Məhkəmə qərarları › İş №e-2(005)-994/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-994/2023

31.03.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-994/2023 31.03.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, Cavabdehnnun iştirakı ilə, İddiaçı Cavabdeh (X8 üçüncü şəxs olmaqla) qarşı “alimentin təyin edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh (X8 üçüncü şəxs olmaqla) qarşı “alimentin təyin edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahdan doğulmuş yetkinlik yaşına çatmayan xx.xx.2021-ci il təvəllüdlü X1 və xx.xx.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər cavabdehin hər ay qazancının (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında alimentin, həmçinin uşaqların üç yaşına çatana kimi saxlanılmaları üçün hər ay bir uşaq üçün 1000 manat olmaqla cəmi 2000 manat maddi yardımın və 50 manat məbləğində mediasiya xərcinin tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Cavabdeh ilə xx.xx.2014-cü ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahlarından iki övladıları xx.xx.2021-ci il təvəllüdlü X4 və xx.xx.2021-ci il təvəllüdlü X5 dünyaya gəlmişdir. Qeyd edir ki, biz faktiki olaraq ayrı yaşayırıq. Cavabdeh uşaqların saxlanması üçün ona maddi cəhətdən heç bir köməklik etmir. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Birgə nikahlarından olan xx.xx.2021-ci il təvəllüdlü X4 və xx.xx.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay iki uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi məbləğində aliment tutulub ona verilməlidir. Həmçinin uşaqlar üç yaşına çatana kimi hər ay bir uşaq üçün 1000 manat olmaqla cəmi iki uşağa görə 2000 manat maddi yardım tutulub iddiaçıya verilməlidir. Cavabdeh BP-də texniki işçi vəzifəsində işləyir. Aylıq əmək haqqı təxminən 4000 manat təşkil edir. Məhkəmə iclasında cavabdeh iddia tələbinə etiraz edərək, tələbin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq iddiaçı və üçüncü şəxs məhkəmə iclasına gəlməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən iddiaçı və üçüncü şəxsin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Qaradağ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli, AZ-İİ № 012534 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2014-cü ildə nikahları bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.2014-cü ildə 1065 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Cəfərov, arvada Cəfərova soyadı verilmişdir. - İş materiallarına əlavə edilmiş 3 saylı Bakı Asan Xidməti X9 tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli AZ-İV seriyalı 675945 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X6 xx.xx.2021-ci il tarixdə Bakı şəhərində doğulmuş, atası Cavabdeh, anası İddiaçı olması barədə xx.xx.2021-ci il tarixdə 6601 nömrə ilə qeydə alınmışdır. - İş materiallarına əlavə edilmiş 3 saylı Bakı Asan Xidməti X9 tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli AZ-İV seriyalı 675946 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X7 xx.xx.2021-ci il tarixdə Bakı şəhərində doğulmuş, atası Cavabdeh, anası İddiaçı olması barədə xx.xx.2021-ci il tarixdə 6602 nömrə ilə qeydə alınmışdır. - İş materiallarına əlavə edilmiş Elektron Məhkəmə İnformasiya Sistemindən edilmiş çıxarışdan görünür ki, Cavabdeh BP Eksploreyşn (Kaspian Si) Limited Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyində Neft və qazçıxarma operatoru, elektrik montyoru vəzifəsində çalışır onun aylıq əmək haqqı 5020 manat qeyd olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Ailə Məcəlləsinin 75.5-ci maddəsinə görə, valideynlər yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş bağlamaq hüququna malikdirlər, əks təqdirdə valideynlər uşağı saxlamadıqda aliment məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay bu Məcəllənin 76.1.2-ci maddəsinə əsasən 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsində tutulur. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016- cı il tarixli, 8-2/2016 saylı Qərarının 8.2-ci bəndində görə, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. "Uşaq Hüquqları Haqqında" Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” 20 noyabr 1959-cu il tarixli Bəyannamənin 6-cı maddəsinə əsasən, uşaq mümkün olduqda valideynlərinin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. “Uşaq hüquqları haqqında” BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən, uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. BMT-nin Baş Məclisinin 20 noyabr 1989-cu il tarixdə qəbul etdiyi “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair 27 iyul 2016cı il tarixli qərarına əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə qiymət verilməli, bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Elşolts Almaniyaya qarşı” işi üzrə Avropa Məhkəməsinin qərarında deyilir ki, Konvensiyanın 8- ci maddəsi tələb edir ki, dövlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Xüsusən, 8-ci maddəyə əsasən valideyn uşağın sağlamlığına və inkişafına ziyan yetirə bilən tədbirlər görmək hüququna malik ola bilməz. Göründüyü kimi tərəflər arasında olan rəsmi nikahdan xx.xx.2021-ci il təvəllüdlü X4 və xx.xx.2021-ci il təvəllüdlü X5 anadan olmuşdur. Hazırki iddia tələbi üzrə məhkəmə iddia tələbində uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay gəlirinin 1/3 hissəsi miqdarında müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə alimentin xx.xx.2023-cü il tarixdən başlayaraq tutulması məqsədə müvafig hesab edir. Belə ki, Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarında olan sənədlərdən görünür ki, hazırkı iş üzrə iddia ərizəsi Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə xx.xx.2023-cü il tarixdə daxil olmuşdur. Eyni zamanda iddiaçı xx.xx.2021-ci il təvəllüdlü X1, xx.xx.2021-ci il təvəllüdlü X2 üç yaşlarına catanadək qulluq edilməsinə görə hər uşaq üçün aylıq 1000 manat olmaqla cəmi 2000 manat maddi yardım olaraq cavabdeh tərəfindən ödənilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84.1-ci maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Həmin Məcəllənin 84.2.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan ər və ya arvad digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84-cü maddəsini rəhbər tutaraq iddiaçının tələb hüququnun olduğunu nəzərə alaraq xx.xx.2021-ci il təvəllüdlü X4 və xx.xx.2021-ci il təvəllüdlü X3 baxılması üçün hər uşağa görə tələb edilən aylıq 1000 manat olmaqla cəmi 2000 manat ödənilməsi hissəsini qismən yəni hər uşağa görə 200 manat olmaqla cəmi 400 manat miqdarında təmin edilməsini məqsədəmüvafiq hesab etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mediasiyanın keçirilməsi üçün ödənilmiş 50 manat dövlət rüsumu iddia tələbi təmin edildiyindən Cavabdeh tutularaq İddiaçı ödənilməsi zəruridir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir; 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə yuxarıda qeyd olunan maddi hüququn normaları və işin hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilərək, Cavabdeh xx.xx.2021-ci il təvəllüdlü X1 və xx.xx.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay qazancının (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment, Cavabdeh xx.xx.2021-ci il təvəllüdlü X1 və xx.xx.2021-ci il təvəllüdlü X2 3 yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 200 manat olmaqla cəmi 400 (dörd yüz) manat maddi yardım və mediasiya xərci olaraq ödənilmiş 50 (əlli) manat pul Cavabdeh tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il təvəllüdlü X1 və xx.xx.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay qazancının (başqa gəlirlərin) üçdə bir hissəsi tutularaq İddiaçı ödənilsin. Cavabdeh xx.xx.2021-ci il təvəllüdlü X1 və xx.xx.2021-ci il təvəllüdlü X2 3 yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 200 manat olmaqla cəmi 400 (dörd yüz) manat maddi yardım tutularaq İddiaçı ödənilsin. Cavabdeh mediasiya xərci olaraq ödənilmiş 50 (əlli) manat pul tutularaq İddiaçı ödənilsin. Ərizə qalan hissədə təmin edilməsin. Aliment xx.xx.2023-cü il tarixdən hesablansın. Alimentin icra olunması hissəsində qətnamə dərhal icra edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar