Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1083/2024 30.01.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Musayeva Vüsalə Vahid qızı, İddiaçı Azərbaycan Respublikası Sığorta Kommersiya Şirkətinin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Sığorta Kommersiya Şirkətinin Cavabdeh qarşı “pul” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1130 (bir min yüz otuz) manat məbləğində pul vəsaitinin və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 31,7 (otuz bir manat yetmiş qəpik) manat dövlət rüsumunun, ümumilikdə, 1161,7 (bir min yüz altmış bir manat yetmiş qəpik) manat məbləğin iddiaçı Dövlət Sığorta Kommersiya Şirkətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixində, saat 03.15-də Bakı şəhəri ərazisində Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətində (bundan sonra – Şirkət) “Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü ilə sığortalanmış X3 məxsus olan və Cavabdeh tərəfindən idarə edilən “Kia Optima“ minik markalı, ** CD *** dövlət qeydiyyat nişanlı avtomobil “Hyundai Sonata” minik markalı, ** KG *** dövlət qeydiyyat nişanlı, “Chevrolet Cruze” minik markalı, ** OR *** dövlət qeydiyyat nişanlı və “Mercedes E220 CDİ” minik markalı, ** CR *** dövlət qeydiyyat nişanlı avtomobillərlə toqquşaraq nəticədə sonunculara maddi zərər dəymişdir. Qeyd edilən sığorta hadisəsi nəticəsində, “Hyundai Sonata” minik markalı, ** KG *** dövlət dövlət qeydiyyan nişanlı avtomobilə dəymiş maddi zərərə görə 200 (iki yüz) manat məbləğdə, “Mercedes E220 CDİ” minik markalı, ** CR *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi zərərə görə 480 (dörd yüz səksən) manat məbləğində, “Chevrolet Cruze” minik markalı, ** OR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş maddi ziyana görə isə 450 (dörd yüz əlli) manat məbləğində sığorta ödənişi Şirkət tərəfindən faydalanan şəxslərə ödənilmişdir. Yasamal rayon DYPŞ-in TP ******* nömrəli İnzibati tənbeh vermə haqqında Qərarına əsasən Cavabdeh yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs olaraq müəyyən edilmiş və barəsində AR İXM-nin 327.1 və 327.6-cı (Yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə) maddələrinə əsasən inzibati tənbeh növü tətbiq edilmişdir. Baş vermiş yol nəqliyyat hadisəsi zamanı Cavabdeh hadisə yerindən yayındığı üçün Şirkətin cavabdehə qarşı subroqasiya hüququ yaranmışdır. Pretenziya qaydasında vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə baxmayaraq Cavabdeh tərəfindən hər hansı vəsait ödənilmədiyinə görə törətdiyi mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərin əvəzi olaraq 1130 (bir min yüz otuz) manat məbləğində sığorta ödənişi Şirkət tərəfindən zərərçəkənə ödənildiyindən, Şirkətin “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə uyğun olaraq Cavabdeh həmin məbləğdə pulu geriyə tələb etmək (subroqasiya) hüququ vardır. Məhkəmə tərəfindən cavabdehə iddiaçının tələbinə dair bildiriş göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair münasibət bildirilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını məqsədəuyğun hesab edir. Belə ki, iş materiallarında olan: Yasamal rayon DYPŞ-in TP ******* nömrəli İnzibati tənbeh vermə haqqında Qərarına əsasən Cavabdeh yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs olaraq müəyyən edilmiş və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6-cı (Yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə) maddələrinə əsasən inzibati tənbeh növü tətbiq edilmişdir. xx.xx.2023-cü il tarixli, GS/07-727/2023 saylı pretenziya məktubundan görünür ki, iddiaçı tərəfindən cavabdehə məktub ona rəsmi qaydada verildikdən sonra 7 gün ərzində mövcud 1130 manat borcunu ödəməsi barədə müraciət edilmişdir. xx.xx.2022-ci il tarixli 07984 saylı Sığorta ödənişi ilə bağlı aktdan görünür ki, Cavabdeh tərəfindən idarə edilən “Kia Optima“ minik markalı, ** CD *** dövlət qeydiyyat nişanlı avtomobil tərəfindən X1 idarə etdiyi “Chevrolet Cruze” minik markalı, ** OR *** dövlət qeydiyyat nişanlı avtomobilə 450 manat məbləğində zərər dəymişdir. Sığorta hadisəsi xx.xx.2022-ci il tarixdə baş vermişdir. Sığortaçı “Azərsığorta” DSKŞ olmaqla, cavabdehin sığorta məbləği 55000 manat, sığortanın ümumi müddəti isə xx.xx.2022 – xx.xx.2023-cü il tarix aralığı təşkil edir. Dəymiş zərərin hesablanmasına dair akta əsasən “Chevrolet Cruze” minik markalı, ** OR *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin ümumi məbləği 450 manat təşkil edir. 35935 saylı Ödəniş tapşırığına əsasən iddiaçı tərəfindən X1 hesabına 450 manat məbləğində sığorta hadisəsi üzrə ödəniş köçürülmüşdür. xx.xx.2022-ci il tarixli 08196 saylı Sığorta ödənişi ilə bağlı aktdan görünür ki, Cavabdeh tərəfindən idarə edilən “Kia Optima“ minik markalı, ** CD *** dövlət qeydiyyat nişanlı avtomobil tərəfindən X4 idarə etdiyi “Mercedes E220 CDİ” minik markalı, ** CR *** dövlət qeydiyyat nişanlı avtomobilə 480 manat məbləğində zərər dəymişdir. Sığorta hadisəsi xx.xx.2022-ci il tarixdə baş vermişdir. Sığortaçı “Azərsığorta” DSKŞ olmaqla, cavabdehin sığorta məbləği 55000 manat, sığortanın ümumi müddəti isə xx.xx.2022 – xx.xx.2023-cü il tarix aralığı təşkil edir. Dəymiş zərərin hesablanmasına dair akta əsasən “Mercedes E220 CDİ” minik markalı, ** CR *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin ümumi məbləği 480 manat təşkil edir. 35144 saylı Ödəniş tapşırığına əsasən iddiaçı tərəfindən X4 hesabına 480 manat məbləğində sığorta hadisəsi üzrə ödəniş köçürülmüşdür. xx.xx.2022-ci il tarixli 11227\2022 saylı Sığorta ödənişi ilə bağlı aktdan görünür ki, Cavabdeh tərəfindən idarə edilən “Kia Optima“ minik markalı, ** CD *** dövlət qeydiyyat nişanlı avtomobil tərəfindən X2 idarə etdiyi “Hyundai Sonata” minik markalı, ** KG *** dövlət qeydiyyat nişanlı avtomobilə 200 manat məbləğində zərər dəymişdir. Sığorta hadisəsi xx.xx.2022-ci il tarixdə baş vermişdir. Sığortaçı “Azərsığorta” DSKŞ olmaqla, cavabdehin sığorta məbləği 55000 manat, sığortanın ümumi müddəti isə xx.xx.2022 – xx.xx.2023-cü il tarix aralığı təşkil edir. Dəymiş zərərin hesablanmasına dair akta “Hyundai Sonata” minik markalı, ** KG *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin ümumi məbləği 200 manat təşkil edir. 38187 saylı Ödəniş tapşırığına əsasən iddiaçı tərəfindən X2 hesabına 200 manat məbləğində sığorta hadisəsi üzrə ödəniş köçürülmüşdür. xx.xx.2023-cü il tarixli, ********** saylı mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən 31,70 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, xx.xx.2022-ci il tarixində, saat 03:15-də Bakı şəhəri ərazisində Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətində (bundan sonra – Şirkət) “Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü ilə sığortalanmış X3 məxsus olan və Cavabdeh tərəfindən idarə edilən “Kia Optima“ minik markalı, ** CD *** dövlət qeydiyyat nişanlı avtomobil “Hyundai Sonata” minik markalı, ** KG *** dövlət qeydiyyat nişanlı, “Chevrolet Cruze” minik markalı, ** OR *** dövlət qeydiyyat nişanlı və “Mercedes E220 CDİ” minik markalı, ** CR *** dövlət qeydiyyat nişanlı avtomobillərlə toqquşaraq nəticədə sonunculara maddi zərər dəymişdir. Qeyd edilən sığorta hadisəsi nəticəsində, “Hyundai Sonata” minik markalı, ** KG *** dövlət dövlət qeydiyyan nişanlı avtomobilə dəymiş maddi zərərə görə 200 (iki yüz) manat məbləğdə, “Mercedes E220 CDİ” minik markalı, ** CR *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi zərərə görə 480 (dörd yüz səksən) manat məbləğində, “Chevrolet Cruze” minik markalı, ** OR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş maddi ziyana görə isə 450 (dörd yüz əlli) manat məbləğində sığorta ödənişi Şirkət tərəfindən faydalanan şəxslərə ödənilmişdir. Hazırda isə sığorta şirkəti avtomobilə görə ödədiyi pulu subroqasiya qaydasında cavabdehdən tutulması barədə iddia ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1108.1-ci maddəsinin tələbinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə iddia tələbinə qeyd olunan maddi hüquq normalarını tətbiq edərək, belə nəticəyə gəlir ki, inzibati xəta haqqında qərara əsasən təqsirli olması sübuta yetirildiyindən həmin mənbənin vurduğu zərərə görə Cavabdeh məsuliyyət daşımalıdır. Ona görə də iddia tələbi təmin edilərək, Cavabdeh 1130 manat məbləğində vurulmuş zərər və 31,70 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq iddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 284-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-1, 284-6 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh “Hyundai Sonata” minik markalı, ** KG *** dövlət dövlət qeydiyyan nişanlı avtomobilə dəymiş maddi zərərə görə 200 (iki yüz) manat məbləğdə, “Mercedes E220 CDİ” minik markalı, ** CR *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi zərərə görə 480 (dörd yüz səksən) manat məbləğində, “Chevrolet Cruze” minik markalı, ** OR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş maddi ziyana görə isə 450 (dörd yüz əlli) manat məbləğində, cəmi 1130 (min yüz otuz) manat sığorta ödənişinə görə pul və ödənilmiş 31,70 (otuz bir manat yetmiş qəpik) manat dövlət rüsumunun əvəzi tutularaq iddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüsalə Musayeva
Məhkəmə qərarları › İş №e-2(006)-1083/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1083/2024
30.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver