqla, dövlət rüsumuna görə ödənilmiş 204 manat cavabdehlərdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Eyni zamanda iddianın təmin olunması, nəzərə alınmaqla, məhkəmə-xəttşünaslıq ekspertizası tədqiqatının əvəzi kimi cavabdehlərdən 110 manat alınaraq təqdim edilmiş rekvizitlər üzrə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyini Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-dən müştərək qaydada 38000 (otuz səkkiz min) manat və ödənilmiş dövlət rüsumu kimi 204 (iki yüz dörd) manat tutularaq iddiaçılar İddiaçı və X19 xeyrinə ödənilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-dən müştərək qaydada 110 (yüz on) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyini Məhkəmə Ekspertizası Mərkəzinin (hesab: Az.MEM VÖEN **********, X7 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ 22) hesabına ödənilməlidir. V. Nəticə: Şərh olunanlarla əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-dən müştərək qaydada 38000 (otuz səkkiz min) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 204 (iki yüz dörd) manat tutularaq iddiaçılar İddiaçı və X19 xeyrinə ödənilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-dən müştərək qaydada 110 (yüz on) manat məhkəmə-xəttşünaslıq ekspertizası xərci tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyini Məhkəmə Ekspertizası Mərkəzinin (hesab: Az.MEM VÖEN **********, X7 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ 22) hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar