Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1248/2024 03.07.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil1, cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi" tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı Cavabdeh qarşı "birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, Füzuli küçəsi, ev 41, 7 saylı mənzilin ½ hissəsi; Bakı şəhəri, Nəsimi rayonu, Füzuli küçəsi, ev 41, 4 saylı mənzilin ½ hissəsi; ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin ½ hissəsi; ünvan 5 qeyri-yaşayış sahəsinin ½ hissəsi; ünvan 2 ünvanda yerləşən qeyri yaşayış sahəsinin ½ hissəsi; ünvan 3 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin ½ hissəsi üzərində İddiaçı payının müəyyən edilməsi, "Mercedes Benz GLE 43" markalı **-MB-*** dövlət qeydiyyat nişanlı avtomobil barədə X14 ilə Cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və mübahisəli avtomobilin ½ hissəsi üzərində İddiaçı payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh xx.xx.2016-cı il tarixdə nikaha daxil olmaqla ailə həyatı qurmuşlar. Birgə nikahlarından xx.xx.2018-ci il təvəllüdlü X15 dünyaya gəlmişdir. İddiaçı nikahdan sonra Bakı şəhəri, Nəsimi rayonu, Füzuli küçəsi, Giriş 1, məh 307, ev 41 yerləşən fərdi yaşayış evinə gəlin köçərək 18 oktyabr 2023-cü il tarixədək uzun illər ərzində fasiləsiz olaraq həmin evdə yaşamağa başlamışdır. Ailə qurduqdan sonra ilk vaxtlar İddiaçı ilə Cavabdeh münasibətləri normal olsa da, sonradan bu münasibətlər pozularaq, aralarında tez-tez mübahisələr yaranmağa başlamışdır. Tərəflərin ər-arvad münasibətləri faktiki olaraq pozulmuşdur. Hal-hazırda iddiaçı tərəfindən cavabdehə qarşı nikahın pozulması, aliment və uşağın ananın yanında saxlanılmasına dair iddia tələbi Nəsimi Rayon Məhkəməsinin icraatındadır. Məhkəməyə müraciət etməzdən əvvəl qarşı tərəfə mediasiya prosesinin tətbiqi barədə təklif göndərilmiş, lakin qarşı tərəf heç bir üzrlü səbəb göstərmədən mediasiya prosesində iştirak etməmiş və barışıq əldə olunmamışdır. Qeyd etmişdir ki, Cavabdeh mülkiyyətində, sahibliyində, istifadəsində və ya icarəsində hər hansı bir daşınmaz əmlakın olub-olmaması, mövcud olduğu təqdirdə həmin əmlakın mülkiyyət sənədinin təsdiq edilmiş surətini və digər sənədləri əldə etmək məqsədilə 29 noyabr 2023-cü ildə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə sorğu ünvanlamışlar. Həmin sorğuya xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, Cavabdeh mülkiyyətində hazırda bu daşınmaz əmlaklar mövcuddur: Bakı şəhəri, Nəsimi rayonu, Füzuli küçəsi, ev 41, 7 saylı mənzil; Bakı şəhəri, Nəsimi rayonu, Füzuli küçəsi, ev 41, 4 saylı mənzil; ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsi; ünvan 5 qeyri-yaşayış sahəsi; ünvan 2 ünvanda yerləşən qeyri yaşayış sahəsi; ünvan 3 ünvanda yerləşən qeyriyaşayış sahəsi. Qeyd olunan əmlaklardan əlavə cavabdehin mülkiyyətində "Mercedes Benz GLE 43" markalı **-MB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi mövcud olmuşdur. Lakin, Cavabdeh tərəfindən "Mercedes Benz GLE 43" markalı **-MB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X6 adına alqı-satqı müqaviləsi əsasında özgəninkiləşdirilmişdir. Həmin müqavilədən sonra qısa zaman fərqi ilə məhkəmə mübahisələrinin baş verməsi onu təsdiq edir ki, alqı-satqı müqaviləsi görünüş üçün bağlanmışdır. Belə ki, iddiaçı faktiki olaraq nəqliyyat vasitəsini satmaq niyyətində olmamışdır. Cavabdeh ilə İddiaçı aralarındakı ailə münasibətlərinin kəskinləşdiyi bir dövrdə mübahisəli nəqliyyat vasitəsinin alqı- satqısının həyata keçirilməsi - uydurma əqdin bağlanılması ona dəlalət edir ki, Cavabdeh məhkəmə tərəfindən onun üzərinə qoyulacaq öhdəliklərdən yayınmaq və məhkəməni aldatmaq üçün bu addımları atmışdır. Buna görə də nəqliyyat vasitəsinə dair bağlanmış alqı-satqı müqaviləsi etibarsız hesab edilməlidir. Qeyd olunan daşınmaz əmlaklar birgə nikah dövründə əldə olunduğuna görə onların ümumi mülkiyyəti hesab olunmalı və bununla əlaqədar tərəflər həmin əmlaka münasibətdə sahiblik, istifadə və sərəncam vermə hüquqlarına bərabər şəkildə malik olduqlarına görə onlar həmin əmlakların ümumi birgə mülkiyyətçiləri tanınmalıdırlar. Belə ki, hər-hansı bir əmlakın ər-arvadın birgə mülkiyyəti hesab edilə bilməsi üçün həmin əmlaklar məhz nikah müddətində ər-arvadın birgə təsərrüfat aparması nəticəsində ümumi qazancları hesabına əldə edilmiş olmalıdır. Qanunvericiliyin tələbinə görə ər-arvadın birgə ümumi əmlaka mülkiyyət hüququ əmlakın kimin adına və ya əmanətin kim tərəfindən qoyulmasından asılı deyildir. Bu halda əmlakın nikah dövründə alınması faktı ər-arvadın birgə ümumi mülkiyyət hüququnun təkzibedilməz sübutudur. Mübahisəli əmlaklar birgə nikah dövründə əldə edilərək cavabdehin adına rəsmiləşdirilmişdir. Həmin əmlakların iddiaçıya münasibətdə payının naturada ayrılması mümkün olmadığından Cavabdeh həmin əmlaklara müvafiq olaraq ½ nisbətdə kompensasiya verməli, bu mümkün olmadığı təqdirdə əmlakların satılaraq satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında paylara mütənasib surətdə bölüşdürülməlidir. Daha sonra iddiaçı iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək iddia ərizəsində qeyd olunan Bakı şəhəri, Nəsimi rayonu,Füzuli küçəsi ev 41, 7 saylı mənzilin ½ hissəsi; Bakı şəhəri, Nəsimi rayonu, Füzuli küçəsi, ev 41, 4 saylı mənzilin ½ hissəsi; ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin ½ hissəsi; ünvan 5 qeyriyaşayış sahəsinin ½ hissəsi üzərində İddiaçı payının müəyyən edilməsi və “Mercedes Benz GLE43” markalı 90XD900 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin satışından əldə olunmuş 50.000 manat məbləğin ½ hissəsinin, yəni 25.000 manat məbləğin İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil1 iddia tələbində göstərilən məzmunda izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, nikaha daxil olduqdan sonra tərəflərin həmin əmlakları almaq üçün heç birinin rəsmi gəlirləri olmayıb. Tərəflər birgə nikah dövründə özləri tərəfindən qazanılmış vəsait hesabına əmlak almamışdırlar və həmin əmlaklar cavabdehin atası tərəfindən Cavabdeh adına alınmışdır. İddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin vəsatətinə əsasən şahid qismində dindirilmiş X16 ifadəsində göstərmişdir ki,o, "xxxx" MTK-nın sədri vəzifəsini icra etmişdir. Cavabdeh atası Ramiz bəy binadan 4 otaqlı mənzil, daha sonra isə qaraj almışdır. Mənzil 2013-cü ildə və qaraj isə 2014-cü ildə alınıb, həmin vaxtda da pulları tam ödənilib. Bina 2016-cı ildə təhvil verildikdən sonra mənzillərə çıxarış alınmasına başlanmışdır. Reyestr xidmətininin tələb etdiyi sənədlər yeni tarixli olmalı olduğu üçün 2013 və 2014-cü illərdə alınmasına baxmayaraq Cavabdeh MTK-nin payçısı kimi üzvlüyə qəbul edilməsi məqsədilə protokol tərtib edilmiş və həmçinin 2016-cı il üçün yeni maliyyə arayışı verilmişdir. Mənzil və qarajın 2013 və 2014-cü illərdə pulu tam şəkildə ödənilməklə əldə etmələrinə baxmayaraq məhz çıxarışın alınması üçün Cavabdeh 2016-cı il tarixli maliyyə arayışları verilmişdir. İş materialları: 2 saylı Bakı “ASAN Xidmət” X13 tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş AZ-İİ seriyalı, 317278 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2016-cı il tarixdə nikah haqqında akt qeydləri kitabında eyni tarixdə 564 nömrə ilə qeyd edilməklə nikah bağlanmışdır. Bakı 16 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, MŞB/16- 002428 nömrəli arayışdan görünür ki, ilkin mediasiya sessiyasında Cavabdeh tərəfindən iştirak edilməməsi səbəbindən mediasiya prosesinin davam etdirilməsi mümkün olmamışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X18 Şəxsi 1 saylı Bakı ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-30/2-47261/2023 nömrəli məktubundan görünür ki, Cavabdeh adına Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, 228 saylı fərdi yaşayış evi Bakı şəhəri 6 saylı notariat kontorunun notariusu Ə.L.İmanov tərəfindən təsdiq edilmiş 4Ə/930 reyestr nömrəli xx.xx.2013-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən xx.xx.2013-cü il tarixdə qeydiyyatdan keçmişdir, lakin Bakı şəhəri 51 saylı notariat kontorunun xüsusi notariusu Ü.F.Kərimov tərəfindən təsdiq edilmiş 4Ə-469 reyestr nömrəli xx.xx.2015-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X1 adına özgəninkiləşdirilmişdir. ünvan 6 ünvanda yerləşən qeyri-yaşayış sahəsi ünvan 7 R.Y.Qasımlı tərəfindən təsdiq edilmiş 4Ə-82 reyestr nömrəli xx.xx.2014-cü il tarixli alqısatqı müqaviləsinə əsasən xx.xx.2014-cü il tarixdə qeydiyyatdan keçmişdir, lakin Bakı şəhəri 6 saylı notariat ofisinin xüsusi notariusu Ə.L.İmanov tərəfindən təsdiq edilmiş 4Ə- 1637 reyestr nömrəli xx.xx.2023-cü il tarixli bağışlama müqaviləsinə əsasən X5 adına özgəninkiləşdirilmişdir. Abşeron rayonu, Zirə Tərəvəzçilik-Südçülük sovxozu ərazisində yerləşən 3.0 ha torpaq sahəsi Bakı şəhəri 31 saylı notariat kontorunun xüsusi notarius R.K.Hümmətov tərəfindən təsdiq edilmiş 3M-114 reyestr nömrəli xx.xx.2016-cı il tarixli torpaq sahəsi üzərində icarə hüququnun alqı-satqı müqaviləsinə əsasən xx.xx.2016-cı il tarixdə icarə hüququna əsasən qeydiyyatdan keçmişdir. Lakin Bakı şəhəri 6 saylı Bakı notariat ofisinin xüsusi notariusu Ə.L.İmanov tərəfindən təsdiq edilmiş 3M-1756 reyestr nömrəli xx.xx.2023-cü il tarixli torpağın icarə hüquqlarının alqı-satqısı müqaviləsinə əsasən X3 adına özgəninkiləşdirilmişdir. Abşeron rayonu, Zirə Tərəvəzçilik-Südçülük sovxozu ərazisində yerləşən torpaq sahəsi Abşeron Rayon İcra Hakimiyyəti başçısının 238 nömrəli xx.xx.2016-cı il tarixli sərəncamına, 238 nömrəli xx.xx.2016-cı il tarixli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə əsasən xx.xx.2016-cı il tarixdə icarə hüquq qeydiyyatdan keçmişdir, lakin Bakı şəhəri 6 saylı notariat ofisinin xüsusi Ə.L.İmanov tərəfindən təsdiq edilmiş 3M-1755 reyestr nömrəli xx.xx.2023-cü torpağın icarə hüquqlarının alqı-satqısı müqaviləsinə əsasən X4 adına özgəninkiləşdirilmişdir; Bakı şəhəri, Nəsimi rayonu, Füzuli küçəsi, ev 41A, 7 saylı mənzil “SKS“ MTK-nın 07 nömrəli xx.xx.2016-cı il tarixli protokolundan çıxarışa, xx.xx.2016-cı il tarixli maliyyə arayışına əsasən xx.xx.2016-cı il tarixdə qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir; ünvan 5 ünvanda yerləşən qeyri- yaşayış sahəsi “SKS“ MTK-nın 07 nömrəli xx.xx.2016-cı il tarixli protokolundan çıxarışa, xx.xx.2016-cı il tarixli maliyyə arayışına əsasən xx.xx.2016-cı il tarixdə qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir; ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsi ünvan 8.F.Kərimov tərəfindən təsdiq edilmiş 4Ə-61 reyestr nömrəli xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən xx.xx.2019-cu il tarixdə qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir; Bakı şəhəri, Nəsimi rayonu, Füzuli küçəsi, ev 41A, 4 saylı mənzil ünvan 9.F.Kərimov tərəfindən təsdiq edilmiş 4Ə-105 reyestr nömrəli xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən xx.xx.2019-cu il tarixdə qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir; ünvan 2 ünvanda yerləşən qeyriyaşayış sahəsi ünvan 9.F.Kərimov tərəfindən təsdiq edilmiş 4Ə-60 reyestr nömrəli xx.xx.2023-cü il tarixli bağışlama müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixdə qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir; ünvan 3 ünvanda yerləşən qeyriyaşayış sahəsi ünvan 9.F.Kərimov tərəfindən təsdiq edilmiş 4Ə-241 reyestr nömrəli xx.xx.2023-cü il tarixli bağışlama müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixdə qeydiyyatdan keçmişdir və hazırda mükiyyətindədir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X28 İdarəsinin xx.xx.2023-cü il tarixli 3-13-16/2-168505/2023 nömrəli məktubundan görünür ki, DİN BDYPİ Qeydiyyat- İmtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən, xx.xx.1995-ci il təvəllüdlü Cavabdeh adına nəqliyyat vasitəsi qeydiyyata alınmamışdır. Əlavə olaraq qeyd edilmişdir ki, X8 məxsus “Mercedes Benz GLE 43” markalı **-MB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin etibarnamə ilə xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixədək Cavabdeh istifadəsinə verilməsi barədə DİN BDYPİ mərkəzi informasiya sistemində məlumat mövcuddur. xx.xx.2013-cü il tarixli 19 nömrəli Alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı "xxxx" MTK olmaqla digər tərəfdən alıcı Cavabdeh "xxxx" MTK tərəfindən inşa olunan yaşayış kompleksində 3 saylı blokun 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 197,53 m2 olan 4 otaqdan ibarət 47 nömrəli mənzilin alqı-satqı müqaviləsinin bağlanması barədər razılığa gəlmişlər. Müqavilənin qiyməti 268.048,21 manat təşkil etmişdir. "xxxx" MTK-nın xx.xx.2013-cü il Maliyyə arayışından müəyyən olunur ki, ünvan 10 ünvanında yaşayan Cavabdeh Bakı şəhəri, M.Füzuli və R.Rza küçələrinin kəsişməsində, "xxxx" MTK tərəfindən inşa olunan yaşayış kompleksində 3 saylı blokun 4-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 197.53 kv.m. 4 otaqlı, 47 saylı mənzilin dəyərini 19 saylı müqaviləyə əsasən 100% ödəmişdir və onun "xxxx" MTK-ya heç bir borcu yoxdur. "xxxx" MTK-nın xx.xx.2013-cü il tarixli DAB seriyalı, 939603 nömrəli kassa mədaxil orderinin qəbzinin surətindən görünür ki, həmin tarixdə Cavabdeh 19 nömrəli müqaviləyə əsasən "xxxx" MTK-nın hesabına 268.048,21 manat pul ödəmişdir. xx.xx.2013-cü il tarixli 19 nömrəli müqaviləyə xx.xx.2016-cı il tarixli əlavənin məzmunundan görünür ki, müqavilənin məzmunu dəyişilərək “3 saylı blokun 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 197,53 m2 olan 4 otaqdan ibarət 7 nömrəli mənzilin alınması barədə alqı-satqı müqaviləsinin bağlanması barədə tərəflər razılığa gəlmişlər. xx.xx.2014-cü il, 43 nömrəli Alqı-satqı müqaviləsinin surətindən müəyyən olunur ki, satıcı "xxxx" MTK olmaqla digər tərəfdən alıcı Cavabdeh "xxxx" MTK tərəfindən inşa olunan yaşayış kompleksində 2 ədəd avtomobil üçün parkinq yerinin alqı-satqı müqaviləsinin bağlanması barədə razılığa gəlmişlər. Müqavilənin qiyməti 40.000 manat təşkil etmişdir. "xxxx" MTK-nın xx.xx.2014-cü il tarixli Maliyyə arayışından müəyyən olunur ki, ünvan 10 ünvanında yaşayan Cavabdeh Bakı şəhəri, M.Füzuli və R.Rza küçələrinin kəsişməsində, "xxxx" MTK tərəfindən inşa olunan yaşayış kompleksində 2 ədəd parkinq yerinin dəyəri 43 saylı müqaviləyə əsasən 100% ödəmişdir və onun "xxxx" MTK-ya heç bir borcu yoxdur. "xxxx" MTK-nın xx.xx.2014-cü il tarixli DAB seriyalı, 105112 nömrəli kassa mədaxil orderinin qəbzinin surətindən görünür ki, həmin tarixdə Cavabdeh 43 nömrəli müqaviləyə əsasən "xxxx" MTK-nın hesabına 40.000 manat pul ödəmişdir. xx.xx.2020-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin surətindən görünür ki, X9 2018-ci il buraxılışlı, ** UA *** dövlət qeydiyyat nişanlı “Mercedes Benz GLE 43” minik markalı avtomobili Cavabdeh 68000 manata satmışdır. Cavabdeh eyni tarixli ərizəsi ilə avtomobilin qeydiyyat nişanı ** XD *** nömrəsinə dəyişdirilmişdir. xx.xx.2023-cü il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh mülkiyyətində olan **-XD-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz GLE 43” markalı avtomobili X11 50.000 manata satmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri, Nəsimi rayonu, 307-ci məhəllə, ünvan 12 ünvanında yerləşən 195.16 kv.m olan 7 nömrəli mənzil xx.xx.2016-cı il tarixdə Cavabdeh adına qeydiyyata alınmışdır.Çıxarışın verilməsinə əsasən olan sənədlər- "xxxx" MTK üzvlərinin ümumi iclasının xx.xx.2016-cı il tarixli 07 nömrəli protokolundan çıxarışdan müəyyən olunur ki, Cavabdeh "xxxx" MTK-ya üzv qəbul olunmaqla və ona MTK-nın Bakı şəhəri, Nəsimi rayonu, 307-ci məhəllə, ünvan 13 ünvanında yerləşən çoxmərtəbəli kooperativ yaşayış binasında 1-ci giriş, 4-cü mərtəbədə yerləşən, ümumi sahəsi 197.53 kv.m. yaşayış sahəsi 118.33 kv.m. olan 4 otaqlı, 7 saylı mənzilin payçısı olması təsdiq edilmişdir. xx.xx.2016-cı il tarixli maliyyə arayışına əsasən "xxxx" MTK-nın Bakı şəhəri, Nəsimi rayonu, 307-ci məhəllə, ünvan 13 binanın 4-cü mərtəbədə yerləşən, ümumi sahəsi 197.53 kv.m. yaşayış sahəsi 118.33 kv.m. olan 4 otaqlı, 7 saylı mənzilin dəyərini 19 saylı müqaviləyə əsasən 100 % ödəmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri, Nəsimi rayonu, 307-ci məhəllə, ünvan 12 ünvanında yerləşən 197.16 kv.m olan 4 nömrəli mənzil xx.xx.2019-cu il tarixdə Cavabdeh adına qeydiyyata alınmışdır. AN-İ seriyalı ******* nömrəli xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, X2 Bakı şəhəri, Nəsimi rayonu, 307-ci məhəllə, ünvan 12 ünvanında yerləşən 197.16 kv.m olan 4 nömrəli mənzili 300.000 (üç yüz min) manata Cavabdeh satmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışın surətindən müəyyən olunur ki, ünvan 14 ünvanında zirzəmidə yerləşən sahəsi 31 kv.m olan 21 nömrəli qaraj xx.xx.2016-cı il tarixdə Cavabdeh adına qeydiyyata alınmışdır. Çıxarışın verilməsinə əsasən olan sənədlər-xx.xx.2016-cı il tarixli "xxxx" MTK üzvlərinin ümumi iclasının 07 nömrəli protokolundan çıxarışdan müəyyən olunur ki, Cavabdeh "xxxx" MTK-ya üzv qəbul olunmaqla və ona MTK-nın Bakı şəhəri, Nəsimi rayonu, 307-ci məhəllə, R.Rza küçəsi 58A binanın zirzəmi mərtəbəsindəki yeraltı avtodayanacaq səhəsində yerləşən, ümumi sahəsi 31.1 kv.m. olan 21 və 22 saylı parkinq yerinin payçısı olması təsdiq edilmişdir.xx.xx.2016-cı il tarixli maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, 307-ci məhəllə, R.Rza küçəsi, 58A binanın zirzəmi mərtəbəsindəki yeraltə avtodayanacaq sahəsində yerləşən ümumi sahəsi 31.1 kv.m. olan 21 və 22 saylı parkinq yerinin (qarajın), dəyərini 43 saylı müqaviləyə əsasən 100% ödəmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışın surətindən müəyyən olunur ki, ünvan 15 ünvanında yerləşən 201.6 kv.m olan qeyriyaşayış sahəsi xx.xx.2019-cu il tarixdə Cavabdeh adına qeydiyyata alınmışdır. AN-İ seriyalı ******* nömrəli xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, X12 ünvan 15 ünvanında yerləşən 201.6 kv.m olan qeyri-yaşayış sahəsini 150.000 (yüz əlli min) manata Cavabdeh satmışdır. Məhkəmənin xx.xx.2024-cü il tarixli sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi bildirmişdir ki, "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixdə qeydiyyatı ləğv edildiyi və hüquqi şəxslərin dövlət reyestrindən çıxarıldığı üçün Cavabdeh tərəfindən 19 saylı müqaviləyə əsasən "xxxx" Mənzil-Tikinti Kooperativinə xx.xx.2013-cü il tarixdə 268048,21 (iki yüz altmış səkkiz min qırx səkkiz manat iyirmi bir qəpik) manat məbləğində vəsaitin seriya DAB № 939603 kassa mədaxil orderinin qəbzinə uyğun olaraq mədaxil edilibedilməməsi barədə heç bir məlumat aşkar edilməmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi mülkiyyəti sayılır. 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətindədir. 33.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlak üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi, nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ərarvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə, həyata keçirilir. 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. 36.5-ci maddəsinə əsasən məhkəmə, ər-arvadın ailə münasibətlərinə xitam verdiyi və ayrı yaşadığı dövrdə hər birinin qazandığı əmlakı onların hər birinin mülkiyyəti hesab edə bilər. 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. 37.3-cü maddəsinə əsasən ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli qərarının 3.3, 3.6 və 3.11-ci bəndlərinin məzmununa əsasən Mülki Məcəllənin 225.1 və Ailə Məcəlləsinin 32.1-ci maddələri nikah dövründə əldə olunmuş (qazanılmış) əmlakın ər-arvadın birgə mülkiyyəti sayılmasına dair qanuni prezumpsiyanı ehtiva edir. Başqa sözlə əksi sübuta yetirilənədək nikah müddətində ər və ya arvad tərəfinədn əldə edilmiş əmlak ər-arvadın ümumi birgə mülkiyyəti sayılır. Ümumi mülkiyyət prezumpsiyasının əksini iddia edən ər(arvad) mübahisəli əmlakı birgə təsərrüfat fəaliyyətinin nəticəsi olaraq deyil, nikahdan əvvəlki əmlakı hesabına və ya bağışlama, vərəsəlik, yaxud digər əvəzsiz əqd əsasında əldə etdiyini sübuta yetirməlidir. Həmin qərarın 5.2-ci bəndində göstərilmişdir ki,ərin (arvadın) ayrıca əmlakı hesabına nikaha daxil olanadək dəyəri tam ödənilmiş yaşayış və qeyri-yaşayış sahəsi birgə nikah dövründə ərin (arvadın) adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsa da, ümumi əmlak hesab edilmir. Həmin qərarın 7.4-cü bəndində göstərilmişdir ki, reyestrdə qeydə alınmalı olan daşınar əşyalar münasibətdə sərəncam əqdi bağlanarkən əqdin tərəfi olmayan ərin (arvadın) razılığına dair qanuni ehtimal nəzərdə tutulmadığı üçün mübahisə halında razılığın olduğunu sübutetmə vəzifəsi belə razılığın olduğu əsası ilə iddiaya etiraz edən tərəfin üzərinə düşür. Məhkəmənin mövqeyi: İddia tələbində iddiaçı aşağıdakı əmlaklar üzərində onun paylı mülkiyyət hüquqlarının tanınmasını xahiş etmişdir: -Bakı şəhəri, Nəsimi rayonu,Füzuli küçəsi ev 41, 7 saylı mənzil; -Bakı şəhəri, Nəsimi rayonu, Füzuli küçəsi, ev 41, 4 saylı mənzil; -ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsi; -ünvan 5 qeyri-yaşayış sahəsi; Qeyd olunan əmlaklardan Bakı şəhəri, Nəsimi rayonu, Füzuli küçəsi, ev 41, 4 saylı mənzil və ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin Cavabdeh adına qeydiyyata alınmasına əsas olan sənədlərdən müəyyən edilmişdir ki, hər iki əmlak müvafiq olaraq AN-İ seriyalı ******* nömrəli xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi və AN-İ seriyalı ******* nömrəli xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında əvəzli şəkildə əldə edilmişdir. Tərəflərin xx.xx.2016-cı il tarixdə rəsmi nikaha daxil olmaqla birgə təsərrüfat aparmalarını nəzərə alaraq məhkəmə həmin əmlaklar üzərində tərəflərin paylı mülkiyyətinin tanınmasını əsaslı hesab edir.Belə ki, həmin əmlakların nikah dövründə birgə vəsait hesabına əldə edilməsinin əksini sübuta yetirən hal müəyyən edilməmişdir.Həmçinin həmin əmlaklar üzərində payların qeyribərabər şəkildə müəyyən edilməsinə əsaslar da mövcud deyildir. Məhkəmə digər iki əmlak- Bakı şəhəri, Nəsimi rayonu, Füzuli küçəsi ev 41, 7 saylı mənzil və ünvan 5 qeyri-yaşayış sahəsi ilə bağlı bildirir ki, həmin əmlaklara dair Cavabdeh adına aparılan qeydiyyat müvafiq olaraq xx.xx.2016-cı il və xx.xx.2016-cı il tarixlərə aid olsa da, məhkəmə araşdırması zamanı həmin əmlaklar tərəflərin birgə nikaha daxil olmasından bir neçə il əvvəl müvafiq olaraq xx.xx.2013-cü il tarixli 19 saylı müqavilə və xx.xx.2014-cü il tarixli 43 saylı müqavilə əsasında əvəzi ödənilməklə əldə edilmişdir. Məhkəmə həmin əmlaklara dair cavabdehin adına aparılmış qeydiyyatı deyil, məhz bağlanmış müqavilələri əsas götürür o baxımdan ki, aparılmış qeydiyyat sənədlərində də məhz Cavabdeh ilə "xxxx" MTK arasında bağlanmış müvafiq olaraq 19 saylı və 43 saylı müqavilələrə istinad olunmuşdur və həmin müqavilələr isə müvafiq olaraq xx.xx.2013-cü və xx.xx.2014-cü il tarixlərində bağlanmışdır. Həmin müqavilələr üzrə aparılmış ödənişlər də eyni tarixlərdə kassa mədaxil orderlərinə əsasən müəyyən olunur. Həmin müqavilələr üzrə daşınmaz əmlak üzərində hüquqların müqavilələrin bağlanması tarixindən bir neçə il sonra bağlanmasına dair məsələ ilə bağlı həm məhkəmə iclasında şahid qismində dindirilmiş "xxxx" MTK-nın həmin dövrdə sədri olmuş X7 bildirdiklərinə əsasən, həmçinin də mənzil tikinti kooperativlərindən əldə edilmiş mənzillərin rəsmi dövlət reyestrində qeydiyyatına alınması proseslərinə dair mövcud təcrübə nəzərə alınmaqla məhkəmə bu qənaətə gəlir ki, mübahisəli əmlakların tərəflərin rəsmi nikahından əvvəl Cavabdeh tərəfindən əldə edilməsi və həmin əmlakların birgə mülkiyyətə aid olmaması öz təsdiqini tapır. Belə ki, Cavabdeh həmin əmlakların dəyərini nikaha daxil olmamışdan əvvəl tam şəkildə ödəmişdir, sonradan dövlət reyestrində qeydiyyatın aparılması tarixinin birgə nikah dövrünə təsadüf etməsi həmin əmlakların birgə nikah dövründə əldə edilməsinə əsas verən hal deyildir. Həmçinin bir məqamı da qeyd etmək lazımdır ki, tərəflərin xx.xx.2016-cı il tarixdə nikaha daxil olduqdan sonra müvafiq olaraq xx.xx.2019-cu il tarixli qeydiyyata əsaslanmaqla 4 otaqlı mənzili və xx.xx.2019-cu il tarixli qeydiyyata əsaslanmaqla qarajı birgə formalaşmış vəsait hesabına əldə etmələri də ağlabatan hesab edilə bilməz. Məhkəmə iddia tələbində qeyd edilən Cavabdeh mülkiyyətində olmuş **-XD-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz GLE 43” markalı avtomobili X11 50.000 manata satışından əldə edilmiş vəsait üzərində tərəflərin birgə mülkiyyətinin müəyyən edilməsi və həmin vəsaitin ½ hissəsinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi ilə bağlı bildirir ki, iddia bu hissədə əsaslıdır. Belə ki, aparılmış araşdıma nəticəsində müəyyən edilmişdir ki, Cavabdeh həmin avtomobili xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi əsasında 68000 manat ödəməklə əldə etmiş və artıq tərəflərin münasibətlərinin pozulduğu xx.xx.2023-cü il tarixdə isə 50000 manata satmışdır. Cavabdeh mübahisəli avtomobilin nikahdan daha əvvəl malik olduğu bu və ya digər avtomobil hesabına əldə edilməsi və ya avtomobilin satışından əldə edilmiş vəsaitin ailənin məsrəflərinə xərclənməsinə dair sübutlar təqdim etməmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, həmin avtomobilin satışından əldə edilmiş vəsait üzərində tərəflərin bərabər payları müəyyən edilməklə müvafiq məbləğdə pul vəsaiti cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə araşdırması zamanı iddiaçının iradə ifadəsi məhz əmlaklar üzərində payların müəyyən edilməsindən ibarət olduğundan və qarşı tərəf ümumilikdə mübahisəli əmlakların tərəflərin ümumi birgə mülkiyyəti hesab edilməsinə qarşı çıxış etdiyindən tərəflərin birgə mülkiyyəti hesab edilməklə üzərində paylarının müəyyən edilən əmlakların əşya kimi bölgüsü mümkün olmamışdır. Həmçinin birgə nikah dövründə, lakin münasibətlərin pozulduğu vaxta təsadüf edən tarixdə avtomobilin satılmasına dair iddiaçı tərəfindən razılığın verilməsi də cavabdeh tərəfindən sübuta yetirilməmişdir. Beləliklə məhkəmə bu nəticəyə gəlir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri, Nəsimi rayonu, Füzuli küçəsi, ev 41, 4 saylı mənzilin ½ hissəsində, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ½ hissəsində və “Mercedes Benz GLE43” markalı **-XD-*** dövlət qeydiyyat nişanlı avtomobilin satışından əldə olunan 50.000 (əlli min) manat pulun ½ hissəsində İddiaçı payı tanınsın. Cavabdeh 25.000 (iyirmi beş min) manat pul tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə İddiaçı Himət qızının və Cavabdeh göstərilən əmlaklar üzərində paylı mülkiyyət hüquqlarının Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüsalə Musayeva
Məhkəmə qərarları › İş №e-2(006)-1248/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1248/2024
03.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver