Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-760/2023 16.05.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “cehiz əmlakın qaytarılması” tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı Zaur qızına 62 adda aşağıdakı əmlakların; 1. Üç ədəd çilçıraq ( 2 ədəd qonaq otağı və 1 ədəd yataq otağı üçün) 2. İki ədəd Təbriz xalçası (ölçüsü 2x3) 3. Bir ədəd Gəncə xalçası (ölçüsü 2x3) 4. Bir ədəd türk xalçası (ölçüsü 0,80 x1.50) 5. Bir ədəd qonaq otağı üçün divan (ölçüsü 5m) 6. Qonaq otağı mebeli (2 ədəd bar, 1 ədəd güzgülü kamod) 7. Səkkiz ədəd oturacaq 8. Bir ədəd açılan masa (ağlı, qızılı) 9. Bir ədəd ağ rəngli qarderob ( 3 qapılı uzunluğu 4m) 10. Bir ədəd dəhliz mebeli, 11. Bir ədəd 45.kv.m kondisioner 12. Bir ədəd mətbəx üçün havalandırıcı (aspirator) 13. Bir ədəd 6 kq. Beko firması olan ağ rəngli paltaryuyan maşın 14 Bir ədəd kompüter-noutbuk 15. Bir ədəd Samsung firması olan musiqi mərkəzi 16. Mətbəx mebeli 17 Qonaq otağı pərdəsi 18 Yataq otağı pərdəsi 19. Mətbəx pərdəsi (ştor) 20. Yorğan-döşək dəstləri 21. Bir ədəd Tom firması olan xrustal güldan 22. İki ədəd Tom firması dördkünc formalı meyvə qabı 23. İki ədəd Tom firması çərəz qabı 24. Altı ədəd Tom firması duz qabı 25. İki ədəd Tom firması olan mini meyvə qabı 26. İki ədəd Tom firması olan xrustal səbət formalı konfet qabı 27. On iki ədəd Tom firması olan balaca xrustal bakal 28. On iki ədəd Tom firması olan böyük xrustal Bakal 29. On iki ədəd rəngli xrustal bakal dəsti 30. İki ədəd Tom firması olan kompot dəsti (2 su qabı və 12 su stəkanı) 31. Altı ədəd xrustal Tom firması limon qabı 32. Süfrə dəstləri 33. Üç mərtəbəli qaşıq dəsti 34. On iki nəfərlik dördkünc formalı serviz dəsti (yemək, çay və kofe dəsti daxil) 35. Üçlü padnos dəsti 36. Bir ədəd qonaq otağı üçün divar saatı 37 On iki ədəd Tom firması olan çay stəkanı 38. On iki ədəd çay nəlbəkisi 39 On iki ədəd Tom firması olan mürəbbə qabı 40. İki ədəd ayaqlı Tom firması olan xrustal mürəbbə qabı 41. İki ədəd bronz salfet qabı 42. İki ədəd ağzı qapaqlı Tom firması olan mürəbbə qabı 43. Bir ədəd mətbəx üçün üçlü samsung firması olan mikser 44. Bir ədəd Berkoff firmalı çaydan 45. Mətbəx üçün altılı dəst şəklində olan kofe dəsti 46. Bir ədəd Samsung firması olan kofeçəkən 47.Bir ədəd Arçelik firması olan ətçəkən maşın 48. Mətbəx üçün 12 nəlbəki 49. Mətbəx üçün 12 xrustal stəkan 50. Bir ədəd blinçik bişirən aparat, 51. Bir ədəd balıq bişirən qranit tava, 52. Bir dəst çuğun materiallı dördlü yemək qazanı, 53. Üçlü tava dəsti, 54. İki ədəd Tefal firması blender, 55. Bir ədəd Tefal firması olan soba qabı, 56. Bir ədəd qranit tava, 57. Bir ədəd tozsoran, 58. Üç ədəd tort qabı dəsti, 59. Beşli qazan-tava dəsti, 60. Bir ədəd Tom firması olan xrustal lampa, 61. Dörd ədəd xrustal meyvə qabı,
62. İki ədəd luminarc servisin natura şəklində verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək, xx.xx.2023-cü il tarixli aktla üzərinə həbs qoyulmuş əşyaların alınıb ona verilməsi, ancaq aşkar edilməyən altı adda olan əşyaların 10 aprel 2023-cü il tarixli 24 saylı mütəxəssis rəyinə əsaslanaraq Cavabdeh aşkar edilməyən cehiz əşyalarının ümumi dəyərinin, 2550 (iki min beş yüz əlli) manatın alınaraq, İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh ilə xx.xx.2018-ci il tarixdə nikaha daxil olmuşlar. Nikaha daxil olduqdan sonra iddiaçı cavabdehə məxsus ünvan 1 ünvanına gəlin köçmüşdür. Onların birgə nikahdan uşaqları olmamışdır. Hazırda tərəflər arasında bağlanmış nikah Nərimanov Rayon Məhkəməsinin 2(005)-3032/2022 saylı 21 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Bununla yanaşı, o, gəlin köçərkən aşağıda adları qeyd olunan özünə məxsus cehiz əşyalarını mübahisəli ünvana gətirmişdir; 1. Üç ədəd çilçıraq ( 2 ədəd qonaq otağı və 1 ədəd yataq otağı üçün) 2. İki ədəd Təbriz xalçası (ölçüsü 2x3) 3. Bir ədəd Gəncə xalçası (ölçüsü 2x3) 4. Bir ədəd türk xalçası (ölçüsü 0,80 x1.50) 5. Bir ədəd qonaq otağı üçün divan (ölçüsü 5m) 6. Qonaq otağı mebeli (2 ədəd bar, 1 ədəd güzgülü kamod) 7. Səkkiz ədəd oturacaq 8. Bir ədəd açılan masa (ağlı, qızılı) 9. Bir ədəd ağ rəngli qarderob ( 3 qapılı uzunluğu 4m) 10. Bir ədəd dəhliz mebeli, 11. Bir ədəd 45.kv.m kondisioner 12. Bir ədəd mətbəx üçün havalandırıcı (aspirator) 13. Bir ədəd 6 kq. Beko firması olan ağ rəngli paltaryuyan maşın 14 Bir ədəd kompüternoutbuk 15. Bir ədəd Samsung firması olan musiqi mərkəzi 16. Mətbəx mebeli 17 Qonaq otağı pərdəsi 18 Yataq otağı pərdəsi 19. Mətbəx pərdəsi (ştor) 20. Yorğan-döşək dəstləri 21. Bir ədəd Tom firması olan xrustal güldan 22. İki ədəd Tom firması dördkünc formalı meyvə qabı 23. İki ədəd Tom firması çərəz qabı 24. Altı ədəd Tom firması duz qabı 25. İki ədəd Tom firması olan mini meyvə qabı 26. İki ədəd Tom firması olan xrustal səbət formalı konfet qabı 27. On iki ədəd Tom firması olan balaca xrustal bakal 28. On iki ədəd Tom firması olan böyük xrustal Bakal 29. On iki ədəd rəngli xrustal bakal dəsti 30. İki ədəd Tom firması olan kompot dəsti (2 su qabı və 12 su stəkanı) 31. Altı ədəd xrustal Tom firması limon qabı 32. Süfrə dəstləri 33. Üç mərtəbəli qaşıq dəsti
34. On iki nəfərlik dördkünc formalı serviz dəsti (yemək, çay və kofe dəsti daxil) 35. Üçlü padnos dəsti 36. Bir ədəd qonaq otağı üçün divar saatı 37 On iki ədəd Tom firması olan çay stəkanı 38. On iki ədəd çay nəlbəkisi 39 On iki ədəd Tom firması olan mürəbbə qabı 40. İki ədəd ayaqlı Tom firması olan xrustal mürəbbə qabı 41. İki ədəd bronz salfet qabı 42. İki ədəd ağzı qapaqlı Tom firması olan mürəbbə qabı 43. Bir ədəd mətbəx üçün üçlü samsung firması olan mikser 44. Bir ədəd Berkoff firmalı çaydan 45. Mətbəx üçün altılı dəst şəklində olan kofe dəsti 46. Bir ədəd Samsung firması olan kofeçəkən 47.Bir ədəd Arçelik firması olan ətçəkən maşın 48. Mətbəx üçün 12 nəlbəki 49. Mətbəx üçün 12 xrustal stəkan 50. Bir ədəd blinçik bişirən aparat, 51. Bir ədəd balıq bişirən qranit tava, 52. Bir dəst çuğun materiallı dördlü yemək qazanı, 53. Üçlü tava dəsti, 54. İki ədəd Tefal firması blender, 55. Bir ədəd Tefal firması olan soba qabı, 56. Bir ədəd qranit tava, 57. Bir ədəd tozsoran, 58. Üç ədəd tort qabı dəsti, 59. Beşli qazan-tava dəsti, 60. Bir ədəd Tom firması olan xrustal lampa, 61. Dörd ədəd xrustal meyvə qabı, 62. İki ədəd luminarc servis. Münasibətləri pozulduqdan sonra qeyd olunan əmlaklar hal-hazıradək həmin evdədir. Cavabdeh həmin əmlakları verməkdən imtina etmişdir. Ona görə də, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Vəkil iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Cavabdehə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişlər. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası MPM-nin müvafiq olaraq 185.5-ci və 185.6-cı maddələrinin tələblərinə əsasən işə bu cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Aktdan görünür ki, Biz aşağıda imza edənlər Nərimanov rayon icra şöbəsinin icra məmuru X4, X7, hal şahidləri, X5, X2, tələbkar İddiaçı, borclu Cavabdeh bu aktı tərtib edirik ona görə ki, Nərimanov Rayon Məhkəməsinin 16(005)-55/2023-008 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə icra sənədində göstərilən əşyaların saxlanıldığı borclunun icra sənədində göstərilən Bakı şəhəri, Ağa Neymətulla küçəsi 74, 5 saylı mənzilində olduq. Qapı borclu şəxs tərəfindən açıldı. Onun tərəfindən icra hərəkətlərinə heç bir maneəçilik törədilmədi. İcra sənədində göstərilən əmlaklardan 14-cü sırada göstərilən kompüter noutbuk, 15-ci sırada göstərilən bir ədəd Samsung firması musiqi mərkəzi, 18ci sırada göstərilən yataq otağı pərdəsi, 22-ci sırada göstərilən Tom firması dördkünc formalı meyvə qabının 1 ədədi, 33-cü sırada olan üçmərtəbəli qaşıq dəsti, 37-ci sırada olan Tom firması çay stəkanı, 12 ədədi, 57-ci sırada olan tozsoran əşyalarına baxış zamanı aşkar edilməmişdir. Olmayan əşyalardan noutbukun satıldığı, Samsung (Sony musiqi mərkəzinin-sındığı, meyvə qabının 1 ədədinin sındığı, tozsoranın xarab olduğu borclu tərəfindən bildirildi. xx.xx.2023-cü il tarixli "xxxx" MMC tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, “Sony” markalı musiqi mərkəzi istifadə olunmuş, Masaüstü Lenova markalı kompüter istifadə olunmuş, “Tom” çay stəkanı istifadə olunmuş, Yataq otağı pərdəsi istifadə olunmuş, “Tom” böyük meyvə qabı istifadə olunmuş, qaşıq dəsti üç mərtəbəli istifadə olunmuş əmlaklarının dəyəri 2550 (iki min beş yüz əlli) manat təşkil edir. xx.xx.2022-ci il tarixli mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı 50 manat məbləğində mediasiya xərci ödəmişdir. xx.xx.2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 50 manat məbləğində dövlət rüsumu ödəmişdir. Belə ki, iddia tələbinin – iddia ərizəsində adları sadalanan cehiz əşyaların cavabdehdən alınması qismən təmin edilməli, iddia tələbi qalan hissədə rədd olunmalıdır. Məhkəmə baxışında müəyyən edilmişdir ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 16(005)-55/2022 saylı, xx.xx.2022-ci iil tarixli qərardadı ilə ərizəçi İddiaçı müvəqqəti təminat tədbiri barədə ərizəsi təmin edilməsi, Bakı şəhəri, Nərimanov rayonu, A. Neymətulla küçəsi, bina 74, 1-ci blok, 5 saylı mənzilində yerləşən cehiz əmlaklar - 1.Üç ədəd çılçıraq (2 ədəd qonaq otağı və 1 ədəd yataq otağı üçün) 2.İki ədəd Təbriz xalçası (ölçüsü 2x3) 3.Bir ədəd Gəncə xalçası (ölçüsü 2x3) 4.Bir ədəd türk xalçası (ölçüsü 0,80x1.50) 5.Bir ədəd qonaq otağı üçün divan (ölçüsü 5m) 6.Qonaq otağı mebeli ( 2 ədəd bar,1 ədəd güzgülü kamod ) 7.Səkkiz ədəd oturacaq 8.Bir ədəd açılan masa( ağlı,qızılı) 9.Bir ədəd ağ rəngli qarderob ( 3 qapılı,uzunluğu 4m ) 10.Bir ədəd dəhliz mebeli 11.Bir ədəd 45 kv. Kondisioner 12.Bir ədəd mətbəx üçün havalandırıcı (aspirator) 13.Bir ədəd 6 kq. Beko firması olan ağ rəngli paltaryuyan maşın, 14. Bir ədəd kompüter-noutbook 15.Bir ədəd Samsung firması olan musiqi mərkəzi 16.Mətbəx mebeli 17.Qonaq otağı pərdəsi 18.Yataq otağı pərdəsi 19.Mətbəx pərdəsi (ştor) 20.Yorğan-döşək dəstləri 21.Bir ədəd Tom firması olan xrustal güldan, 22.İki ədə Tom firması dördkünc formalı meyvə qabı 23.İki ədəd Tom firması çərəz qabı 24.Altı ədəd Tom firması duz qabı 25.İki ədəd Tom firması olan mini meyvə qabı 26.İki ədəd tom firması olan xrustal səbət formalı konfet qabı 27.On iki ədəd Tom firması olan böyük xrustal bakal 28.On iki ədəd Tom firması olan balaca xrustal bakal 29.On iki ədəd rəngli xrustal bakal dəsti 30.İki dədt Tom firması olan kompot dəsti (2 suqabı və 12 su stəkanı) 31.Altı ədəd xrustal ayaqlı Tom firması limon qabı 32.Süfrə dəstləri 33.Üç mərtəbəli qaşıq dəsti 34.On iki nəfərlik dördkünc formalı serviz dəsti( yemək,çay və kofe dəsti daxildir ) 35.Üçlü padnos dəsti 36.Bir ədəd qonaq otağı üçün divar saatı 37.On iki ədəd Tom firması olan çay stəkanı 38.On iki ədəd çay nəlbəkisi 39.On iki ədəd Tom firması olan mürəbbə qabı 40.İki ədəd ayaqlı Tom firması olan xrustal mürəbbə qabı 41.İki ədəd bronz salfet qabı 42.İki ədəd ağzı qapaqlı Tom firması olan mürəbbə qabı 43.Bir ədəd mərbəx üçün üçlü samsung firması olan mikser 44.Bir ədəd berkoff firmalı 5 litrlik çaydan 45.Mətbəx üçün altılı dəst şəklində olan kofe dəsti 46.Bir ədəd Samsung firması olan kofeçəkən 47.Bir ədəd Arçelik firması olan ətçəkən maşın 48.Mətbəx üçün 12 nəlbəki 49.Mətbəx üçün 12 xrustal stəkan 50.Bir ədəd blinçik bişirən aparat 51.Bir ədəd balıq bişirən qranit tava 52.Bir dəst çuğun materiallı dördlü yemək qazanı 53.Üçlü tava dəsti (2ədəd tava və 1 ədəd qazan ) 54.İki ədəd Tefal firması blender 55.Bir ədəd Tefal firması olan soba qabı 56.Bir ədəd qranit tava 57.Bir ədəd tozsoran 58Üç ədəd tort qabı dəsti 59.Beşli qazan-tava dəsti 60.Bir ədəd Tom firması olan xrustal lampa 61.Dörd ədəd xurustal meyvə qabı 62.iki ədəd luminarc servis olan əşyaların mülki iş baxılıb bitənədək həbs qoyulmaqla, siyahıya alınması və özgəninkiləşdirilməsinə məhdudiyyət qoyulması qərara alınmışdır. Qeyd edilən qərardadın icraya yönəldilməsi əsasında xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Ağa Neymətulla küçəsi 74, 5 saylı mənzilinə icra məmuru tərəfindən baxış keçirilmiş və buna dair həmin tarixdə akt tərtib edilmişdir. Cavabdeh tərəf iddiaçının əşyalarının bəziləri istisna olmaqla qaytarılmasına etiraz etməmişdir. Tərəflər arasında mübahisəli əşyalar - 14-cü sırada göstərilən kompüter noutbuk, 15-ci sırada göstərilən bir ədəd Samsung firması musiqi mərkəzi, 18-ci sırada göstərilən yataq otağı pərdəsi, 22-ci sırada göstərilən Tom firması dördkünc formalı meyvə qabının 1 ədədi, 33-cü sırada olan üçmərtəbəli qaşıq dəsti, 37-ci sırada olan Tom firması çay stəkanı (12 ədədi) əşyalarıdır. Cavabdeh tərəf göstərmişdir ki, icra məmuru tərəfindən siyahıya alınmış əşyalardan noutbuk satılmış, Samsung (Sony musiqi mərkəzinin-sınmış, meyvə qabı sınmış, tozsoranın (tozsoran iddiaçı tərəfindən tələbindən çıxarılmışdır ) xarab olmuş, qaşıq qabı diplomatından xoşu gəldiyi üçün alət qabı kimi istifadə etmişdir. Məhkəmə hesab edir ki, aşkar edilməmiş və cavabdeh tərəfindən məhv olmuş əşyaların dəyəri iddiaçıya ödənilməlidir. Lakin iddiaçı tərəf 18-ci sırada göstərilən yataq otağı pərdəsi və 33cü sırada olan üçmərtəbəli qaşıq dəstinin mövcudluğunu sübut edə bilməmişdir. Cavabdeh tərəfindən qaşıq qabı diplomatının onun tərəfindən istifadə olunduğu göstərilmişdir, buna görə də iddiaçının tələbi 18-ci sırada göstərilən yataq otağı pərdəsi və 33-cü sırada olan üçmərtəbəli qaşıq dəstinin Cavabdeh alınması hissəsində təmin oluna bilməz. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən, nikaha daxil olanadək onlara məxsus əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir; 34.2-ci maddəsinə əsasən zinət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır; 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2-ci maddəsinə əsasən nikahı girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətindədir. Həmin Məcəllənin 225.3-cü maddəsində göstərilir ki, daş-qaş və digər zinət şeylər istisna olmaqla, fərdi istifadədə olan əmlak (paltar, ayaqqabı və i.a.) nikah dövründə ərlə arvadın ümumi vəsaiti hesabına əldə edilmiş olsa da, ondan istifadə etmiş arvadın (ərin) mülkiyyəti sayılır. Hazırkı iddia tələbi ilə bağlı olaraq həmçinin nəzərə alınmalıdır ki, qanunverici iş üzrə sübutetmə yükünü tərəflər arasında bölüşdürmüşdür. Baxılan mübahisə üzrə iddiaçı üzərinə düşən sübutetmə yükü həmin cehiz əşyalarının mövcud olmasını sübut etməsidir. Bu zaman həm də nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə görə, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Sübutetmə yükünün bölüşdürülməsi qaydasına dair göstərilən yanaşma baxımından məhkəmə hesab edir ki, həmin əşyaların mövcudluğunun cavabdeh tərəfindən qəbul edilməsi əks tərəfi bu halı sübut etmə vəzifəsindən azad edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır.Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 222.1-ci maddəsinə görə məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı məxsus olan 1. Üç ədəd çilçıraq ( 2 ədəd qonaq otağı və 1 ədəd yataq otağı üçün)
2. İki ədəd Təbriz xalçası (ölçüsü 2x3) 3. Bir ədəd Gəncə xalçası (ölçüsü 2x3) 4. Bir ədəd türk xalçası (ölçüsü 0,80 x1.50) 5. Bir ədəd qonaq otağı üçün divan (ölçüsü 5m) 6. Qonaq otağı mebeli (2 ədəd bar, 1 ədəd güzgülü kamod) 7. Səkkiz ədəd oturacaq 8. Bir ədəd açılan masa (ağlı, qızılı)
9. Bir ədəd ağ rəngli qarderob ( 3 qapılı uzunluğu 4m) 10. Bir ədəd dəhliz mebeli, 11. Bir ədəd 45.kv.m kondisioner 12. Bir ədəd mətbəx üçün havalandırıcı (aspirator) 13. Bir ədəd 6 kq. Beko firması olan ağ rəngli paltaryuyan maşın 14 Bir ədəd kompüter-noutbuk (olmadığı halda dəyəri 800 manat),15. Bir ədəd Samsung firması olan musiqi mərkəzi (olmadığı halda dəyəri 600 manat)16. Mətbəx mebeli 17 Qonaq otağı pərdəsi, 19. Mətbəx pərdəsi (ştor) 20. Yorğan-döşək dəstləri 21. Bir ədəd Tom firması olan xrustal güldan 22. İki ədəd Tom firması dördkünc formalı meyvə qabı (olmadığı halda dəyəri 500 manat) 23. İki ədəd Tom firması çərəz qabı 24. Altı ədəd Tom firması duz qabı 25. İki ədəd Tom firması olan mini meyvə qabı 26. İki ədəd Tom firması olan xrustal səbət formalı konfet qabı 27. On iki ədəd Tom firması olan balaca xrustal bakal 28. On iki ədəd Tom firması olan böyük xrustal Bakal 29. On iki ədəd rəngli xrustal bakal dəsti 30. İki ədəd Tom firması olan kompot dəsti (2 su qabı və 12 su stəkanı) 31. Altı ədəd xrustal Tom firması limon qabı 32. Süfrə dəstləri 34. On iki nəfərlik dördkünc formalı serviz dəsti (yemək, çay və kofe dəsti daxil) 35. Üçlü padnos dəsti 36. Bir ədəd qonaq otağı üçün divar saatı 37 On iki ədəd Tom firması olan çay stəkanı (olmadığı halda dəyəri 150 manat )38. On iki ədəd çay nəlbəkisi 39 On iki ədəd Tom firması olan mürəbbə qabı 40. İki ədəd ayaqlı Tom firması olan xrustal mürəbbə qabı 41. İki ədəd bronz salfet qabı 42. İki ədəd ağzı qapaqlı Tom firması olan mürəbbə qabı 43. Bir ədəd mətbəx üçün üçlü samsung firması olan mikser 44. Bir ədəd Berkoff firmalı çaydan 45. Mətbəx üçün altılı dəst şəklində olan kofe dəsti 46. Bir ədəd Samsung firması olan kofeçəkən 47.Bir ədəd Arçelik firması olan ətçəkən maşın 48. Mətbəx üçün 12 nəlbəki 49. Mətbəx üçün 12 xrustal stəkan 50. Bir ədəd blinçik bişirən aparat, 51. Bir ədəd balıq bişirən qranit tava, 52. Bir dəst çuğun materiallı dördlü yemək qazanı, 53. Üçlü tava dəsti, 54. İki ədəd Tefal firması blender, 55. Bir ədəd Tefal firması olan soba qabı, 56. Bir ədəd qranit tava, 58. Üç ədəd tort qabı dəsti, 59. Beşli qazan-tava dəsti, 60. Bir ədəd Tom firması olan xrustal lampa, 61. Dörd ədəd xrustal meyvə qabı, 62. İki ədəd luminarc servis Cavabdeh alınaraq İddiaçı qaytarılsın. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Aytən Novruzova