Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-973/2025 14.02.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı İddiaçı Cavabdeh qarşı nikahın pozulması, uşaqların himayəsi və aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbinin dəlilləri İddiaçı Cavabdeh qarşı nikahın pozulması, uşaqların himayəsi, aliment və tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı oğlu arasında xx.xx.2014-cü il tarixdə nikah bağlanmış və bu nikahdan iki övladları xx.xx.2016-cı il təvəllüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü X4 - anadan olmuşdur. xx.xx.2024-cü il tarixdə cavabdehlə ayrı yaşayır. Övladları ididaçının himayəsindədir.Nikahın pozulmasını, uşaqların anaın yanında saxlanmasını, cavabdehdən xx.xx.2024-cü il tarixdən başlayaraq qazancının üçdə nir hissəsi miqdarında alimentin və çəkdiyi əlavə xərclərinin yarısının – 235 manat tutulub ödənilməsini xahiş edir (iddia tələbi dəqiqləşdirilmişdir). İddia tələbinə qarşı etirazın dəlilləri Cavabdeh elektron kabinet vasitəsilə ərizə ünvanlayaraq iddia tələbini nikahın pozulması, uşaqların ananın himayəsində qalması və aliment hissəsində qəbul etdiyini, əlavə xərclərə cəlb edilmə hissəsində qəbul etmədiyini bildirmiş, eyni zamanda qətnamə çıxarılarkən uşaqla ünsiyyət qaydasının müəyyənləşdirilməsini məhkəmədən xahiş etmişdir. Övladlarının şənbə və bazar günləri gecə qalmaq şərti ilə görüşməyi eləcə də ad günlərində bayram günlərində ünsiyyət qaydasının müəyyənləşdirilməsini və övladları ilə annaın razılığı olmadan xarici ölkə səfərləri edə bilməyi məsələsinə baxılmasını xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Euni zamanda qeyd etdi ki, iddiaçı uşaqların ataları ilə ünsiyyətinə maneə yaratmır və ad günlərində, bayramlarda, həftədə bir gün gecə qalmaqla ataları ilə vaxt keçirməyinə razıdır. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsinin mümkünküyünü bildirmişdir. Mülki işin materialları: - AZ-T 073451 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh və İddiaçı xx.xx.2014-cü il tarixdə nikaha daxil olmuşlar və bu nikah həmin tarixdə 1947 nömrəli qeyd aparılmaqla rəsmiləşdirilmişdir. Ərə Məmmədov,arvada Məmmədova soyadları verilmişdir. - AZ-İV 367415 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, 15.10.201-cu il təvəllüdlü X4 Bakı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. - AA2380421 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünü rki, X3 xx.xx.2016-cı il tarixdə Bakı şəhərində doğulmuşdur. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının: 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 20.1-ci maddəsinə əsasən ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. 20.2-ci maddəsinə əsasən tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasında təkid etdikdə nikah pozulur. 22.2.1-ci maddəsinə əsasən məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qaldığını müəyyən edir. 22.2, 22.2.1 və 22.2.2-ci maddələrinə əsasən nikah məhkəmə qaydasında pozularkən ərlə arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya valideynlərdən birinin marağına toxunduqda məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qaldığını və uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün aliment valideynlərdən məhkəmə qaydasında tutulur. 76.1. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.2. 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun: 4-cü maddəsinə əsasən Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. 8-ci maddəsinə əsasən isə hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosialhüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. 19-cu maddəsində isə müəyyən edilmişdir ki, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. 11-ci maddəsinə görə hər bir uşağın hərtərəfli inkişaf etmək, milli və ümumbəşəri dəyərlərə uyğun, humanizm və əxlaqi prinsiplər əsasında tərbiyə almaq hüququ vardır. İnsan Hüquqlarının və X1 haqqında Avropa Konvensiyasının göstərilən məsələlərdən bəhs edən 8-ci maddəsi və həmin Konvensiyanın 7 saylı protokolunun 5-ci maddəsi ilə bağlı formalaşmış hüquqi mövqeyinə diqqət etdikdə görərik ki, Avropa dəyərləri müstəvisində uşaqların saxlanması ilə bağlı atanın və ananın hüquqları fərdi maraq, uşaqların hüquqları isə daha üstün dəyər olan ictimai maraq kimi qiymətləndirilir. Əgər uşaqların saxlanması ilə bağlı valideynlər arasında fikir ayrılığı yaranırsa dövlət uşaqların hüquqlarını ictimai maraq kimi qiymətləndirərək uşaqların tərəfindən mübahisəyə qarışır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “20” dekabr 2024cü il tarixli 15 nömrəli qərarının 1.2.1-ci bəndinə əlavə edilmiş 8.4-1 yarımbəndinə görə “Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün Bdən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). 1.1.1. 7-ci bəndə aşağıdakı məzmunda ikinci və üçüncü abzaslar əlavə edilsin: “Ailə Məcəlləsinin 22-ci maddəsində nikahın pozulması haqqında qətnamə qəbul etdikdə məhkəmənin həll etdiyi məsələlərin dairəsi nəzərdə tutulsa da, bu zaman uşaqların hüquq və mənafelərinə təsir göstərə biləcək digər məsələlərin həlli imkanı qanunla qadağan edilməmişdir. Odur ki, uşaqların üstün mənafelərinin qorunması, habelə prosessual qənaət prinsipləri rəhbər tutularaq məhkəmələrə izah edilir ki, nikahın pozulmasına dair iddialara baxılarkən hazırlıq iclasında uşağın hansı valideynin yanında saxlanması ilə bağlı mübahisənin olmadığı müəyyən edildiyi halda, məhkəmələr valideynlər arasında uşaqla ünsiyyət qaydası ilə bağlı qarşılıqlı razılığın olub-olmadığını aydınlaşdırmalıdırlar. Bununla bağlı mübahisə varsa uşaqla ünsiyyət qaydasının müəyyən edilməsini arzu edən valideynə bu barədə iddia tələbi ilə müraciət etmək hüququ izah edilməli və irəli sürüldüyü halda nikahın pozulması ilə yanaşı, bu tələbə də mahiyyəti üzrə baxılıb qətnamə qəbul edilməlidir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2011-ci il 28 oktyabr tarixli 6/2011 nömrəli Qərarında aşağıdakı dəyişikliklər edilsin: 2.1. 2.5-ci bəndə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin: “Məhkəmələr ayrı yaşayan valideynin uşağı ilə istirahətinin səmərəli təşkili və digər məqsədlərlə birlikdə ölkə daxili və xarici səfərlər etmə imkanını nəzərə alaraq, verilmiş əsaslandırılmış tələbə uyğun qiymətləndirmə həyata keçirməklə ardıcıl bir neçə gün gecə qalmaqla, ünsiyyət qaydasını müəyyən edə bilərlər.”. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” 27 dekabr 2024-cü il tarixli Azərbaycan Respublikası Qanununa əsasən 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə 285 manat, əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. «Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2024-cü il tarixli sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği xx.xx.2025-ci il tarixdən 400 manat həddində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. 234.2.1-ci maddəsinin tələblərinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra edilir. Məhkəmənin mövqeyi İşdə mövcud olan sənədləri araşdıraraq məhkəmə belə qənaətə gəlir ki, iddia qismən əsaslıdır. Belə ki, məhkəmə baxışı iclasında tərəflərin izahatlarından, mülki işin materiallarından müəyyən olundu ki, tərəflər xx.xx.2014-cü il tarixdə nikah bağlanmış və bu nikahdan iki övladları xx.xx.2016-cı il təvəllüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü X4 anadan olmuşdur. Sonradan tərəflərin münasibətləri pisləşmişdir. İddiaçı cavabdehlə ailə qurduqdan sonra bir müddət səmimi yaşamışlar. Lakin sonradan aralarında səmimi münasibətlər pozulmuşdur. İddiaçı və Cavabdeh arasında olan nikah formal xarakter daşıyır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, nikahın pozulması, uşaqların onun himayəsində saxlanılması və uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh aliment və əlavə xərclərin tutulmasını xahiş edir. Cavabdeh nikahın pozulması uşaqların ananın himayəsində qalması və aliment hissəsində iddianı etiraf edir. Əlavə xərclərə cəlb edilməsi hissəsində etiraz edir. Məhkəmə hesab edir ki, hər iki tərəf nikahın pozulmasına, uşaqların ananın himayəsində qalmasına və alimentin tutulması hissələri ilə razı olduqlarına görə bu hissədə iddia tələbi təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2014-cü il tarixdə bağlanmış 1947 akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmalı, uşaqlar - xx.xx.2016-cı il təvəllüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü X4 anaları İddiaçımnın himayəsindsə saxlanılmalıdırlar. Məhkəməbu qənaətə gələrkən cavabdehin razılığı ilə yanaşı uşaqların yaşlarını, azyaşlı olmaqla ana nəvazişinə ehtiyaclarının olmalarını nəzərə alır. Belə ki, valideynlərin qayğısından yararlanmaq uşaqların hüququ olduğu kimi, uşaqların təlim-tərbiyəsi ilə onların şəxsiyyət kimi formalaşmasını və inkişaf etməsi üçün zəruri şəraitin yaradılması təmin etmək valideynin borcudur. Ailə münasibətləri davam etdiyi müddətdə bu vəzifə valideynlər tərəfindən birgə həyata keçirilir. Valideynlər arasında nikah münasibətlərinə xitam verilərkən uşaqların hansı valideynin yanında qalması həll olunduqdan sonra digər valideynin uşaqların qayğısına qalmaq hüququnun realizə edilməsi istisna edilməməklə, təmin edilməlidir. Nikahın pozulması zamanı uşaqların hansı valideynin yanında qalması məsələsi həll edilərkən uşaqların yaşı, rəyi, onun tələbatının təmin edilə bilməsi, valideynə bağlılığı həll edilməlidir. Bu hal ona görə vacib və zəruridir ki, uşağın maddi tələbatının ödənilməsi ilə birgə mənəvi tələbatının da ödənilməsi təmin edilməklə, onun psixoloji cəhətdən inkişafına mənfi təsir edən hallardan azad edilməklə, uşağın cəmiyyətdə bir şəxsiyyət kimi formalaşması təmin edilsin. Məhkəmə diqqətə çatdırır ki, tərəflərin birgə nikahdan doğulmuş uşağının mənafeyi, onun lazımi mühitdə yaşamaq, normal səviyyədə qidalanmaq, təhsil almaq hüquqlarının lazımı şəkildə həyata keçirmələri nəzərə alınmalıdır. İşin faktiki hallarından göründüyü kimi, hər iki valideynin sosial vəziyyəti uşağın normal şəraitli mənzildə yaşamaq, qidalanmaq, təhsil almaq hüquqlarının lazımı şəkildə həyata keçirmələrinə kifayət qədər imkan verir. İşdən görünür ki, uşağın azyaşlı olmaqla onun ana qayğısına daha çox ehtiyacı vardır. Bu yanaşma milli hüquq tətbiqetmə təcrübəsində üstün mövqe daşıyır. Məhkəmə aliment məbləğinin həcmini, cavabdehdən tutulacaq aliment məbləğinin həddini müəyyən edərkən, uşağın və iddiaçının mənafeləri ilə yanaşı cavabdehin də mənafeyini nəzərə alır. Məhkəmə qeyd edir ki, cavabdeh hər ay qazancının və ( və ya başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında alimentin tutulmasına etiraz etmir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə də təmin edilməlidir. Alimentin tutulmalı olduğu vaxtla bağlı məhkəmə iddiaçının mövqeyi ilə razılaşmır. Belə ki, aliment ailə qanunvericiliyinə əsasən, iddiaçının məhkəməyə müraciət etdiyi tarixdən ttulur. Digər tərəfdən iddiaçı cavabdehlə 2024-cü ilin aprel ayından birgə təsərrüfat aparmadığına dəlalət edən hər hansı sübut təqdim etməmişdir. Beləliklə, aliment iddiaçının məhkəməyə müraciət etdi tarixdən – xx.xx.2024-cü il tarixdən tutulmalıdır. Məhkəmə eyni zamanda cavabdehin əlavə xərclərə cəlb edilməli olması barədə də iddiaçı ilə razılaşmır. Belə ki, AZEMİS elektron məhkəmə inbformasiya sistemindən görünür ki, həm iddiaçı, həm cavabdeh rəsmi iş yerlərinə malikdirlər. İddiaçı "xxxx" ASCdə əmək fəaliyyəti ilə məşğuldur və 750 manat əmək haqqı alır, cavabdeh isə "Bank Respublika” ASC-də şöbə müdiri vəzifəsində işləyir və 3110 manat məbləğində əmək haqqı alır. Belə olan təqdirdə, cavabdehin təsmi gəlirlərindən hər ay alimentin tutulacağını, eyni zamanda iddiaçının əlavə gəlirlərin nədən ibarət olması ilə bağlı mötəbər dəlillər irəli sürmədiyini, uşaqların saxlanmasının hər iki valideynin öhdəliyi olduğunu nəzərə alaraq, iddia tələbini əlacə xərclərə cəlb edilmə hissəsində təmin edilməməsi qənaətinə gəlir. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamənin alimentə dair hissəsi dərhal icra edilməlidir. Məhkəmə yuxarıda istinadən edilən Plenum qərarında sərgilənən hüquqi mövqeyi, o cümlədən iddiaçının ünsiyyət qaydasının müəyyənləşdirilməsinə etiraz etmədiyini nəzərə alaraq hesab edir ki, Cavabdeh ilə övladları xx.xx.2016-cı il təvəllüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü X2 ünsiyyət qaydası müəyyən edilməli; hər həftənin şənbə günü saat 18:00dan bazar günü saat 12:00-dək; o cümlədən bayram günləri (Novruz Bayramı, Ramazan Bayramı, Qurban Bayramı,Yeni il Bayramı günlərinin) birinci bayram günü saat 12:00-dan 16:00-dək sərbəst və maneəsiz ünsiyət hüququ tanınsın. Eyni zamanda cavabdehin uşaqlarla sərbəst şəkildə telefon, planşet, kompüter və s.texniki vasitələrdən istifadə edərək ünsiyyət saxlama hüququ tanınsın. Məhkəmə hesab edir ki, uşaqların xarici səfərlrə analarının razılığı olmadan getmə məsələsi ayrıca iddianın predmetidir və bu qətnam ə ilə həll edilə bilməz. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia qismən təmin edilsin. Cavabdeh və İddiaçı arasında 1 saylı Bakı ASAN xidmət Qeydiyyat Şöbəsində xx.xx.2014-cü il tarixdə bağlanmış 1947 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulsun. Birgə nikahdan anadan olmuş xx.xx.2016-cı il təvəllüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü X4 anaları (iddiaçı) İddiaçı yanında saxlanılsın. xx.xx.2024-cü il tarixdən başlayaraq, X3 və xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay əmək haqqının və (və ya) başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilsin. Qətnamə alimentin tutulması hisəsində dərhal icra edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh ilə övladları xx.xx.2016-cı il təvəllüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü X2 ünsiyyət hüququ tanınsın. Cavabdeh ilə övladları xx.xx.2016-cı il təvəllüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü X4 ilə hər həftənin şənbə günü saat 18:00-dan bazar günü saat 12:00-dək; o cümlədən bayram günlərinin birinci günü (Novruz Bayramı, Ramazan Bayramı, Qurban Bayramı,Yeni il Bayramı günlərinin) və ad günlərində saat 12:00-dan 16:00-dək sərbəst və maneəsiz ünsiyət hüququ tanınsın. Cavabdeh uşaqlarla sərbəst şəkildə telefon, planşet, kompüter və s.texniki vasitələrdən istifadə edərək ünsiyyət saxlama hüququ tanınsın. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №e-2(005)-973/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-973/2025
14.02.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver