Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-914/2023 28.07.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Qurbanova Səkinə Nadir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “əmək haqqı və son haqq-hesabın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “əmək haqqı və son haqq-hesabın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2020-ci il üzrə həmin ilin oktyabr ayının 20-dən noyabr ayının 20-dək ödənilməli olan məbləğin 472.874 tenge~1749.63 manat, noyabr ayının 20-dən dekabr ayının 20-dək 668405 tenqe~2473.10 manat, 2021-ci il üzrə: dekabr ayının 20-dən yanvar ayının 21-dək 665372 tenqe~ 2461.88 manat, yanvar ayının 21-dən fevral ayının 21-dək 664260 tenqe~2426 manat, fevral ayının 21-dən mart ayının 21-dək 336926 tenqe~1246.63 manat, mart ayının 21-dən aprel ayının 21-dək 750000 tenqe~ 2900 manat olmaqla, cəmi 13257.24 manat məbləğində ödənilməmiş əmək haqqının cavabdeh "xxxx" ASC-dən tutularaq İddiaçı ödənilməsi; 7046.26 məbləğində ödənilməmiş son haqq hesabın cavabdeh "xxxx" ASCdən tutularaq İddiaçı ödənilməsi; iddiaçı tərəfindən ödənilmiş 50 manat mediasiya xərci olmaqla, cəmi 20353.50 manat məbləğində pul vəsaitinin cavabdeh "xxxx" ASC-dən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, İddiaçı Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası ASC-də çalışmışdır. Tərəflər arasında bağlanılmış müqaviləyə əsasən aylıq xidmət haqqı 750000 tenqe, həmin dövrün valyutasına uyğun olaraq, 2900 manat məbləğində müəyyən olunmuşdur. İddiaçı bildirir ki, müqavilə əsasında o, öz öhdəliklərini lazımi qaydada yerinə yetirsə də, “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası ASC tərəfindən 2020-ci ilin oktyabr ayından etibarən aylıq xidmət haqqı olan 2900 manat məbləğində pul vəsaiti tam şəkildə bu günədək ona ödənilməmişdir. İddiaçı qeyd edir ki, təşkilat tərəfindən ona təqdim edilən hesabdan çıxarışa nəzər yetirdikdən sonra iddiaçıya ödənilməli olan xidmət haqının hesaba tam həcmdə köçürülməməsi faktı aşkar edilmişdir. Belə ki, verilmiş hesabdan çıxarışa əsasən, 2020-ci il üzrə: həmin ilin oktyabr ayının 20-dən noyabr ayının 20-dək ödənilməli olan məbləğin 472.874 tenge~1749.63 manat, noyabr ayının 20-dən dekabr ayının 20-dək 668405 tenqe~2473.10 manat, 2021-ci il üzrə: dekabr ayının 20-dən yanvar ayının 21-dək 665372 tenqe~ 2461.88 manat, yanvar ayının 21-dən fevral ayının 21-dək 664260 tenqe~2426 manat, fevral ayının 21-dən mart ayının 21-dək 336926 tenqe~1246.63 manat, mart ayının 21-dən aprel ayının 21-dək 750000 tenqe~2900 manat olmaqla, cəmi 13257.24 manat məbləğində əmək haqqı iddiaçıya ödənilməmişdir. Bundan başqa, 7046.26 manat məbləğində kompensasiya, məzuniyyət haqları - son haqq hesab İddiaçı işdən çıxarılan zaman ödənilməmişdir. Daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, "xxxx" ASC tərəfindən ödənilməmiş 11364.63 manat əmək haqqının, 8152.61 manat ödənilməmiş son haqq hesabın və 3756.83 manat məbləğində məzuniyyət haqqının "xxxx" ASC-dən tutularaq pul vəsaitinin İddiaçı ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək bildirmişdir ki, iddia ərizəsində qeyd edilən müddətlərdə iddiaçıya əmək haqqı, məzuniyyət pulu ödənilməmişdir. Əvvəlki məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 iddia müddətinin tətbiqi ilə bağlı ərizəyə uyğun iahat verərək, iddiaçı tərəfindən 2020-ci ilin oktyabr, noyabr, dekabr, 2021-ci ilin yanvar, fevral mart ayları üzrə ödənilməyən əmək haqqı, istifadə edilməmiş əmək məzuniyyətlərinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiyanın hesablanıb ödənilməsinin "xxxx" ASC-nin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etsə də, AR ƏM-nin 296-cı maddəsinin 4-cü bəndinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar həmçinin ziyan vurmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bildiyi nəzərdə tutulub. Məhkəmədən iddia müddətinin tətbiq edilməsini və iddiadan imtina barəsində qərar çıxarılmasını xahiş edir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Həmçinin tərəflərin arasında münasibətlərin Qazaxıstan Respublikasında yarandığı üçün hazırki mülki işə Azərbaycan Respublikasının məhkəmələri tərəfindən baxımasının qeyri-mümkün olduğunu bildirmişdir. Eyni zamanda “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən iddia müddətinin tətbiqi barədə ərizəyə etiraz ərizəsi təqdim edilmişdir. Ərizədə bildirilir ki, hazırki mübahisə ilə bağlı olaraq tərəflərindən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edilmiş, daha sonra məhkəmə tərəfindən aiddiyyat üzrə kommersiya məhkəməsinə göndərilmişdir. Lakin məhkəmələr arasında məhkəmə aidiyyatı ilə bağlı fikir ayrılığı olduğundan məsələnin həll edilməsi üçün iş Ali Məhkəməyə göndərilmişdir. Ali Məhkəmənin araşdırmasından sonra işin kommersiya mübahisəsi olduğu qənaətinə gəlinmiş və baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilmişdir. Həmin zaman iddia tələbinin kommersiya məhkəməsi tərəfindən baxılması üçün iddia tələbi həmin hissədıə azaldılaraq qalan iddia tələbi ilə bağlı mülki mübahisə ilə əlaqədar olaraq Nərimanov Rayon Məhkəməsinə müraciət edilmişdir. Göründüyü kimi, ilkin məhkəməyə müraciətdən öncə mediasiya sessiyasında iştirakı, məhkəmələr arasında fikir ayrılığı və işin Ali Məhkəmədə araşdırılaraq yenidən baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsi və digər halları nəzərə alsaq iddiaçı tərəfindən qanunla müəyyən edilmiş müddət ərzində məhkəməyə müraciət edildiyi görünür. Odur ki, cavabdeh tərıfindən iddia müddətinin ötürülməsi ilə iddia müddətinin tətbiqi barədə ərizəsinin təmin edilməməsini məhkəmədən xahiş edir. Məhkəmə tərəflərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - xx.xx.2019-cu il tarixli Ezamiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək “Aqtöbe-Atırau-Rusiya Federasiyası sərhədi (Həştərxan şəhərinə) km. 236-275” avtomobil yolu hissəsinin yenidən qurulması layihəsinə ezamiyyətə göndərilir. - xx.xx.2019-cu il tarixli Ezamiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək “Aqtöbe-Atırau-Rusiya Federasiyası sərhədi (Həştərxan şəhərinə) km. 236-275” avtomobil yolu hissəsinin yenidən qurulması layihəsinə ezamiyyətə göndərilir. - xx.xx.2019-cu il tarixli Ezamiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək “Aqtöbe-Atırau-Rusiya Federasiyası sərhədi (Həştərxan şəhərinə) km. 236-275” avtomobil yolu hissəsinin yenidən qurulması layihəsinə ezamiyyətə göndərilir. - xx.xx.2019-cu il tarixli Ezamiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək “Aqtöbe-Atırau-Rusiya Federasiyası sərhədi (Həştərxan şəhərinə) km. 236-275” avtomobil yolu hissəsinin yenidən qurulması layihəsinə ezamiyyətə göndərilir. - xx.xx.2019-cu il tarixli Əmək müqaviləsinin surətindən görünür ki, “İşəgötürən” Qazaxıstan Respublikasında Aktobe ş. "xxxx" ASC-nin Filialı (filialın direktoru Pşeniçnıy A.N. şəxsində) ilə “İşçi” İddiaçı arasında bağlanmış əmək müqaviləsinə əsasən, İddiaçı aparıcı mütəxəssis vəzifəsində çalışmışdır. Müqavilənin şərtlərinə görə, işçiyə məcburi ayırmalar istisna olmaqla, ayda 750000 tenqedən ibarət vəzifə maaşı möəyyən edilmişdir. - Hesablaşma vərəqələrinin surətlərindən görünür ki, İddiaçı təşkilatın borcu 2020-ci ilin noyabr ayının sonuna 1338280.00 tenge, 2020-ci ilin dekabr ayının sonuna 1806685.00 tenge, 2021-ci ilin yanvar ayının sonuna 2472057.00 tenge, 2021-ci ilin fevral ayının sonuna 2470911.00 tenge, 2021-ci ilin mart ayının sonuna 2807837.00 tenge, 2021-ci ilin aprel ayının sonuna 5487461.00 tenge təşkil edir. - Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə İddiaçı "xxxx" ASC-yə qarşı borcun ödənilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, xx.xx.2018-ci il tarixli xidməti müqaviləsi üzrə 2018-ci ilin noyabr ayı üçün 387 manat, 2018-ci ilin dekabr ayı üçün 1029 manat, 1416 manat məbləğində pul “Akkord Sənaye və İnvestisiya Korporasiyası" ASC-dən tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-2(113)-1735/2022 saylı qətnaməsinin dəyişdirilməsi, iddia rədd edilən hissədə qismən təmin edilərək “Akkord Sənaye və İnvestisiya Korporasiyası" ASC-dən İddiaçı xeyrinə 2019-cu ilin iyun ayı üzrə 2900 manat xidmət haqqı, 234.40 manat dövlət rüsumu tutulması qət edilmişdir. - AR ƏN Məhkəmə Ekspertiza Mərkəzinin 30 may 2023-cü il tarixli 9/2284 №-li ekspert rəyinin tədqiqat hissəsində göstərilənlərə, iş materiallarında olan sənədlərə və Azərbaycan Respublikası Mərkəzi Bankının sayt məlumatlarına əsasən 2020-ci ilin noyabr ayından 2021- ci ilin mart ayına qədər İddiaçı ödənilməsi nəzərdə tutulan əmək haqqının (hər ay üzrə) Qazaxıstan Respublikasının milli valyutasından Azərbaycan Respublikasının milli valyutasına çevirdikdə məbləği ümumilkdə 11364,63 manat, İddiaçı ödənilməmiş son haqq-hesabı və məzuniyyət haqqı məbləğinin Qazaxıstan Respublikasının milli valyutasından Azərbaycan Respublikasının milli valyutasına çevirdikdə İddiaçı ödənilməli olan son haqq hesabın məbləği 8152,61 manat, ödənilməli olan məzuniyyət haqqı məbləği isə 3756,28 manat müəyyən edilmişdirg Məhkəmə iclasında müəyyən edilmişdir ki, 01 iyul 2019-cu il tarixdə İddiaçı ilə Qazaxıstan Respublikasında "xxxx" ASC-nin Filialı arasında 18-irs-19 saylı müqavilə imzalanmışdır. Həmin müqavilədə iddiaçının vəzifəsi 2-ci kateqoriya işlər üzrə aparıcı mütəxəssis olaraq göstərilmiş, iddiaçının aylıq əmək haqqı məbləğinin 750.000 Qazaxıstan tengəsi olması öz əksini tapmışdır (Müqavilənin 1.1 və 4.1-ci bəndləri). Həmçinin, 2020-ci ilin 21 may tarixdə iddiaçı ilə cavabdehin Qazaxıstan Respublikasındakı filialı arasında bağlanmış əmək müqaviləsinə “Əlavə” imzalanaraq tərəflər arasında bağlanmış əmək müqaviləsinin müddəti iddiaçının xarici işçi qüvvəsinə dair icazə sənədinin qüvədə olduğu müddətə qədər uzadılmışdır. İddiaçı bildirir ki, əmək müqaviləsinə xitam verilərkən 2020-cı ilin sentyabr, oktyabr, noyabr, dekabr ayları üçün, 2021-ci ilin yanvar ayı üçün iş günlərinə görə əmək haqqı, 2020-2021-ci il üçün istifadə edilməmiş məzuniyyət pulu, xx.xx.2018-ci ildən xx.xx.2019-cu ilədək “Akkord Sənaye və İnvestisiya Korporasiyası" ASC-nin Nəqliyyat Məsələləri üzrə müşavir vəzifəsində işlədiyi müddət ərzində 4 ay ezamiyyə xərci ödənilməmişdir. İddiaçı ilkin olaraq 02 fevral 2022-ci il tarixdə Bakı şəhəri Nərimaovv Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş, məhkmənin 1 mart 2022-ci il tarixli qərardadı ilə mülki işin baxılması üçün aidiyyatı üzrə Bakı Kommersiya Məhkəməsinə göndrilməsi qərara alınmışdır. Bakı Kommersiya Məhkəməsinin 13 mart 2022-ci il tarixli Qərardadı ilə məhkəmə aidiyyatn müəyyən edilməsi üçün işi Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməsi barədə qərar qəbul etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 26 may 2022-ci il tarixli Qərarı ilə mbahisə məhkəmə aidiyyatının yenidən müəyyən edilməsi üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 avqust 2022-ci il tarixli Qərardadı ilə mülki iş baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə öz mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı ilə cavabdehin arasında həm xidməti, həm də əmək müqaviləsi mövcuddur. Məhkəmə iclasında iddiaçı tərəf tələb etdiyi pul məbləğinin hansı hissəsinin əmək haqqı və hansı hissəsinin xidmət haqqı olmasına dair iddia ərizəsini dəqiqləşdirməmiş, bu səbəbdən iddianın icraatının ayrılması mümkün olmamışdır. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə İddiaçı "xxxx" ASC-yə qarşı borcun ödənilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, xx.xx.2018-ci il tarixli xidməti müqaviləsi üzrə 2018-ci ilin noyabr ayı üçün 387 manat, 2018-ci ilin dekabr ayı üçün 1029 manat, 1416 manat məbləğində pul “Akkord Sənaye və İnvestisiya Korporasiyası" ASCdən tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-2(113)-1735/2022 saylı qətnaməsinin dəyişdirilməsi, iddia rədd edilən hissədə qismən təmin edilərək “Akkord Sənaye və İnvestisiya Korporasiyası" ASC-dən İddiaçı xeyrinə 2019-cu ilin iyun ayı üzrə 2900 manat xidmət haqqı, 234.40 manat dövlət rüsumu tutulması qət edilmişdir. Hazırda iddiaçı "xxxx" ASC tərəfindən ödənilməmiş 11364.63 manat əmək haqqının, 8152.61 manat ödənilməmiş son haqq hesabın və 3756.83 manat məbləğində məzuniyyət haqqının "xxxx" ASC-dən tutularaq pul vəsaitinin İddiaçı ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 19.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. 20.3-cü maddəsinin 1-ci hissəsinə əsasən müəssisə mülkiyyətçinin təşkilati-hüquqi formasından, adından və fəaliyyət növündən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq yaratdığı hüquqi şəxs, onun və xarici hüquqi şəxsin filialı, nümayəndəliyidir.
21. 3-cü maddəsinin 3-cü hissəsində işəgötürənə verdiyi anlayışa görə, işəgötürən tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxsdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” 30 iyul 2021-ci il tarixli qərarında göstərilmişdir ki, mülki hüquq münasibətlərində hüquqi şəxs müqavilənin istənilən bərabərhüquqlu tərəfi ola bildiyi halda, əmək hüquq münasibətlərində hüquqi şəxs yalnız işəgötürən qismində çıxış edir. Mülki hüquq münasibətlərindən fərqli olaraq əmək hüquq münasibətlərinin tərəflərindən biri mütləq fiziki şəxs olur və bu münasibətlərin əsasında müstəsna olaraq fiziki şəxsin əməyi durur. Qanunvericinin Əmək Məcəlləsinin 3-cü maddəsinin 3-cü hissəsində işəgötürənə verdiyi anlayışa görə, işəgötürən tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxsdir. Bununla da qanunverici həm hüquqi şəxs olan mülkiyyətçini, həm də onun struktur bölmələrinin rəhbərlərini işəgötürən olaraq qəbul edir. Lakin filialın və ya nümayəndəliyin rəhbərinin işəgötürən kimi çıxış etməsini hüquqi şəxsin verdiyi etibarnamə ilə şərtləndirir. Əmək Məcəlləsinin 70-ci maddəsi isə əmək müqaviləsinin məhz işəgötürən tərəfindən ləğv olunmasının əsaslarını müəyyən etmişdir. Göründüyü kimi, işçi ilə əmək müqaviləsi yalnız onunla əmək müqaviləsini bağlamış işəgötürən tərəfindən qanunvericiliyə müvafiq olaraq ləğv oluna bilər. İş materiallarından göründüyü kimi iddiaçı işəgötürən "xxxx" ASC-nin Qazaxıstan Respublikasındakı filialı ("xxxx") ilə bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə əsasən 2-ci kateqoriya işlər üzrə aparıcı mütəxəssis vəzifəsində işə qəbul olunmuş, iddiaçının təqdim etdiyi hesablaşma vərəqələri, ezamiyyət vərəqələri Filialın rəhbəri tərəfindən imzalanmış, Filialın möhürü ilə təsdiq edilmişdir. Hazırda iddiaçı işəgötürən tərəfindən son haqq-hesabının düzgün aparılmadığına istinad edərək müvafiq məbləğdə pulun "xxxx" ASC-dən xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə qeyd edir ki, pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə o zaman yol verilə bilər ki, iddiaçının müvafiq subyektiv hüququnun mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edilmiş olsun. Məhkəmənin gəldiyi qənaətə görə iddiaçının pozulması ehtimal edilən müvafiq subyektiv hüququ mövcud olsa da, onun hazırki cavabdeh tərəfindən pozulması faktı müəyyən edilməmişdir. Belə ki, işçi ilə işəgötürən əmək hüquq münasibətlərinin əsas iştirakçılarıdır. Onların arasındakı münasibətlərin tənzimlənməsi Əmək Məcəlləsinin müvafiq normalarına əsasən həyata keçirilir. Həmin Məcəllənin 3-cü maddəsinin 1-ci hissəsində verilən anlayışa görə müəssisə mülkiyyətçinin təşkilati-hüquqi formasından, adından və fəaliyyət növündən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq yaratdığı hüquqi şəxs, onun və xarici hüquqi şəxsin filialı, nümayəndəliyidir. Göründüyü kimi, mülki qanunvericilikdən fərqli olaraq əmək qanunvericiliyi hüquqi şəxsi, onun və xarici hüquqi şəxsin filial və nümayəndəliklərini əmək hüquq münasibətlərinin bərabərhüquqlu subyektləri hesab etmişdir. Bu cür yanaşma Əmək Məcəlləsinin və onun tənzimlədiyi əmək hüquq münasibətlərinin səciyyəvi xüsusiyyətlərindən irəli gəlir. Beləliklə işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək, işçiyə müvafiq işi təqdim etmək, onun sağlam və təhlükəsiz əmək şəraitində işləməsini təmin etmək və əməyinin qarşılığını ödəmək hüququna malik olan müvafiq hüquqi (filialı, nümayəndəliyi) və ya fiziki şəxs əmək hüquq münasibətlərində işəgötürən anlamına gəlir və beləliklə də işçi ilə bərabər müstəqil subyekt kimi nəzərə alınır. Bununla da qanunverici həm hüquqi şəxs olan mülkiyyətçini, həm də onun struktur bölmələrinin rəhbərlərini işəgötürən olaraq qəbul edir, filialın və ya nümayəndəliyin rəhbərinin işəgötürən kimi çıxış etməsini hüquqi şəxsin verdiyi etibarnamə ilə şərtləndirir. Hazırki mülki işin materiallarından da görünür ki, iddiaçı ilə əmək münasibətlərinə “işəgötürən” statusunda daxil olan, barəsində işə qəbulu əlaqədar müvafiq əmr verən, həmçinin əmək müqaviləsinin şərtlərini müəyyən edən şəxs "xxxx" ASC deyil, ASC-nin Qazaxıstan Respublikasındakı filialıdır ("xxxx"). Hazırki tərəflər arasında isə əmək münasibətləri yaranmamışdır, cavabdeh qismində cəlb edilmiş hüquqi şəxs işçi ilə işəgötürənin hüquq və vəzifələrini tənzimələyən əmək müqaviləsinin tərəfi deyildir. Halbuki istənilən müqavilədən irəli gələn hüquq münasibətlərində səlahiyyətdar hüquqi mükəlləfiyyətlidən müəyyən davranışı o halda tələb edə bilər ki, belə davranış onların arasında olan müqavilə və ya tərəflərin münasibətlərinin yaranması anında mövcud olan qanunun birbaşa göstərişinin qüvvəsinə görə labüd olsun. Məhkəmə cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş “iddia müddətinin tətbiqi” barədə ərizəyə münasibət bildirərək qeyd edir ki, iddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə əmr məhkəməyə təqdim edilməmişdir. Halbuki əmək mübahisələrində bu qəbildən olan sənədləri təqdimetmə yükü cavabdehin üzərinə düşür, belə ki, cavabdeh iddiaçıya münasibətdə iqtisadi cəhətdən daha güclüdür və əmək münasibətləri ilə bağlı hər növ sənədləşmənin aparılmasında daha geniş imkanlara malikdir və öhdəliklər daşıyır. Belə olan təqdirdə iddiaçının dəqiq olaraq hansı tarixdə hüquqlarının pozulduğunu müəyyən etmək qeyri-mümkündür. Digər tərəfdən, mülki işin materiallarında olan müvafiq qətnamə və qərardadlardan görünür ki, iddiaçı ilkin olaraq məhkəməyə 02 fevral 2022-ci il tarixdə müraciət etmişdir. Daha sonra məhkəmələr arasında aidiyyətlə bağlı məsələyə AR Ali Məhkəməsində baxılmış (26 may 2022-ci il tarixdə), mülki iş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə, daha sonra sonuncu tərəfindən Bakı Kommersiya Məhkəməsinə göndərilmişdir. Mülki iş Bakı Kommersiya Məhkəməsinin icraatında olan vaxt iddia tələbi dəqiqləşdirilmiş, tərəflər arasında olan xidməti müqavilədən irəli gələn mübahisəyə baxılaraq 31 oktyabr 2022-ci il tarixdə Qətnamə qəbul edilmişdir. Tərəf həmin ilin noyabr ayının 4-də cavabdehə mediasiya təklifi göndərərərk, hazırki əmək müqaviləsindən irəli gələn mübahisəni həll etməyi təklif etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia müddəti ötürülməmişdir. Belə ki, iddiaçı hərəkətsizlik göstərməmiş, əksinə Bakı Kommersiya Məhkəməsinin Qətnaməsi qəbul edildikdən dərhal sonra mediasiyaya müraciət etmişdir. Məhkəmə bu nəticəyə gələrkən onu da nəzərə alır ki, cavabdeh təşkilat birinci instansiyasında olan ilkin icraat zamanı iddia müddətinin tətbiqi barədə ərizə təqdim etməmişdir. Mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi, maddə 14.2, 77.1 və 88 maddələri). Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh «Akkord Sənayə Tikinti İnvestisiya Korporasiyası” ASC-yə qarşı “əmək haqqı və son haqq-hesabın ödənilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı cavabdeh «Akkord Sənayə Tikinti İnvestisiya Korporasiyası” ASC-yə qarşı “əmək haqqı və son haqq-hesabın ödənilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Mehriban Əfəndizadə