Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-822/2025 03.03.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Gülməmmədova Qumru Habil qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə əldə edilmiş kredit borcunun bölünməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı "xxxx" ASC ilə bağladığı xx.xx.2021-ci il tarixli kreditin verilməsinə dair razılaşmaya əsasən 2023ci ilin may ayından başlayaraq 2024-cü ilin noyabr ayına qədər kreditin və onun faizlərinin ödənişi üzrə "xxxx" ASC-yə ödədiyi 56857.21 manat borcun yarısı, yəni 28428.60 manat və dövlət rüsumu kimi ödənilmiş 198.70 manat pulun Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı "xxxx" ASC ilə bağladığı xx.xx.2021-ci il tarixli kreditin verilməsinə dair razılaşmaya əsasən Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 639T ünvanında, 0.08 ha torpaq sahəsində yerləşən və ümumi sahəsi 334.80 kv.m olan bağ evinin tikintisinin tamamlanması, təmiri və həyətyanı sahəsinin abadlaşdırılması üçün bankdan 48 ay müddətinə, illik 15% ödəmək və xx.xx.2025-ci ilədək tam qaytarmaq şərtilə 68500 manat məbləğində kredit alıb. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(005)-1079/2023 №-li qətnaməsi ilə Bakı ş, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 639T ünvanında yerləşən bağ evinin 1/2 hissəsinə İddiaçı və qalan 1/2 hissəsinə Cavabdeh pay hüququ tanınıb, xx.xx.2021-ci il tarixli kreditin verilməsinə dair razılaşmaya əsasən yaranmış qalıq borcun 1/2 hissəsi Cavabdeh, 1/2 hissəsi İddiaçı aid olunub, İddiaçı kreditin verilməsinə dair razılaşmaya əsasən "xxxx" ASC-yə 2022-ci ilin oktyabr, noyabr, dekabr ayları və 2023-cü ilin yanvar, fevral, mart və aprel ayları üçün kredit və onun faizi kimi ödənilmiş 13348,23 manat pulun yarısının, yəni 6674,11 manat pulun Cavabdeh tutularaq İddiaçı ödənilməsi, həmçinin 2023-cü ilin may ayından başlayaraq 2025-ci ilin noyabr ayınadək (bu ay da daxil olmaqla) 35 ay üçün hər ay 953,44 manat pulun Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilib. Bakı Apellyasiya Məhkəməsi MK-nin xx.xx.2023-cü il tarixli 2(103)-5999/2023 №-li qətnaməsi ilə Nərimanov Rayon Məhkəməsinin qətnaməsi qismən – 2023-cü ilin may ayından başlayaraq 2025-ci ilin noyabr ayınadək (bu ay da daxil olmaqla) 35 ay üçün hər ay 953,44 manat pulun Cavabdeh tutularaq İddiaçı ödənilməsi hissəsində ləğv olunub, İddiaçı qarşılıqlı iddiası həmin hissədə təmin edilməyib və qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılıb. AR Ali Məhkəməsi MK-nin xx.xx.2024-cü il tarixli 2(102)-2716/2024 №-li qərarı ilə Bakı Apellyasiya Məhkəməsi MK-nin qətnaməsi dəyişdirilmədən saxlanılıb. Beləliklə, Nərimanov Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsi ilə kreditin verilməsinə dair razılaşmaya əsasən yaranmış qalıq borc tərəflərin ümumi borcu (hər birinə 1/2 hissə aid olmaqla) hesab edilib. Bakı Apellyasiya Məhkəməsi MK-nin qətnaməsindən görünür ki, apellyasiya instansiyası məhkəməsi İddiaçı qarşılıqlı iddiasının 2023-cü ilin may ayından başlayaraq 2025-ci ilin noyabr ayınadək (bu ay da daxil olmaqla) 35 ay üçün hər ay 953,44 manat pulun Cavabdeh tutularaq ona ödənilməsi hissəsini rədd edərkən öz mövqeyini onunla əsaslandırmışdır ki, qarşılıqlı iddianın həmin hissəsi İddiaçı əsassız varlanmasına və borcun real olaraq ödənilməməsinə şərait yarada bilər. Çünki qeyd olunan kredit müqaviləsi üzrə borc öhdəliyi "xxxx" ASC-nin qarşısında yaranmışdır. Qarşılıqlı iddiaçı isə bu öhdəliyi üzrə olan borcun 2023-cü ilin may ayından başlayaraq 2025-ci ilin noyabr ayınadək (bu ay da daxil olmaqla) 35 ay üçün hər ay 953,44 manat hissəsini hətta ilk iddiaçıdan alınaraq banka ödənilməsini deyil, ona ödənilməsini tələb etmişdi ki, bu da düzgün tələb olmamışdır. Başqa sözlə, qarşılıqlı iddiaçı özünün bank qarşısında olan, icra edilməmiş öhdəliyi üzrə ilk iddiaçıdan hansısa məbləği tələb etməkdə haqlı olmamışdır. Ən azından ona görə ki, qarşılıqlı iddiaçı bu öhdəlik üzrə icra etdiyi ödənişin yarısını ilk iddiaçıdan tələb etməkdə haqlı idi, hansı ki, qətnamənin nəticə hissəsinin 7-ci abzasından da görünür ki, məhkəmə qarşılıqlı iddianın bu hissəsini təmin etmişdir. Razılaşmanın 4-cü bəndinə və ona əlavə ödəniş cədvəlinə əsasən İddiaçı hər ay banka ödəməli olduğu məbləğ 1906.89 manat təşkil edir. İddiaçı 2023-ci ilin may ayından başlayaraq kreditin və onun faizlərinin ödənişi üzrə xx.xx.2023-cü ildə 1906.89 manat, xx.xx.2023-cü ildə 1906.89 manat, xx.xx.2023-cü ildə 1906.89 manat, xx.xx.2023-cü ildə 1906.89 manat, xx.xx.2023-cü ildə 1906.89 manat, xx.xx.2023-cü ildə 1906.89 manat, xx.xx.2023-cü ildə 1906.89 manat, xx.xx.2023-cü ildə 1906.89 manat, xx.xx.2024-cü ildə 1906.89 manat, xx.xx.2024-cü ildə 1906.89 manat, xx.xx.2024-cü ildə 1906.89 manat, xx.xx.2024-cü ildə 1906.89 manat, xx.xx.2024-cü ildə 1906.89 manat, xx.xx.2024-cü ildə 1906.89 manat, xx.xx.2024-cü ildə 1906.89 manat, xx.xx.2024-cü ildə 1906.89 manat, xx.xx.2024- cü ildə 15000 manat, xx.xx.2024-cü ildə 812.46 manat, xx.xx.2024-cü ildə 812.46 manat, xx.xx.2024-cü ildə 9722.05 manat olmaqla, cəmi 56857.21 manat pulu "xxxx" ASC-yə ödəyərək kreditin verilməsinə dair razılaşma üzrə öhdəliyini vaxtından əvvəl tam icra edib və hazırda həmin razılaşma üzrə onun "xxxx" ASC-yə borcu yoxdur. Tərəflərin ümumi birgə mülkiyyətdə olmuş bağ evində payları məhkəmə tərəfindən bərabər müəyyən edildiyi üçün həmin evin tikintisi və təmiri üçün bankdan alınmış, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən onların ümumi borcu hesab edilən kredit və kredit faizi də bərabər bölünmələdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə bildirmişdir ki, kredit borcu iddiaçı tərəfindən tam ödənildiyindən, ödənilən məbləğin yarısını qarşı tərəfdən tələb etmək hüququ yaranmışdır. Eyni iş üzrə əvvəl də məhkəmə icraatı olmuş və həmin icraatda ödənilən məbləğlərin yarısı iddiaçıdan tutulmuş, qalan məbləğ isə ödənilmədiyindən iddia həmin hissədə rədd edilmişdir. Həmin borc hazırda iddiaçı tərəfindən tam ödənildiyindən hazırki iddia tələbi irəli sürülmüşdür. İddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirmişdir ki, himayəsində iki uşaq var və onları təkbaşına böyüdür. Onun o pulu ödəməyə imkanı yoxdur. İddiaçının məqsədi onun bağ evindən olan payından imtina etməsidir. Əmlaka qiymət qoyulduqdan sonra, ona uyğun pul verilsə, payından imtina edər və bağ evi iddiaçının olar. İddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia aşağıda qeyd edilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2021-ci il tarixli kreditin verilməsinə dair razılaşmanın surətindən görünür ki, “Bank” tərəfindən “Müştəri”yə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 639T saylı bağ evinin tikintisinin tamamlanması, təmiri və həyətyanı sahənin abadlaşdırılması üçün illik 15 faiz olmaqla, 48 ay müddətinə, 68500 manat kredit verilmişdir. “Müştəri” isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faiz ilə birlikdə “Bank”a qaytarmağı öhdəsinə götürmüşdür; - Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1079/2023 saylı, xx.xx.2023cü il tarixli qətnaməsindən görünür ki, ilk iddia tələbinin qismən təmin edilərək Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 639T ünvanında yerləşən bağ evinin, 1 divan, 2 kreslo, 1 stol (dəst), Həsir yelləncək, 6 stul və 1 stol (həsir dəst), 2 stol və 8 stul (2 plastik dəst), Mətbəx mebeli, “Hansa” markalı mətbəx sobası, “Hansa” markalı mətbəx üçün aspirator, “Hansa” markalı qaz peçi, 4 ədəd bar stulu, rakovina, su kranı, 10 ədəd çılçıraqlar, 1 ədəd “kombi”, “LG” markalı televizor, “LG” markalı ev kinoteatrı, Televizor altlığı, 8 ədəd hamam üçün “moydodır”, 8 ədəd hamam üçün güzgü, 8 ədəd hamam üçün duş asılan dəst, 7 ədəd hamam üçün paltar quruducuları, Kompyuter stolu, “Saloğlu” bir nəfərlik yataq, “Baku Elektroniks” 2 ədəd kondisioner, bağ həyəti üçün günəş işıqları “Exclusive Electric”, 4 ədəd şezlonq üzərində X3 1/2 pay hüququnun, İddiaçı 1/2 pay hüququnun tanınması, ilk iddianın qalan hissədə təmin edilməməsi; qarşılıqlı iddianın təmin edilməsi, "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli Kreditin verilməsinə dair Razılaşmaya əsasən yaranmış qalıq borcun 1/2 hissəsinin X4, 1/2 hissəsinin İddiaçı aid edilməsi, X5 tərəfindən qeyd edilən müqavilə üzrə ödənişlərin 2023-cü ilin may ayından başlayaraq 2025-ci ilin noyabr ayınadək (bu ay da daxil olmaqla) 35 ay üçün hər ay 953,44 manat pulun X1 tutularaq İddiaçı ödənilməsi; xx.xx.2021-ci il tarixli kreditin verilməsinə dair razılaşmaya əsasən "xxxx" ASC-yə 2022-ci ilin oktyabr, noyabr, dekabr ayları və 2023-cü ilin yanvar, fevral, mart və aprel ayları üçün kredit və onun faizi kimi ödənilmiş 13348,23 manat pulun yarısının, yəni 6674,11 manat pulun X1 tutularaq İddiaçı ödənilməsi qət edilmişdir; - Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5999/2023 nömrəli, 16 oktyabr 2023-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı X3 apellyasiya şikayətinin qismən təmin edilməsi, cavabdeh İddiaçı və mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs X2 apellyasiya şikayətlərinin isə təmin edilməməsi, mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1079/2023 saylı, 02 iyun 2023-cü il tarixli qətnaməsinin qismən, yəni X5 tərəfindən qeyd edilən müqavilə üzrə ödənişlərin 2023-cü ilin may ayından başlayaraq 2025-ci ilin noyabr ayınadək (bu ay da daxil olmaqla) 35 ay üçün hər ay 953,44 manat pulun X1 tutularaq İddiaçı ödənilməsi hissəsində ləğv edilməsi və həmin hissədə qarşılıqlı iddianın təmin edilməməsi, qətnamənin, mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir; - Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2716/2024 saylı, xx.xx.2024cü il tarixli qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 oktyabr 2023-cü il tarixli, 2(103)-5999/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır; - "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli arayışının surətindən görünür ki, "xxxx" ASC ilə bağladığı xx.xx.2021-ci il tarixli kreditin verilməsinə dair razılaşmaya əsasən 2023-cü ilin may ayından başlayaraq kreditin və onun faizlərinin ödənişi üzrə: -xx.xx.2023-cü ildə 1906.89 manat; xx.xx.2023-cü ildə 1906.89 manat; xx.xx.2023-cü ildə 1906.89 manat, xx.xx.2023-cü ildə 1906.89 manat; xx.xx.2023-cü ildə 1906.89 manat, xx.xx.2023-cü ildə 1906.89 manat; xx.xx.2023-cü ildə 1906.89 manat, xx.xx.2023-cü ildə 1906.89 manat, xx.xx.2023-cü ildə 1906.89 manat, xx.xx.2024-cü ildə 1906.89 manat, xx.xx.2024-cü ildə 1906.89 manat, xx.xx.2024-cü ildə 1906.89 manat; xx.xx.2024-cü ildə 1906.89 manat, xx.xx.2024-cü ildə 1906.89 manat, xx.xx.2024-cü ildə 1906.89 manat; xx.xx.2024-cü ildə 1906.89 manat, xx.xx.2024-cü ildə 1906,89 manat, xx.xx.2024-cü ildə 15000 manat, xx.xx.2024-cü ildə 812,46 manat, xx.xx.2024-cü ildə 812,46 manat, xx.xx.2024-cü ildə 9722,05 manat olmaqla, cəmi 56857.21 manat pulu "xxxx" ASC-yə ödəmişdir. xx.xx.2021ci il tarixli kreditin verilməsinə dair razılaşma üzrə öhdəlik İddiaçı tərəfindən tam icra edilib və həmin razılaşma üzrə onun "xxxx" ASC-yə borcu yoxdur. Məhkəmə tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı ilə cavabdeh rəsmi nikah münasibətlərində olmuşdur. Sonradan onlar arasında bağlanmış nikah pozulmuş və birgə nikah dövründə əldə edilmiş əşyalar, o cümlədən bağ evi və həmin bağ evinə görə iddiaçının adına götürülmüş kredit üzrə iddiaçı tərəfindən ödənilmiş məbləğlər qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə tərəflər arasında bölünmüşdür. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən kredit borcu tərəflər arasında bərabər bölünsə də, apellyasiya məhkəməsi kredit borcu üzrə yalnız ödənilmiş məbləğlərin cavabdehdən tutulmasını qət etmiş, qalan hissədə isə kredit borcu ödənilmədiyindən iddia tələbi rədd edilmişdir. Hazırda iddiaçı kredit üzrə qalıq borcu da ödədiyinə istinad edərək həmin məbləğin yarısının cavabdehdən tutulmasını xahiş edir. Cavabdeh isə maddi vəsaiti olmadığını bildirərək iddiaya etiraz edir. İlk növbədə qeyd edilməlidir ki, Ailə Məcəlləsinin 31.1-ci və 31.2-ci maddələrinə əsasən, ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir. Ailə Məcəlləsinin 32.1 və 32.2-ci maddələrinə görə, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ər-arvadın ümumi birgə mülkiyyətinə - onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); ərarvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Həmin Məcəllənin 36.3, 37.1 və 37.3-cü maddələrinə əsasən, mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir. Eyni Məcəllənin 41.2-ci maddəsinin tələbinə görə, ər-arvadın ümumi öhdəlikləri üzrə, habelə ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edildikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə onların ümumi əmlakına yönəldilir. Bu əmlak kifayət olmadıqda, həmin öhdəliklər üzrə ərarvad onların hər birinin əmlakı ilə birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 29 iyul 2019-cu il tarixli Qərarına görə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36-cı maddəsində nəzərdə tutulmuş ər-arvadın ümumi əmlakının bölgüsü müddəası onların mülkiyyət paylarının, iqtisadi dəyərə malik olan tələb hüquqlarının və yerinə yetirilməli olan öhdəliklərinin bölünməsini ehtiva edir . Həmçinin Konstitusiya Məhkəməsi Plenumunun “Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair” 23 iyul 2021-ci il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqeyinə əsasən, Mülki Məcəllənin 225ci, Ailə Məcəlləsinin 32 və 41.2-ci maddələrinin tələblərinə uyğun olaraq, nikah dövründə ərin və ya arvadın ailə ehtiyaclarının təmin edilməsi məqsədi ilə üzərinə götürdüyü öhdəliklər ər-arvadın ümumi əmlakına daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır. Ailə Məcəlləsinin 36-cı maddəsində nəzərdə tutulmuş ər-arvadın ümumi əmlakının bölgüsü müddəası onların mülkiyyət paylarının, iqtisadi dəyərə malik olan tələb hüquqlarının və yerinə yetirilməli olan öhdəliklərinin bölünməsini ehtiva edir. Şəxsi xarakterli öhdəliklərin icrası üçün ərin (arvadın) şəxsi əmlakı kifayət etmədikdə kreditor ödəməni ər-arvadın ümumi əmlakında müvafiq tərəfin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verə bilər. Ailə Məcəlləsinin 37.3-cü maddəsinə müvafiq olaraq, ər-arvadın bir-birinə qarşı əmlak bölgüsü haqqında iddiasına baxılarkən ümumi öhdəliklər üzrə borclar ər-arvadın hər birinin mülkiyyət payına mütənasib olaraq bölünür. Lakin bu bölgü kreditor qarşısında ər-arvadın birgə borclu olması halını aradan qaldırmır. Nəzərə alınmalıdır ki, ümumi əmlak aktivindən fərqli olaraq birgə nikah dövründə ərin və ya arvadın götürdüyü öhdəliyə münasibətdə onun ümumi öhdəlik olduğu barədə qanuni prezumpsiya tətbiq edilmir. Əgər öhdəliyin tərəfi yalnız ər-arvaddan biridirsə, yaranmış borc o zaman ümumi hesab olunur ki, öhdəliyin tərəfi olan ər (arvad) öhdəlik üzrə əldə edilənlərin ailənin ehtiyacları üçün sərf olunduğunu sübut etsin, yaxud bu fakt işin mübahisə olunmayan halı olsun. Hazırki iş üzrə iddiaçının birgə nikah dövründə götürdüyü öhdəliyin ümumi öhdəlik olması qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə təsdiq edilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 233.3-cü maddəsinə əsasən isə, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyünü ehtiva edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli Qərarı). Oxşar hüquqi mövqe İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da əks olunmuşdur. Avropa Məhkəməsinin Ryabıx Rusiyaya qarşı iş üzrə 2003-cü il 24 iyul tarixli Qərarında qeyd olunmuşdur ki, hüquqi müəyyənlik qanunun aliliyi prinsipinin əsasını təşkil etməklə daha əvvəl hüquqi qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edilmiş faktların təkrarən mübahisələndirilməsini istisna edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış borcun İddiaçı ilə Cavabdeh ümumi borcu olduğu hazırkı işin mübahisəsiz halı kimi qəbul edilməlidir; qeyd olunduğu kimi bu hal qanuni qüvvədə olan məhkəmə aktları ilə təsdiq olunmuşdur. Belə ki, iş materiallarından görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1079/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə qarşılıqlı iddianın təmin edilməsi, "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli Kreditin verilməsinə dair Razılaşmaya əsasən yaranmış qalıq borcun 1/2 hissəsinin X4, 1/2 hissəsinin İddiaçı aid edilməsi, X5 tərəfindən qeyd edilən müqavilə üzrə ödənişlərin 2023-cü ilin may ayından başlayaraq 2025-ci ilin noyabr ayınadək (bu ay da daxil olmaqla) 35 ay üçün hər ay 953,44 manat pulun X1 tutularaq İddiaçı ödənilməsi; xx.xx.2021-ci il tarixli kreditin verilməsinə dair razılaşmaya əsasən "xxxx" ASC-yə 2022-ci ilin oktyabr, noyabr, dekabr ayları və 2023-cü ilin yanvar, fevral, mart və aprel ayları üçün kredit və onun faizi kimi ödənilmiş 13348,23 manat pulun yarısının, yəni 6674,11 manat pulun X1 tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İşə baxan Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5999/2023 nömrəli, 16 oktyabr 2023-cü il tarixli qətnaməsindən görünür ki, mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1079/2023 saylı, 02 iyun 2023-cü il tarixli qətnaməsinin qismən, yəni X5 tərəfindən qeyd edilən müqavilə üzrə ödənişlərin 2023-cü ilin may ayından başlayaraq 2025-ci ilin noyabr ayınadək (bu ay da daxil olmaqla) 35 ay üçün hər ay 953,44 manat pulun X1 tutularaq İddiaçı ödənilməsi hissəsində ləğv edilməsi və həmin hissədə qarşılıqlı iddianın təmin edilməməsi, qətnamənin, mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsi qətnaməsini onunla əsaslandırmışdır ki, X5 tərəfindən qeyd edilən müqavilə üzrə ödənişlərin 2023-cü ilin may ayından başlayaraq 2025-ci ilin noyabr ayınadək (bu ay da daxil olmaqla) 35 ay üçün hər ay 953,44 manat pulun X1 tutularaq İddiaçı ödənilməsi sonuncunun əsassız varlanmasına və borcun real olaraq ödənilməməsinə şərait yarada bilər. Çünki, qeyd olunan kredit müqaviləsi üzrə borc öhdəliyi "xxxx" ASC-nin qarşısında yaranmışdır. Qarşılıqlı iddiaçı isə bu öhdəliyi üzrə olan borcun 2023-cü ilin may ayından başlayaraq 2025-ci ilin noyabr ayınadək (bu ay da daxil olmaqla) 35 ay üçün hər ay 953,44 manat hissəsini hətta ilk iddiaçıdan alınaraq banka ödənilməsini deyil, ona ödənilməsini tələb etmişdi ki, bu da düzgün tələb olmamışdır. Başqa sözlə, qarşılıqlı iddiaçı özünün bank qarşısında olan, icra edilməmiş öhdəliyi üzrə ilk iddiaçıdan hansısa məbləği tələb etməkdə haqlı olmamışdır. Ən azından ona görə ki, qarşılıqlı iddiaçı bu öhdəlik üzrə icra etdiyi ödənişin yarısını ilk iddiaçıdan tələb etməkdə haqlı idi, hansı ki, məhkəmə qarşılıqlı iddianın bu hissəsini təmin etmişdir. Göründüyü kimi, mübahisələndirilən kredit müqaviləsi üzrə 2022-ci ilin oktyabr ayından 2023-cü ilin may ayınadək ödənilmiş məbləğlərin yarısının cavabdehdən tutulması qət edilmiş, qalan hissədə isə kredit borcu ödənilmədiyindən qarşılıqlı iddia rədd edilmişdir. Hazırda iddiaçı kredit müqaviləsi üzrə qalıq borcu ödədiyindən həmin pulun yarısını cavabdehdən tələb etməkdə haqlıdır. "xxxx" ASC tərəfindən təqdim edilmiş arayışdan görünür ki, xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixi də daxil olmaqla, iddiaçı cəmi 56857,21 manat pul ödəmişdir. Bu səbəbdən həmin pulun yarısı, yəni 28428.60 manat məbləğində pul cavabdehdən tutulmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən 198,70 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 28428.60 manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 198.70 manat pul tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 222.1, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 28428.60 (iyirmi səkkiz min dörd yüz iyirmi səkkiz manat, altmış qəpik) manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 198.70 (yüz doxsan səkkiz manat, yetmiş qəpik) manat pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №e-2(005)-822/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-822/2025
03.03.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver