Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-857/2023 30.03.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment borcunun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2020-ci ilin avqust ayından 2022-ci ilin yanvar ayına qədər aliment və maddi yardıma görə ona hesablanmış 3360 manat aliment borcunun silinməsi, eləcə də 50 manat mediasiya xərcinin və 53,60 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə arasında olan nikah qeydi Nərimanov Rayon Məhkəməsinin 2(005)-284/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Həmin qətnaməyə əsasən xx.xx.2018-ci il təvəllüdlü qızları Nazlı cavabdehin yanında saxlanmışdır. Həmin qətnaməyə əsasən uşağın saxlanması üçün 170 manat aliment eləcə də uşağın 3 yaşına çatana qədər saxlanması üçün cavabdehdən 50 manat pul tutulmuşdur. Rəsmi olaraq nikah münasibətləri yekunlaşsa da, faktiki nikah münasibətləri davam etmiş və bu müddət ərzində uşağın maddi tələbatının ödənilməsində birbaşa iştirak etmişdir. Lakin 2022-ci ilin yanvarından faktiki nikah münasibətləri də bir sıra anlaşılmazlıqlardan sona çatmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 etiraz təqdim edərək bildirmişdir ki, müvafiq iddianın qaldırılması iddiaçıya hesablanmış aliment öhdəliyindən yayınması məqsədini daşıyır və işi süni surətdə uzatmaqla cavabdehi çətin vəziyyətdə qoymaq, onu sıxışdırmaq, habelə uşağa ödənilməli alimentin ödənilməsindən yayınmaq üçün qaldırılmışdır. İşin hallarından görünür ki, iddiaçı ilə cavabdehin nikah münasibətlərinə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə xitam verilmiş və birgə nikahdan olan uşaq cavabdehin himayəsində saxlanmışdır. Həmin qətnamədən də görünür ki, tərəflər ən azı 2020-ci ilin avqust ayından ayrı yaşamışlar və onların ailəsi dağılmışdır. Həmin gündən bu günə qədər də tərəflərin heç bir ciddi ailə münasibətləri olmamışdır. Məhz buna görə də qətnamədə alimentin 2020-ci ilin avqust ayından tutulması qət edilmişdir. İddiaçının uşaqla olan şəkilləri ilə bağlı isə bildirmişdir ki, iddiaçı məhz cavabdehin təkidi ilə uşaqla görüşmək, uşağın psixoloji durumunun pozulmaması, atasızlığın hiss edilməməsi üçün onu özü çağırmış və uşaqla vaxt keçirməsini tələb etmişdir. Şəkillər bu dövrə təsadüf edir. Lakin tərəflərin birgə yaşamasını təsdiq etmir. Həmçinin cavabdeh müvafiq vaxt ərzində öz xalası ilə yaşamışdır. Cavabdeh boşanmadan sonra hazırki əri, iş üzrə şahid T.Kərimova tanış idi, o cavabdehlə görüşürdü və evin təmirini həyata keçirirdi. Bu baxımdan da iddiaçının dəlili əassızdır. Müvafiq qətnamə çıxandan sonra iddiaçı onu qəbul etmiş və öhdəliyi ilə barışmışdır. Məhz buna görə də həmin qətnamədən apelyasiya şikayəti verilməmişdir. Əgər həqiqətən də tərəflər ailə kimi yaşasaydılar və barışsaydılar cavabdeh ən azı icra qurumuna aliment tələbindən imtina və ya ona möhlət verilməsi barədə ərizə vermiş olardı. Lakin cavabdeh belə bir xahiş və tələb də olmamışdır. İddiaçı iddia tələbində ev alınması ilə bağlı 12500 manat ilkin ödəniş etdiyini, 2500 manat maklerə pul verdiyini və tam 6 ay aylıq olaraq 323 manat ödənişlər etdiyini bildirir, lakin bununla bağlı hər hansı sübutu yoxdur. Həmin evdə tərəflər ümumiyyətlə yaşamamışdırlar, çünki həmin evin təmiri cavabdeh tərəfindən özünün və hazırki əri Toğrul Kərimovun şəxsi vəsaitləri hesabına 2021-ci ilin təxminən noyabr ayının sonunda tamamlanmışdır. (həmin ərəfədə cavabdeh və hazırki əri uzun aylar idi ki, birlikdə idilər) Cavabdeh isə bu aylarda Xırdalan şəhərində (“Kristal Abşeron” yaşayış kompleksində) uşağı ilə birlikdə xalasının evində qalırdı. Məhkəmə iclasında cavabdeh tərəfindən təmin edilmiş şahid X6 bildirmişdir ki, tərəfləri tanıyır. 7-8 aydan artıq bir müddətdir ki, tərəflərin birgə nikahından doğulmuş xx.xx.1018-ci il təvəllüdlü qızları Nazlıya dayəlik etməkdədir. Dayə olduğu dövrdə öz işini “Kristal Abşeron” yaşayış kompleksində 09:00-18:00-a kimi icra etmişdir. Uşağın 1 yaşına kimi tərəflər arasında münasibətlər yaxşı idi. 2020-ci ildə tərəflər boşanarkən aralarında barışıq sazişi olmamışdır. Cavabdeh başqa ölkəyə getmişdir. Həmin vaxt İddiaçı arabir evə gəlib-getmişdir. Məhkəmə iclasında cavabdeh tərəfindən təmin edilmiş şahid X3 bildirmişdir ki, cavabdeh onun bacısıdır. Yeni ailə həyatı qurduqdan sonra bacısıgilə arabir getmişdir. Pandemiya vaxtı bacısına gedib uşağı saxlamaqda köməklik göstərmişdir. Buna görə də iddiaçı və cavabdeh arasındakı münasibətə bələd olmuşdur. Tərəflər arasındakı münasibət 2020-ci ilin yay aylarından etibarən pozulmağa başlamışdır. 2020-2022-ci illərdə onlar ailə kimi görüşməmişdirlər. Bacısının, yəni Cavabdeh ailə qurarkən evi olmamışdır, yaşadıqları ev isə xalasına məxsusdur. Bacısı Lalənin hazırki həyat yoldaşı X4 isə ailə qurandan 6 ay əvvəl tanımışdır. Məhkəmə tərəfin izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verib hesab edir ki, iddia rədd olunmalıdır. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhəri üzrə İcra idarəsinin xx.xx.2022ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, İddiaçı 4560 manat aliment borcu vardır; xx.xx.2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı 1200 manat aliment ödənişi həyata keçirmişdir. xx.xx.2022-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı 50 manat məbləğində dövlət rüsumu ödəmişdir. xx.xx.2022-ci il tarixli ödəniş qəbzinə əsasən iddiaçı 53,60 manat məbləğində dövlət rüsumu ödəmişdir. Beləliklə hazırkı iddia tələbi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının azaldılmasından (dəyişdirilməsindən) ibarətdir. Belə növ iddia tələblərinin həllinin qanuni əsaslarını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göründüyü kimi qanunverici, prinsip etibarilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən azad olunma üçün diqqətəlayiq halların olmasıdır. Məhkəmə qeyd edir ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)-284/2021 saylı xx.xx.2021ci il tarixli qətnaməsi ilə nikah pozulduqdan sonra tərəflər ayrı yaşamış, həmin qətnamə ilə 170 manat aliment, uşağın 3 yaşına çatana qədər saxlanması üçün 50 manat pul tutulması qət edilmişdir. İşin mübahisəsiz halı ondan ibarət olmuşdur ki, İddiaçı Cavabdeh yaşadığı evə gedibgəlmiş, bu müddətdə tərəflər arasında münasibətlər gərgin olmamışdır. Lakin iddiaçı tərəf 2020-ci ilin avqust ayından 2022-ci ilin yanvar ayına qədər birgə yaşamalarını, birgə təsərrüfat aparmalarını sübut edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddia təmin olunmadığından ödənilmiş də 50 manat mediasiya xərcinin və 53,60 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “aliment borcunun silinməsi” tələbinə dair iddiası rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 124-cü və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “aliment borcunun silinməsi” tələbinə dair iddia ərizəsi rədd edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №e-2(005)-857/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-857/2023
30.03.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver